I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə12/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   8   9   10   11   12   13   14   15   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
36 
археологии,  публичную  библиотеку,  медицинский  факультет, 
академию  изобразительных  искусств  и  школы  финансов  и 
сельского  хозяйства.  Он  наделил  империю  телеграфом, 
железными  дорогами  и  фабриками,  и  во  время  его  правления 
Константинополь  процветал  как  мировая  столица».  В  статье 
сделана попытка сравнительного анализа личности Абдулхамида 
II-го. 
Lala ASKEROVA 
2nd year Student  
of Bakw State University 
 
ON THE PERSONALITY 
OF THE OTTOMAN SULTAN ABDULHAMID II 
The  article  refers  to  the  personality  of  the  34th  Sultan  of  the 
Ottoman  Empire,  Sultan  Abdulhamid  II.  It  is  stated  that,  during  the 
period of his reign, his personality is is ambiguous. He is accused of 
the  fact  that  his  empire  lagged  behind  progress,  that  he  carried  out 
ethnic  cleansing  against the Armenians, did not  get on well  with the 
Jews. But they also write about the opposite, pointing out that he was 
far from being the blind, uncompromising, complete reactionary of the 
historical legend; on the contrary, he was a willing and active moder-
nizer."  In  areas  such  as  education,  commerce,  finance,  diplomacy, 
central  government  administration,  journalism,  translation,  and  even 
theater,  he  accomplished  significant  reforms.  He  founded  the  first 
archaeology museum, public library, faculty of medicine, academy of 
fine  arts,  and  schools  of  finance  and  agriculture.  He  endowed  the 
empire  with  the  telegraph,  railroads,  and  factories,  and  during  his 
reign, Constantinople flourished as a world capital" The article makes 
an attempt to compare the personality of Abdulhamid II. 
__________________________________
 
 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
37 
 
FƏRİDƏ ALLAHVERDİYEVA 
Bakı Dövlət Universitetinin magistrantı 
E-mail: faridaallahverdiyeva@gmail.com 
 
QƏDİM TÜRKLƏRİN İCTİMAİ HƏYATINDA İBTİDAİ 
DİNLƏRİN YERİ 
Elmi rəhbər: 
siyasi elmlər üzrə fəlsəfə doktoru Məşdi İSMAYILOV 
Bakı Dövlət Universiteti 
 
Açar sözlər: İslama qədərki türklər, dini inançlar, animizm, şama-
nizm, totemizm, göy tanrıçılıq 
Ключевые слова: Пред исламские турки, религиозные верования, 
анимизм, шаманизм, тотемизм, гок-тэнгризм 
Key words: Preislamic turks, religious beliefs, animism, shamanism
totemism, gok tengrism 
 
İnanma, antropoloji baxımdan insanın yaradılışına xas bir feno-
mendir.  Bu  səbəbdən  də,  insanın  onsuz  yaşaması  mümkünsüzdür. 
İnanma ehtiyacı günlük həyatda inanma meyli şəklində özünü göstə-
rir.  İnanmanın  ən  geniş  yayılma  forması,  var  olan  dinlərdən  birinə 
inanma, inanc sisteminə qoşulma şəklində ortaya çıxar. Din yolu ilə 
insan,  bir  şeyə,  həyatının  gedişində  təsirli  saydığı  qiymətli  bir  şeyə 
möhkəm  bağlanır.  Dinlər,  bir-birindən  çox  fərqli,  bir-birindən  çox 
ayrı görünürlər, lakin hamısının birləşdikləri bir nöqtə vardır ki, o da 
inanmanın insan ilə insanı və dünyanı aşan bir varlıq arasındakı bir 
bağ olaraq qəbul edilmiş olmasıdır. Din, insan və dünya ilə əlaqədar 
olan hər şeyə, bütün hadisələrə şərh verməyə, mənalandırmağa çalı-
şır. Dini elmdən ayıran nöqtə də, tam olaraq budur. Halbuki elm, baş 
verən  hər  hadisəyə  məna  və  izah  verməyə  çəkinir.  Bununla  da,  din 
insanın  aciz  qaldığı  bütün  problemlərə  və  suallara  cavab  verməklə 
insanı təsəlli edər, ona ümid verər, həyatın qatı tərəfini yumuşaldar, 
müqəddəsləşdirər.  İnsan  həyatındakı  ən  ağır  fəlakətlər  belə,  dində 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
38 
müqəddəs bir şərh tapar. Dini cəhətdən olan hər cür açıqlamada, hər 
şey bir məna ilə doludur. Din eyni zamanda insana, həyatda izləyəcə-
yi  yolu,  həyatının  yanlış  və  doğruları  haqqında  məlumat  verir.  Bu 
mənada  din,  insan  cəmiyyətinin  gündəlik  həyatında  elmi-texnoloji 
fəaliyyəti  tamamlayıcı  mahiyyətdə  ortaya  çıxar,  başqa  bir  deyişlə, 
elmin bitdiyi yerdə,din başlayar. 
Maddi obyektin özünə xas quruluşu olduğu kimi, sosial qrupla-
rın  və  millətlərin  də,  özlərinə  məxsus  xüsusiyyətləri  var.  Məhz,  hə-
min  xüsusiyyətlər  millətləri  bir-birindən  fərqli  edər.  Lakin,  ictimai 
fərqliliklər  maddi  obyektlərdəki  kimi  kəskin  xəttlərlə  ayrılmazlar. 
Onları  analiz  etdiyimizdə,  bənzərlikləri  müxtəlif  xalqlarda  ya  da 
millətlərdə  görsək  də,  digər  xüsusiyyətləri  eyni  mənada  bənzərliklə 
görə  bilmərik,  mədəniyyəti  milli  edən  də,  məhz bu  nöqtədir.  Məsə-
lən, hər cəmiyyətdə ailə var və hər kəs yemək yeyər, lakin hər cəmiy-
yətin ailə analyışı və yemək mədəniyyəti fərqlidir. 
Fransız  antropoloq  G.L.Bonun  ifadəsiylə  “bir  sivilizasiyanın 
əsas  ideyaları  arasında  ən  əhəmiyyətlisi  dini  fikirləridir.  Tarixi  ha-
disələrin  çoxu  bilavasitə  olaraq,  dini  inancların  müxtəlifliyi  səbə-
bindən  baş  vermişdir.  İnsanlığın  tarixi  hər  zaman  tanrıların  tarixinə 
bağlıdır” (Kalafat: 2010. 5). Bu baxımdan din, dini rituallar və inanc-
lar ictimai quruluşa təsir edən ictimai faktorların ən əhəmiyyətlilərin-
dən biridir desək yanılmarıq. 
Türklərin islamı qəbul etmədən öncəki dini inancları barədə ki-
fayət qədər araşdırma və qaynaq olmadığından, o dövr indiki vəziy-
yətdə  tam  şəkildə  öyrənilməmişdir.  Digər  tərəfdən,  türklərin  qədim 
dinləri  sadəcə  Oğuz  qrupu  əsas  alınmaqla  öyrənilməyə  çalışıldığın-
dan, Qıpçaq qrupu geridə qalmaqdadır. Halbuki, Qıpçaq qrupu ən az 
Oğuzlar  qədər  türk  tarixində  əhəmiyyətli  yerə  sahibdir.  Bu  səbəblə, 
indiki vaxtda qədim türklərin dini inancları barədə daha çox məlumat 
almaq  üçün  Asiyada  yaşayan  Qıpçaq  qruplarının  yaşamına  da  bax-
mağımız lazımdır. 
Türklər tarix boyunca çox sayda dini düşüncə və inanclarla tanış 
olmuş, müxtəlif türk boyları öz dini inaclarına görə başqa xalqlardan 
ciddi şəkildə fərqlənmişlər. İslama qədərki türklərin həyat tərzi üzərin-


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə