I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə6/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   2   3   4   5   6   7   8   9   ...   159

15

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

bölgələri ilə Amasiya arasında əməkdaşlıq və əlaqələrin daha da genişlənməsində 

maraqlı olduqlarını da vurğuladı.

Mən  Abdul  Cəlil  Özü  Azərbaycana  dəvət  etdim.  Vali  Azərbaycana  səfər 

edəcəyindən böyük məmnunluq duyacağını bildirdi.

Giresun  Universitetinin  rektoru  Aygün  Attar,  Amasiya  Universitetinin  rektoru 

Metin Orbay, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, professor Rəna 

Mirzəzadə,  professor  İbrahim  Yıldırım,  MİRAS  İctimai  Birliyinin  sədri  Fariz  Xəlilli, 

Qadın  Jurnalistlər  Assosiasiyasının  sədri  Sevil  Yusifova  da  vali  ilə  görüşlərində 

beynəlxalq simpoziumla və iki qardaş ölkə arasında əməkdaşlığın vacibliyiylə bağlı 

fikirlərini bölüşdülər.

Sonra valiyə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və 

materiallar, müəllifi olduğum kitablardan nümunələr hədiyyə etdim.

Belə bir görüş Amasiya Universitetinin rektoru Metin Orbay ilə də oldu. Görüş 

zamanı Seyid Nigarinin adıyla bağlı simpoziumun keçirilməsinə dəstək verdiyinə 

görə  Metin  Orbaya  təşəkkürümü  bildirdim.  Öz  növbəsində,  Metin  Orbay  da 

Azərbaycanla  Türkiyə  arasında  bütün  sahələrdə  bütün  sahələrdə,  o  cümlədən, 

təhsil  sahəsində  əlaqələrin  ildən-ilə  genişləndiyini  və  bunun  çox  əhəmiyyətli  ol-

duğunu  qeyd  etdi.  O,  Azərbaycanın  bütün  istiqamətlərdə  getdikcə  daha  da  in-

kişaf  etməsindən  sevindiklərini  də  bildirdi,  ölkələrimiz  arasında  münasibətlərin 

daha da inkişafından məmnunluğunu, rəhbəri olduğu universitetin Azərbaycanla 

əməkdaşlığından məmnuniyyət duyğularını ifadə etdi.

Metin bəyə də Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi vandalizm akt-

ları  barədə  geniş  bilgilər  verdim,  onu  Azərbaycana  dəvət  etdim,  Azərbaycan 

həqiqətlərini ehtiva edən kitablar bağışladım.

Simpozium çərçivəsində heç unuda bilməyəcəyim məqamlardan biri də Amasi-

yada Azərbaycan Kültür – Sənət və Dayanışma Dərnəyi başqanı Mutallip Ulutanrı-

verdi və təşkilatın üzvləri ilə görüşüm oldu.

Bu qurum silpoziumların əsas təşkilatçılarından biri idi. Görüş əsnasında sim-

poziumun  TRT  Avaz  kanalı  ilə  canlı  yayımlanmasının  önəmini  xüsusilə  vurğula-

dım. Türk millətinin yaşadığı müxtəlif coğrafiyalarda da bu konfransın izlənməsini 

əhəmiyyətli  hadisə  kimi  qeyd  etdim.  Ümid  etdiyimi  bildirdim  ki,  təşkilat  bundan 

sonra da həyata keçirəcəyi mədəniyyət layihələrini daha geniş sayda Azərbaycan 

insanına çatdırılmasına xüsusi önəm verəcək.

Qurumun  başqanı  Muttalip  Ulutanrıverdi  və  üzvləri  görüş  əsnasında  həyata 

keçirdikləri layihələr haqqında ətraflı söz açdılar, fəaliyyət planlarından danışdılar.

***


Amasiya Anadolumuzun, Orta Qaradəniz bölgəsində Yaşılirmaq vadisində 8500 

illik tarix və mədəniyyət durumuna malik əziz bir vilayətimiz, elimizdir. Bu tarixi gedi-

şat içində çox önəmli mədəniyyətlərə ev sahibliyi etmiş, bu gün hər qədəmində tari-

xin izlərini mərdanəliklə sərgiləyən və nəfəsini hər an bizə hiss etdirən, ona ən çox ya-

raşan «Muzey şəhər» adıyla tanına bilən, gözəl yurdumuzun nadir incilərindən biridir.

Doğrudan doğruya Amasiya Osmanlını Cümhurriyyətə doğru aparan dəyərlərin 

yetişdiyi,  «Millətin  azadlığını  yenə  millətin  əzm  və  qərarı  quracaqdır»  sözündə 

ifadə  edilən,  milli  mücadilənin  başlanğıcında  qurtuluş  məşəlinin  yapdırıldığı 

məkanlardan  biridir.  Cümhurriyyətə  gedən  aydın  yolda  ilk  yazılı  sənəd  səciyyəli 

Amasiya Müraciətnaməsinin Mustafa Kamal Paşa və silahdaşları tərəfindən imza-

lanaraq həyata keçirildiyi, ölkənin gələcəyinin inkişaf yollarının şəkilləndirildiyi ən 

önəmli uzunömürlü təməl daşlarındandır.




16

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Amasiya  tarix,  mədəniyyət  və  təbiət  turizminin  ən  perspektivli  şəhərlərindən 

biri, «dünya mədəniyyət mirası» olaraq tanınan bir şəhərdir.

Bu  əfsanələr  şəhərinin  Açıq  Hava  Muzeyi  olaraq  isimləndirilən,  tarixi  8500  ili 

aşan Amasiyanın türkçülük düşüncəsinin formalaşmasındakı seçilən yeri var.

Amasiya şəhərinin tarixi MÖ.7000 – MÖ.6500-cü illərdən yönü bəri gəlməkdədi.

Günümüzə  qədər  gələn  tarixi  proseslər  daxilində  Tunc  çağından  etibarən 

(MÖ.3800-MÖ.3200); MÖ.1680-cı illərdə Hitit, MÖ.1200-cü illərdə Frig, MÖ.700-cü 

illərdə Kimmer-İsgit və s. hakimiyyətləri altında olmuşdur. Amasiyanın MÖ.291-ci 

ildən  başlayaraq  Pers-Pontus  Krallığının  paytaxtı  olması  bir  gerçəklikdir.  MÖ.29-

MS.395-ci illər arasında Roma əsarətində qaldıqdan sonra, Məlik Əhməd Danışmənd 

Qazi 1075-ci ildə 700 illik Bizans hakimiyyətinə son verərək ilk Türk idarəçiliyini qur-

muşdur. 1243-cü ildə Səlcuqların Kossedağ savaşındakı məğlubiyyəti nəticəsində 

bölgə Monqol hakimiyyəti altına keçmişdir. Sonra gəlir 1341-ci ilin Eretna Bəyliyi 

hakimliyi,  arxasınca  1386-cı  ildən  etibarən  Amasiyanın  Sultan  İldırım  Bəyazid 

tərəfindən Osmanlı torpaqlarına qatılması. 1402-ci ildə baş verən Ankara savaşın-

dan sonra Osmanlı tarixində baş verən qarışıqlıqlar və şahzadələr arasında yaşanan 

mövqe döyüşləri nəticəsində o zaman Amasiya valisi olan Çələbi Məhmət duruma 

hakim olmuş, ikinci dəfə Osmanlı birliyini təmin etmişdir.

Amasiya şəhərinin adı ilk dəfə Hititlər dönəmindəki yazılı abidələrdən «Hakmiş» 

olaraq  keçmişdir.  Amasiya  adı  ilk  yazılı  qaynaqdan  Hellenist  dönəmində  kəsilən 

şəhər  sikkələri  üzərində  həkk  olunmuşdur.  MÖ.  II  yüzilliyin  son  illərində,  IV  Mit-

ridades zamanında Amasiya şəhəri adına kəsilən sikkələr üzərində Amasela, yenə 

MS.224-cü ildə basılmış olan və hazırda Amasiya muezyindən sikkə (pul) seksiya-

sında qorunan sikkələrdə Alaca yazıları oxunmaqdadır.

Yeni  Roma  dönəminə  aid  edilən  sikkələr  də  bu  ismi  qorumuş  və  heç  bir 

dəyişikliyə uğramadan günümüzə qədər gəlib çata bilmişdir.

  Qaradəniz  bölgəsinin  orta bölümündə  yer  alan Amasiya  quzeydən  Samsun, 

batıdan  (qərbdən)  Corum,  doğu  (şərq)  və  güney  doğudan  Toqat  vilayətləri  ilə 

çevrələnir:

Amasiyada  qədim  dövr  coğrafiyaşünası  və  və  yazıçısı  Strabonun  krallara  aid 

olduğunu  bildirdiyi  Kral  Qaya  məzarları  Haşena  dağının  güney  ətəklərində  qa-

yalara  oyulmuş  Amasiya  Mitridates  (Pontus)  krallığına  aid  qaya  məzarları  öz 

möhtəşəmliyini və tarixiliyini hələ də qorumaqdadırlar. Eyni zamanda, Yaşılirmaq 

vadisi daxilində MÖ.2-ci yüzilliyə aid möhtəşəm qaya məzarlarının ən əzəmətli ola-

nı Aynalı mağara…

Ağır-ağır gedən ellər bizimdir

Mənim üçün ən unudulmaz anlardan biri Amasiyada yaşayan bir çox Azərbaycan 

kökənli  ailələrlə  olan  görüşlərim  oldu.  Əvvəldən  də  qeyd  etdiyim  kimi,  Amasiya 

müxtəlif  dövrlərdə,  xüsusilə,  XIX  yüzildə  çar  Rusiyası  tərəfindən  Azərbaycan  tor-

paqları  işğal  edildikdən  sonra  azərbaycanlıların  Anadoluya  ən  çox  köç  etdikləri 

şəhərlərdən biridir və burada çoxlu sayda Azərbaycan kökəmli ailələr yaşayır.

Bu görüşlər zamanı Anadolu civarları boyu yayılaraq Toros dağlarınacan köçəri 

həyat sürən Əfşar boyuna mənsub, əsl adı Vaqif, atasının adı Aşıq Musa olan bö-

yük Türk sənətkarı Dadaloğlunun (1785-1865) məşhur «Bizimdir» şerindən misralar 

xəyalımdaca dolandı:




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə