I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 0,57 Mb.

səhifə11/21
tarix17.09.2017
ölçüsü0,57 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

29 

                                   

1992-ci ildə Dünya Psixi Sağlamlıq Federasiyası tərəfindən başladıldıqdan sonra bir çox ölkə 

psixi  sağlamlığa  diqqət  çəkmək  üçün  Dünya  Psixi  Sağlamlığı  gününü  qeyd  etməyə 

başlamışdır.  Dünya Səhiyyə Təşkilatının  Dünya Psixi Sağlamlıq Günündə  hazırladığı  

araşdırmaya görə dünyada 350 milyondan çox insan  depressiya  ya da psixoloji problemlərlə 

mübarizə  etdiyi  ortaya  çıxdı.  Universitet  tələbələri  arasında  aparılan  yeni  araşdırmalar, 

maraqlı  bir  sıra  nəticələri  ortaya  çıxardı.  Xüsusilə  universitetdə  oxuyan  tələbələr  arasında 

depressiyada olanların yoldaşları  ilə birlikdə qalmaları, bir-birlərinə təsir etmə ehtimallarının 

artırır. Depresiv ruh halı olan tələbə yoldaşına təsir edə bildiyi məlum oldu. Qarşılıqlı  təsirin 

ardından 6 ay kimi bir müddət sonra iki tərəfdə də depressiya şikayətlərinin çoxaldığı və eyni 

şikayətlərin artdığı müşahidə edildi.

56

 

  Depresiv tələbələrin depressiv olmayanlara görə həddindən artıq ümumiləşdirmə apardıqları  



müəyyən olunmuşdur.

57

 



 Depressiv  kişilər  qadınlara  görə  alkol  və  narkotik  istifadə  etməyə  daha  meyllidirlər.

58 


Depressiya intihar riskinin ən yüksək olduğu bir psixoloji narahatlıqdır. Depressiya ilə  bağlı 

intiharlar  ölüm  səbəbləri  arasında  üst  sıralarda  yer  almaqdadır.  Dünyada  depressiya  ilə 

mübarizə  edən  təxminən  121  milyon  insanın  yüzdə  20  ilə  40-ının  intihara  cəhd  etdiyi  

açıqlandı.  Depressiyaya  yoldaşlıq  edən  əlamətlərdən  olan  ümidsizlik  intihar  üçün  ən 

əhəmiyyətli  risk  faktorlarından  biri  olaraq  qəbul  edilməkdədir.  Gənclər  arasında  intihar 

nisbətlərinin artması ilə bağlı məlumatlar mövcuddur.  Depressiyada olub da intihar cəhdində 

olanların  sayı,  intihar  etməyi  bacaranların  sayından  daha  çoxdur.  Depressiyanın  ortaya 

çıxmasındakı  faktorları  araşdıran  bir  çox  araşdırmaçı,  ananın  doğum  sonrasında  depressiya 

yaşamasının uşağın depressiv özəliklərə sahib olmasında əhəmiyyətli bir risk faktoru olduğu- 

56

  Güleç  M,  Bakır  B,  Özer  M,  et  al.  Association  between  cigarette  smoking  and  depressive  symptoms  among     



military medical students in Turkey. Psychiatry Research 2005;  281-286 s(www.bağımlılıkdergisi.net) 

 

57



Upmanyu  VV,  Upmanyu  S,  Lester  D  (2000)  Depressive  symptoms  among  U.S.  and  Indian  college  students:  The   

effects ofgender and gender role. J Soc Psychol, 669-672 (www.ncbi.nlm.nih.gov/pubmed) 

58

Bağımlılık  Dergisi,  2015,  Cilt:16,  Sayı:1,  s:1-8  /Journal  of  Dependence,  2015,  Vol:16,  N.:1,  pp.1-8  / 



(www.bagimlilikdergisi.net) 

 



30 

                                   

    nu ortaya qoymuşdur.

59 


   Dünyada  hər  8  saniyədə  bir  insan  siqaretin  yaratdığı  xəstəliklərdən  dünyasını  dəyişir. 

Siqaret  çəkənlərdə  həyatları

 

boyunca


 

emosional  pozuntular,  psixoz,  həyacan  pozuntuları, 

narkotik  maddə  istifadəsi  və  şəxsiyyət  pozuntuları  kimi  psixi  pozuntuların  görülmə 

nisbətlərinin  daha  çox  olduğu  məlumdur.  Siqaret  istifadəsi  və  psixi  xəstəliklər  bu 

xəstəliklərin  siqareti    tərgitmək  üzərində  təsirinin  araşdırıldığı  bir  tədqiqatda  (  John  U. 

Prevalence,  characteristics, associated  mental disorders and predictors of DSM-IV nicotine 

dependence. Eur Addict Res) DSM-IV-ə görə nikotin asılılığı ilə maddə aludəçiliyi,emosional 

pozuntuları,həyacan    pozuntuları  və  somatik  pozuntular  kimi  psixi  xəstəliklərin  müsbət 

korellasiya göstərdiyi tapılmışdır.

60 


İstər nikotinin psixofarmakoloji təsirləri, istərsədə genetik 

və  ekoloji  təsir  səbəbi  ilə  siqaret  tərgitmənin  çətin  olduğu  fərz  edilməkdədir.  Zəka,  sosiol 

iqtisadi vəziyyət və şəxsiyyət xüsusiyyətlərinin siqaret tərgitmək ilə əlaqəli olduğu müəyyən 

olunmuşdur.

61 

 

    3.2.Psixi pozuntular və siqaret 



    Nikotin  asılılığı  ilə  depressiya  arasındakı  əlaqə  bir  çox  tədqiqatçılar  tərəfindən 

araşdırılmışdır.  Gün  ərzində  iki    və  ya  daha  çox  siqaret  çəkən    yetkinlərin    50%-nin  asılı 

olduqları ehtimal olunur.

62  


Kokain və heroin istifadəçiləri olanlar, belə maddələri tərgitmənin 

tütünü    tərgitməkdən  daha    asan  olduğunu  bildirirlər.  Eyni    zamanda    siqaret  çəkənlər 

arasında,  gündəlik   siqaret istifadəsi  nikotin  asılılığı nisbətini  artırmaqdadır. 

63

 



59

Goodyer  IM,  Herbert  J,  Tamplin  A  ve  ark.  (2000)  First-episode  major  depression  in  adolescents:  Affective,  cognitive  and 

endocrine characteristics of risk status and predictors of onset.Br J Psychiatry, 142-149.(

 

www.bristol.ac.uk) 



60 

Bağımlılık  Dergisi,  2015,  Cilt:16,  Sayı:1,  s:9-17  /  Journal  of  Dependence,  2015,  Vol:16,  N.:1,  pp.9-17  / 

(www.bagimlilikdergisi.net) 

61

Piccinelli  M,  Wilkinson  G  (2000)  Gender  differences  in  depression:  Critical  review.  Br  J  Psychiatry,  486-



492(www.medscape.com/) 

62

Hitsman B, moss TG, montoya ID, George TP. Treatment of tobacco dependence in mental health and addictiv disorders.Can J 



Psychiatry 2009; 68–789 www.apa.org) 

63

Black  DW,  Zimmerman  M,  Coryell  WH.  Cigarette  smoking  and  psychiatric  disorder  in  a  community  sample.      Ann  Clin 



Psychiatry1999; 129-36 p.( bjp.rcpsych.org/content) 




Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə