I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə5/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   2   3   4   5   6   7   8   9   ...   159

13

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Türkün para uğrunda savaşı olmadı heç! Yurd uğrunda, vətən, mədəniyyət, elm, 

namus üstündə savaşa qalxdı…

Qarşı dağdan – əslində tarixdən yönü bəri gələn çay səsinin açıq pəncərəmdən 

içəriyə, oradan da yaddaşıma, ruhuma diqtə etdikləri bunlardı… Səhərəcən dinlədim, 

dinlədim… Səhərəcən möhtəşəm türk tarixini iti zəkaları, yenilməz qılıncları ilə bir 

arada yazan sultanların, böyük dövlət qurucularının dünyaya göz açıb, şahzadəlik 

dövrü keçirdikləri Amasiyanın özəllikləri su səsiylə bir yuxu, röya qismində ruhuma 

axdı. Səhərəcən yuxumu sulara söylədim, çeşməyə dedim.



Bir könül körpüsü

Unudulmaz  xalq  şairimiz  Səməd  Vurğunun  «Muğan»  poemasından  yadımda 

qalan, heç vaxt unutmadığım misralar var: «Atüstü olsa da qısa bir söhbət, görüş 

dönür unudulmaz bir xatirəyə…»

Xatirələr  dünyasınınsa  heç  vaxt  qovulmaq  qorxusu  olmayan  yeganə  cənnət 

məkanı olduğunu deyənlər yüzdə yüz haqlıdırlar.

İndi  mən  gözəlimiz  Türkiyənin  özünəməxsus  Amasiya  şəhərində  düzənlənən 

«Qarabağdan  Amasiyaya  könül  körpüsü:  Beynəlxalq  Mir  Həmzə  Seyid  Niga-

ri»  adlı  simpoziumda  iştirak  etdiyim  günləri  yada  saldıqca  özümü  eynən  həmin 

cənnət  xatirələr  məkanının  gül  qoxusu  əhatəsində  hiss  edirəm.  Türk  millətinin 

təsəvvür  mədəniyyətinin,  mənəviyyat  dünyasının,  irfan,  divan  ədəbiyyatının 

zənginləşməsində misilsiz rol oynamış Seyid Mir Həmzə Nigari və onun fəlsəfəsi 

barədə  etdiyim  çıxışın  ayrı-ayrı  məqamlarını  dönüb-dönüb  də  yenidən  yada  sa-

lıram,  iç  dünyamı  qəribə,  izaholunmaz  bir  bəxtiyarlıq  sarır.  Bir  daha  unudulmaz 

Səməd Vurğunun «Gözüm gözünüzdən uzaq olsa da, könüldən-könülə yollar gö-

rünür» məntiqinə baş əyir, bağırıma basıram.

Həmişə bir əsas fikir mənimlə olub ki, yeni nəsil, gənclərimiz Seyid Mir Həmzə 

Nigari kimi dəyərli, böyük insanlarımızı daha yaxından tanımalı, anmalı və başlıca 

olaraq bu cür insanların millət, vətən, insan sevgisini öyrənməlidirlər. Vaxtilə cənnət 

Qarabağda göz açmış Seyid Mir Həmzə Nigari böyük bir din xadimi, bilim adamı 

idi, görkəmli bir aydın olmaqla bərabər, usanmaq bilməyən bir millət, yurd sevdalısı 

idi. Rus imperiyası tərəfindən Türk torpaqlarının, o cümlədən, Qarabağın işğalı za-

manı Seyid Mir Həmzə Nigari öz müridləri ilə bərabər torpaqlarımızın müdafiəsinə 

qalxmış, hələ o dövrdə Azərbaycanın, eləcə də, cənnət Qarabağımızın rus imperiya-

sı tərəfindən işğal edilməsini qabardan, bu səbəbdən ürəkləri sızladan ağrı-acıları, 

xalqımızın Qarabağ sevgisini bütün çalarları, incəliklərilə əks etdirən şeirlər yazmış-

dı. O dönəmlərdə Qarabağın ruslar tərəfindən işğalını öz şeirlərində ağır milli faciə 

kimi əks etdirmiş, bu qanlı olayın sinəyə sancılan xəncər olduğunu nəzərə çatdırmış-

dır. Ən qəribəsi və heyrət doğuran cəhət orasındadır ki, Seyid Nigari sanki müasiri 

olduğu bu qanlı olaylardan, yüz il sonra baş verəcək hadisələrin də mənzərəsini göz 

önünə gətirə bilmişdi. Yüz il sonra Qarabağın rus hərbi birləşmələrinin köməyi və 

məkrli dəstəyi ilə ermənilər tərəfindən işğal edilə biləcəyinin xəbərdarlığını etmişdi. 

Bu, onun şair, görkəmli mütəfəkkir fəhminin diqtəsi, qənaəti idi. Düz yüz il öncə Se-

yid Nigari qarabağlıların ağrı-acısını, talan ediləcək doğma yurd yerlərimizin nisgi-

lini heyrətamiz hissiyyat və fəhmlə duyub yaşamış, ürək ağrısı ilə nəzmə çəkmişdir.

1815-1885-ci  illər  arasında  yaşayıb  ömür  sürən  şair  Qarabağ  mahalının 

Zəngəzur qəzasının Cəcimli kəndində anadan olmuşdur. O, mükəmməl təhsil gör-

müş, uzun müddət Türkiyədə yaşamışdır. Azərbaycan türkcəsində və farsca divanla-

rı var. Gəncliyində sevdiyi qızın adını özünə təxəllüs götürmüşdü, eyni zamanda, o, 



14

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

ən böyük Qarabağ sevdalısı, aşiqi idi. Bu münasibətini, özəlliklə də Qarabağın yüz 

il sonrakı taleyini məşhur «Qarabağ» şerində ifadə edə bilmişdi. Şairin adı çəkilən 

şeri bu gün də öz aktuallığını itirməyib:

Nə əcəb dövlətimiş seyri-şikari Qarabağ,

Nə əcəb nemət imiş söhbəti-yari-Qarabağ…

…Gəlin, ey əhli-könül, artıb azarım, eşidin,

Yox rəvacım, kəsilib biinazarım, eşidin,

Pozulub rövnəqi-gülzari-baharım, eşidin…

…Yandırıb xaneyi-variyyəti viran edəyim,

Gecələr ta bə səhər damədəm əfqan edəyim,

Güli-məsud açıla dərdimə dərman eləyim,

Yandı canım, onu bu nəzmlə şayan edəyim,

Dağlayıbdır məni bu laləüzari-Qarabağ,

Yandırıbdır məni bir nari-Nigari Qarabağ.

Bu gün Nigarinin bu sətirlərini doğma yurd-yuvalarından zorla didərgin salın-

mış, məcburi köçkün həyatı yaşayan hər bir azərbaycanlı öz könlünün səsi olaraq 

dilə gətirə bilər və bu misralar onun müsibətini büsbütün ifadə etmiş olar.

Amasiyada düzənlənən Nigari Simpoziumunda etdiyim çıxışım zamanı daha çox 

bu məqamlar üzərində dayandım, şairin xalq arasında böyük nüfuz sahibi olmasını 

təmin edən fəlsəfi dünyagörüşünün aydınlığını önə çəkdim, bir daha vurğuladım 

ki, Nigari yalnız bir övliya, şair, filosof, alim deyil, həm də xalqının istiqlalı uğrunda 

mübarizə aparan bir vətəndaş olaraq da könüllərdə taxt qurub.

Seyid Mir Həmzə Nigarinin ruhu onda şad olacaq ki, biz onun böyük məhəbbətlə 

vəsf etdiyi Qarabağını – Azərbaycanın, ümumən Türk millətinin vətən torpağı olan 

Qarabağımızı birlikdə işğaldan azad edəcəyik və orada da bu gün burada olduğu 

kimi, beynəlxalq Seyid Mir Həmzə Nigari Konfransı keçirəcəyik. Mən inanıram ki, 

o gün uzaqda deyil və biz hamımız bunun üçün səylərimizi daha da artırmalıyıq…

Həmin o gözəl və mənəvi baxımdan çox gərəkli olan «Qarabağdan Amasiyaya kö-

nül körpüsü: Beynəlxalq Seyid Mir Həmzə Nigari» adlı simpozium çərçivəsində mən 

Amasiya valisi, sayın Abdul Cəlil Öz ilə görüşdüm və Türk millətinin tarixində önəmli 

şəhərlərdən biri olan Amasiyada, Azərbaycanın Qarabağ bölgəsində dünyaya göz 

açmış, həyatının böyük bir hissəsini Amasiyada yaşamış, divan ədəbiyyatında, istiq-

lal mücadiləsində müstəsna xidməti olan Seyid Mir Həmzə Nigariyə həsr olunmuş 

belə yüksək bir simpoziumun keçirilməsinə şərait yaratdığına görə ona Azərbaycan 

vətəndaşı, Azərbaycan türkü olaraq təşəkkürümü bildirdim. Görüş zamanı tarixin 

müxtəlif dövrlərində, özəlliklə, on doqquzuncu əsrdə Azərbaycan torpaqlarının rus 

imperiyası işğalına məruz qaldığı vaxtlarda Azərbaycandan Amasiyaya çoxlu sayda 

Azərbaycan türklərinin köç etdiklərini diqqətə çatdırdım. Tariximizin gənc nəsillərə 

daha ətraflı çatdırılması baxımından belə simpoziumların əhəmiyyətini xüsusilə önə 

çəkdim. Azərbaycan ümummilli lideri Heydər Əliyevin «Azərbaycan və Türkiyə bir 

millət, iki dövlətdir», Azərbaycan Prezidenti İlham Əliyevin isə «Bir millətin iki dias-

porası ola bilməz» fikrinə söykəli düşüncələrimi ortaya qoydum.

Görüş daxilində Amasiya valisi sayın Abdul Cəlil Özə Azərbaycanla, Azərbaycan 

həqiqətləri ilə bağlı geniş bilgi verməklə bərabər, valiyə Ermənistanın işğal etdiyi 

Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının tükürpədici mənzərəsindən 

söz açdım. Geniş fikir mübadiləsi zamanı Amasiya valisi Cəlil Öz Türkiyənin daim 

dost,  qardaş  Azərbaycanın  yanında  olduğunu  bildirdi.  O,  Azərbaycanla,  onun 




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə