192
Məgər bəndəlikdən çox vətəndaşlığa, qulluqdan çox
azadlıqlara can atanlar koalisyon, yəni şərikli höku mətlə rin
nə qədər az ömürlü olduğunu görmürlərmi? Milyon illərlə
nizamlı şəkildə ayaqda duran bu möhtəşəm, ahəngdar
kainat da şərikli idarə olunsaydı, bu qədər duruş gətirə
bilərdimi? “Əgər yerdə və göydə Allahdan başqası olsaydı,
ikisi də (yer də, göy də) pozulardı” ( əl-Ənbiya, 22).
Rəbbin Birdi, dünyan qoşa,
Düşünmə tərs, Adəmoğlu.
Hər ikisi gedər boşa –
Düşünmək fərz, Adəmoğlu.
Ay və Günəş Xəlq edənə,
Nur və atəş Xəlq edənə,
Asiman, Ərş Xəlq edənə
Böyükmü ərz, Adəmoğlu?
Nəfsin şişər, təhrik etmə,
Töhmət elə, təbrik etmə,
Müdrik elə, müşrik etmə,
Adəm ilk dərs, Adəmoğlu.
Məlum olduğu kimi, Allah Rəsulu ( salləllahu aleyhi və
səlləm) 23 il ərzində Allahın köməyilə müşriklərə və müna-
fiqlərə qarşı barışmaz mübarizə apardı və hicrətin 8-ci ilində
Məkkəni fəth etməklə İslam düşmənlərini qəti məğ lubiy-
yətə uğradaraq şirkin “onurğa sütununu” qırdı. Həz rə tin
vəfatına yaxın belə buyurduğu rəvayət edilir: “Müsəl man
lar! Bundan sonra təkrar bütpərəst olmağınız mümkün
deyil. Bu sarıdan zərrə qədər qorxum yoxdur. Qorxdu ğum
şey sizin dünyapərəst olmağınızdır”.
Baxsan çölümüzə, dünyapərəstik,
Baxsan içimizə, xülyapərəstik.
Şeydən yaransaq da, bir şey deyilik,
Bir şey olmasaq da, əşyapərəstik.
193
Bütpərəstlik açıq, yəni böyük, dünyapərəstlik isə gizli,
yəni kiçik şirkdir. Böyük şirkdən qorunanlar küfr mərə zin-
dən qurtulub müsəlman, kiçik şirkdən qorunanlar isə bütün
qəlb mərəzlərindən qurtulub müttəqi, təqva sahibi olur.
“Aqibət təqvanındır” ( Ta ha, 132).
Hədis
Biri Rəsulullahdan ( salləllahu aleyhi və səlləm) sordu:
“Qurtuluş nədir?” Cavab verdi: “Allahı aldatma man dır”.
O kimsə təəccüblə dedi: “Allah necə aldadılır ki?” O Həzrət
belə buyurdu: “Allah və Rəsulunun sənə əmr etdiyi əməli
iş lərkən Allah rizasını niyyət etməməklə. Riyadan qorun;
o, ən kiçik şirkdir”.
Kiçik şirk olan qəlblərdə böyük məhəbbət olmaz. Bö yük
məhəbbət olan qəlblərdə isə bütün qeyri məhəbbətlər kiçikdir.
Rəbbim bizə bir şam verdi,
Biz pərvanə olammadıq.
Sevgi dolu bir cam verdi,
Biz məstanə olammadıq.
Eşq heyranlıq, məftunluqdu,
Müsibətdən məmnunluqdu,
Məhəbbət Haqq məcnunluqdu,
Biz divanə olammadıq.
Mərd – dünyanı dəf edəndir,
Dost yolunda sərf edəndir,
Mərd – “mən”ləri məhv edəndir,
Biz mərdanə olammadıq.
7. “(rəhmanın qulları) o kəslərdir ki, Allahın haram
qıldığı cana haqsız olaraq qıymazlar” ( əl-Furqan, 68).
Hər bir insanın Allahdan qeyrisindən, yəni insan lar dan
qorxmadan, təhlükə duymadan yaşamaq haqqı vardır. Allah
bu haqqı tanımış və tanınmasını istəmişdir. Müəyyən hal lar
194
istisna olmaqla, insanın insanı qətlə yetirməsi haramdır.
Lakin o halları müəyyən edən də bəndə deyil, Allahdır.
“kim bir cana qıymayan və ya yer üzündə fəsad törət
məyən bir kimsəni öldürürsə, bütün insanları öldürmüş
kimi olur” ( əl-Maidə, 32) .
Ölüm vardır ənənəvi:
Cana qıyan qatil olur.
Ölüm də var ki, mənəvi:
Can qalsa da, batil olur.
Cismən ölü o kəsdi ki,
Axirəti məlum deyil.
Mənən ölü o kəsdi ki,
Axirətdə məzlum deyil.
Cismən ölmək xalqda eyni,
Xalqı mənən öldürməyin.
Hikmətlə ağladın yəni,
Hikmət yoxsa, güldürməyin.
İnsan başqa canların cəlladı ola bilmədiyi kimi, öz belin-
dən gələn, yaxud bətnindən çıxan canların da qatili ola bil-
məz. “Diridiri gömülən qızın hansı suçdan dolayı öldü
rüldüyü sorulduğu zaman” ( ət-Təkvir, 8-9). Cinsindən asılı
olmayaraq, uşaq ana bətninə düşəndən 4 ay sonra ona ruh
üfürülür və o, hələ doğulmasa da, bir nəfsə, yəni canlıya
çevrilərək yaşamaq, qorunmaq hüququ qazanır. Odur ki,
körpənin istər bətndə, istər doğuşdan sonra tələf edilmə si-
nin günah və cəza dərəcəsi tələf edənlər üçün eynidir.
Çünki hər iki halda Allahın can verdiyi məsum bir varlığı
qətlə yetirmişlər.
Körpə qətli ən böyük şər;
O şərdənsə xədim olun.
Qatil olmaq şərtsə əgər,
Nəfsinizə qənim olun.
195
Adəm oğlunun nəinki öz övladını, hətta özünü də öldür-
mək haqqı yoxdur. “özünüzü öldürməyin” ( ən-Nisa, 29).
Hədis
Sizdən öncə keçən ümmətlərdən birində bir kişi vardı.
Vücudu yaralar içindəydi. Ağrılarına dözməyib, bıçaqla
damarını kəsmiş və qan itkisindən ölmüşdü. Allah-Təala
buyurur ki: “Qulum öz-özünə qıymaqla Məni keçdi. Mən
də ona cənnəti haram qıldım”.
Ömür imtahandı, ölüm intizar,
İnsan intixabda: iman, ya inkar?
İntizar bitəndə insan biləcək:
O iman edibdir, yoxsa intihar.
Haqsız qətllərin içərisində ən ağırı və ağrılısı, şübhəsiz
ki, mömin kimsənin öldürülməsidir. “Hər kim bir mö mini
qəsdən öldürürsə, cəzası içində əbədi qalacağı Cəhənnəm
dir. Allah ona qəzəb etmiş, ona lənət etmiş və onun üçün
böyük bir əzab hazırlamışdır” ( ən-Nisa, 93).
Dinimizdə fətva vermək haqqı olanın fətvası olmadan
mömin şəxsi öldürməyə bəraət qazandıracaq hal yoxdur.
Hətta cihad zamanı öldürülməkdən qorxaraq “Lə ilahə il-
ləllah” deyən bir kafirin qətli yolverilməz sayılır. “Ey iman
gətirənlər! Allah yolunda səfərə (cihada) çıxdığınız zaman
diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam
verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə ta
mahsılanaraq (öldürmək üçün): “Sən mömin deyilsən”
deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz
özünüz də bundan əvvəl onlar kimi idiniz. Lakin Allah
sizə mərhəmət etdi” ( ən-Nisa, 94) .
Hədis
Üsamə ibn Zeyddən ( radiyallahu ənh) belə rəvayət olu-
nur: “Rəsulullah bizi bir dəstəylə göndərdi, Cüheynə qə bi-
ləsinin Huruqat boyuna hücum etdik. Bu zaman bir adamı
Dostları ilə paylaş: |