I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
33 
hakim oldu. Mahmud paşa sərt idarə elan edərək, günahsız-günahkar 
çoxlu  adamı  edam  etdirdi.  Yüzlərlə  Balkan  dəstəsi  ilə  saraya  girərək 
qiymətli əşyaları yağmaladı. 
27 aprel 1909-cu ildə Əyan və Məbusa Məclisi toplandı. Əyan-
dan Qazi Əhməd Muxtar paşa kürsüyə çıxaraq əvvəldən qərarlaşdırı-
lan qərarı-sultanı taxtdan endirməyi bildirdi. Lakin bunu elan etmək 
üçün bir istinad lazım idi. İlk belə istinadda Sultan 31 Mart üsyanının 
səbəbkarı kimi verilmişdir. Bundan əlavə din kitablarını təhrif etmək 
və yandırmaq, dövlətin xəzinəsini israf etmək, onsanları günahsız ol-
duqları  halda  edam  etdirmək  kimi  əsassız  günahlar  da  qeydə  alın-
mışdı. Lakin Hacı Nuri Əfəndi bunların iftira olduğunu deyib, fətvanı 
imzalamadı  Ancaq  Məclis  bu  fətvaya  əsasən  sultanı  hakimiyyətdən 
uzaqlaşdırmaq  haqda  qərar  verdi.  Nəhayət  bu  qərarı  sultana  bildir-
mək üçün bir heyət təşkil olundu və Yıldız sarayına göndərildi. Sul-
tan qərarı demək üçün gələnlərin kim olduğunu Cəlal paşadan soru-
şub öyrəndikdən sonra belə demişdi: ”Bir türk sultanına, İslam xəli-
fəsinə qərarı bildirmək üçün bir yəhudi, bir erməni, bir arnavut və bir 
nankördən başqasını tapa bilmədilərmi?”. 
İttihadçılar  o  gecə  sultanı  İstanbuldan  çıxarıb,  nəzarət  altında 
tuta biləcəklər Selanikə göndərdilər. Üstəlik heç bir şeyini yanına al-
masına  icazə  verilmədi.  Sultana  səfər  zamanı  üç  qızı  və  oğullarının 
ikisi yoldaşlıq etdi. Selanikdə Alatini köşkü sultana təsis edildi. Bu-
rada çox sərt bir nəzarət altında çətin illər keçirdi. Qəzet oxumasına 
belə icazə verilmədi. Sultan Əbdülhəmid xan Selanikdə 3 ildən çox 
qaldı. Yunanlar müharibə elan etdiklərində sultanın Selanikdə müha-
fizəsi çətin olacağından onun İstanbula gəlməsinə qərar verildi. Sul-
tan Rəşad da bu qərarı təsdiq etdi. 
1 noyabr 1912-ci ildə İstanbula gətirilən sultan onun üçün təsis 
olunan Bəylərbəyi sarayına yerləşdirildi. Sultan Əbdülhəmid xan bu-
rada  beş  il  yarım  yaşadı.  Bu  müddətdə  o,  33  il  siyasəti  ilə  mühari-
bəyə girmədən ayaqda tutmaq istədiyi dövlətin necə bir oldu-bitdi ilə 
zəiflədiyinin şahidi oldu. 
İngilislər  və  fransızların  Çanaqqala  boğazını  işğal  etmək  istə-
dikləri günlərdi. Düşmənlərin Mərmərə dənizinə keçməsindən ehtiyat 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
34 
edərək sultan və höküməti Ədirnəyə köçürmək qərarı alındı. Vəziy-
yəti Əbdülhəmid xana bildirdikdə isə o belə cavab vermişdir: “Mən 
Fatehin nəvəsiyəm. Heç vaxt Bizans imparatoru Konstantindən aşa-
ğıda  qalmaram.  Babam  İstanbulu  alan  zaman  Konstantin  əsgərinin 
başında  savaşa-savaşa  ölmüşdür.  Qardaşım  hara  istəyirsə  getsin. 
Amma o və hökümət İstanbuldan gedərlərsə, bir daha geri dönə bil-
məzlər.  Mənə  gəlincə,  mən  Bəylərbəyi  sarayından  ayağımı  çölə  at-
mam”.  Onun  bu  qərarı  ilə  hökümət  İstanbulda  qaldı.  Beləliklə,  Əb-
dülhəmid dövlətin elə həmin gün dağılmasının  qarşısını  almış  oldu. 
Əbdülhəmid xan 1918-ci ilin fevral ayında xəstələndi. Bu zaman 77 
yaşında idi. 1918-ci il 10 fevral axşamı vəfat etdi və Sultan Mahmud 
türbəsində dəfn edildi. 
Sultan Əbdülhəmid xana münasibət birmənalı olmamışdır. Hət-
ta inkişaf səviyyəsinə görə Osmanlının Avropadan geri qalmasını be-
lə onun adı ilə bağlamağa çalışanlar az olmayıb. Lakin Əbdülhəmidi 
sevən, onun xalqına  çox böyük xidmətlərinin olduğunu deyənlər də 
az deyil. Məsələn, ABŞ-ın  Prinston Universitetinin  əməkdaşı  Yaxın 
Şərq ölkələri fakültəsinin dekanı  Bernard  Lyuis  hesab edir ki,  “Əb-
dülhəmid  nəinki  irticaçı  deyildi,  hətta  əksinə,  çox  fəal  yenilikçi  idi. 
Təhsil, ticarət, maliyyə, diplomatiya, idarəçilik, jurnalistika, tərcümə, 
teatr  sahələrində  mühüm  islahatlar  həyata  keçirib.  İlk  arxeologiya 
muzeyinin, kütləvi kitabxananın əsasını qoyub, tibb fakültəsi, tətbiqi 
incəsənət akademiyası,  maliyyə  və kənd təsərrüfatı məktəbləri açıb. 
Teleqraf , dəmir yolları xətləri çəkdirib, fabriklər tikdirib. Onun za-
manında  İstanbul  dünya  paytaxtı  kimi  çiçəklənmə  dövrünü  yaşayır-
dı” (6). Bütün bu deyilənləri yekunlaşdıraraq Osmanlı tarixinin zid-
diyyətli şəxsiyyətlərindən biri olsa da, məqaləmi Necip Fazıl Kısakü-
rekin  “Ulu  Hakan  II  Abdülhamid  Han”  adlı  əsərində  Əbdülhəmid 
xan haqda dediyi “Abdülhamidi anlamak her şeyi anlamak olacaktı” 
sözləri ilə bitirmək istəyirəm. 
ƏDƏBİYYAT 
1. Mustafa Armağan. Abdülhamidin kurtlarla dansı. Ufuk Kitap
2006.  – 286s. (Online). Mənbə: 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
35 
https://stratejikoperasyon.files.wordpress.com/2014/05/abdlhamidin-
kurtlarla-dans-1.pdf [Baxılıb: 30.04.2017]. 
2. Necip Fazıl Kısakürek. Ulu Hakan II Abdülhamit han. 2003. – 
675s. (Online). Mənbə: https://www.n-f-k.com/ustadin-kitaplari/ulu-
hakan-ii-abdulhamid-han?print=pdf [Baxılıb: 30.04.2017]. 
3. Ayişe Osmanoğlu. Babam Sultan Abdülhamit. 2007. – 300s. 
(Online). Mənbə: http://www.kitapyurdu.com/kitap/babam-sultan-
abdulhamid/99328.html [Baxılıb: 30.04.2017]. 
4. Osmanlı tarihi VI cild Çamlıca kitap evi. 
5. Abdülhamid II. Ottoman Sultan.  Encyclopedia Britannica. 
(Online). Mənbə: 
https://www.britannica.com/biography/Abdulhamid-II [Baxılıb: 
30.04.2017]. 
6. Mustafa Akyol: Remembering Abdul Hamid II, a pro-American 
caliph. (12.26-06). The George Washington University, History 
News Nerork. (Online). Mənbə: 
http://historynewsnetwork.org/article/20326 [Baxılıb: 30.04.2017]. 
Лала АСКЕРОВА 
Студентка 

курса 
Бакинского Государственного Университета 
О ЛИЧНОСТИ ОСМАНСКОГО СУЛТАНА 
АБДУЛХАМИДА II 
В статье говорится о личности 34-го султана Османской им-
перии  Султана  Абдулхамида  II-го.  Указывается  что,  период  его 
правления,  сама  его  личность  оценивается  неоднозначно.  Его 
обвиняют в том, что его империя отставала от прогресса, что он 
проводил этническую чистку против армян, не ладил с евреями. 
Но  и  так  же  пишут  совсем  об  обратном,  указывая  что,  он  был 
далеко  не  бескомпромиссный,  полный  реакционер,  а  напротив, 
был активным модернизатором». В таких областях, как образо-
вание,  торговля,  финансы,  дипломатия,  управление  централь-
ным правительством, журналистика, перевод и даже театр, он со-
вершил  значительные  реформы.  Он  основал  первый  музей 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə