I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
42 
rı  əkmiş,  beləliklə  müqəddəs  meşələr  meydana  gətirərdilər.  Orta  və 
şimali Asiya türkləri üçün xarakterik bir sistem olan Göy tanri dini, 
bütün türklərin ana kültü vəziyyətindədir. 
Göy tanrı dini haqqında əsasən Orxon kitabələrindən məlumat 
əldə  etmək  mümkündür.  Tonyukuk  kitabəsində  tez-tez  adı  keçən 
“tanqri” o dövrlərdə milli bir tanrı kimi qəbul edilirdi. Göytürklərin 
xaqanlıq qurması onun diləməsiylə olmuş, xaqan türklərə onun vasi-
təsiylə  verilmişdir.  Yəni  tanrı  türk  xalqının  istiqlalı  ilə  maraqlanan 
bir ulu varlıqdır. Savaşlarda onun iradəsiylə qalibiyyətə çatılar. Tür-
kün  və  ümumiyyətlə  insanların  həyatına  tanrı  vasitəsiz  müdaxilə 
edər. Can verən tanrı onu iradəsinə  görə də geri ala bilər. “Kültigin 
vədəsi gəlincə öldü, kişioğlu ölmək üçün yaradılmışdır”... (Kafesoğ-
lu, 1980: 309). Türklərin tarix boyu qəbul etdikləri dinlər kasta siste-
minə  əsaslanmadığından,  türk  törəsinə  hər  şeydən  daha  çox  bağlı 
olan bu qövmün din dəyişikliyi məsələsində dövlət başçısına heç bir 
güzəştə  getmədiyi  də,  mənbələrdə  qeyd  olunmaqdadır.  Beləliklə, 
Göy  tanrı  türk  icmaları  arasında  tək  yaradıcı  olaraq  görülməklə  din 
sisteminin  mərkəzində  iştirak  etməkdə  idi.  Türklər  arasında  özünə 
qurban  təqdim  edilən  varlıqların  başında  dayanan  və  hamısından 
üstün Göy tanrı idi. Ayrıca olaraq, ay, ulduz və günəş də bu dövrdə 
xüsusi  əhəmiyyətə  malik  idi.  Göy  tanrı  inancına  görə  sonsuz  bir 
həyata sahib olan tanrı kainatın yaradıcısı və hakimidir. Axirət inancı 
olan bu dində yaxşıların “uçmaqa” (cənnətə), pislərin “tamuya” (cə-
hənnəmə) gedəcəklərinə inanılırdı (Köseoglu, 2015: 35). 
Nəticə etibarilə türklərin ilk dinin Göy tanrı dini olduğunu söy-
ləmək  mümkündür.  Bu  dinin  ümumi  əsasları  günümüzdəki  səmavi 
dinlərə  də  bənzəməkdədir.  Türklər  boz  qurda,  mavi  işığa,  günəşə, 
aya,  ağaca  müqəddəs  varlıq  kimi  yanaşmışlar,  lakin  bunları  tanrı 
olaraq  qəbul  etməmişlər.  Onlara  qurbanlar  vermələri  də,  yenə  Göy 
tanrıyı  məmnun  etmək  məqsədli  olmuşdur.  Kültigin  abidəsi  “Üstdə 
mavi göy, altda  yağız (quru)  yer  yaradıldıqdan sonra,  ikisi  arasında 
insanoğlu yaradılmışdır” deyə başlayır. Buradan məlum olur ki, göy 
və  yer  yaradıcı  olaraq  deyil,  yaradılmış  olaraq  qəbul  olunmuşdur. 
Beləliklə qədim türklərin bütpərəst olmadığı aydın olur. 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
43 
Şamanizm,  türklər  arasında  doğmuş,  inkişaf  etmiş,  daha  çox 
türk mifologiyasına söykənən din sayılmaqdadır. Ənənəvi türk dinin 
əsas  xüsusiyyətlərini  şamanizm  təşkil  edər.  Keçən  əsrin  ikinci  yarı-
sından  etibarən,  rus  tədqiqatçılarının  araşdırmalarında,  Orta  Asiya 
türklərinin,  xüsusən  altaylılarda  və  yakutlarda  dinin  əsasını  təşkil 
etməsi  qənaətinə  gəlinmişdir. Xüsusilə V.Radloff, V.Seraşevskiy və 
V.Verbitski, A.Anohin və s. kimi rus tədqiqatçıların etdikləri təsbit-
lər nəticəsində bu fikir hasil olmuşdur. 
"Şaman" sözü sanskritcə "buddist rahib, buddist dərviş" məna-
sını verən "sramana" dan gəlməkdədir. Altay türklərinin bugünə kimi 
"şaman" mənasında istifadə etdiyi Kam sözü, şamanlarda dini məra-
simləri  idarə  edən  adama  deyilir.  Orta  Asiyada  “şaman”  sözünün 
mənşəyi araşdırıldığında bu sözün Asiya xalqları arasında ‘cadugər’, 
‘sehrbaz’  mənalarında  istifadə  olunduğu  görülməkdədir  (Kafesoğlu, 
1980: 294). 
Şamanizm  primitiv  şəkliylə cinlərə, pərilərə, dağların,  suların, 
ölülərin (insan, heyvan, bitki), bütün canlıların ruhlarına inamla ifadə 
olunur. Altay mifologiyasına görə də, insanları, heyvanları, bitkiləri, 
dağları, çayları, gölləri, ayı, günəşi və ulduzları yaradan Göy tanrısı 
Ülgəndir. Qırğız və Qazax ləhçələrində "Ülgən" böyük və ulu məna-
larını ifadə edir. Ülgən yaxşılıq edən varlıqdır. Ona gedən yolda yed-
di mane olur. Kam adlanan rahiblər böyük tanrı Ülgənə ayinlərdə dua 
edər və qurbanlar təqdim edərlər. Beləliklə, onları cəhənnəmdən qur-
tarıb göyə, dincliyə qaldırdıqlarına inanarlar. Yuxarıda 17 qat var ki, 
işıq aləmini təşkil edər. Aşağıda 7 və ya 9 qat da qaranlıqlar dünyası-
dır.  İnsanlar bu iki  aləm arasındakı  yer üzündə otururlar.  Qoruyucu 
bütün  yaxşı  ruhlar,  qəhrəmanlar  və  tanrılar  işıq  dünyasında,  zərərli 
ruhlar  və  pislik  tanrıları  qaranlıqlarda  yaşayarlar.  Göyün  ən  üst  qa-
tında bir qızıl taxt üzərində oturan tanrı Ülgənin 9 qızı və 9 oğlu var-
dır.  Lakin  Radloffun  da  ifadə  etdiyi  kimi,  bu  adətləri  türklərin  əsl 
inancı  saymaqda  tələsilməməlidir.  Çünki,  izah  edilənlər  o  qədər 
müxtəlifdir ki, bunlardan gerçək inanca  yaxın olanını belə təsbit et-
mək  son  dərəcə  çətindir.  İkincisi,  dünyanın  və  insanın  yarıdılışı  ilə 
əlaqədar  bu  rəvayətlər,  tamamilə  şaman  türklərin  öz  düşüncələrinin 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
44 
məhsulu  deyil,  müxtəlif dinlərdən  gələn  təsirlərin  bir-biriylə  qarışıq 
şəkildə örtüşməsidir. 
Qeyd edilənlərdən, altaylıların ve yakutların şamanizmdəki əsl 
düşüncələrini, yəni şaman türklərin öz dini düşüncəsini tapmaq har-
dasa  imkansız  görünməkdədir.  Şamanizmin  ən  önəmli  tədqiqatçıla-
rından M.Eliade, orta və şimali Asiya xalqlarının dini həyatını şama-
nizm  ətrafında  mərkəzləşmiş  olduğunu  qeyd  edir.  Bununla  yanaşı, 
bütün dini fəaliyyətlərin şamanizmlə əlaqəli olmadığını da qeyd edir. 
Çünki, tək şaman rahiblər deyil,bir çox yerlərdə ailə başçıları da tan-
rılara  qurbanlar  təqdim  edir,  şaman  olmayan  cadugərlər  də  şama-
nizmdə xəstələrə şəfa verən əsas ünsürlərdən istifadə  etmişlər. Kam 
isə, bütün dini fəaliyyətlərdə rol oynamaz, hər sehrbaz Kam olmadığı 
kimi,hər  şəfa  verən  də,  Kam  deyildir.  M.Eliade  qısaca  şamanlığa 
vəcd “extase” metodu deyə tərif verir. Bundan başqa, dinlər tarixində 
və dinlərin etnologiyasında gördüyümüz müxtəlif huşu halları, vəcd 
metodları da şamanizmə daxil edilmir. 
B.Ögəl isə, ‘milli din’ ifadəsi yerinə ‘dövlət dini’ ifadəsini qəbul 
edərək bir çox qəbilənin bir yerə yığışaraq böyük dini mərasimlər təşkil 
etməsinə  əsaslanaraq  türklərdə  müştərək  və  böyük  dövlət  dininin 
mövcud olduğunu iddia etməkdədir. Alimə görə, şamanizmin, daha çox 
adamlar,  ailələr,  yaxud  yalnız  bir  qəbilə  içində  hökmü  keçən  bir  din 
sistemi olması bunu söyləməyə imkan verir. 
Din  tarixin  ən  mürəkkəb,  dinamik  inkişafda  və  mütəmadi  də-
yişmələrə məruz qalan əsas fenomenlərindən biridir. Hadisələr və ya 
əşyalar  üzərinə  yönələn  ibtidai  inanclar  təkamül  nəticəsində  fərqli 
yaradıcı ruhların mövcudluğunu əks etdirən görüşlərin ortaya çıxma-
sı  ilə  tamamlanmışdır.  Bu  səbəblə  də,  ibtidai  dinlərin  mədəniyyətin 
məhsulu olduğu, ilahi dinlərin isə hazır verildiyi iddia olunur. Məsə-
lən, ilahi dinlərin bir təbliğ edicisi olduğu halda, totem dinini, ruhla-
ra, ulduzlara sitayiş etməyi kimsə təbliğ etməmişdir. Təbiət hadisələ-
rinin şüurda müəyyən yer alması, şüurun inikasi, heyrət, qorxu kimi 
amillər bu prosesdə mühüm rol oynamışdır. Avstriyalı psixoloq Ziq-
mund Freydin qeyd etdiyi Tabu anlayışının yaranması da bu proses-
lərlə  eyni  olduğunu  müşahidə  etmək  mümkündür.  İnsanlığın  yazıl-


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə