I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə8/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   4   5   6   7   8   9   10   11   ...   159

19

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

rusu, eşqini xəncər yarasıyla tarixə yazan Şirinin qız balasıdı.

Qos-qoca  Amasiya  hər  gün  bu  vəfanın,  etibarın  önündə  içilən  sədaqət  and-

ları  dinləməkdədi.  Artıq  bir  ənənədir  ki,  yeni  ailə  həyatı  quran  gənclər  nigah 

mərasimindən öncə Fərhad ilə Şirinin abidələri önünə gül dəstələri qoyur, sədaqət 

andı içirlər.

Türk  düşüncəsində  gülün  eşq,  sevda  simvolu  olduğunu  bir  yol  söyləmişdik, 

yenə deyirik… Ənənəni qoruyanların canına sağlıq! Borcumuzdur bu ehtiram…

Fərhad qaya dələndə…

Ta uşaqlıqdan dinləmişəm bu sevdalı şərqini. Həsrətli könüllər əslində Fərhadı, 

Şirini tutalğa edib, öz pünhan duyğularını bu yolla dilə gətiriblər:

Fərhad qaya çapanda,

Yadına Şirin düşər…

Amasiyadan  uzaqlarda,  dünyanın  hər  hansı  səmtində  bu  misralar  sadəcə  bir 

eşq  hekayəti,  şərqi  kimi  oxuna  bilər.  Ancaq  tam  bir  tarix,  mədəniyyət,  sənət  və 

şahzadələr şəhəri olan Amasiyanın daha çox bütləşmiş, heykəlləşmiş gerçəkliklərilə 

üzbəüz  qaldığın  anda  bu  oxunanlar  sadəcə  dil  əzbəri  olan  bir  şərqinin  misraları 

olmur ki! Daha çox tarixin bir parçası kimi dikəlir, baş qaldırır yaddaşdan:



Fərhad qaya çapanda,

Yadına Şirin düşər.

Amasiyanın daş yaddaşıyla baş-başa, nəfəs-nəfəsə qalmayınca bu şərqinin iç dün-

yasını bütöv, boyaboy anlamaq, duymaqmı olar… Olsa-olsa ancaq havasını, titrəyişini 

hiss edə bilərsən. Ancaq bir əfsanə, nağıl işləməsi, gəzərliyi kimi fəhm edərsən.

Amasiyada olub, o məkan üçün çox təbii olan həzin, sərindən də sərin olan bir 

yay axşamında Fərhad və Şirinin son nəfəslərini yaşayıb, son ahlarını çəkib, axır can 

savaşı  məqamlarında  dırnaqlarıyla  ova-ova  zirvəsindən  ətəklərinə  yuvarlandıqla-

rı qayalıqlara nəzər yetirməyincə bu deyilənlərin bir tarix olduğunu, reallığını göz 

önünə gətirmək olmaz ki! Tarixlə əfsanənin qovuşduğu bir reallıqla üzbəüz durub 

Fərhad və Şirin mozaikasına göz yetirməyincə elə mən özüm də böyük eşqin real 

mənzərəsinə, olmuşlarına şair təxəyyülünün düzüb-qoşduqları kimi baxırdım. An-

caq yox, sal daşların, qranit qayaların sərt qoynundan açılan daş muzeylərin, qaya 

sarayların fonunda, bu tarixi abidələrin əlyetərində tunclaşmış, tarixləşmiş Fərhad 

heykəlinin,  Şirin  büstünün  tamaşasına  durduğum  anlarda  Fərhad  dastanı  da,  Şi-

rin nağılı da nağıllıqdan, dastanlıqdan çıxıb, bir gerçəkliyə, yaşanmış tarixə döndü. 

Gör harda, ömrümün-günümün hansı çağında doğma Tovuz rayonunun Düzqırıxlı 

kəndində Kərkükşünas alim əmim, professor Qəzənfər Paşayevin könül işığına oxu-

duğum «Koroğlu» dastanından mənə tanış olan qeyz, vəfasızlığa qarşı dirəniş dolu 

misralar Türk dünyasının hansı bir əziz, doğma məkanında gəlib yadıma düşdü:

Bir qul qaçırmışam Ərəbistana,

Arayıb, axtarıb, tapın gətirin.

Əgər girmiş olsa dəlikli daşa -

Aparın Fərhadı, çapın gətirin!



20

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Qul etibarsızlığına olan qeyzin sədasına qalxıb, dikəlibmiş kimi yapılıb Fərhadın 

abidəsi  gözəlim  Amasiyada.  Doğrudan-doğruya  «Qalxıban  yerimdən  duraram, 

dönüklüyün boynunu vuraram!»-səslənişi şəkillənib görünüşündə. Bu duruşa, bu 

gözəl tarixləşməyə bir az gendən tamaşaya durub Şirin. Elə bil daşdan, qranitdən, 

tuncdan yonulmayıb heç – canlıdı, dipdiridi. İndicə durduğu yerdən qopub qədim 

Amasiyanın tarixi simvollarından biri olan Fərhad su kanalına doğru yeriş edəcək… 

Elə bil ünlü türk şairinin unudulmaz misraları bu gözəl yerişin, bu gözəl qədəmin 

qutlaması kimi dil ucuna gəlib:



Yolunu bəkləyirəm, köksüm açıq, qəlbim açıq,

Xəncər ol, bağrıma sancıl, əcəl ol – qarşıma çıx…

Amasiyadakı Fərhad ilə Şirin mozaikasını, Fərhad su kanalını bu əsrarəngiz, qürurlu 

düşüncələrlə bir arada ziyarət etdim. Bu gözəl eşq yaşamının yazılı ədəbiyyatımızda 

nəqşlənməsi  gözəlim  Azərbaycanın  taleyinə  yazılıb.  Dahi  Azərbaycan  şairi  Nizami 

Gəncəvinin qələmiylə süslənib, abidələşib Fərhad ilə Şirinin eşq yaşantısı. Kitabdan-

kitaba keçib. Mif tarixi üstələyib. Böyük ilham daşıyıcıları olan Səməd Vurğun da, Nazim 

Hikmət  də  Nizami  babamızın  yaratdığı  eşq  dastanının  möhtəşəm  barından  barınıb, 

təzələyiblər deyilənləri. Hamısı bir arada Amasiyadakı Fərhad ilə Şirin mozaikasından, 

Fərhad Su kanalından keçir. Burası daha realdı, tarixin gerçək üzü kimidi… Qovuşmala-

rına az, lap az qalıbmış. Lap vüsal dəmində ruzigarın üzü döndü, iblisliyin bəxti güldü. 

Öz külüngü öz başına endi Fərhadın, öz bıçağı öz köksünə yeridi Şirinin. Əcəl aldı, yer 

gizlədi. Qəbirləri arasında bitən güllər qara bir çalıquşunun dimdiyində getdi.

Bütün  bu  olmuşların  saxlancı,  boxçası  kimidi  Amasiya.  Gəlməyincə,  gəlib  də 

görməyincə əslini, nədənliyini anlaya bilməzsən ki!..



Yeri gəlmişkən

MÖ.  II  yüzillikdə  inşa  edildiyi  bilinən  Fərhad  su  kanalı  əfsanəyə  bağlı  bir 

mədəniyyət abidəsi olaraq tanınır. Kanaldan Roma dönəmində də istifadə edildiyi 

məlumdur. Qədim Amasiya şəhərinin su ehtiyacını ödəmək baxımdan qayalar oyu-

lub,  tunellər  çəkilərək  xüsusi  yer  divarları  hörülərək  ərazi  xüsusiyyətlərinə  uyğun 

şəkildə yaradılmışdır. Dərin ehtiramla qorunur, yad edilir… Ölməzliyin simvolu, əhdə 

vəfanın abidəsi kimi!

Bu da Harşena dağı…

Gözəlim  Amasiyanı  seyr  etmək,  könlünə,  gözünə  daşımaq  üçün  ən  baxımlı, 

ən əlverişli yer… Qalxdınmı, sakin oldunmu – qarşında qos-qoca Amasiyanın ge-

niş açılmış köksünü görəcəksən… Evləri xana-xana! Ən görümlü nöqtəsindən Ay-

ulduzlu Türk bayrağı əskik olmaz ki, Harşena dağının! Dönə-dönə göz yetirirəm. 

Unudulmaz Əhməd Cavadın şərqilənən misraları döyəcləyir yaddaşımı:



Çırpınırdı Qara dəniz,

Salam Türkün bayrağına!..

 Yönü bəri baxan yamaclardan qalxan hava sərinliyi «Əleyküm-salam» ehtira-




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə