I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə4/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   2   3   4   5   6   7   8   9   ...   159

10

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

belirterek özel olarak kendisine teşekkürlerini ifade etmiş, çok önemli bir başarıya 

imza atıldığını vurgulayarak gelecekte Karabağ’da yapacakları sempozyuma herkesi 

davet etmiştir. 

Doç. Dr. Mehmet Rıhtım

Qafqaz Üniversitesi, Qafqaz Araştırmaları Enstitüsü müdürü



11

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



“BƏZMI SƏMADAN KEÇMƏZƏM…”

 Dr. Qənirə Paşayeva

*

“Şahzadələr və evliyalar şəhəri Amasiya”

«Keçməzəm bəzmi səmadan… Bəzmi səmadan keçməzəm!»

Seyid  Mir  Həmzə  Nigarinin  misralarıdı…  İndilikdə  bu  kövrək,  həzin  misrala-

rın fikir, məna açıqlamasının fərqində deyiləm. Fərqində deyiləm ki, israrlı, inadlı 

«bəzmi-səma» keçilməzliyinin iç dünyasında yaşanan ömrün gərdişi haracandı.

İndilikdə fikir, məna nədənliyindən daha çox bu kövrək misraların romantikası-

na, ruhu genişliyinə mailəm.

Bu  romantika,  ruhu  genişlik,  mistik  düşüncə  indilikdə  mənim  amasiyalı 

xatirələrimin bağlı boxçası kimidi.

Dəfolunmaz bir istəklə bu boxçanın ruhla, duyğuyla süslənmiş bağını çəkmək, 

açmaq istəyirəm.

Ancaq xatirələrin səfini, nizamını pozmaq qorxusu ürpədir məni…

Amasiyalı günlərimi xəyal edirəm. göz önünə gətirirəm. böyük Füzulinin «heyrət, 

ey büt, surətin gördükdə lal eylər məni, surəti halın görən surət xəyal eylər məni» 

təşvişi cismimdən çağlayıb keçir.

Ruhunuz şad olsun, «gözələ göz dəyər» – deyən babalar… Görən göz gözəlsə 

yeri var baxsın. Duyan qəlb ümmansa çağlasın belə.

Amasiyanı xatırlayıram…

Bu gözəl şəhər, bu gözəl məkan gözəl görən gözdən iraq olmasın!

Amasiyaya, onun qutsal tarixinə, varlığına könlümün, gözümün gizli marağı o 

səfər boyunca mənimlə oldu. Keçmişindən bu gününə nəyi varsa elə bil astaca adı-

mı çəkib, qəribə bir doğmalıq, simsarlıqla «mənə yaxın otur, yaxın gəl» dedi.

Özü də bilsəniz kimin diliylə?

Adı gözəl, özü gözəl, dostumuz, qardaşımız, görkəmli doktor-professor İbrahim 

bəyin…


Heç uçaqdan enməyə macal etməmişdim ki, zəng açdı, səmimi qardaş sayğısı, 

ərkiylə «Əziz qonağımsınız, – dedi, – evim-eşiyim üzünüzə açıqdı, qarşılayacağam, 

birbaşa bizə gələcəyik!»

Qardaş  ərkini  nəh  etmək,  qardaş  sözündən  çıxmaqmı  olar?  Onda  da  qalmış 

eşidəsən ki, «Sizə Amasiyanı məndən yaxşı kim anlada bilər!»

Bu sözün, bu ərkin önündə «heç kəs mənim kimi kövrələ bilməz!»

Əvvəl İbrahim bəy xoş gəldin deyir, sonra bacıları sarılır mənə… Yenidən qovu-

şub bir can oluruq… Baxıb görürük ki, bir ət, bir canıq.

Hal-əhvallaşırıq, yerimi tuturam bacılar arasında.

İbrahim  Yıldırım  əslən  bizim  Qazax  mahalındandı.  Ata-babaları  yaxşılıqlarının 

qurbanı olub. Xalq qəhrəmanı Qaçaq Kərəmi rus əsgərləri gülləbaran edəndə ba-

bası onun hayına çatıb, yarasını sarıyıb. Bu səbəbdən də Sibir sürgünü ilə «müka-

fatlanıb».

Doktor İbrahim bəyin ömür-gün yoldaşı Fiqən xanım isə qoşma, müxəmməs 

*   Avrasiya Beynəlxalq Araşdırmaları İnistitutu İctimai Birliyi



12

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

janrları anadilli şeirimizin ustadlarından biri olan Molla Vəli Vidadinin dost-doğma 

nəticəsidi. Onların simasında qan-qana, el-elə qovuşub. Gözlərinin şəfəqi, dillərinin 

«xoş gəldin»i doğma, əziz…

Fiqən xanımın damarlarında ustad şair Molla Vəli Vidadinin qanı axır. «Vidadi 

xəstədən Bağdad elinə» xəbər yetirmək amacıyla durna qatarına ağız açıb, ismarıc 

eyləyən, Molla Pənah Vaqifə təskinlik verən böyük şairin qanı… Qəmi, nisgili, ağrısı 

da əzizdi. Amasiyalı şairə, 1460-cı illərin yaşamını şeirlərilə bu günə dartan Mehri 

Xatunun divan ruhu da elə… Həzin, kövrək:

Ben umardım ki, seni yar-i vefadar olsun,

Nə bileydim ki, səni böylə cefakeş olsun.

Eynən bizim klassik şairlərimizin ruhu, deyim tərzi ilə uyğundu. Natəvan ana-

mızın yazdıqlarıyla səsləşir: «Mən öylə bilirdim sən mənə mehman olacaqsan!..»

Amasiyanın qədim küçələri boyu gəzib dolaşdıqca bunları anır, anıram…

Burdan bir çay axır yaddaşa doğru

Amasiyada mənə ayrılmış otağın pəncərəsi birbaşa qarşı çayın üzərinə açılırdı. 

Sular ötürdü dil-dil…

İlk gecəni yatmadım ki!..

Açdım pəncərəni üzü tarixə.

Tarixin  közərən  yaddaşı  oldu  o  axşam  sularda  əks  olunan  Ay.  Sanki  Ağ 

Şəmsəddinin nura dönmüş, qeybdən boylanan siması idi. Röyasını danışırdı, tarixin 

gedişatını anladırdı Fatehə!



Pəncərədə Ay işığı…

Gecə yarıdan keçib… Birbaşa çaya açılan pəncərədən qarşı yatan qara dağlara 

sarı göz yetirirəm. Ay işığının doğurduğu effekt qarşılığında bu dağlar bürcü-bürcü 

görünməkdədi. Sanki böyük bir ordu savaş öncəsi son yır-yığışını edir. Axar çayın 

hay-həşiri bu məqamda təkcə su səsi deyil ki!.. Daha çox ötüb keçən vaxtın, tarixin, 

ruzigarların səsi, sədasıdır. Elə bil Sultan II Muradın oğlu Sultan II Mehmet Sərdəzəm 

Candarlı Xəlil paşaya səslənir ki, «bu yatağı görürsənmi? Bütün gecə bunun içində 

çırpındım, uyumadım. Bir azdan cəng başlayacaq. Allahın və Peyğəmbərin əmriylə 

İstanbulu düşmənlərin əlindən alacağıq…».

Gecənin  qaranlığına  diqqət  kəsilirəm…  Yumru-yumru  qayalar  yer-yerindən 

döyüşə  atılan  mehmetciklər  qismində  dikəlir  elə  bil.  Ancaq  fərqindəyəm  ki,  türk 

tarixinin zinnəti, şöhrəti təkcə bu müzəffər döyüş səhnələrilə çevrələnmir, daha çox 

elmlə, ədəb dəyərlərilə nəqşlənir…

Nəzərlərimi başqa bir səmtə çevirirəm. Bu dəfə Həcc ziyarətindən görkəmli alim 

Molla Gürani ilə bərabər geri dönən Molla Yegan Mehmet bin Armağanı Sultan II 

Muradın  görüşünə  tələsən  görürəm.  Molla  Yegan  Sultanı  ziyarətə  tələsir,  yanın-

da  da  Gürani.  Gürani  hüzura  girməyib,  dışarıda  gözləyir.  Padşah  Molla  Yeganın 

ziyarətindən məmnundu. Halının xoş vaxtıdı. Sorur ki, mənə Həcdən nə gətirdin? 

Molla Yegan dışarıda bəkləyən Güranini içəri alaraq padşaha təqdim edir, «padşa-

hım, sizə hədiyyə olaraq böyük elm, düşünən baş gətirdim» deyir.

Tam bir türk əxlaqı!

Padşahlar daş-qaş möhtacı olmazlar ki! Daha çox elmə, zəkaya olan dartınışları 

ilə ucalarlar, zinətlənərlər.



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə