I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə12/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   8   9   10   11   12   13   14   15   ...   159

27

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Bu tarixi muzeyə göz yetirə-yetirə Fateh Sultan Mehmetin at üstündə müzəffər 

yürüşlərini xəyal edirəm. Fatehin bütün rəsmləri, ən önəmli şəkilləri ilə bir arada 

lalə, qızılgül şəkli də yer almaqadı. Bu gül şəkli əslində elə bil Fatehin və zamanın 

birgə, baş-başa kölgəsidi, tərk etmir onu. Eyni zamanda da bu gül şəkli eşqin, sev-

ginin, aşiqliyin rəmzi, simvoludur. Sultanın şəkli bərabərində gül rəsmi, eşq simvolu 

var…  Gözəlimiz  Türkiyəyə,  Osmanlı  tarixinə  olan  eşqin  simvolu.  Bu  gül  daha  çox 

Amasiya  ətri  qoxuyur.  Amasiyanın  bir  şəkli  də  həmin  o  lalə,  qızılgül  qismindədi. 

Daha çox tarix ətri, qoxusu verir.

Qoxlayıb doymaq olmur ki!..

Amasiyanın  musiqi  dünyasından  Muhzirbaşızadə  Əli  Əfəndinin  oğlu  Girifti-

zen Asim bəyin adı xüsusi ehtiramla keçir (1851-1929). Sonra gəlir İrfan Özbakir… 

Bəstələri dil-dil ötməklə ölməz adını yaşadır.

Amasiya  mədəniyyət  abidələri  sırasında  xəttatlıq  (hüsnüxət)  sənətinin  xüsusi 

yeri var və bu tarixi sənət XV yüzillikdə Şeyx Həmdulla tərəfindən ən parlaq dövrü-

nü yaşamışdır. Hüsnüxəttin banilərindən olan Şeyx Həmdullah Amasiyada doğul-

muş,  1526-cı  ildə  İstanbulda  vəfat  etmişdir.  Xətt  sənətinin  inkişaf  etdirilməsində 

Sultan II Bəyazidin xüsusi dəstəyini görmüşdür. Yazı onun əlində ən gözəl şəklini 

almış, dekorativ bir sənət olaraq ən yüksək inkişaf məqamına çatmışdır.

Malazgirt  zəfərindən  sonra  (1071-ci  il)  Herat.  Xorasan  və  s.  mədəniyyət 

şəhərlərindən Anadoluya gələn elm və sənət adamlarının önəmli ismi Sivaş, Kon-

ya,  Qayseri  və  Amasiyada  məskunlaşmış,  get-gedə  Amasiya  gözəl  yazı,  xəttatlıq 

mərkəzinə  çevrilmişdir.  Bu  sənətkarlar  və  elm  adamları  şahzadələr  tərəfindən 

yüksək diqqət görmüşlər. Xüsusilə Fateh dönəmində şahzadə II Bəyazidin Amasiya 

valiliyi himayəsiylə fəaliyyət göstərən Amasiya məktəbi 13-cü yüzillikdə Yakutiyalı 

Mustasimin parlamasına şərait yaratmış, 15-ci əsrdə öz yerini artıq bir məktəb kimi 

qəbul olunan Şeyx Həmdullaha aid Türk xətt sənətinin inkişafına vermişdir.

Çağdaş zamanda xəttatlıq sənətini yaşadanların ən tanınmış simalarından biri 

Mehmet Tektaşdır.

Amasiya  mədəniyyətinin  inkişaf  tarixindən  araşdırmaçı  yazar  Hüseyn  Mençin 

adı dərin hörmətlə keçməkdədir.

Bəzən bir fotoşəkil böyük bir tarix yaşamını özündə əbədi olaraq ehtiva edir, 

mədəniyyət  abidəsinə  çevrilir.  Sol  tərəfdə  Hüseyn  Rauf  bəy,  ortada  Mustafa  Ka-

mal  və  sağ  yanda  Sami  bəyin  yer  aldığı  fotoşəkillər  də  Amasiya  tarixindən  eyni 

fikir, münasibət ucalığıyla keçməkdədi. «Təsvir-i Əfkar» qəzetinin fotoqrafı Kənan 

tərəfindən çəkildiyi bilinir.

Amasiyanın əl işi sənətini özündə ehtiva edən kilim toxuculuğu, erhani gümüş 

işləmə sənəti öz incəliyi ilə göz oxşamaqdadı. Zərif usta əllərinin nəqşləndirdiyi çay 

dəstgahı  sırasında  əntiq  samovar,  çaynik,  padnos,  qəndqabı  kimi  əşyaların  qos-

qoca bir tarixi var. Eyni zamanda daş üzərindəki işləmələrin, naxış insan, heyvan, 

göy cisimlərinin şəkillənmələrinin…

Amasiyanın tökmə qapıları öz orijinal ornamentlərilə tarixləşməkdədi. Eləcə də 

pəncərə  işləmələri.  Təkcə  Sultan  II  Bəyazid  Camesinin  pəncərə  qapaqlarının  na-

xış şəbəkəsinə nəzər yetirmək bəs edər ki, bu tarixi abidələrin dəyərini dərk edə 

biləsən.


Amasiya  mədəniyyəti  tarixində  möhtəşəm,  çeşidli  geyim  nümunələri  öz 

bənzərsizliyilə  diqqət  çəkir.  Xüsusilə  qadıngeyimlərinin  milli  özünənməxsusluğu 

bütün Türk şəkillənməsini özündə əks etdirir; naxışlı şalı, ədyalı, tuman-koftası, baş-

mağı, kəlağayısı, pullu başlıqları, yeməliləri ilə bir arada. Hələ bindallı geyim növü-




28

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

nün, milli ornamentlərlə bəzənmiş əlbisələrin özəlliyi bir yana…

Təkcə  fotoşəkillərinə  göz  yetirmək,  nəzər  salmaq  bəs  edər  ki,  Amasiya 

mətbəxinin dadından, tamından, ətrindən doya biləsən. Amasiyanın paxlalı dolma-

sı, mantısı, toyuq şorbası, çörəyinin ətri, dadı-tamı da ki, bir özgə aləm…

Amasiyanın dadlı, gözəl ətirli, sulu alması adla deyilməkdədir. Təqribi çəkisi 90 

qrama  çatan  Amasiya  almalarının  yetişdirilməsi  üçün  hazırda  üç  fərqli  məkanda 

mərhələli  alma  baxçaları  salınmışdır.  2000-ci  ildən  etibarən  hər  il  təqribən  7154 

tona qədər məhsul əldə edildiyi qeyd olunmaqdadır.

Amasiya bamyası yeməklərin sultanı olaraq hazırlanmaqdadır. Bamya çeşidləri 

arasında «Sultan bamyası» xüsusilə seçilir. Hətta İstanbulun Ox (Ok) meydanında 

yer alan tarixi daşlar üzərində bamya fiqurları həkk edilmişdir.

Amasiya fiziki baxımdan çox güclü olan insanların var olduğu bir bölgədir. Mü-

asir  güləşçilik  tarixindən  Adil  Candəmirin,  Hamit  Kaplanın,  Mahmut  Demirin  adı 

xüsusi olaraq keçilməkdədir.

O  ki,  qaldı  teatr  sənətinin  inkişafına,  qeyd  etmək  lazımdır  ki,  Amasiyada 

Cümhuriyyətin ilk illərində Albayraq İdman Yurdu tərəfdə teatr üçün ayrıca yer ay-

rılmışdır.  Burada  ilk  olaraq  «Asri  izdivac»  («Əsrin  izdivacı»)  adlı  bir  komediya  və 

Ahmet Nuri bəyin «Cəza qapu» adlı üç pərdəli pyesi səhnəyə qoyulmuşdur. Daha 

sonralar Xalq evi səhnəsində yeni əsərlər səhnələşdirilmişdir. 1963-cü ilə qədər qısa 

fasilələrdən sonra bu sahəni inkişaf etdirmək məqsədilə Amasiyada Teatrqoruma 

və Yaşatma dərnəyi yaradılmışdır.

Amasiya torpağından güc alan möhtəşəm, monumental ağaclar müasirliklə ta-

rixiliyin, qədimliyin baş-başa yaşadığı simvol kimidir. İlk olaraq nəzərimi Sultan II 

Bəyazid Camesi həyətində hər iki minarənin qarşısında yer alan təqribən 5 əsrlik 

zamanı qapsayan nəhəng çinarlar çəkir. İçləri ovulsa da belə, həyat durumunu hələ 

də qayb etməyən bu çinarlar elə bil ki, dəfedilməz bir inadla rüzgarlara meydan 

oxuyurlar.

Bu  sıradan  bir  başqa  örnək  Çinar  abidədi…  Merzidson  Qocra  Mustafa  Paşa 

Camesinin həyətində yer almaqdadı. Eyni zamanda Yaşıl Yenicədə başqa bir tarixi 

çinar ucalır. Ayrıca olaraq şəhər mərkəzindəki Ziyapaşa Bulvarı girişindəki Stansi-

ya Mərkəzində salınan Gülxanə ətrafında əkilən əzəmətli çinarlar bu silsilənin son 

halqaları, davamı kimi ucalmaqdadırlar/



Ay dünya, gəl gedək, şəkil çəkdirək…

Çox sevdiyim bir şerin misrasıdı. Ömrün gəldi-gedərliyi kədərini içinə alıb.

Şəkillər vaxtın gerçək, dəyişməz üzüdü. Vaxtın, zamanın gerçək, dəyişməz, bir 

olan üzünü şəkilləndirən, fotoya alan insanlara salam olsun! Bu, tarixə, əbədiyyətə 

xidmətdi.

Miniatür  Amasiya  şəkillənməsinin  önündə  bütün  bunları  düşünməkdəyim. 

Amasiya miniatür şəkillənməsi bu gözəl şəhərin 1915-ci ildə düçar olduğu böyük 

yanğından öncəki görkəmini özündə əks etdirməkdədi. Necə var elə, olduğu kimi…

1914-cü ildə olduğu şəkildə! İlk göz önünə gələn 2300 binanın qutsal görünü-

dü. Bircə qapıları açılmır, pəncərələri döyülmür. 1000-ə qədər ağacın hər biri yenə 

də tarixdən bizə əl etməkdədi. Bircə yarpaqlarının həzin titrəyişi yox! Yollar, küçələr 

necə var eləcə qalıb, baxır gələninə, gedəninə həsrət. Bu möhtəşəm mini modeldə 

Amasiya 125 milyon nöqtədən daranmış, əzəllər havadan və yerdən çəkilmiş foro-

şəkillərə, arxiv sənədlərinə istinad edilmişdir.




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə