I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə10/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   6   7   8   9   10   11   12   13   ...   159

23

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Baxıram, Amasiyanın Şahzadələr Muzeyindən mənə tanış olan səhnələr yenidən 

gözlərim önünə gəlir. Amasiyadan Osmanlı padşahlığına yüksəliş edən sultanların 

qəbul, qarşılanma səhnələrini özündə bütün incəlikləri ilə ehtiva edən guşələr tam, 

unikal bir türk əxlaqının daşıyıcısı kimi düzənlənir önündə. Hər duruşda bir xalq 

əzəməti, sultan vüqarı… Hər oturuşda yenilməz bir türk ərənliyi, ərdəmliyi.

Bu  bir  faktdır  ki,  Amasiya  şahzadələr  şəhəridir.  1389-cu  ildə  Osmanlı 

hakimiyyətinə daxil olan Amasiya bu tarixlərdən etibarən Osmanlı dövlətini idarə 

edəcək sultanların püxtələşməsi, təcrübə qazanmaları üçün vali və ya Sancaq Bəyi 

olaraq göndərildiyi ən önəmli mərkəzlərdən biri olmuşdur. Osmanlı sultanlarının ən 

tanınmış simaları Amasiyada yetişmişdilər.

Şahzadələr Muzeyinin binası 19-cu yüzillikdə Amasiya sivil memarlığının uni-

kal, seçilən örnəklərindən biridir. 2007-ci ildə Amasiya valiliyi tərəfindən əslinə uy-

ğun olaraq təmir edilmişdir. Muzeyin iç dünyasında söz sahibi olmuş sultanların 

təqribən 150 illik bir zaman kəsiyində fəal sənət nümunələrinə yer verilmişdir.

Muzeyin  bütün  görüntüsünə  Səlcuqi  və  Rumi  üslubu  hakimdir.  Yazılı  qələm 

nümunələri Amasiyalı xəttat Mehmet Tentaşa məxsusdur, Məhmət Koşer və şagirdi 

tərəfindən yapılan əl işləri də xüsusilə önəmlidir.

Hələ  bir  İkinci  Sultan  Bəyazid  kompleksinin  tamaşasına  durasan…  Bu  tarixi 

kompleks  Sultan  II  Bəyazidin  adına  1386-cı  ildə  Amasiya  valisi  Şahzadə  Əhməd 

tərəfindən Məscid, imarət, çeşmə və digər sistemli abidələri kompleks şəkildə ara-

ya  alan  mərkəz  olduqca  diqqətçəkəndir.  Abidə  Osmanlı  memarlığının  ən  gözəl 

xüsusiyyətlərini ifadə edir.

Bu  yandan  da  1326-cı  ildə  kəsmə  daşlarla,  Gümüşlüzadə  Tacəddin  Mahmud 

Çələbi tərəfindən ucaldılan Gümüşlü Camesi, Səlcuqlu Sultan II Qiyasəddin zama-

nında  vəzir  Fərrux  və  qardaşı,  xəzinədar  Yusif  tərəfindən  1243-cü  ildə  tikdirilən, 

1509-cu ildə zəlzələ, 1602-ci ildə yanğına məruz qalan Burmalı Minarə Camesi… 

Xalq arasında «Məhkəmə Camesi» olaraq anılmaqdadır.

Amasiyada var Ciləxana (Kələfxanə) Camesi… 1413-cü ildə Yaqub Paşa tərəfindən 

ucaltdırılıb.  Var  Bəyazidpaşa  Camesi…  1414-cü  ildə  Amasiya  əmiri  Bəyazid  Paşa 

tərəfindən inşa etdirilib. Var II Muradın vəzifələrindən Yörgüc Paşanın 1428-ci ildə tik-

dirdiyi Yörgücpaşa Camesi, Sultan II Bəyazidin vəzirlərindən Mehmet Paşa tərəfindən 

1486-cı ildə inşa etdirilmiş Mehmetpaşa Camesi, yenə də Sultan II Bəyazidin eşikağası 

Ayas ağa trəfindən 1495-cı ildə yapdırılmış Şamlar Ayasağa Camesi… Azərbaycanın 

Şirvan bölgəsində yaşamış Qarabağlı Mahmud Əfəndi tərəfidnən toplanmış yardım-

la 1876-cı ildə başlanıb 1896-cı ildə hasilə gətirilən Şirvanlı (Azərilər) Camesi qutsal 

bir  tarixin  qoxusunu  ürpətməkdədir.  Eyni  zamanda,  Amasiyanın  mərkəzində  qərar 

tutan Əzinəbazar Bələdiyyəsində XIII yüzillik Səlcuqlu sultanı Məlikə Mahpəri Xatun 

tərəfindən inşa etdirilmiş, tipik bir Səlcuqlu abidəsi olan Əzinəbazar, Məhmət Paşanın 

1699-cu ildə yapdırdığı, 34 odadan ibarət Daş sarayı.

Gəlir Körpülər şəbəkəsi. Dörd bir yanı yüksək qayalıqlarla çevrələnmiş Amasi-

yada həyat qaynağı olan Yaşılirmaq vadi boyunca ikiyə bölündüyündən əsrlər boyu 

hər iki tərəfi birləşdirən və hər biri bir fərqli mədəniyyət izlərini daşıyan körpülər 

möhtşəm memarlıq abidəsi olmaqla bərabər həm də keçmişlə bu günümüz arasın-

dakı nostalji bağların simvolu kimidirlər.

Qaynaqlar bugünkü Stansiya Körpüsünün 100 metr aşağısında Səlcuqi Sultanı 

I Mehmet tərəfindən 1146-cı ildə tikdirilən, ancaq 1374-cü ildə zəlzələ nəticəsində 

uçan Sultan Körpüsündən bəhs etməkdədirlər.

Bugünkü  Stansiya  Körpüsü  Sultan  körpüsünün  uçmasından  sonra  Amasiya 




24

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

əmiri Şadgəldi Paşa tərəfindən 1374-cü ildəki halına uyğun olaraq qalanın bu gün 

dəmir  yolu  keçən  batı  qapısı  ilə  qarşı  tərəfi  bir-birinə  bağlayır.  Meydan  Körpüsü 

adıyla tanındığı da olub.

Əsas və yayğın adı ilə Künc Körpü, xalq qrasında Quş Körpü adıyla anılan abidə 

Səlcuqlu sultanı I Məsudun anası (və ya qızı) Hundi Xatunun adına saldırılmışdır. XII 

əsrin Səlcuqlu dönəminə aid abidələrdir.

Şəhərin 4 km güneyində Eryatağına gedən yol üstündə qurulan Çağlayan Kör-

püsü isə XII yüzilliyin ortalarında Danışmənd əmirlərindən Eltəkin Qazi tərəfindən 

saldırılmışdır.

Keçmiş  bir  körpünün  qalıqları  üzərində  inşa  edilən  abidə  14-cü  yüzillikdə 

bəyliklər dönəmində əsaslı şəkildə təmir olunaraq Eltəkin, xalq arasında Çağlayan 

körpü adıyla tanınmışdır.

Mövcud Ahşan Körpüsü 1968-ci ildə sel daşqınları tərəfindən uçan bir körpünün 

üzərində yenidən qurulmuşdur. 2010-cu ildə həyata keçirilən bir layihə əsasında 

bugünkü vəziyyətinə gətirilmişdir.

Tarixi  körpü  olan  Ziyarət  Körpüsü  isə  1970-ci  ilə  qədər  xidmət  göstərmiş, 

bugünsə çevrə yolunan altında qalmışdır.

Bundan  başqa,  Amasiya  qalasından  qarşı  məhəllələrə  keçmək  üçün  salınmış, 

İris (Yaşılirmaq) üzərində inşa edilmiş Alçaq Körpü də var ki, Roma dönəminə aid 

edilməkdədi.  Sonrakı  dönəmlərdə  körpünün  kəmərləri  üzərinə  əlavələr  edilərək 

möhkəmləndirilmişdir.

Gəlirik  Mustafa  bəy  hamamının  üzərinə…  Yörkücpaşazadə  Mustafa  bəy 

tərəfindən 1436-cı ildə saldırılmışdır. Böyük bir qübbə ilə örtülü soyuq su anbarları 

üç kiçik qübbə ilə örtülü ilıq və isti su anbarı var.

Kumacıq hamamının isə 1494-cü ildə Eşikağası Ayas Ata tərəfindən tikdirildiyi 

bilinməkdədi. Bir böyük qübbəli soyuq su, iki kiçik qübbəli isti və ilıq su anbarları 

vardır. 1990-cı ildə təmir edilərək fəaliyyətə başlamışdır.

Uluköy Sinanpaşa Hamamı daha fərqli, daha möhtəşəm… 16-cı yüzillikdə klas-

sik Osmanlı memarlığı üslubunda inşa edilib. Zərif bir abidədi. Daşoba qəzası, Ulu-

köy daxilindədi.

Amasiyanın çeşidli çeşmələrinə nəzər saldıqca ustad aşığımız dədə Ələsgərin 

məşhur qoşması havalanır yaddaımda:



Axşam-səhər, çeşmə, sənin başına,

Bilirsənmi neçə canlar dolanır…

Eyni  zamanında,  fərqindəyəm  ki,  çeşmələr  başına  Səlcuqlu,  Osman-

lı  dönəminin  çeşidli  insanları,  qız-gəlinləri  də  dolana-dolana  ömr  ediblər.  Ən 

gözəl çeşmə örnəkləri Xatuniyyə, Üçlər, Şamlar və Sofular məhəllələrində diqqət 

çəkməkdədirlər.

Ətraflarında da məşhur Amasiya evləri. Yan-yana, sırt-sırta, bitişik nizamlarıyla 

bir arada. Çoxu zirzəmi üzərində olmaqla ikimərtəbəlidir. Özəlliklə Yalıboyunda yer 

alan Roma dönəminə aid evlər daha yaraşıqlı, daha unikaldır.

Yaşılirmağın sahil zolağında Roma dönəminə aid qala divarı üzərində ucaldılan 

Hazeranlar  Qonaq  evi  19-cu  yüzilin  səddi-sərhəddi  kimi  dayanır.  Kitabəsinə  göz 

yetirirəm. 1865-ci ildə Dəftərdar Həsən Tələt bəy tərəfindən yapdırılıb.

Hökumət İmarətinin (Qonaq evi) 1947-1949-cu illərdə yanğına məruz qalmış 

(1946) Qonaq Evi üzərində qurulduğu məlumdur.



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə