I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə16/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   12   13   14   15   16   17   18   19   ...   159

36

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

diyi  izahatla  da  ziddiyyət  təşkil  edir.  İmam  Şamil  öz  izahatında  bildirir  ki,  Şimali 

Qafqazda milli azadlıq hərəkatı başlayana qədər nəqşibəndlilik təriqəti Dağıstanda 

mövcud olmamışdır.

Nəhayət  yuxarıda  qeyd  etdiyimiz  mülahizələrə  aydınlıq  gətirmək  məqsəd  ilə 

Nəqşibəndlik təriqətinin meydana gəlməsi və silsilə ardıcıllığı ilə Qafqaz regionun-

da yayılmasına dair tarixi faktlara müraciət edək.

Nəqşibəndilik  təriqətinin  banisi,  bu  təlimi  formalaşdıran  əsil  təriqət  halına 

gətirən yuxarıda qeyd etdiyimiz kimi “Şah Nəqşibənd” adı ilə yad edilən Buxaralı 

türk Bahaəddin Nəqşibənd olmuşdur. Bu təriqət XV əsirdən başlayaraq Bahaəddin 

Nəqşibəndinin xəlifələri Əlaəddin Əttar (Ö.1400), Zahid Bədəxşi və Məhhməd Par-

sanın  (Ö.1419)  fəaliyyəti  nəticəsində  müsəlman  aləminin  çox  geniş  ərazilərində 

yayıldı.  Übeydullah  Əhrar  Zamanında  isə  təriqətin  şöhrəti  Anadolu  və  İstanbula 

qədər yetişdi. Anadoluda nəqşibəndiyə təriqəti Şeyx Simağlı Molla Abdullah İla-

hinin (Ö.1491) fəaliyyəti nəticəsində geniş yayıla bildi. İmam Rəbbaninin (Ö.1624) 

təlim və təbliği sayəsində isə bu təriqət Hindistanda da geniş şəkildə yayıla bil-

di.  Abdullah  əd-Dəhləvi  və  Mövlanə  Xalidin  fəaliyyəti  nəticəsinə  nəqşibəndiyə 

təriqəti  müsəlman  dünyasında  ən  geniş  tərzdə  yayılmış  təriqətlərdən  biri  oldu. 

Bunun nəticəsində Müsəlman Şərqində, o cümlədən Qafqazda alimlər, maarifçilər, 

mədəniyyət  xadimləri,  sərkərdələr,  siyasi  xadimlər  arasında,  çoxlu  nəqşibəndiyyə 

Şeyxləri olmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, Nəqşibəndiyənin Azərbaycan ərazisində XIX əsrdə 

başlayaraq İsmayıl Şirvaninin fəaliyyəti sayəsində geniş daxil olmasına baxmaya-

raq hələ XV əsrdə əslən Azərbaycanlı olan Nemətullah Naxçıvani, Hacı Nəcməddin 

Berkbaf, Abu Səid ibn Sumillah, Əziz Mahmud Urmərvi kimi Nəqşibəndiyə Şeyxi 

məqamına  yetişmiş  alim  və  şəxsiyyətlər  olmuşdur.  Lakin  Azərbaycanda  təsəvvüf 

sahəsində XVI  əsrdən başlayaraq geriləmə başlamış və təsəvvüf sahəsində güclü 

alimlər və təmsilçilər tarix meydanın çıxa bilmədiyi üçün təsəvvüf biliklər az inki-

şaf  etmişdir.  Dövlət  rəhbərlərinin  və  mollaların  təzyiqinə  dözə  bilməyən  bir  çox 

təriqət məsulları olan şəxslər Hindistan, Anadolu, Misir, Türkistan kimi bölgələrə köç 

edərək orada məskunlaşmışlar.

Nəhayət  Azərbaycan  təsəvvüf  tarixində  XIX  əsrdə  önəmli  yer  tutan  şəxsiyyət 

meydana çıxdı. Belə bir şəxsiyyət müsəlman aləminin ictimai-siyasi həyatında ol-

duqca böyük xidmətləri olmuş Mövlanə Şeyx İsmayıl Siracəddin Şirvani (1782/83-

1848) idi. Şeyx İsmayıl Şirvani Azərbaycanın Kürdəmir kəndində anadan olmuşdu. 

İlk təhsilini Şamaxıda Mahmud Nuri əfəndidən aldıqdan sonra 1800-ci ildə təhsilini 

davam etdirmək üçün Ərzincana getmiş Abdurrahman Evliyanın yanında təhsilini 

davam etdirmişdir. Dini rütbəyə layiq bilindikdən sonra Tokata, ordan da Bağdada 

qədərək Süleymaniyyədə Mərvari Yəhyə Əfəndidən və ibn Ədəmdən riyaziyyat və 

hədis elmlərini öyrənmişdir. Burdurda (Anadoluda) 1805-06-ci illərdə figh elmini 

öyrənərək Kürdəmirə qayıtmış və 7 il müəllimlik etdikdən, sonra Həc ziyarətinə get-

mişdir. Həc ziyarətində gedərək yaxın və Orta Şərq ölkələrində məşhur olan Hindis-

tanlı Şeyx Abdulla Dəhləvinin şagirdi Azərbaycanlı Şeyx Mövlana Xalid Bağdadidən 

təhsil  almışdır.  Mövlana  Xalid  İsmayıl  Şirvaniyə  müşridlik  dərəcəsi  verdikdə  son-

da 1817-ci ildə yenidən Kürdəmirə qayıtmışdır. İsmayıl Şirvani Kürdəmirdə yaşa-

dığı  9  il  müddətində  ardıcıl  olaraq  sufizmin  nəqşibəndlilik  təriqətinin  ideyalarını 

öyrətməklə, təriqəti Qafqaz regionunda yaymaqla, müridizmin başlıca ideyalarını 

işləyib  hazırlamaqla,  müridizm  təlimi  Azərbaycan  və  Şimali  Qafqazda  yaymaqla 

məşğul olmuşdur.

Şirvanda hələ xalqın üsul-idarəsi hakim idi (1747-1820) Şirvan xanı Mustafa Xan 

(1792-1820) ruslar ilə 1805-ci ildə 25 dekabr traktatını imzalaması zamanı antiqaf-




37

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

qaz, antimüsəlman davranışı ilə tanınan Qafqaz canişini A.R.Yermalov bəzi siyasi 

məsələlərdə müstəqil hərəkət edən Mustafa xanı zorla öz vətənindən uzaqlaşdır-

maq istəyirdi. Hərbi hazırlıq görə bildiyini və bu məsələdə artıq gecikdiyini dərk 

edən Mustafa Xan 1820-ci ildə İrana yola düşdü. Dərhal xalqın üsul-idarəsi ləğv 

edildi. Şirvanda rus idarəçiliyi – komendantlıq tətbiq oldu. 

Xanların bəylərin hüquqlarının məhdudlaşdırılması ilə yanaşı nüfuzlu alimlərə, 

din xadimlərinə qarşı təzyiqlər də gücləndirildi. Elə ki, xalqın ləğv olundu, nüfuzlu 

şəxs  kimi  İsmayıl  Şirvaniyə  qarşı  da  təzyiqlər  başlandı.  əlbəttə  ölkəsi  işğal  olun-

muş, dini inancı təcavüzə məruz qalmış İsmayıl Şirvani belə bir vəziyyətlə razılaşa 

bilməzdi.

Tezliklə Şeyx İsmayıl və onun təlimi haqqında xəbərlər bütün Azərbaycana və 

Şimali Qafqaza yayıldı. Onun yanına qonşu kənd və obalardan, Şimali qərbdən 

müridlər toplaşmağa başladı. Bu müridlər içərisində Bölükət mahalının Kürdəmir 

kəndindən  Hacı  Mahmud  baba,  Külüklü  kəndindən  Hacı  Əhməd  Əfəndi,  Cəyli 

kəndindən Hacı Məmməd Nəbi Əfəndi, Qarasubasar mahalının Zərdab kəndindən 

Molla Əhməd vardı. Onlar hələ Şirvani Azərbaycanda fəaliyyət göstərən zaman 

Şirvanda və Azərbaycanın Şimali-qərb ərazilərində nəqşibəndlilik təriqətini və is-

lami dəyərlər əsasında işlənmiş müridizmin başlıca ideyalarını təbliğ edərək ya-

yırdılar. 

Şeyx  İsmayılın  işəyib  hazırladığı  müridizmin  başlıca  ideyaları  Sufizmin 

Nəqşibəndi  təriqətinin  əsasında,  digər  tərəfdən  isə  hamının  bərabər  olması  və 

başqalarından asılı olmaması barədə Qurani-Kərim ayələrinə əsaslanırdı. “...Sizinlə 

vuruşanlarla siz də Allah yolunda vuruşun..., ...Sizi çıxartdıqları yerdən siz də onları 

çıxardın..., ...Onlar sizinlə məscidülhəram yanında vuruşmayınca, siz də onlarla ora-

da vuruşmayın! Əgər sizinlə vuruşsalar, siz də onları öldürün..., ...Sizə qarşı, həddini 

aşanlara siz də həmin ölçüdə həddi aşın... (Əl-Bəqarə, 190, 191, 194).”

Müridizmə çağırış, müraciətnaməsində bildirilirdi ki, İslam əqidəsi, inamı sarsılır, 

müsəlmanlar, şəriətə əməl etmirlər, onlar kafir hakimiyyəti altına düşərsə Uca olan 

Allaha və təriqət elminin əldə etdiyi nailiyyətə çata bilməzlər. 

Müsəlman  kafirlərin  tabeçiliyində  ola  bilməzlər.  müsəlmanlar  heç  kimin  qulu 

olmamalıdırlar.  Müsəlman  heç  kimin  tabeçiliyində  yaşamamalıdır.  Heç  kimə 

vergi  verməməlidir,  hətta  başqa  bir  müsəlmana  da  vergi  ödəməməlidir.  Km 

müsəlmandırsa o azad bir insan olmalıdır və müsəlmanlar arasında bərabərlik hökm 

sürməlidir. Kim özünü müsəlman hesab edirsə  onun üçün birinci iş ona təcavüz 

edən  kafirə  qarşı  qazavatda  olmalıdır,  ondan  sonra  isə  şəriətdə  əməl  etməlidir. 

Kafirlərin hakimiyyətinə tabe olsanız, yaxud kiminsə bir başqasının hakimiyyəti al-

tında düşsəniz (burada yerli hakimlər nəzərdə tutulur) Ruslar Qafqazı istila edərsə 

siz müsəlmanların namazı, orucu, Məkkə ziyarəti mənasız olacaq. 

Sizə  peyğəmbərimiz  adından  and  veririk,  öz  vətəninizin  müdafiəsinə  qalxın, 

xalqı toplayın, silahlanın və qazavata gedin. Rusları məhv edin, öz müsəlman qar-

daşlarınızı azad edin. Əgər vuruş zamanı sizi öldürsələr, sizə cənnət bəxş ediləcək, 

əgər pulla ələ alınaraq, yaxud yalançı vədlərə aldanıb vuruş meydanından qaçarsa 

onda sizin ibadət yeriniz meçidlər kilsələrə çevriləcək. Siz əbədi lənətə gələcəksiniz, 

sizin xilasınız olmayacaq, odur ki, Allahın qəzəbindən qorxun. Sizin xalqınız azaddır, 

müstəqildir.  Ruslardan  asılı  olmamalıdır.  Siz  cəsursunuz.  Bir  müsəlman  on  kafirə 

qarşı vuruşmalıdır, vuruşdan qorxmamalıdır və kafirə arxa çevirməməlidir. Üzbə-üzə 

vuruşun və kimki bu deyilənlərə əməl etsə ona cənnət qismət olacaq.

Beləliklə,  Rus  müstəmləkəçilərinə  qarşı  Qazavata  başlamaq  haqqında  başlı-

ca ideyalar ilk növbədə şəriət qaydalarına sıx bağlı olan nəqşibəndlik təriqətinin 

azadlığı  və  bərabərliyi  təbliğ  edən  müddəalarına  və  Qurani-Kərimin  Əl-Bəqərə 




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə