I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
30 
şəkildə  həlli  və  dövlətin  iqtisadi  təzyiqdən  müəyyən  qədər  xilas  ol-
ması Əbdülhəmidin uğurlarından biri oldu. 
Əbdülhəmid  xan  Osmanlı  dövlətinin  zəiflədiyi  və  onu  bölüş-
dürmə planları qurulduğu bir dövrdə hakimiyyətə gəlmişdi. Sultanın 
xarici siyasəti prinsip baxımından asan, lakin həyata keçirilməsi çətin 
idi. O, dünyadakı  siyasi  inkişafı  yaxından izləmək üçün sarayda bir 
növ bilgi mərkəzi qurmuşdu. Osmanlı ölkəsi ilə bağlı bütün dünyada 
çıxan  yazılar  və  xaricdəki  səfirlərin  göndərdiyi  hesabatlar  burada 
toplanar  və  müzakirə  edilərdi.  Sultanın  xarici  siyasətdə  hədəfi  Os-
manlı dövlətini savaşdan uzaq, sülh içində yaşatmaq və hər cəhətdən 
güclü bir hala gətirmək idi. Dövlətlərarası rəqabətin Osmanlı dövləti 
üzərində qurulduğu bir vaxtda bu siyasəti həyata keçirmək həqiqətən 
çox çətin idi. Millətlərarası siyasət dəyişdikcə onun siyasəti də dəyi-
şirdi. 
Sultan Əbdülhəmid xanın İslam dünyasında nüfuzu böyük idi. 
Şərqi Türküstan və Orta Afrikadakı sultanlıqlar belə onun adına xüt-
bə oxudur, pul kəsdirir və ona tabe olurdular. Sultanın Almaniya im-
peratoru  Vilhelm  ilə  dostluğu  var  idi.  Avstriya-Macarıstan  ilə  də 
dostluq əlaqələri qurmuş, İtaliya ilə əlaqələri yaxşılaşdırmışdı. Qara-
dağ və Bolqarıstan hakimləri sultana bağlı idilər. Osmanlı ərazilərinə 
təcavüz edən Yunanıstana isə 18 aprel 1897-də müharibə elan edildi. 
Böyük  dövlətlər  işə  qarışmadan  Yunanıstanı  məğlub  etmək  istəyən 
Əbdülhəmid  baş  komandir  Ethem  paşaya  ildırım  savaşı  istədiyini 
bildirdi. Avropalıların 6 ayda keçilə bilməz dedikləri ərazini osmanlı-
lar  bir  neçə  günə  keçib  yunan  qüvvələrini  məğlubiyyətə  uğratdılar. 
Artıq Afinaya 150 km qalmış və yol açılmışdı. Ancaq Yunanıstanın 
Osmanlıların  əlinə  keçəcəyini  anlayan  Rusiya  və  Avropa  dövlətləri 
Sultan  Əbdülhəmiddən  müharibənin  dayandırılmasını  tələb  etdilər. 
10 milyon təzminat qarşılığında sülhə hazır olduqlarını bildirsələr də, 
danışıqlar zamanı işə qarışan Avropa dövlətləri təzminatın 4 milyona 
enməsinə və Osmanlının kiçik ərazilərlə kifayətlənməsinə nail oldu-
lar.  Beləliklə,  xristian  dünyasının  birləşməsi  nəticəsində  qələbə  ilə 
çıxdığı  yolda  Osmanlı  dövləti  istədiyi  nəticəni  əldə  edə  bilmədi. 
Amma yunanlar müəyyən mənada zəiflədilər. 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
31 
Sultan Əbdülhəmid xanın ağıllı siyasəti ilə bütün islam aləmini 
özünə  bağladığını  görən  ingilislər  Osmanlı  dövlətinin  yaxşılaşması-
nın qarşısını almaq və onu dağıtmaq üçün fəaliyyətlərini genişləndir-
dilər. Bir tərəfdən sultan əleyhinə fəaliyyətdə olan İttihad və Tərəqqi 
cəmiyyətini dəstəkləyir, digər tərəfdən isə Ərəbistan yarımadasındakı 
bədəvi qəbilələri və Şərqi Anadoludakı erməniləri osmanlı dövlətinə 
qarşı qaldırdılar. Bu arada Osmanlı dövlətindən Berlin anlaşmasının 
Anadoluda  ermənilərin  yaşadıqları  vilayətlərdə  islahat  keçirilməsini 
nəzərdə tutan 61-ci maddənin həyata keçirilməsini istədilər. Bunu et-
dikdə ermənilərin muxtariyyət alacağını başa düşən Əbdülhəmid xan 
bunu illər boyu uzadaraq həyata keçirmədi. Eyni zamanda ermənilə-
rin Avropa dövlətlərinin diqqətini çəkmək üçün etdikləri üsyanları da 
tezliklə yatırdı. Bunun üzərinə ermənilər bir arabaya yerləşdirdikləri 
saatlı bomba ilə Əbdülhəmid xanı cümə namazından çıxarkən öldür-
mək  istədilər.  Ancaq  Əbdülhəmid  bu  sui-qəsddən  xilas  oldu.  Bütün 
bu  fəaliyyətlər  onu  tətbiq  etdiyi  siyasətdən  döndərmədi.  Anadolunu 
Ermənistan  olaraq  görmək  istəyən  fransız  yazar  Albert  Vandal  bu 
türk xaqanına iftiralar atdı, onu “Qızıl sultan” adlandırdı. Təəssüf ki, 
onun  yazdıqları  Osmanlı  ölkəsindəki  türklük  və  islam  düşmənləri 
tərəfindən eyni ilə alınaraq sultana qarşı istifadə edildi. Günümüzdə 
belə bəziləri bu yazıları əsərlərinə qoyaraq gənc nəsili aldatmaq niy-
yətindədir. 
Sultanın qəbul etmədiyi və axıra qədər də davam etdiyi önəmli 
məsələlərdən  biri  də  Fələstin  məsələsidir.  Sionistlər  Fələstində  bir 
yəhudi dövləti qurulması üçün sultan Əbdülhəmidə müraciət  etdilər 
və osmanlı maliyyəsinin ən böyük problemi olan borcların bir qələm-
də silinəcəyini bildirdilər. Sultan bu təklifi şiddətlə rədd etdi və yəhu-
dilərin müxtəlif  yollarla  Fələstinə  gəlib  yerləşmələrinin qarşısını  al-
maq  üçün  tədbirlər  də  gördü.  Bu  arada  ingilislərin  Ərəbistanda  Cə-
maləddin Əfqani və məşhur casus Lawrence vasitəsi ilə xilafət məsə-
ləsini  qarışdırmağa  başlamaları  ilə  sultan  bölgəyə  böyük  bir  dərviş 
dəstəsi  göndərdi.  Eyni  şəkildə  bir  dəstəni  də  Hindistana  göndərən 
sultan  beləliklə  ingilislərin  təbliğatlarının  qarşısını  almağa  çalışdı. 
Bütün bunlar nəticəsində ingilislər onu taxtdan salmadıqları müddət-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
32 
də  əməllərini  həyata  keçirə  bilməyəcəklərini  anladılar.  Bunun  üçün 
İttihad və Tərəqqinin fəaliyyətlərini sürətləndirdilər. Başda Adana ol-
maq üzərə müxtəli ərazilərdə üsyanlar qaldırdılar. Nəticədə İttihad və 
Tərəqqinin bəzi türk subayları sultanı “Qanuni-Əsasi”ni elan etməyə 
zorladılar. Əbdülhəmid xan 23 aprel 1908-də konstitusiyanı yenidən 
elan etdi. İkinci Məşrutiyət adı verilən bu hadisə gözlənilənin əksinə 
Osmanlı dövlətinin  dağılmasını daha da sürətləndirdi. Avstriya-Ma-
carıstan  1908-də  Bosniya  və  Herseqovinanı  işğal  etdiyini  bildirdi. 
Eyni  gündə  Bolqarıstan  müstəqilliyini  elan  etdi.  Bir  gün  sonra  isə 
Girit Yunanıstanın tərkibinə keçdiyini bildirdi. Bu hadisələr baş ve-
rərkən 17 dekabr 1908-də yeni seçilən Məclis toplandı. 
Məşrutiyətə  görə  sultan  yalnız  sədrəzəm  və  şeyxül-islamı  seçə 
bilirdi. Sədrəzəm isə nazirləri seçirdi. Nəticədə dövlətin idarəsi təcrü-
bəsiz adamların əlinə keçmişdi. İttihad və Tərəqqi həyata keçirdiyi si-
yasətlə  vəziyyəti  daha  da  gərginləşdirirdi.  Belə  bir  zamanda  bəzi 
mətbuat  orqanları  xalqı  ittihadçılara  qarşı  üsyana  çağırırdı.  Rumi  31 
mart  tarixində  əsgərlər  üsyan  edərək  başçılarını  həbs  etdilər.  Sultan 
Əbdülhəmid  xan  üsyanı  Hüseyn  paşanın  göndərdiyi  teleqrafdan  öy-
rəndi. Üsyançılar sədrəzəmin vəzifədən çıxarılmasını və ordudan çıxa-
rılan əsgərlərin qaytarılmasını istəyirdilər. Belə olduqda sultan Hüseyn 
paşayı  sədrəzəmlikdən  çıxararaq  yerinə  Tevfik  paşanı  gətirdi.  Ethem 
paşa isə hərbi nazir vəzifəsinə gətirildi. Üsyançılara bildirdi ki, üsyan-
dan çəkildikləri anda əfv olunacaqlar. Belə olduqda üsyan bir müddət 
sakitləşdi. Ancaq səhəri gün yenə başladı. Üsyan haqqında məlumatlar 
Rumeli bölgəsinə də çatmışdı. Üsyanın kim tərəfindən törədildiyi bi-
linmədiyi  üçün  sultan  günahkar  hesab  edildi.  İttihad  və  Tərəqqinin 
əsas mərkəzi olan Selanikdəki Üçüncü Ordu hərəkətə keçdi. Beləliklə, 
üsyanı  yatırtmaq  üçün  Hərəkat  Ordusu  yaradıldı.  Yıldız  Sarayı  işğal 
olunacaq zaman Əbdülhəmid xana sadiq olan 1-ci Ordu ona Hərəkat 
Ordusuna  qarşı  mübarizə  təklif  etsə  də,  Əbdülhəmid  xan  buna  razı 
olmamış,  müsəlmanı  müsəlmana  qırdırmayacağını  bildirmişdi.  Əgər 
ölkənin ən güclü ordusu olan 1-ci Orduya icazə verilsəydi, Hərəkat or-
dusu rahatlıqla məğlub edilə bilərdi. Sultanın əmrinə tabe olan əsgərlər 
silahlarını yerə qoyduqları zaman 25 apreldə Hərəkat Ordusu İstanbula 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə