I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə13/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   9   10   11   12   13   14   15   16   ...   159

29

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Tam  bir  dünyanı  özündə  ehtiva  edən,  miniatür  abidə…  Sabah,  gələcək  üçün 

əbədi xatirə olacaq tarix saxlancı, əbədi dünya rəsmi…

Xatirəsi qalmayanların xətri əziz tutulmaz ki!..

Sizi necə anmayım?..

Arxa fonda günəşin sübh doğuş vaxtı… Üfüqdən azadlıq qoxusu gəlir…

Bir  az  öndə  mərmər  peydestal,  qranit  bürc  yapımı…  İndilikdə  zamanın,  ruzi-

garın sərt sınaqlarının rəsmi kimidi o bürc. Zirvəsində Mustafa Kamal Atatürk at 

üstündə qərar tutub. Daha çox muradının peşində dayanmış kimidi. Dörd yanında 

inamlı silahdaşları. Hər cizgi, hər naxış tarixə, istismara, piratçılığa hökm oxumaq-

dadı. Baxıram, gözüm sevinir, əllərimi bu qranit mozaikanın daşına, mərmər, qranit 

səthinə çəkirəm, əlim isinir, könlüm gülür. Paşanın 1919-cu ilin 19 may günündə 

Samsundan başlayan mücadilə yolu 22 iyunda Amasiyada «Millətin əzm və qərarı 

qurtaracaqdı» səslənişinə qovuşdu.

Amasiyanın  bu  şərəfli  yaşanışı  anmamış,  duymamış  və  yenidən  yaşamamış 

müsafiri  olmaqmı  olar?  Xəlifə  Qazi  Günbəzi  önündən,  Göy  mədrəsə,  Darüşsəfa 

(Bimarxanə), Torumtay günbəzi, Şirvanlı İsmayıl Türbəsi önündən etinasız keçməkmi 

olar?


Tam  bir  mədəniyyət  örnəyinin  ana  boxçası  kimi  açılır  qarşımda  Böyükağa 

mədrəsəsinin  tarixə  yoldaşlıq  edən  panoramı.  Şəhər  içində  şəhər  kimi  görürəm 

Sultan II Bəyazid ansamblını, Gümüşlü Burmalı Minarə Camesini.

Tarix içində bir tarixdi Yörkücpaşa, Şamlar Ayasağa Cameləri. Eləcə də Şirvanlı 

(Azərilər) camesi, Əzinəbazar sarayı.

Daş Sarayın dam-daşını mamır basmış… Sanki bütün yaşanmışlar, qos-qoca ta-

rix bu divarlar üzərində yorğun düşüb, bir az dincəlmək, özünə solux vermək istəyir. 

Ruhi dincliyə açılan qapı, pəncərə kimidi Daş Saray. Hansı qapısından keçəsən, han-

sı pəncərəsindən, çatından boylanasan ki, tarixin daş yuxusunu qaçırmayasan. Arxa 

səmtindən sıralanan sal təpələr keşiyində durub elə bil. Hər biri də eynən Daş Saray 

şəklində süslənmiş, nəqşlənmiş. Halını, havasını götürüblər bir-birilərinin.

Bir  az  yana,  qarşı  səmtə  göz  yetirirəm.  Amasiya  körpüləri  zamandan  za-

mana,  gözəllikdən  gözəlliyə  qədəm  basmağıma  yardımçı  olur.  Vağzal  körpüsü 

daha ərdəmli, daha önəmli… Bir üzündə Alçaq körpü… Amasiya qalasından qarşı 

məhəllələrə keçid buradan başlayır. Yaşılirmaq çayı üzərindən dost qolu, ağuşu kimi 

açılır qədəmlərə.

Mustafa  bəy,  Gümacıq  hamamları  səmtdən  keçirəm.  Elə  bil  gözəlim  Bakının 

İçərişəhər məhəllələrinə qədəm basmışam, Şirvanşahlar kompleksini dolaşıram, ya 

elə Şəkidə, İsmayıllıdayam. Faytonlar, arabalar, o arabalardan mənə gülümsünən, əl 

eyləyən Amasiya insanları çəkir könlümü. Hər biri doğma, hər biri əziz…

Uluköy  Sinanpaşa  hamamının  görünən  mənzərəsi  belə,  tacbənd,  şəbəkəli 

Amasiya  evləri  belə…  Hansından  söz  açım,  hansını  deyim.  Gərək  gələsən,  gəlib 

də doğma müsafiri olasan, könlünə, gözünə yığasan bu özəllikləri. Əliboş, qəlbi, 

könlü-gözü dolu dönməyi bacarasan. Hazeranlar evinin mədəniyyət özəlliklərinin 

tamaşasına dura biləsən.

Amasiyada qayalıqlarla evlərin, muzey və mədrəsələrin qəribə, uyarlı bir sıralan-

ması var. Biri o birini tamamlayır. Şərqi, muğam notları, çeşidli rəng çalarları kimi…

Hökumə evi – konağı bu çeşidli mənzərələrin növbəti şəbəkəsi kimi gəlir göz 

önünə. Bir yanında Bələdiyyə binası. Önündə də Türkün ay-ulduzlu uca bayrağı Saat 



30

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Qülləsindən baxanda apaydın görünür.

Strabondan yazdımmı? – boynumun borcu…

Amasiyalı  Teodoru  yad  etdimmi?  –  bu  bir  İslam,  müsəlman  əxlaqı…  Bizi  əziz 

bilənləri əziz olaraq anmaq babaların vəsiyyətidi.

Yaddaşımda  Boraboy  gölünün,  Şadırvan  mənzərələrinin,  Abidə  Xatın  Came-

sinin,  Gümüşhacıköy  mənzərələrinin  öz  unudulmazlığı,  könül,  göz  dadı-tamı  var. 

Eləcə  də  Xəliliyyə  mədrəsələrinin,  Gökçəli  Qalasının…  Suluoba  Gəncəmi,  Daşoba 

Tovuzumu,  Qazağımı  yada  salmaqda,  oxşamaqdadı.  Burda  çinarlar  tanış,  güllər, 

çiçəklər tanış. Hamamözü də elə…

Amasiya alması dərmək, yemək, tam eləmək üçün deyil ki… Daha çox «Alma 

gözlüm, alma yanaqlım» düşüncəsini qabartmaq üçündü. Mən də üzməyə, dadı-

na baxmağa qıymıram. Eləcə də könlümdə doğma mahnının unudulmaz misraları 

qanadlanır:

Almanı atdım xarala,

Qaldı sarala-sarala…

Zaman yox, vaxt azdı…

Şeyx  Ədəbali  həzrətləri  Osman  Qaziyə  nəsihətlərindən  birində  «Durmağa, 

istirahət etməyə haqqımız yoxdur – deyə səslənirdi – çünki zaman yox, vaxt azdır…»

Amasiyanın qədimliklə, doğmalıqla süslənən hər qarış torpağını, küçəsini, yo-

lunu, izini eyni fikir ucalığıyla gəzməyə, görməyə, görüb də dərk etməyə, anmağa 

və anlamağa tələsirəm. Çünki zaman yox, vaxt azdı… Üz-üzə dayandığım, fərqinə 

vardığım tarixi abidələrin önündə, əlyetərində

Öylə sərməstəm ki…

sanki vaxtı, zamanı siyasiləşən, qloballaşan dünyanın gedişatını, şəxsi qayğıalrını 

büsbütün, bilmərrə unutmuşam.

Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,

Mən kiməm, saqi olan kimdir, meyü-səba nədir?

Mövlanə  Füzulinin  sözləridi.  Və  bütün  qapsamı,  anlamıyla  mənim  Amasiya-

lı günlərimin ovqatını birər-birər özündə birər-birər əks etdirir. Bu, o Füzulidir ki, 

Bağdaddan Türkiyə padşahı Sultan Süleymana «Salam verdim, rüşvət deyildir deyə 

almadılar» – ərki edir, ismarıcı göndərirdi.

Yada, biqədirsə ərk etməzlər ki!

Bütün  dönəmlərdə  ərk,  umacaq  yeri  olub  Türkiyə…  Bala  anasına  dartınan 

kimi  dartınmışıq  onun  havasına,  suyuna,  bənzərsiz  təbiətinə,  dost-doğma  mil-

li  dəyərlərinə  doğru…  Bu  doğmalıq,  ruhu  birliyi  təşnə  bir  həvəslə,  təşnə  bir 

qədirbilənliklə qəlbimə sıxmaq, sıxmaq və heç cür atrılmaq istəmirəm.

Zamansa öz axarında…

Sular ötürdü dil-dil…

Amasiyanın şəfalı mədən suları bir ayrı söhbətin mövzusudur. bu sahə Ama-

siyanın  kurort,  istirahət  sahəsini  daha  çox  əhatəyə  alır.  Yer  altından  təbii  şəkildə 

çağlayıb gələn qapalı, isti su qaynaqları daha çox halda Terziköy və Hamamözündə 

yerləşməkdədir.  Tarixi  Arkutbəy  mədən  suyu  və  eyni  qəza  daxilindəki  kurort 

təzhihatları bu sırada ən gözəl örnəklərdir.




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə