196
yaxaladım. O da “Lə ilahə illallah” dedi. Amma mən onu
vurub öldürdüm. Bu səbəbdən içimə bir şübhə düşdü.
Axırda bunu Hz. Peyğəmbərə ( salləllahu aleyhi və səlləm) bil-
dirdim. Rəsulullah ( salləllahu aleyhi və səlləm) buyurdu: “O,
“Lə ilahə illallah” dedi və sən onu öldürdün, eləmi?” Mən:
“Ey Allahın Rəsulu, bunu ancaq və ancaq silah qorxusuyla
söylədi” – dedim. Buyurdu: “Bunu (silah qorxusuyla) söy-
lə yib-söyləmədiyini öyrənmən üçün qəlbinimi yardın?”
Və bu sözü davamlı şəkildə o qədər təkrarladı ki, hətta
“Kaş İslama bu gün girmiş olaydım” – dedim”.
Qəfil ölüm yoxdu, qafil insan var,
Qəlbini qətl edən qatil insan var.
Şər şeytan əməli, onsuz kimsə yox,
Şərə qalib insan, qabil insan var.
Dövrümüzdə “Lə ilahə illəllah” deyənlər arasında baş
verən qətllərin çoxu məişət zəminindədir. İslam dinindən
sayılan insanların xırda mübahisə və münaqişələr üzün dən
ayıq və sərxoş başla bir-birini güllələməsi, bıçaqlaması,
mət buatın, demək olar ki, adi və gündəlik məlumatları sıra-
sındadır. Əcəba, Allahın verdiyi canı bədəndən ayırmaq bu
qədər asanmı? Heç nəyin üstündə əldən gedən təkcə dünya
deyil, həm də Axirətdir axı!
Hədis
Allah Rəsulu ( salləllahu aleyhi və səlləm) buyurdu: “İki
müsəlman qılınclarıyla qarşılaşıb döyüşdüklərində öldü rən
də, ölən də cəhənnəmdədir”.
Soruşdular: “Ya Rəsulallah! Öldürəni anladıq, ölənin
təqsiri nədir?” Buyurdu: “Çünki o da qarşısındakını öl dür-
məyə istəkli idi”.
Ey ölüm, həyatdan sənə salamlar!
O da salam deyir sizə, adamlar.
Orada bilmirəm həyat necədi,
Burda qətllərdi, bir də edamlar.
197
Təkcə məişət zəminində deyil, qanun əsasında törə di-
lən qətllər də həyəcan doğurur. Çünki, bir qayda olaraq,
ilahi hikmətdən yox, bəşəri düşüncələrdən qaynaqlan maq-
dadır. Hədisdə buyuruldu : “Adil hakim Qiyamət günü
ilahi məhkəmə qarşısına çıxarılacaq. Hesabın şiddətini
görüncə umduqlarından vaz keçəcək və arzulayacaqdır ki,
kaş bir dənə xurma haqqında belə iki adam arasında hökm
verməmiş olaydı”. Əgər adil hakimlərin xırda bir mülki iş-
dən dolayı durumu budursa, öz ağlıyla ölüm hökmlərinə
imza atan hökm sahiblərinin vay halına! Hər bir cəza haqq
üzrə, yəni günahın ölçüsündə olmalıdır. Haqq ölçünü
Allahdan yaxşı bilən varmı?
Hədis
Rəsulullah ( salləllahu aleyhi və səlləm) əshabına buyurdu:
“Hakimlər üç qisimdir. Bir qismi Cənnətdə, iki qismi
Cəhənnəmdədir. Haqqı bilib onunla hökm edən hakim cən-
nətdədir. Haqqı bildiyi halda qəsdən zülm edən hakim isə
cəhənnəmdədir. Bilmədən hökm verən hakim də atəşdədir”.
Səhabələr sordular: “Ya Rəsulallah, bilməyənin günahı
nədir?” Cavab verdi ki: “Onun günahı layiq deyilkən hakim
olmasıdır”.
Amirlərə, məmurlara
Söylə zalim olmasınlar.
Rəhmət yoxdur mənfurlara,
Mənfur xadim olmasınlar.
Şəri sifariş eyləyib,
Şeytanla saziş eyləyib,
Nəfsə nəvaziş eyləyib,
Qəlbə qənim olmasınlar.
Doğru dində olmayanlar,
Daim öndə olmayanlar,
Haqqa bəndə olmayanlar
Xalqa hakim olmasınlar!
198
Uymasınlar hədyanlara,
Səltənətə, sultanlara!
Uymasınlar şeytanlara;
Məlun, rəcim olmasınlar!
Allah mütləq Hakimdir. Bu o deməkdir ki, bu gün yer
üzündə hökm edən də, hökm edilən də sabah Onun hüzu-
runda mühakimə olunacaq. Bədbəxt bunu unudan, Axirəti
düşünməyəndir. “Allahı zalımların əməllərindən qafil
sanma. Allah onları elə bir gün üçün saxlayır ki, o gün
gözləri hədəqəsindən çıxar. onlar başlarını yuxarı qaldı
rıb durar, gözlərini də qırpa bilməzlər. Qəlbləri də bom
boşdur” ( İbrahim, 42-43) .
Zülmün qədəhi var, səbrin kasası,
Zülmün zopası var, səbrin əsası.
Əsa toppuz olar kasa dolanda;
Gec olur, güc olur səbrin qisası.
Rəhbərlik elmdir, rəyasət deyil,
Elm ibadətdir, siyasət deyil.
Xaliqə qulluqdur, xalqa xidmətdir;
Rəhbərlik başqa bir fərasət deyil.
Zülm təkcə hökm sahibinin öz hökmündə haqq ölçü ləri
itirməsi deyil, həmçinin buna əngəl ola biləcək kimsələrin
əngəl olmamasıdır.
İbrət
Yavuz Sultan Səlim xan ölkədə ipək alqı-satqısını yasaq
etmişdi. Lakin ölkə əhlindən dörd yüzə qədər adam bu
yasağı pozdu. Qanunlara əməl etməkdə hamıya nümunə
olan hökmdar hər cür pozuculuğa qarşı amansız idi. Dər-
hal o dörd yüz nəfərin edamı barədə fərman verdi.
Osmanlının səkkizinci şeyxülislamı Zənbilli Ali Əfəndi
bu xəbəri eşidən kimi Sultanın hüzuruna tələsərək qəzəbli
199
hökmdarı bu işdən çəkindirmək istədi. Aralarında belə bir
söhbət keçdi:
– Bu əlləri bağlı dörd yüz adamın öldürülməsi halal
deyildir. Buna görə Allah qatında cavab verməli olarsan.
Onları edam etdirmə.
– Xalqın üçdə birinin halını düzəltmək üçün üçdə iki-
sinin belə öldürülməsi caiz ikən bu cür bir ovuc kimsənin
qanının tökülməsini çox görmək yersiz deyildirmi?
– Bu işə bir böyük fitnələr zamanı yol verilə bilər.
– Hökmdarın əmrinə qarşı gəlməkdən daha böyük
fitnə olurmu?
– Bunlar sənin əmrinə qarşı çıxmamışlar. Çünki sənin
ipək əmiri təyin etmən ipəyin alınıb-satılmasını göstərir.
Bu bir rüsxətdir, açıqca izin vermən deməkdir. İpək alınıb
satılmayacaqsa, niyə ipək əmiri təyin etdiniz, onun vəzi fəsi
nədir?
– Sənin səltənət işlərinə aid bu kimi şeylərdə söz söy lə-
mən vəzifən deyildir.
– Bu xüsus Axirət işlərindəndir. Buna qarışmaq bizim
vəzifəmizdir.
Şeyxülislam bu son sözləri deyərək, salam vermədən
hüzurdan ayrıldı. Sultan əvvəlcə çox qəzəblənsə də, bu cəsa-
rətli söhbət onu uzun müddət və ciddi olaraq düşün dürdü.
Sonra Qurani-Kərimdə buyurulan: “Əgər bağışlarsınızsa,
bu, təqvaya daha yaxındır” (əl-Bəqərə, 237) ayəsinə uyaraq,
o, dörd yüz nəfəri əfv etdi.
Hökm əhli oynar odla,
Bir qığılcım yaxar onu.
Su boğaza çıxar onda,
Bir tüpürük boğar onu.
Kim öldürmək gücündədir,
Həlakının küncündədir.
Uçurumun ucundadır –
Bir üfürük yıxar onu.
Dostları ilə paylaş: |