184
Dünya ruhsuz bədənimiz,
Bizdən deyil dönənimiz.
Dünya artıq dünənimiz,
“Sabah, sabah” deyənlərik.
Yetmiş yerdən dəlinsək də,
Yetmiş yerə bölünsək də,
Yetmiş dəfə döllənsək də,
“Allah, Allah” deyənlərik.
Allah yolçusu üçün ən gözəl zikr “Lə ilahə illallah”dır.
Əgər yolun hansısa mərhələsində “Lə ilahə” həqiqətinə
qovuşarsa, yəni içindəki bütün ilahlardan təmizlənərsə,
“illa Allah”, yaxud “Allah, Allah” zikri ona yetər. Ən təh-
lükəli ilah nəfsdir. “nəfsini özünə ilah edən və Allahın
bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhür
lədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?”
( əl-Casiyə, 23). Nəfsin təhlükəsi ona görə ən böyükdür ki,
o, xahiş etməz, əmr edər. Əmr edən isə, məlum məsələdir
ki, əmr etdiyi kimsəyə özündən qeyrisinin əmr etməsini
qəbul etməz. Qul Rəbbinin əmrləri ilə nəfsinin əmrləri
ara sında seçim edərkən kimə üstünlük verərsə, ibadəti
onadır.
İbrət
Əbul-Həccac Aksuri həzrətləri (Yusif İbn Abdurrahim)
anladır: “İlk günlərimdə daim “Lə ilahə illallah“ deyirdim
və heç bundan qafil olmazdım. Bir gün nəfsim mənə dedi:
“Sənin Rəbbin kimdir?“ Mən də: “Rəbbim Allah-Təaladır”
dedim. Onda nəfsim bunları söylədi: “Sənin Rəbbin mənəm,
çünki sən mənə ibadət edir, mənim əmrlərimi yerinə yeti-
rirsən. Kimin əmrinə tabesənsə, ibadətin onadır. Sənə “məni
doydur” deyirəm, yeyirsən. “Yat” deyirəm, yatırsan. “Get”
deyirəm, gedirsən. “Al” deyirəm, alırsan. Sən mənim hər
əmrimi yerinə yetirirsən, deməli, mənə qulluq edirsən”.
185
Bunun üzərində bir müddət düşündüm. Sonra bəsi rə tim
açıldı və mənə buyuruldu: “Allah-Təalanın əmrlərinə uy,
nəfsə qarşı müxalifət et. Nəfsin “yat” desə, Allah-Təalanın
saleh qulları üçün “onlar gecələr az yatardılar” ( əz-Zariyat,
17) buyurduğunu və sənin bu cür edən saleh qullardan ola -
ca ğını de! Nəfsin sənə “Ye” desə, Allah-Təalanın “Yeyin,
için, ancaq israf etməyin!” ( əl-Əraf, 31) buyurduğunu de!
Sənə “yeri” deyərək qürur və təkəbbürlə yeriməyini istəsə,
Allah-Təalanın “Yer üzündə təkəbbürlə və qürrələnərək
yerimə” ( əl-İsra, 37) buyurduğunu de! Nəfsin bir şeyi alma-
ğını istə dikdə Allah-Təalanın “Əlini boynuna bağlı sax
lama (simic olma) və tamam da açıq qoyma (israf etmə)”
( əl-İsra, 29) buyur duğunu de!
Soruşdum: “Bunları edərsəm, nəyə nail olacağam?”
Buyu ruldu: “Mütəqqilərdən, ariflərdən və siddiqələrdən,
Rəbbinə ibadəti tam yerinə yetirənlərdən olursan”.
Həyat zülmət, ölüm işıq,
Nədən nəfsim zülmət istər?
Bir qədri yox yarım qaşıq,
Yer-göy qədər qiymət istər.
Hələ fasiq ikən nəfsim,
Xəlqə aşiq ikən nəfsim,
Qəhrə layiq ikən nəfsim,
Nədən könlüm rəhmət istər?
Çiyinlərdə gedir hamı,
Könüllərdə gedən hanı?
Əzəlindən bu cahanı
Mərd istəməz, namərd istər.
Haqdandı hər hüsni-kamal,
Haqdandı hər elmü-kamal.
Cahil olan cahü-cəlal,
Arif olan hikmət istər.
186
Nəfsin ən ciddi təhlükəsi özünə dəyər biçməsidir.
Allahdan başqasını öyərkən Rəbbinə ortaq qoşan insan öz
dəyərindən danışmaqla, yaxud özünə dəyər verilərkən sus-
maqla daha artıq şirkə girmiş olur. Çünki quyuya su tök-
məklə quyu dolmaz. İnsanda dəyərli, tərifəlayiq nə varsa,
mənbəyi Allahdır. “De: “Bir söyləyin görək, əgər suyunuz
çəkilib getsə, (Allahdan başqa), kim sizə axar su gətirə
bilər?” (əl-Mulk, 30). Allah dilədiyini ucaldar, ucaltdığını
da dilədiyi zaman endirər. Yüksəliş də, eniş də Ondandır.
Adəm oğlu öz qatında nəfsinə dəyər verdiyi andan Allah
qatında dəyərdən düşür.
Nəfsinə savaş aç, adi yarış yox,
Düşmənə verəsi bircə qarış yox.
Bu savaş kimsəyə güzəşt tanımaz,
Burada atəşkəs, yaxud barış yox.
İblisin aqibəti heç vaxt unudulmamalıdır. O, Rəbbi ya-
nındakı xidmətlərinə baxmayaraq, özünün insandan üstün
olduğunu dilə gətirən kimi ilahi rəhmətdən kənar laşdı rıldı.
Allah yolçusu başqalarından faydalanarkən onların, baş qa-
ları ondan faydalanarkən özünün vasitədən qeyri bir şey
olmadığını daim xatirində tutmazsa, yolçuluğu faydasız dır.
“günəşə və aya səcdə etməyin, onları yaradan Allaha
səcdə edin” (Fussilət, 37).
İbrət
Zunnun Misridən rəvayət edilir: “Bir gün dağlarda dola-
şarkən bir camaat gördüm. Hamısı xəstə idi. Burada nə
etdiklərini sordum. Dedilər: “Burada bir abid var, ildə bir
dəfə üzə çıxır, bizim üçün bəzi şeylər oxuyur, hamımız
şəfa tapırıq”. Mən də onlara qoşulub abidi gözlədim.
Sarıbənizli, zəif vücudlu, gözləri çuxurlaşmış bir adam
çıxdı. Heybətindən dağ silkələndi. Sonra şəfqət dolu bir
nəzərlə adamlara baxdı, ardınca səmaya baxdı, onlara tərəf
187
üfürən kimi hamısı şəfa tapdı. Getmək istərkən ətəyindən
yapışıb yalvardım: “Allah üçün onları maddi xəstə liklər dən
qurtardın. Mənim də mənəvi mərəzlərimə əlac elə!”
“Ey Zunnun, – dedi, – əlini ətəyimdən çək. Allah-Təala
səni gördüyü halda Onu qoyub mənim ətəyimdən tutdun.
Allah-Təala ikimizi də həlak edər”.
Kim Onun heyranıdır, hüri, ya qılman diləməz,
Kim Onun xəstəsidi, həkim, ya Loğman diləməz.
Su Onun, atəş Onun, yandıran O, söndürən O,
Kim Onun təşnəsidir, dərya, ya ümman diləməz.
Çırpınar qəlb quşumuz, döş qəfəsi darlıq edər,
Meyli Ərşdir, nə ki yer, hətta asiman diləməz.
Kəbəyə döndü könül, Beytül-haram mislindədi,
Haqq evin Sahibini hansı, de, mehman diləməz?
Hər kərəm Sahibinin ümdə bir ehsanı olur,
Vəslə müştaqdı bu qul, qeyri ərməğan diləməz.
Elə bir Hakimə təslim eləmiş könlünü qul,
Qətlinə versə əmr, əfvinə fərman diləməz.
Ey könül, canı verib artıq azad oldum demə,
Nəfsdən qeyri o Şah bu quldan qurban diləməz.
İnsan zərrə qədər də olmadığını anlamayınca Tamın qiy-
mətini verə bilməz. Zatən Din Allahdan başqa Böyüyün
olmadığını anladan Haqq elmdir. Ona ibadət edənlər bu
anlayışa sahib deyillərsə, ibadətdə hesab edilməzlər. İbadət-
lərin şahı, Dinin dirəyi sayılan namaza çağırışın, yəni Aza-
nın, habelə namazın özünün “Allahu Əkbər” (Allah Böyük-
dür) sədaları ilə başlaması həmin gerçəkliyin ifadəsidir.
Dostları ilə paylaş: |