188
“(Rəhmanın qulları) o kəslərdir ki, Allahla yanaşı başqa
bir ilahı çağırmazlar” ( əl-Furqan, 68) ayəsinin hikməti məhz
namazda daha çox üzə çıxır. Qul Rəbbini nə üçün çağırar?
Əlbəttə, sığınmaq, qorunmaq, kömək istəmək üçün. Hədis-
lərdən də bəlli olduğu kimi, çağırışların, yəni duaların ən
məqbul vaxtı namazlardan sonradır. “Səbir və namazla
kömək arayın. Şübhəsiz ki, bu, ağırdır. Ancaq müti olan lar
istisnadır”. ( əl-Bəqərə, 45) ayəsi də bunu təsdiqləməkdədir.
Möminlər Allah Rəsulundan ( salləllahu aleyhi və səlləm) dua-
sını almaq istədikdə o Həzrət mütləq iki rükət namaz qılar,
ardınca dua edərdi. Yeri gəlmişkən, dövrümüzdə də mömi-
nin bu sünnəyə uyması, yəni özü kimi birinin kömə yinə
ehtiyac duyanda, hər hansı müşkülünü həll etmək istə-
yəndə öncə iki rükət namaz qılıb duada bulunması çox
gərəklidir. Çünki bu zaman ehtiyacını özü kimilərdən deyil,
özü kimi olmayan Allahdan diləmiş olur. Allah isə ancaq
Onun böyüklüyünü qəbul edən, ancaq Ondan uman və
umduğunu ancaq Onun verə biləcəyinə inanan qulunun
müticəsinə Ona uzanan əllərini boş geri qaytarmaz. Yetər
ki, bəndə Kimin hüzuruna çıxdığını anlamış olsun.
İbrət
Əbu Əmr Züccaci həzrətlərindən sordular: “Fərz namaz-
larda ilk təkbiri gətirərkən nədən halın dəyişir?” Cava bında
buyurdu: “Bir fərzə sidq və səmimiyyətlə başlamamaqdan
qorxuram. Bir kimsə “Allahu Əkbər (Allah ən böyükdür)”
deyər və qəlbində Ondan böyük bir şey bulunarsa və ya
ömrü boyu Ondan başqasının ucalığını və böyüklüyünü
qəbul edərsə, özünü öz diliylə təkzib eləmiş olur”.
Adəm oğlu, nəfsini yıx,
Zəfər sənə bu cür gülər!
Yıxdığının üstünə çıx,
Başın buludları dələr.
189
Yeddi dəfə etsən əfqan,
Yeddi evdə olmaz qanan.
Bircə kərə çəksən Azan,
Yeddi səma səda elər.
Bu dünyaya gözünü yum,
Namazdan çıx, namaza cum!
Hər nə umsan, səcdədə um,
Ummadığın yerdən gələr.
Allahın gözəl adlarından biri Mucibdir. Yəni Haqq-Təala
yaratdıqlarının çağırışlarına cavab verən, dualarını müstə-
cəb qılandır. “Qullarım Məni səndən sorarlar, de: “Mən
yaxınam, Məni çağırsalar, cavab verərəm. Qoy onlar da
Mənim dəvətimi qəbul edib Mənə iman gətirsinlər ki,
düz yolla gedənlərdən olsunlar” ( əl-Bəqərə, 186).
Diləklər süslənir “Allah” deyəndə,
Mələklər səslənir “Allah” deyəndə,
Od qoyun şeytana bu dünyada da,
Hər dəfə səksənir “Allah” deyəndə.
Yuxarıdakı ayədə göründüyü kimi, yalnız Onun qulla-
rının çağırışına cavab veriləcəyindən söhbət gedir. Yəni,
özünü Onun qulu saymayanlar bu qarşılıqdan məhrum dur.
“ondan başqasını çağıranların duası müstəcəb olmaz”
( ər-Rəd, 14). Özünü Onun qulu hesab edən, fəqət Onu ça-
ğırmayan kimsələrin də durumu eynidir. “De: “Əgər dua
nız (çağırışınız) olmasa, rəbbim sizə nə dəyər versin?”
( əl-Furqan, 77) . Lakin Onu çağıran həqiqi qul kimi çağır malı,
yəni içdən Ona səslənməlidir. Allah ancaq qəlbin harayını
eşidər. Digər fəryadlar faydasızdır. “rəbbinizə müti olaraq
və astadan dua edin” ( əl-Əraf, 55). “onu qorxaqorxa və
ümid ilə çağırın” ( əl-Əraf, 56). “Allaha ixlasla (tam səmi miy
yətlə, yalnız onun rizasını umaraq) dua edin” ( əl-Mumin,14).
190
Din duadır, iman ədəb,
Dinsizlikdən həya eylə.
Sən miskin qul, O Qadir Rəbb,
Nə üsyan, nə riya eylə.
Gündüz gülmək üçün deyil,
Gecə ölmək üçün deyil.
Təqdir silmək üçün deyil,
Gecə-gündüz dua eylə.
Nə sus, kiri, nə coş, bağır,
Asta çağır, müti çağır.
Rəbbin Qəni, hamı fağır,
Onu deyib fəryad eylə.
Dua qəlbin harayıdır,
Könül Onun sarayıdır.
Dil naləsi havayıdır,
Sən ruhunu əhya eylə.
Uca Rəbbimiz “Yalnız ona edilən dua haqdır” ( ər-
Rəd, 14) buyurdu. Dövrümüzdə və dövrəmizdə açıq şirk,
əlbəttə ki, heç gizlində də yoxdur, yəni İslam ümmətindən
olan, kəlmeyi-şəhadəti dilə gətirən kimsələrin daşdan,
taxtadan bir büt yonub qabağına qoyması, ondan nəsə
diləməsi, yaxud günəşə, ulduza, digər yaradılan şeylərə
tapınması, artıq təsəvvür edilməz. Çünki belələri bütpə rəst
olub, bu ümmətdən sayılmaz. Fəqət gizli şirk, yəni ixlas dan
uzaq əməllər müsəlman sayılanların arasında açıqdan-
açığa tüğyan etməkdə, hər addım və kəlməbaşı qarşı mıza
çıxmaqdadır.
Şirkin gizlisi var, açığı vardır,
Muşrikin avamı, alçağı vardır.
Gizli şirk özünü gözə soxmaqdı,
Ey avam, gözün də bıçağı vardır.
191
Allah Rəsulu ( salləllahu aleyhi və səlləm) buyururdu:
“Ümmətimdə şirk qarışqanın mərmər daşı üzərindəki hərə
kətlərindən daha səssiz və gizlidir”. Bu o deməkdir ki, iba-
dət əhli olan biri ibadətdən saydığı, yaxud haram hesab
etmədiyi bir əməli işlər, fəqət bu əməliylə Allaha şərik qoş-
duğunun fərqinə varmaz. Məsələn, həvəslə nərd oynayan
biri “zər verdi, zər vermədi” deyərkən Rəbbinə heç bir şans
buraxmayıb, ancaq zərə tapındığını anlamaz. Beləsinə “Nərd
oynayan əlini donuz ətinə, qanına batırmışdır” hədisini
xatırladarsan, gözünü döyər.
Kim əgər dünyada nərddən ayrılmaz,
Hər iki dünyada dərddən ayrılmaz.
Burda vaxtı gedər, orada bəxti –
Şeytanlar o bəxtsiz fərddən ayrılmaz.
Yaxud, “pul hər şeyi həll edir” prinsipini rəhbər tutan-
lar pulun heç bir şeyi həll etmədiyini, hər şeyi həll edənin
yalnız Allah olduğunu unutmaqdadır. Halbuki ayədə “Allah
Qəni (zəngin), siz isə fəqirsiniz” ( Muhəmməd, 38) buyu-
ruldu. Vəzifəsinə, yaxud yüksək vəzifə tutan qohumuna,
tanışına güvənən, “Filankəs dağ kimi arxamdadır” deyən
kimsələr “Dağları qum təpəsinə döndərib ( əl-Muzzəm mil,
14) toz kimi səpələyənin” ( əl-Vaqiə, 6) varlığından sanki
xəbərsizdilər. Allahdan çox adamlardan qorxanlar qor xuda,
Xaliqdən çox məxluqa ümid edənlər ümiddə, Yaradandan
çox yaradılanları sevənlər məhəbbətdə, özü kimi Olma yan-
dan çox özü kimi olanlardan utananlar həyada Rəbbinə
ortaq qoşmaqda, fəqət bundan qəflət etməkdədirlər.
Sən ey öz qövmündə mötəbər adam,
Az qala bütlərə bərabər adam.
Xalqın mədhiyyəsi məst və məhv elər,
Xaliqin qəhrindən bixəbər adam.
Dostları ilə paylaş: |