I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   2   3   4   5   6   7   8   9   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 

Bəyliyin qurulması. Osmanlı imperiyasını yaradan və ona öz adı-
nı verən Osman qazi Oğuz türklərinin Qayı boyundan idi. Oğuz türk-
ləri Oğuz xanın 6 oğlundan törənmiş 24 boydan ibarət idi. Qayı, oğuz-
ların  Bozaklar  qolundan  olan  Gün  xanın  böyük  oğlunun  adı  idi.  Os-
manlıların  Qayı  boyuna  mənsub  olmasını  Paul  Vitterk  öz  əsəri  "Os-
manlı  imperatorluğunun  doğuşu"nda  təkzib  etmişdir  [20,  s.99].  Fuad 
Köprülü bunu qəbul etməmişdir. Fahriyə Avık "Orxan bəyin hökmdar 
olduğu tarix və ilk sikkəsi" məqaləsi ilə bunun yalnış olduğunu sübut 
etmişdir.  Sikkənin  altındakı  damğanı  göstərmiş  və  bu  damğa  qayı 
damğası idi [20, s.99]. 
Orta Asiyada monqol əsarəti başladıqdan sonra türkmən tayfa-
ları Anadoluya doğru axışmağa başlamışdılar. Bu tayfalar içərisində 
Gündüz Alp və onun oğlu Ərtoğrulun başçılıq etdiyi Qayı boyundan 
kiçik bir qəbilə var idi. 1231-ci ildə Ərtoğrul Qazi başçılıq etdiyi qə-
biləni  Əhləd  bölgəsində  Ankara  sərhədlərinə  gətirmiş,  burada  məs-
kunlaşmaq  üçün  Səlcuq  sultanlığından  Söyüd  adlı  qəsəbəni,  Doma-
niç yaylağını almışdır. 
Osmanlı  qaynaqları  Ərtoğrulun  1281  və  ya  1288-ci  ildə  vəfat 
etdiyini yazırlar [20, s.103]. Qəbri də Söyüddədir. Ərtoğrul Qazi öl-
dükdən sonra onun  yerinə oğlanları Sarı Batı Sabçı və Osman Qazi 
keçmişdilər.  Onlar  ən  çox  qazilik  və  türkçülük  ideologiyasını  əsas 
götürərək digər tayfaları da ətrafına toplamışdılar. 
Osmanlı dövlətinin quruluş və inkişafında qəza önəmli bir fak-
tordur. Qəza-hər cür cəhd və fədakarlığı olan dini bir vəzifə idi. 
Bəzi qeydlərə görə atasından sonra Söyüdün özünə iqta edildi-
yinə dair səlcuq hökmdarı Qiyasəddin Məsud tərəfindən 1284-cü ildə 
Osman bəyə bir fərman göndərilmiş və 1289-cu ildə İnönü və Eski-
şəhərin ilhaqı ilə əlindəki yerlərə ucbəyi təyin olduğu bildirilmişdir. 
Bununla,  demək  olar  ki,  tayfa  bəyliyi  uc  bəyliyinə  çevrilir.  1288-ci 
ildə Qaracahisar döyüşü osmanlıların qələbəsi ilə başa çatmış və qa-
lalar  alınmışdır.  Bu  fəthdən  sonra  Osmanlı  dövləti  uc  bəyliyindən 
sancaq bəyliyinə çevrilmişdi. Lakin dövlətin yaranma ili müasir dü-
şüncələrə  görə  1302-ci  il  Bafeus  (Qoyunhisar)  döyüşündən  sonra 
götürülür. 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 

Bizans imperatorluğuna qarşı mübarizədə qalib gələn Osmanın, 
Fakumersə görə, şöhrəti bütün Kastamonu bölgəsinə qədər yayılmış 
və qazilər onun bayrağı altında birləşmişlər. 
XV əsrin sonlarında tarixçi Neşri, Osmanın bəyliyini və müstə-
qilliyini  haqlı  olaraq  1302-ci  il  Bafeus  döyüşünə  bağlayır.  27  iyul 
1302-ci  il  tarixi  Osmanlı  dövlətinin  qəti  quruluş  tarixi  olaraq  qəbul 
edilir [10, s.45]. 
Dövlətin yaranması. Söyüd və Biləcik. Osman bəy 1299-cu ildə 
Biləcik və Yarhisar qalalarını almış və uc bəyliyinin mərkəzini bura-
ya  köçürmüşdü.  Artıq  Osman  bəy  Söyüd  və  Biləciyi  özünə  paytaxt 
etdi və 1299-da Osmanlı dövlətini yaratdı. 
Biləcik  Bursa,  Eskişəhər,  İstanbul,  İzmit,  Sakarya  bölgələrinə 
yaxın  olmaqla  öz  əhəmiyyətini  qorumaqdadır.  Biləcikdə  tarixi  me-
marlıq  binaları,  türbələr  vardır.  Bunlar  aşağıdakılardır:  1)  Şeyx 
Ədəbalı  türbəsi,  2)  Ərtoğrul  Qazi  türbəsi,  3)Tarixi  zəncirli  qaya,  4) 
Saat qalası, 5) Bələdiyyə binası, 6) Biləcik muzeyi və s. 
Şeyx  Ədabalı  Osmanlı  dövlətinin  böyük  din  xadimi  və  şeyxi 
olub. 1326-cı ildə Biləcikdə vəfat etmiş və orada dəfn edilmişdir. Or-
xan Qazinin müəllimi və qaynatası olmuşdur. 
Ərtoğrul  Qazi  türbəsi-Biləciyin  Söyüd  elində  olan  türbə,  ilk 
olaraq Osman Qazi tərəfindən açıq məzar olaraq düzəltdirilmiş, daha 
sonra I Mehmet tərəfindən türbə halına gətirilmişdir. Hər il sentyabr 
ayının  2-ci  həftəsinin  sonunda  Ərtoğrul  Qazini  yadetmə  şənlikləri 
təşkil edilir və ənənə 7 əsrdir davam etməkdədir. 
Saat qalası – II Əbdülhəmidin dövründə 1907-ci ildə Musa Ka-
zım bəy tərəfindən tikdirilmişdir. 
Bələdiyyə  binası  –  II  Əbdülhəmidin  vaxtında  Rüşdiyyə  məktəbi 
olaraq inşa edilib, 2005-ci ildə bələdiyyə binasına çevrilmişdir. 
Biləcik  muzeyi  –  Cümhuriyyətin  ilk  illərində  həbsxana  kimi 
fəaliyyət  göstərən bina sonra muzeyə çevrilmiş, burada arxeoloji və 
etnoqrafiq əsərlər vasitəsilə Osmanlı mədəniyyəti təbliğ olunur. 
Biləcikdə Şeyx Ədəbalı Universiteti tərəfindən 11-12 sentyabr 
2014-cü  ildə  Söyüddə  “Mərvdən  Söyüdə  türk  tarixi,  mədəniyyəti” 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 

beynəlxalq simpoziumu keçirilmişdir və burda Söyüdün mədəniyyət 
nümunələri nümayiş etdirilmişdir [3]. 
Bursa. Osman Qazi 1302-ci il Qoyunhisar döyüşündə Bizansa 
qalib gəldikdən sonra onun əsas məqsədlərindən biri Bursanı ələ ke-
çirmək və onu dövlətin paytaxtına çevirmək idi. Bu şəhərin müdafiə-
sinə  1303-cü  il  Dimboz  savaşı  ilə  başlanmış  və  1326-cı  ildə  Bursa 
fəth edilmişdir. 
1303-cü ildən sonra Bursa və İznik mühasirəyə alınmışdı. Bur-
sanın mühasirəsi tam 23 il çəkmişdi. Bu illərdə Bursa valiliyi yoxsul-
luqdan, aclıqdan əziyyət çəkirdi. 
1315-ci ildən etibarən Bursa tam olaraq mühasirəyə alınmış və 
bura yaxın daha 2 qala tikdirilərək mühasirə gücləndirilmişdi. Bu qa-
lalardan Kaplıca tərəfdəkinə Osman bəyin qardaşı oğlu Ağtimur, dağ 
tərəfdəki  qalaya isə qardaşının köməkçisi  Balabancık  təyin  edilmiş-
dilər. 
1326-cı  ildə  böyük  bir  ordu  ilə  Bursa  üzərinə  yeriyən  Orxan 
bəy təcrübəli komandanları Kösə Mihal, Turqut Alp, Şeyx Mahmud 
və Ahi Həsən ilə görüşərək şəhərin cənubundakı Bursanın açarı olan 
Atrakos  (Orxaneli)  qalasını  tutduqdan  sonra  Bursa  önünə  gələrək 
Pınarbaşı deyilən yerdə qərargahını qurmuş və qalanı mühasirəyə al-
mışdır.  Qalanı  qurtarmaqdan  və  yardım  gəlməkdən  ümidini  kəsmiş 
olan  qala  bəyi,  Qazi  Mihal  bəy  vasitəsilə  və  bəzi  şərtlərlə  Bursanı 
təslim  edəcəyini  bildirmiş  və  nəhayət,  6  aprel  1326-cı  il  tarixində 
Bursa türklərə tabe edilmişdir. Bursa valisi 30 min qızıl verərək qala-
dan ayrılaraq Bizansa getmişdi [17, s.22]. 
Bursa 1326-cı ildə zəbt edildikdən sonra bəyliyin mərkəzi bura 
elan edilmiş və burda  yeni  binalar, məscidlər salınmış, 1327-ci  ildə 
ilk Osmanlı pulu burda kəsilmişdir. Bursa, Bəysancağı adı ilə Orxa-
nın oğullarından biri olan Murad bəyə verilmişdir. 
Engin Özendesə görə, Bursa 1335-ci ildə Osmanlının paytaxtı 
olmuşdu [17, s.21-22]. Ərəb səyyahı İbn Bəttutanın söylədiklərindən 
məlum  olur  ki,  Bursa  gözəl  bazarları  və  geniş  küçələri  olan  böyük, 
önəmli bir şəhər idi. Hər yandan baxça və axar sularla əhatəli idi. O, 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə