I fəSİL. TÜTÜn haqqinda üMÜMİ MƏlumat



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix17.09.2017
ölçüsü0,57 Mb.
#300
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

37 

                                   

      III Fəsil. GƏNCLİK DÖVRÜNÜN  XÜSUSİYYƏTLƏRİ 

      3.1. Gənclik dövrü xüsusiyyətləri və tütün aslılığını yaradan faktlar 

   Gənclik fiziki cəhətdən yeniyetməliyin başa çatması, özünüdərketmənin və intelektin sürətli 

inkişafı,  özünəməxsus  yüksək  keyfiyyətlərinin,  dünyagörüşünün  formalaşması,  peşə  seçmək  

və  sosial  həyata  başlamaq  dövrüdür.  Gənclik  dövrü  öz  inkişafında  iki  mərhələdən 

keçir:birinci  mərhələ  erkən  gənclik  (15-18yaş)  ikinci  mərhələ  isə  yetkin  gənclik  (18-25yaş) 

dövrü  adlanır.  Gənclər  bioloji,  psixoloji,  psixoseksual  və  sosialoji  amillərin  təsiri  altında 

inkişaf edib formalaşır. Gənclik dövründə şəxsiyyət biososial-psixoloji varlıq kimi formalaşır, 

insanda  təşəbbüskar,  prinsipial,  məsuliyyətli  davranış  formaları  təşəkkül tapır. Emosiyaların 

idarə  edilməsi  mexanizmi  aktivləşir,  lakin  çox  saylı  sosial  yeniliklərə  adaptasiya  zamanı 

yaranan çətinliklərə cavab reaksiyalarında gənclərin davranışında tez-tez emosionallıq halları 

da  müşahidə  olunur.  Bu  proses  isə  yeniyetməlik  emosionallığının  ətaləti  ilə  bağlıdır.

80 

Bu 


dövrdə  gənclərin  psixoloji  xüsusiyyətlərində  sabitləşmə  gedir.  Gənclik  yaşının  axırında 

sosiallaşmanın  ilk  mərhələsi  tamamlanır,  gənclər  artıq  öz  həyat  yolunu  müəyyənləşdirir,  ali 

məktəblərdə, koleclərdə, texniki peşə  məktəblərində, litseylərdə təhsillərini davam  etdirirlər. 

Gənclik dövrünün sonu cəmiyyət üçün tam hazırlanmış nəslin varlığı deməkdir.  

  Universitet  illəri, coşqun inkişaf dövrlərindən biri olan həm ictimai, həm də bioloji olaraq 

keçid  dövrü  kimi  qəbul  edilən  yetkinliyin  son  mərhələsinə  rast  gəlinir.  Universitet  dövrü, 

evdən  və  ailədən  ayrılma,  yeni  mühitə  adaptasiya  problemləri,  yoldaş  və  qrup  seçkisi,  bir 

peşəyə  namizəd  olma  və  iş  tapmaqla  bağlı  narahatlıqlar  kimi  bir  çox  spesifik  problemin 

müşahidə  olunduğu  illərdir.  Universitetdə  oxuyan  tələbələr,  müxtəlif  səbəblərdən 

qaynaqlanan  stress  yaradan  həyat  hadisələri  ilə  qarşılaşırlar.  Burada  xüsusilə  təhsildən 

qaynaqlanan problemlərin  əhəmiyyətli rolu vardır. Asılılıq baxımından ən  əhəmiyyətli   risk  

dövrləri  uşaqlıqdan      yeniyetməliyə,  gənclikdən    yetkinliyə  keçid  dövrüdür.  Tələbələrin 

stresslə qarşılaşan vaxtlarda siqaretə yönəlmələri müşahidə olunan  davranışdır. 

80

Qədirov Ə.Yaş psixologiyası .Bakı: 2008,341-345 s 




38 

                                   

   Gündəlik    siqaret    çəkən  gənc  tələbələr  irəliləyən  yaşda  paralel  olaraq  siqaret  sayını 

artırdıqlarını  və  siqaretə  daha  çox  aludə  olduqları  müşahidə  olunur.  Gənc  yaşda  siqaret 

çəkməyə başlayanlar irəliləyən yaşlarda bu pis vərdişi daha çətin tərgitə bilirlər. Bu səbəblərə 

görə    tütün    istifadəsinə    qarşı   mübarizə    aparılması  və    siqaretə  qarşı  mübarizə  tədbirlərin 

görülməsi  olduqca əhəmiyyətlidir.   

  Tütün  epidemiyasının  inkişaf  etməsi  və  yayılmasında  ən  əhəmiyyətli  risk  qrupu  12-24 

yaşındakı  yeniyetmələr və gənclərdir. 

  Siqaret  istifadə  etmə  vərdişi  müxtəlif    psixososial  səbəblərlə  başlayan  və  davam  edən  bir 

davranış  formasıdır.

 

Hər  yaşda  nikotin  asılılığının    inkişaf  etməsinə  baxmayaraq,  ilk  siqaret 



ümumiyyətlə  erkən  yeniyetməlik  dövründə  sınandığı  üçün,siqaret  ilə  mübarizə  ibtidai 

məktəb, orta məktəb illərində başlanılmalıdır. Siqareti  sınayan  hər  iki  gəncdən  biri  siqaret  

istifadə etməyə davam edir. Bu gün  dünyada  150  milyon  gənc siqaret istifadə etməkdədir 

və gələcəkdə 75 milyon gəncin siqaretin meydana gətirdiyi sağlamlıq problemi ilə dünyasını 

dəyişəcəyi ehtimal olunur.

81 


  Gənclər arasındakı siqaret istifadə etmə sıxlığını təyin etmək məqsədilə qlobal məlumatların 

iki   əsas qaynağı vardır. Bunlardan biri  Dünya  Səhiyyə təşkilatının icra  etdiyi və dörd ildən 

bir təkrarlanan (Health Behaviors School Childeren-HBSC) tədqiqatı, digəri isə yenə DST və 

CDC  tərəfindən  inkişaf  etdirilmiş    olan  və  bir  çox  ölkədə  icra  edilən  Qlobal  Gənclik  Tütün 

İstifadəsi  araşdırmasıdır.GYTS(Global  Youth  Tobacco  Survey),  HBSC  nəticələrinə  görə; 

bəzi  şərqi  Avropa  ölkələrində(Belarus,  Estoniya,  Gürcüstan,  Litva,  Rusiya  Federasiyası, 

Slovakiya  və  Ukrayna)  15  yaş  qrupu  kişilər  arasında  həftəlik  siqaret  çəkmə  sıxlığı  digər 

bölgələrə görə daha yüksəkdir (>30%). Buna qarşılıq 15 yaş qrupu qızlar arasında ən yüksək 

siqaret  çəkmə

 

faizi  (>30%)  Avstriya,  Çex  Respublikası,  Finlandiya  və  İspaniya  kimi    qərbi 



Avropa ölkələrindədir.

82

  Qadınlarda siqaret istifadə etmə nisbətlərinin kişilərə görə çox daha 



aşağı  olduğundan, siqaret şirkətləri üçün qadınlar çox əhəmiyyətli bir hədəf təşkil edir. 

81.


Alikasifoglu  M,  Erginoz.  Cigarette  smoking  among  turkish  high  school  students.  J  Adolesc  Health  2002;  7-8 

s(www.dusunenadamdergisi.org/) 

82 

Doğan  YB.  Madde  kullanımıve  bağımlılığı.  Aile  ve  Toplum  Eğitim,  Kültür  ve  Araştırma  Dergisi.  2001;  79-86 



s(www.psikiyatri.org.tr) 


39 

                                   

  Siqaret  epidemiyasının  inkişaf  etməsi  və  genişlənməsi  baxımından  qadınlar,  uşaq  və 

gənclər, əhəmiyyətli bir risk qrupunu meydana gətirməkdədir.

83

 

  Tütün  şirkətləri insanların  böyük  əksəriyyətinin  siqaretə  18 yaşdan  aşağı  və  19-24  yaşında 



başladığını,  daha  irəli  yaşlarda  siqaretə  başlayanların  nisbətinin  çox  kiçik  olduğuna  dair 

məlumatlara  sahibdirlər.  Bu  səbəbdən  siqaretin  uşaqlar  və  gənclər  tərəfindən  sınanılması 

üçün çox təcavüzkar bir siyasət aparılır. 

  Şirkətlər,  bir  tərəfdən  çox  incə  satışa  çıxarma  texnikaları  ilə  bu  müddəti  istifadə  edərkən, 

digər tərəfdən də gənclərin həyatındakı əhəmiyyətli dəyişiklik anlarından (şəhər dəyişdirmə, 

universitetə qəbul olma, əsgər getmə və s) istifadə edirlər. Aparılan digər bir tədqiqatda 18-24 

yaş  arası  gənclərdə  yetişkinlərə  görə  sigaret  çəkmə  faizi  daha  yüksək  olarkən,  gənclərin 

siqareti  tərgitmək  mövzusunda  daha  istəkli  olduqları  halda  tərgitmək  üçün  lazımı  dəstəyi 

görmədiklərini vurğulamışlar.

84  


18-24 yaş arası gənclərin siqaret istifadə etmə nisbəti 18,9 % 

dir.  Siqaret  çəkən  yetkinlərin  (18  yaş  və  yuxarı)  88%-i  siqaret  istifadə  etməyə  18  yaşında 

başlayır.

85 


Xəstəliklərə  nəzarət  mərkəzinin(Centers  For  Disease  Control  and  Prevention) 

məlumatlarına  görə  18  yaşına  qədər  siqaret  çəkməyən  şəxslər,  həyatlarının  sonrakı  

dövrlərində  çox  aşağı nisbətdə siqaret istifadəçisi olurlar. Gənclik dövründə meydana gələn 

çətinliklər  və  bu  çətinliklərə  verilən  reaksiyaların  bir  çoxu  depressiv    əlamətlər    meydana 

gətirməkdədir.

86

  Universitet  tələbələri  arasında    aparılan  tədqiqatlarda,  bu  dövrün  ən 



əhəmiyyətli psixi problemi depressiya olduğu müəyyən olunmuşdur.

87 


     

Universitet tələbələri  üzərində aparılmış  araşdırmalarda siqaret istifadə etmə nisbətlərinin 

25-43,3%  kimi yüksək olduğu, böyük əksəriyyətinin  isə siqaretə universitet illərində başla-

 

83



Williams JM, Ziedonis D. Addressing tobacco amongindividuals with a mental illness or an addiction.Addict Behav, 2004;1067–

1083 p. (www.diclemedj.org) 

84 

Williams GC, Cox EM, Kouides R, Deci EL. Presenting the facts about smoking to adolescents: effects ofanautonomy 



supportive  style. Arch Pediatr Adolesc Med 1999; 959-64 (www.psikofarmakoloji.org) 

85

 Centers For Disease Control and Prevention, 2011 b, Centers For Disease Control and Prevention, 2011a(



www.cdc.gov/)

 

86



 Goksel T, Cirit M, Bayındır U. İzmir ili oğrencilerinin sigara alışkanlığını etkileyen faktorler. Toraks   Dergisi 2001; 49-53 s 

87

Sağlık yüksekokulu öğrencileri arasındaki depresyon sıklğı ve ilişkili etkenler Anatolian Journal of Psychiatry 2007; 8:46-



51(www.bagimlilikdergisi.com) 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə