I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə15/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   11   12   13   14   15   16   17   18   ...   159

34

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

ziyarətindən  İstambula  gedərək  təhsilini  davam  etdirmişdir.  Müəllimi  Mövlana 

Xalid  Bağdadi  İsmayıl  Şirvaniyə  mürşidlik  dərəcəsi  verdikdən  sonra  1817-ci  ildə 

Kürdəmirə qayıtmışdır.

İsmayıl  Şirvani  Kürdəmirdə  yaşadığı  müddətdə  ardıcıl  olaraq  Sufizmi, 

nəqşibəndilik  təlimini  öyrənməklə,  müridizmin  başlıca  ideyalarını  işləyib  hazırla-

maqla, müridizmi Azərbaycanda və Şimali Qafqazda yaymaqla məşğul olmuşdur. 

Qeyd  edək  ki,  Nəqşibəndiliyin  mərkəzi  də  Kürdəmirdə  yerləşirdi  və  mərkəzə  İs-

mayıl Şirvani rəhbərlik edirdi. İsmayıl Şirvani 1823-cü ildə əslən Şamaxıdan olan 

Xas Məmməd Şirvaniyə xilafətnamə verərək, təhsil aldığı Dağıstanın Kürün xanlı-

ğında təsəvvüfi bilikləri və müridizmin ideyalarını yaymağı məsləhət bildi. Deməli, 

tarixi sənədlər sübut edir ki, Nəqşibəndiliyi, müridizmin ideyalarını silsilə ardıcıllığı 

əsasında ilk dəfə Dağıstanda yayan Xas Məmməd Şirvani olmuş və Ruslara qarşı 

mexaniki, süni şəkildə, başqa dövlətlər tərəfindən Qafqaza gətirilməyib.

Şeyx  İsmayılın  işləyib  hazırladığı  müridizm  ideyaları  Sufizmin,  Nəqşibəndi 

təriqətinin,  hamının  bərabər  olması  və  başqalarından  asılı  olmaması,  ədalət  və 

haqqa  dair  Qurani–Kərimin  ayələrinə,  Allah  yolunda  müsəlmanların  vəzifələrinə 

əsaslanır.  İsmayıl  Şirvaninin  müridizmə  çağırış  müraciətnaməsində  İslam  əqidəsi, 

müstəqillik, kiminsə tabeçiliyində olmamaq, heç kimin qulu olmamaq, yadellilərə 

vergi verməmək, bərabərçilik, təcavüz edənə qarşı qazavata başlamaq, düşmənə 

qarşı cəsur olmaq və digər düşüncələr öz əksini tapmışdır.

İsmayıl Şirvaninin işləyib hazırladığı müridizm ideyalarının Qafqazda sürətlə ya-

yılması dini ayrı yadelli işğalçıların təqib və təzyiqlərinə düçar oldu. Çar Rusiyası 

1820-ci ildə Şirvanı özünə birləşdirdikdən sonra Nəqşibəndiliyi siyasəti cəhətdən 

təhlükəli hesab edərək İsmayıl Əfəndinin ardıcıllarını təqib etdilər, Şamaxı komen-

tantı  erməni  Mədətov  İsmayıl  Şirvanidən  doğma  Vətənini  həmişəlik  tərk  etməyi 

tələb etdilər. Doğma Vətənin əbədi tərk etməyə məcbur edilən İsmayıl Şirvani Os-

manlı dövlətinin hüdudlarına, Axıskaya köçdü.

Osmanlı Dövlətinin Axıska, Amasiya, Sivas kimi mərkəzlərində ustad mürşid İs-

mayıl Şirvani islami bilikləri tədris və təbliğ etmiş, müdirizmə və Nəqşibəndiliyə dair 

bilgilərini nəşr edərək böyük nüfuz sahibi olmuşdur. Mövlana Xalid İsmayıl Şirvani 

1847-ci ildə Amasiyada dünyasını dəyişmişdir. 

Müasir dövrdə mühüm elmi əhəmiyyət kəsb edən məsələlərdən biri də Qafqaz 

müridizminin harada meydana gəlməsi, bu ideologiyanın başlıca ideyalarının kim 

tərəfindən və harada işlənib hazırlanması, Qafqaz regionunda silsilə ardıcıllığı ilə 

yayılması kimi məsələlərə aydınlıq gətirməkdən ibarətdir.

Qeyd edək ki, bir çox tədqiqatçılar qeyd etdiyimiz məsələləri araşdırarkən qarşı-

larına qoyduqları siyasi məqsəd və vəzifələr baxımından məsələyə yanaşaraq tarixi 

həqiqətləri tərif etmişlər. odur ki, ilk növbədə belə bir məsələyə aydınlıq gətirmək 

lazımdır ki, nəqşibəndilik təriqətinin Qafqaz regionunda XVIII əsrdə ilk silsilə da-

vametdiricisi kim olmuşdur, təriqətin mərkəzi harada yerləşmişdir, daha doğrusu 

nəqşibəndlik təriqəti Qafqaz regionunda ilk dəfə harada fəaliyyət göstərmişdir və 

başlıca olaraq kimin fəaliyyətinin nəticəsində Qafqazda yayıla bilmişdir. Bu sualla-

ra verilən cavab olduqca mühüm elmi əhəmiyyət kəsb edən məsələ olub, Qafqaz 

müridizmi ilə bağlı digər məsələlərə aydınlıq gətirmək üçün bir açar rolunu oynayır.

Yeri  gəlmişkən  qeyd  edək  ki,  nəqşibəndlik  təriqətini  Qafqaz  regionunda  ya-

yılması  barədə  mənbələrdə  bir-birindən  müəyyən  cəhətlərinə  görə  fərqlənən 

müxtəlif  mülahizələr  mövcuddur.  Tədqiqatçıların  irəli  sürdüyü  mülahizələrdən 

biri ondan ibarətdir ki, guya çar Rusiyasının Qafqaz uğrunda işğalçı müharibəyə 

başlaması ərəfəsində Rusiyaya qarşı düşmənçilik mövqeyi tutan qüvvələr və xarici 

dövlətlər nəqşibəndlik təriqətini Qafqaz regionuna xaricdən süni şəkildə gətirərək 




35

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

rus müstəmləkəçilərinə qarşı istifadə etmək məqsədi ilə Qafqazda yaymışlar. Qeyd 

edək ki, nəqşibəndlilik təriqəti yayıldığı bütün ölkələrdə silsilə əsasında yayıldığı 

üçün  Qafqaza  süni  şəkildə  haradansa  gətirilməsi  haqda  fikir  düzgün  hesab  olu-

na bilməz. Nəqşibəndlilik təriqətinin məhz rusların Qafqazı istila etməsi ərəfəsində 

xaricdən gətirilməsi ideyası başlıca olaraq Qafqaz uğrunda işğalçı müharibədə iş-

tirak etmiş rus ordusunun hərbiçilərində K.İ.Pruşanovskinin, A.A.Neverovskinin, Lo-

bonov  Rostovlonun  və  şərqşünaz  N.V.Xanikovun  və  s.  əsərlərində  özünün  geniş 

əksini tapmışdır. 

Qeyd etdiyimiz məsələyə öz münasibətini bildirən N.A.Dobrolyubov haqlı olaraq 

yazır ki, nəqşibəndilik təriqəti Qafqaza xarici ölkələrdən süni şəkildə gətirilməmişdir.  

O hesab edir ki, guya nəqşibəndlilik təriqəti Dağıstanda çoxdan məlum idi. Lakin, 

bu fikir tarixi faktlara əsaslanmadığı üçün elmi hesab oluna bilməz.

Bəzi  tədqiqatçıların  nəqşibəndlilik  təriqətinin  Qafqaza  Buxaradan  gətirilməsi 

fikri də elmi düşüncə kimi qiymətləndirilə bilməz. Bu fikir də əsasən Qafqazda vu-

ruşan rus ordusunun polis və hərbiçilərinin ideyası olub, indiyə qədər tarixi faktlar 

əsasında tədqiqatçılar tərəfindən sərf nəzər olunaraq təsdiqlənməmişdir. 

Tədqiqatçılardan  M.Kazımbəy,  M.Mahmudbəyov,  N.Pokrovski  isə  sufizmin 

Nəqşibəndlik  təriqətinin  Qafqaz  regionunda  çoxdan  yayılması  ideyasını  müdafiə 

edirlər. M.Mahmudbəyov qeyd edir ki, sufizmin nəşqibədlilik təriqəti Şeyx Şamildən 

hələ 400 il əvvəl Şirvanda mövcud olmuşdur. Dörd əsr durğunluq dövrü keçdikdən 

sonra yeni yaranmış şəraitdə bir daha alovlanmağa başlamışdır. 

Azərbaycanlı mütəfəkkir M.Kazımbəy isə yazır ki, sufizm Dağıstanda Ərəblər oranı 

istila edən zamandan etibarən yayılmağa başlamışdır. Buradan görünür ki, A.Kazımbəy 

sufizmin  Dağıstanda  yayılması  zamanını  qeyd  edərkən  heç  də  nəqşibəndlilik 

təriqətinin orada yayılmasını nəzərdə tutmur. Digər tərəfdən Əli Müslim 815-816-

cı  illərdə  Dağıstanı  istila  edərkən  hələ  nəqşibəndlilik  təriqəti  işlənib  hazırlanma-

mışdı.  Məlum  olduğu  kimi  Nəqşibəndlik  təriqəti  ilk  dəfə  Buxaralı  türki  Bahaəddin 

Nəqşibənd (1318-1389) tərəfindən XIV əsirdə tam sistem şəklinə salınmışdır. 

P.Pokrovskiyə görə isə sufizmin Nəqşibəndlilk təriqəti Şimali Qafqaz regionuna 

heç yerdən gətirilməmişdir və Şimali Qafqazda heç kim tərəfindən işlənib hazır-

lanmamışdır. Bu təriqət Dağıstanın yaxınlığına – Azərbaycanda uzun illərdən bəri 

inkişaf etdirilmiş və bu təlimin tərəfdarları Dağıstanda Çar Rusiyasının XIX əsrin 20-

ci illərində Qafqazda apardığı qəsbkar siyasətinə qarşı müridizm əsasında aparılan 

mübarizənin başlanmasından çox əvvəl fəaliyyət göstərmişdir. Qeyd edək ki, Pok-

rovski də bir çox digər tədqiqatçılar kimi nəqşibəndiyə təriqətinin islam aləmində 

silsilə ardıcıllığı ilə yayılmasına göz yummuş və nəqşibəndliyə Şeyxi Cəmaləddin əl-

Qumuğının “Qızıl silsiləni” aşıqlamasında xəbər verən mənbə ilə tanış olmamışdır, 

yaxud da xəbərdar ola-ola özünü bilməməzliyə vurmuşdur. 

Tarixi faktlar göstərir ki, Nəqşibəndlilik təriqətini silsilə ardıcıllığı ilə ilk dəfə Da-

ğıstanda yayan Xas Məmməd Şirvani olmuşdur. Nəqşibəndlik təriqətinin mərkəzi 

Kürdəmirdə  yerləşirdi  və  mərkəzə  müsəlman  xalqlarının  ictimai-siyasi  həyatında 

mühüm xidmətləri olmuş Siracəddin İsmayıl Şirvani rəhbərlik edirdi. 1823-cü ildə 

Xas Məmməd Şirvaniyə Şeyx İsmayıl xilafətnamə verərək ona təhsil aldığı, müəllimi 

və dövrünün görkəmli elm xadimi Molla Məmməd Əfəndinin yaşadığı Dağıstanın 

Kürün xanlığının Yuxarı Yaraq kəndində təsəvvüfi bilikləri yaymağı məsləhət bildi.

Buradan  aydın  olur  ki,  P.Pokrovskinin  və  digər  müəlliflərin  nəqşibəndlilik 

təriqətinin XIX əsrin 20-ci illərindən çox əvvəl Dağıstanda mövcud olması və ya-

yılması barədə fikirləri heç bir elmi faktlara əsaslanmır və yanlış bir fikirdir. Digər 

tərəfdən P.Pokrovskinin və onun kimi düşünən digər müəlliflərin fikirləri İmam Şa-

milin 1859-cu ildə fəxri şərtlərlə təslim olduqdan sonra kapitan Runovskiyə ver-




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə