I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə11/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   7   8   9   10   11   12   13   14   ...   159

25

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Bələdiyyə  Qonaq  evinin  istifadəyə  verilmə  tarixi  isə  1922-ci  ili  əhatə  edir. 

Əsasən Osmanlı dönəminin möhtəşəm yazılı abidələrinin üslubunu Cümhurriyyət 

dönəminə  daşıyan  əsərlərlə  zənginləşdirilib.  Amasiya  valisi  Ziya  Paşa  tərəfindən 

1865-ci ildə ucaldılan Saat Qülləsi bir ucdan bu yerlərdə vaxtın, zamanın hesabı-

nı çəkməkdədi. Tarix bələdçinə dönür, ehtiramla diqqət yetirirəm, bərpa edənləri 

ehtiramla anır, anıram. Amasiyada var Vağzal Binası… Cümhurriyyətin ilk illərini də 

içinə alan, xarakterik «Birinci Milli Memarlıq Akını» dönəminin özəlliklərini daşıyan 

binalar arasındadır. İkimərtəbəli olaraq tikilmişdir.

Tarixi məxəzlər şəhadət verir ki, dünyanın hər yanında tanınan tarixçi və coğrafi-

yaşünas alim Strabon Amasiyada doğulmuşdur. Tarix, fəlsəfə, coğrafiya sahələrində 

çalışmış, bir çox ölməz əsərlər yaratmış, bir çox ölkələri gəzib dolaşmışdır. Həyatnıın 

son 26-27 ilini «Mənim məmləkətim» deyə adını əziz tutduğu Amasiyada keçirmiş-

dir. Tarixlə bağlı 43 cildlik əsərindən az bir hissəsi qalmışdır. Əsərləri bir çox dillərə 

çevrilmişdir.

Amasiya tarixindən xüsusi sayğıyla keçir Roma dönəmində, MS.284-305-ci illər 

arasında yaşamış Amasiyalı Teodorun adı.

Həzrəti İsaya qəlbən inandığı bilinir. Xüsusi cəsarətlə Roma ordusu içərisində 

seçildi, ətrafına tərəfdarlar toplayaraq müxalif iradəsini ortaya qoydu. 21-22 yaşla-

rında əqidəsi yolunda atəşə qalandı.

Amasiyalı Teodor öldürüldükdən sonra xristianlar arasında «Əziz» elan olundu, 

əcəmi olduğu unuduldu, «Amasiyalı Teodor» olaraq anılmağa başladı.

1385-ci ildə Amasiyada doğulan Sabunçuoğlu Şərəfəddinin Amasiya tarixində 

xüsusi  yeri  var.  17  yaşından  etibarən  tibb  sahəsini  seçmiş  və  Darüşşəfada  14  il 

həkimlik etmişdir. 1465-ci ildə içərisi bol miniatürlə bəzədilmiş bir tibb kitabı hazır-

layaraq Fateh Sultan Mahmuda ithaf etmişdir. İndinin özündə də bu kitabdan dün-

ya tibb elmində etibarlı mənbə istifadə edirlər. Bunları birər-birər bilmək, yaddaşa 

köçürmək mənə çox böyük əziz gəlir. Elə bil tarixin içiylə  yeriyir, zamanı  əynimə 

geyirəm.


Şahzadələr şəhəri

Amasiyanın şahanə təbiətinin, şahanə coğrafi gözəlliklərinin şəhdi-ləbi, mehri-

məhəbbəti dünya hakimiyyəti qurmağa israrlı olan, zatən, kiçik bir bəyliyi qısa za-

manda dövlətləşib imperatorluğa çevirməyi bacaran fatehləri qürur mənbəyi ola-

raq dünyaya gətirdi, yetişdirdi, taxta çıxardı.

Amasiyanın «Şahzadələr şəhəri» olaraq ünlənməsi bir tarixi gerçəklikdi. İldırım 

Bəyazidddən başlamış I Yavuz Sultan Səlimə qədər Türkiyə səltənətinin taxtına çıxan 

bütün padşahların könül duyğuları bu gözəl diyarın əsrarəngiz təbiətinə nəqşlənib. 

Türkiyə tarixinə bələd bir insan olaraq bunun fərqindəyəm.

«Şahzadələr şəhəri»nin muzey şəkillənməsi önündə dayanıb da, bu şanlı tarixi 

olaylar  haqqında  elmi  mənbələrdən  oxuduğum  məqamları  yenidən  xatırlayıram. 

Qaynaqlarda yer alan ilginc bir məktubun sətirləri göz önündədi; Roma papası 2-ci 

Pius Fateh Sultan Mehmetə vəd edir ki, əgər sən xristianlığı qəbul etmiş olsan, sənin 

dünya imperatorluğu taxtına çıxarılmağına təminatçı olacağam… Bu təqdirdə İstan-

bulun Roma imperatorluğunun paytaxtı olaraq tanınacağına vəd edilir.

Oldumu bu? Amasiya havası, Amasiya təbiəti, qədim-qayımlığının tərbiyəsi yol 

verərdimi  buna?  Təbii  ki,  Fateh  Sultan  Mehmet  türk,  müsəlman  qürurunu  Roma 

imperatorluğu  taxt-tacına  qurban  vermədi.  1386-cı  ildə  Amasiyanı  Osmmanlı  sı-




26

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

nırlarının içinə almış, 1389-cu ildə Amasiya valiliyiynə, oradan da Osmanlı taxtına 

dəvət edilmiş ulu babası İldırım Bəyazidin ruhuna xəyanət etmədi…

Amasiyanın şahzadələr muzeyinin hr guşəsi bir tarix saxlancı kimidi; Birinci Çələbi 

Mehmetin geyim tərzi babası İldırım Bəyazidin libasıyla eynidi. Bu, o Çələbi Mehmet-

di ki, 1402-ci il Ankara Savaşında Teymurləngə yenilən və dağılan Osmanlı dövlətini 

məhz Amasiyada əxz etdiyi idarəçilik ənənəsi əsasında yenidən qurmuşdur.

Bu, II Sultan Muraddı ki, 1404-cü ildə Amsiya sarayında doğulmuşdu…

II  Səlimin  oğlu  II  Muradın  taxt-taca  yüksəlişi  Amasiya  valiliyindən  keçmişdi. 

Eləcə də II Bəyazidin sultanlıq yolu.

Amasiya sarayında dünyaya göz açan I Sultan Səlimdən tarixə miras qalan olay-

ların  çeşidli  mənzərələri  gəlir  gözlərim  önünə.  Qaynar  mövqe  çəkişmələri,  iddia 

cəng-cidaları,  yerini  soyuq,  sam-sakit.  Ahıl  salnamə  ərdəmliyinə  güzəştə  gedib. 

Elə  bil  ucsuz-bucaqsız  bir  dəniz,  odlu  bir  kürəni  əngin  genişliyində  udub,  sakit 

dərinliyində yox edib. Daha çox əfsanəvi, mistik bir duyğuya, xatirəyə çevrilib bütün 

baş vermişlər, olub da keçmişlər.

Deyilənlər gəldi başa

Sən demə, Sultan Səlimin bədənində yeddi əlamət varmış. Amasiyada doğul-

duğu vaxt bir dərviş qapıya gəlib körpənin yeddi əlaməti olub-olmadığını soruşub. 

Deyiblər belədi. Dərviş körpənin sultan olacağını, səltənəti boyu yeddi nəfərə qalib 

gələcəyini söyləyib, gedib…

İllər sonrası Amasiya civarlarından keçib gedən baba dərvişin nəm-nişan verdiyi 

o yeddi əlamətin yeddisi də tarixə görk oldu. Sultanın yenəcəyi ilk adam doğmaca 

atası Sultan Bəyazid oldu. Sonra qardaşları Şahzadə Əhmədin, Şahzadə Qorqudun 

yerini tutdu, Şah İsmayılı, Əlaüddövləni, Qansu Qavri və omanbəyi yendi.

Belə olacağını baba dərviş lap başdan, əvvəldən demişdi.

Ancaq ən betərini Sultan Səlimin öz doğmaca atası II Sultan Bəyazid söyləmişdi.

Sultan Səlim əvvəl atasından taxt-tacını istəmişdi, sonra İstanbulda sinəsindən 

itələmişdi. Qəzəblənən sultan «səni görüm şir-i pəncələr əlində gedəsən» – deyə 

sinirlənmişdi.

Bu qarğışın nədənliyi Sultan Səlimə yalnız ölüm yatağında çatmışdı. Həkimbaşı 

Sultanın mərəzinin adının əlacsız «şir-i pəncə» mərəzi olduğunu söyləmişdi.

İndi bu söylənilənlər tarixi min yerindən bətləyib bələyən, hər cür kini, küdurəti 

səngidən, yola verən dərslik kimi  varaqlanır. Xəyal edirəm və həmin o pirani baba 

dərvişin zühuruna, gəlib də yenidən Amasiya yolundan keçməsinə israrlı bir maraq, 

istək  ürpərir  duyğularımda…  Qeyri-ixtiyari  pıçıldayıram:  «Hardasan,  hardasan,  ay 

baba dərviş?»

Amasiyanın  Sultanlar  Muzeyi  səltənətinin  daş  yaddaşından  elə  həmin  Sultan 

Səlimdən oxuduğum şeir misraları tıppır-tıppır bu günümüzə danmaqdadı:

Milləti bölünüb-ayrılma dərdi

Məni məzarda da nigaran eylər.

Birləşə bilməmək ağrısı məni

Qızmar dəmir kimi çıraqban eylər.

Yüzilliklərin o üzünün səslənişi, istəyi yüzillərin bu biri üzü, çağdaşlığımız üçün 

necə də gərəkli, vacibdən vacib olanıdı…



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə