I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə14/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   10   11   12   13   14   15   16   17   ...   159
    Bu səhifədəki naviqasiya:
  • Amasiya

31

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Qəzada ticarət və sənaye təsərrüfatı geniş şəkildə inkişaf etmişdir. Burada biri 

Əsgəri hava limanı və sivil uçuşlara meydan açan Amasiya – Merzinfon hava liman-

ları fəaliyyət göstərməkdədi.

Qəzanın sənaye yüksəlişinə təkan verən Merzinfon İdarəetmə Sənaye Bölgəsi 

1987-ci ildə yaradılıb. Burada təqribən 3000 adam çalışır, müxtəlif sənaye firmaları 

fəaliyyət göstərir.

Merzinfon qəzasında Mehmet Çələbi tərəfindən 1415-ci ildə ucaltdırılmış Çələbi 

Mehmet Mədrəsəsi və 1866-cı ildə Ziya Paşa tərəfindən inşa etdirilmiş Saat Qülləsi 

daha çox diqqət çəkməkdədi. Sonra gəlir 17-ci əsr memarlığı üslubunu özündə ya-

şadan Daş Saray abidəsi, 1666-cı ilə tarixlənən Qaramustafa Paşa Camesi… Bu zərif, 

tarixi Camenin həyətindəki Şadırvan kompleksi səkkizguşə planlı olmaqla nəqqaş 

Emin tərəfindən yaradılmış, çeşidli naxış işləmələrlə bəzədilmişdir. Merzinfondakı 

Xatun Camesi də bu qəbildən olan tarixi memarlıq abidələrindəndir.

Gəlirəm vilayətin Gümüşhacıköy qəzası üzərinə… Gümüş Maden (Gümüş metal) 

Camesi göz çəkir. Came içində 19-cu əsrə aid nümunələr yer almaqdadı. Müxtəlif 

bölümləri var.

Sultan Çələbi Mehmet bəylərbəyi Xəlil Paşa tərəfindən 1415-ci ildə tikdirilmiş 

Xəliliyyə Camesi də öz orijinallığı ilə əzizdən əzizdi…

Sonra gəlir Göynücək… Amasiya vilayətinin bir yeni, zəngin qəzası!

Qəza mərkəzindən 8 km aralı Görkçeli Qalası ucalır.

Ardınca gəlir Suluoba qəzası…

Bu da Daşoba… Hamamözü qəzası… 1944-cü ildə qəza olaraq tanınıb. Bənzərsiz 

bitki örtüyü, təsərrüfatı öz yerində…

Örtülü qaynar su mədənləri bu qəzanın ən çox gəlir gətirən təbii sərvətidir. 17 

kəndi əhatə edən qəzanın təbiəti olduqca zəngin, insanları əməksevəndir. Hama-

mözünün şəkilləndirilmiş, fotoya alınmış görüntüləri göz oxşayır, könül çəkir.

Belə…

Amasiyanın  vilayət  boyu,  qəza  içi,  kənd  daxili  şəkil  görüntülərində  qos-qoca 



ata-ana şəkillərini görüb doğmalarıma bənzətdiklərim çox, lap çox oldu. Gözlərimə 

köçürdüm  o  şəkilləri.  Ata-anamıza,  bacı-qardaşlarımıza,  əmi-dayımıza  oxşada-

oxşada…

 Amasiyanın geniş ormanlarını, bənzərsiz dağlarını, yaşıl meşələrini gözəlimiz 



Azərbaycanın əkizi, bənzəri bilib də bağrıma basdım, özümüzünkü bildim. Gülü-

nü  gülümüz,  çiçəyini  çiçəyimiz  kimi  qoxladım,  almasından,  armudundan  doğma 

torpaqlarımızın dadını aldım. Heç uzaqlıq, yabançılıq görmədim. Könüldən-könülə 

açılan yolları, gözdən-gözə axan doğmalığı gördüm.

Elə bu səbəbdən də birər-birər hər bir şəhərin, kəndin, qəsəbənin adını andım, 

məscidlərinin qudsal paklığına baş endirdim.

Ayrılarkən  «Salamat  qal  bu  dağlarda,  bu  güniş  ormanlarda  ürəyim,  salamat 

qal!»  deyə ayrıldım: «Sağlıq olsun, gedərik, yenə gəllik…» – halallaşması etdik.

Gözəlim Azərbaycana, vətəndən vətənə, yurddan yurda dönürəm. Səfər boyu 

seyr edib, tamaşasına durduğum cənnət gözəllikləri fotoqraf Sacit Şahinin «Bir sev-

dadır  Amasiyada  yaşamaq»  adlı  ruh  titrədən  bir  deyimi  ilə  baş-başa  göz  önünə 

gətirirəm.  Şahin  gözləri  ilə  Amasiya  təbiətinin,  varlığının    ən  bilinməz,  pünhan 

mənbələrinə nəzər sala bilmiş Sacit bəy gözlə görməklə bərabər sözlə ifadə etmək 

ehtiyacından da vaz keçə bilməyib. Çox səmimi bir şəkildə ifadə edib ki, çaqıl-çaqıl 

bir irmaq, coşqun bir çay… Yaşılirmağın adını da deyib axar dumanlı dağlardan Qara 

dənizə doğru suları tarix toxulu, nəfəsi sevda qoxulu bir dəli, coşqun çay… Göylərin 




32

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

mavisini,  yaylaların  yaşılını  əmmiş;  əks-sədasına  sevdasını  büküb-bürmələmiş, 

düyümləmiş  bir  başqa  sudur  Yaşılirmaq…  Yaz-bahar  aylarında  yaylalarda  Novruz 

gülləri ilk ümidlər kimi açarkən səsi dəyişir Yaşılirmağın. Sanki çağlayan su deyil, 

unudulmuş (əlavə edirik, unudulmayacaq) sevdalardır… Bəyaz, çən-duman, sis ya-

macları tərk etdikcə dağlara və isti obalara bərəkət səpincə əks-səda verir çayın 

uğultusu.

Əbasına bürünmüş, səbrli bir dərviş təvəkküllüyü ilə ağır-ağır addımlayır vara-

cağı mənzilə doğru… Ləpələri salxım söyüdləri öpüşlərə qərq edir. Sanki ağıllanma-

ya başlayır dəli çay… Və divar kimi sərt qayaların boğduğu dar bir vadidə sakitləşir. 

O  zaman  görə  bilməlisinin  Yaşılirmağı…  Durulur,  sakitləşir,  azğın  coşğunluğu  bir 

anda çəkilib gedir, ram olur. Keçmiş çağların dərinliyində bir sirr kimi sürünür, ayna-

sında əks etdirir gələcək çağları… Zirvələrdən baxdıqca zərif tel kimi süzülən çayın 

hər iki yanını tor şəbəkələri bəzəyər… Amasiya bu!

Yaşılirmağın zərif telinə inci kimi düzülübdür qədim, tarixi evləri… Amasiya bu! 

Bütün görüntüsündə, panoramında yaşayan və yaşadılan gözəlliklərlə gülümsərkən 

irmağın aynasında çağlayan çöhrələri nişan verir. Bir su pərisi kimi gülümsər bəyaz 

evlər sahilində. Hər biri eyni formada, eyni səmimiyyətlə gülümsəyən insanları kimi, 

onların bənzəri… Amasiya bu!.. Burada bir az dayanıb dincəlmək lazımdır…

Belə deyir fotoqraf Sacit Şahin! Deyir və könlümüzdən xəbər verir. Eynən onun 

kimi deyir, bitirirəm sözümü: «Burada, bu gözəl diyarda bir az dayanıb dincəlmək 

lazımdır»



33

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



MÖVLANA ISMAYIL SIRACƏDDIN ŞIRVANI

QAFQAZ MÜRIDIZMI IDEOLOGIYASININ BANISIDIR

Dos.Dr. Arif Bəşirov

*

Özet

Yazıda Kafkasyada müridizmin Kafkasyanın hangi bölgesinde yaranması, müri-

dizm ideologiyasının nereden kaynaklanması, konunun yaranışında kimlerin çaba 

göstermesi,  ideolojinin kaynakları açıklanır.

Abstract

In the article the anther tries to explain, where the ideology of Caucasian müri-

dizm became out? Where and by whom were prepared the main ideas of müridism 

and relations ideology müridism with different trends.      

Tarixin açılmamış səhifələrindən biri də Qafqaz müridizminin harada meydana 

gəlməsi, müridizmin ideologiyasının kim tərəfindən və harada işlənib hazırlanması, 

Qafqaz müridizminin hansı mənbələrdən qaynaqlanması, Qafqazda silsilə ardıcıllığı 

ilə kim tərəfindən yayılması mühüm elmi əhəmiyyət kəsb edir.

İslam aləmində «Şah Nəqşibənd» adı ilə yad edilən Buxaralı türk Bahaəddinin 

hazırladığı nəqşibəndiliyin Qafqazda ilk dəfə silsilə davamçısının müəyyən edilməsi 

Qafqaz müridizmi ilə bağlı bütün məsələlərə aydınlıq gətirmək üçün açar ola bilər. 

Mənbələrdə  bu  məsələ  barədə  elmi  əsası  olmayan  müxtəlif  fikirlər  irəli  sürürlər. 

İddia  edirlər  ki,  guya  Çar  Rusiyasına  qarşı  düşmənçilik  edən  qüvvələr  və  bəzi 

xarici  dövlətlər  Nəqşibəndi  ideyalarını  başqa  ölkələrdən  süni  şəkildə  Qafqaza 

gətirərək,  ruslara  qarşı  mübarizədə  istifadə  etmək  məqsədilə  Qafqazda  yaymış-

lar. Bu tarixi faktlara söykənməyən düşüncənin tərəfdarları Qafqazda istilaçı və iş-

ğalçı müharibədə iştirak edən, polis və yüksək rütbəli hərbiçilər, bəzi tarixçilər və 

şərqşünaslar idilər. 

Nəqşibəndilik  bütün  müsəlman  aləminə  silsilə  ardıcıllığı  ilə  yayıldığı  üçün 

Qafqaza kənardan süni yolla gətirilə bilməzdi. Səhv düşüncə tərəfdarları ya Şeyx 

Cəmaləddin əl-Qumidinin «Qızıl silsilə»ni açıqlamasından xəbər verən mənbədən 

xəbərdar olmuşlar, ya da billə-bilə öz istilaçı siyasətinə haqq qazandırmaq məqsədi 

güdürdülər.

İmam  Şamil  1859-cu  ildə  fəxri  şərtlərlə  təslim  olduqdan  sonra  kapitan 

Runovskiyə verdiyi izahatında bildirir ki, Qafqazda mili azadlıq hərəkatı başlayana 

qədər nəqşibəndilik, müridizm Dağıstanda mövcud olmamışdır.

Qafqaz müridizminin banisi Azərbaycanın indiki Kürdəmir şəhərində dünyaya 

göz açmış müsəlman aləminin ictimai–siyasi həyatında olduqca böyük xidmətləri 

olmuş İsmayıl Şirvanidir. İsmayıl Şirvani ilk təhsilini Azərbaycanın Şamaxı şəhərində 

aldıqdan  sonra,  Ərzincanda  təhsilini  davam  etdirərək  dini  rütbə  almış,  Tokatda, 

Süleymaniyədə  riyaziyyat  və  hədis,  Anadoluda  fiqh  elmlərini  öyrənmişdir.  Həc 

* Azərbaycan Memarlıq və İnşaat Universiteti, İctimai elmlər kafedrası 



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə