I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
45 
mamış  ən  qədim  qanunu  kimi  izah  olunan  Tabu  yasağı  pozmaqdan 
törəyən müqəddəslik, bu əlamətdən doğan məhdudiyyət növü, şeylə-
rin və şəxslərin yaxşı ya da pis əlamətləri kimi bir-birini tamamlayan 
anlayışları ifadə edir. Bir anlayış olaraq Tabu sonradan bütün dinlə-
rin içində həm yazılı, həm də şifahi maddələr şəklində ifadə olunma-
ğa başladı. 
Türk mifalogiyasında yer alan simvollara da xüsusi diqqət ye-
tirmək  lazımdır.  Türk  mifologiyasında  qurd,  şərqdəki  protomonqol 
inanclarında isə köpək simvolu önəmli yer tutmaqdadır. Qurd, ən qə-
dim  çağlardan  türklərin  bir  totemi  olmuşdur.  Göytürklər  çağında 
qurd, totemdən başqa müqəddəs bir simvol kimi də qəbul olunmuş-
dur. Göytürklərin öz bayraqlarında qurd rəsminin yer almasının səbə-
bi də,bu sayılır. Ümid Hassan isə, bu fikri başqa yöndən izah edərək; 
“Göytürklər totemist olmadıqları halda öz aralarında bir qurd əfsanə-
sinə  inanırlar  və  qurd  başını  da  milli  bir  simvol  olaraq  daşıyırlar” 
(Hassan, 2011: 84) fikrini söyləyərək, türklərin əslində totemist kökə 
sahib olmasının sübutu kimi qiymətləndirmişdir. 
Qədim türk inancında bütə sitayiş olmadığı üçün, bütləri müha-
fizə etmək və onlara təzim məqsədilə tapınaqlar inşa etmək adəti də 
yox  idi.  Qədim  türklərin  Göy  tanrıya  ibadət  üsulları  haqqında  tam 
açıq bilgilər əldə edilmədiyindən, bütün insanlığın yaşadığı totemizm 
mərhələsini  yalnız  türklərin  yaşamadığı  nəticəsini  çıxarmaq  müm-
kündür. Bəzi tədqiqatçılar, hunların da kökündə totemizmin olmasını 
bir  çatışmamazlıq  kimi  şərh  edərək,  onların  inanc  sistemində  “tək 
tanrılı bir Göy dini” axtarmağa cəhd göstərmişlər. Xüsusilə, B.Ögə-
lin: “Tək tanrıya inanan bir qövmdə totem axtarmaq bir az çətindir” 
sözlərindən sonra “Totem ünsürləri olarsa belə, qədim Hun inanc və 
əfsanələrinin bir qalıntısı ola bilərdi” tezisini irəli sürməyi məqsədə-
uyğun sayması da (Ögel, 1993: 55) diqqətçəkici cəhətlərdəndir. 
L.Qumilyova  görə,  7-ci  əsrdə  Altayda  iki  dini  sistemin,  Sibir 
xalqları arasında geniş yayılmış animizmin, habelə türklərin və mon-
qoldilli  köçərilərin  əcdadlarının  gətirdikləri  totemist  məzmunlu  əc-
dad  kultunun  mövcudluğundan  söhbət  gedə  bilər  (Gumilev,  2004: 
97).  Bu  nümunəyə  əsaslanaraq,  göytürklərdə  olan  Göy  tanrı  inancı-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
46 
nın  ümumi  şəkildə  türklərin  dini  inancını  ifadə  etdiyini,  ancaq  bu-
nunla birlikdə fərqli dini sistemlərin (məsələn, buddist görüşlər, dişi 
qurd  totemi,  manixeyçilik  və  s.)  də  mövcudluğunu  təsdiq  etmək 
mümkündür. Məşhur antropoloq Edvard.B.Taylora görə, ibtidai din-
lər  animizm  və  ruhlara  (hörmət,  qorxu  qaynaqlı)  inamdan  ibarətdir, 
bundan başqa, ibtidai icmalarda gördüyümüz atalar kultu, sehrbazlıq, 
fala  baxma  kimi  şeylərin  hamısı  animizmdən  doğmuşdur.  Animist-
lərə görə, təbiətdə var olan, canlı və cansız hər bir varlığın ruhu var-
dır.  Ruhlar,maddələrdə  yaşayar  və  özlərinə  xas  vəzifələri  vardır. 
Yaxşı ruhlar ola biləcəyi kimi, pis ruhlar da var ola bilər. Altay şa-
manlarının düşüncəsinə görə, ruhlar üç bölümdə yaşayır; yerin altın-
da yaşayanları “körmeslər”, yerin altında yaşayanları “Yir-sub”, göy 
ruhlarını  “Kuday”  olaraq  adlandırırlar.  Körmeslərin  daha  öncədən 
vəfat etmiş şaman ruhları olduğuna inanılır. 
Animizm sistemində, dinin əsası ruhdur, yalnız insanların deyil 
bütün varlıqların bir canı və ruhu olduğuna inanılır. A.V.Anohinin fi-
kirlərinə görə də, Altay dağlarında yaşayan türk boylarının nəzərində 
insan, cəsəd və candan ibarət idi. Ölünün canı da ruhlar zümrəsindən 
sayılır. Cəsəd ət, sümük və qandan meydana gələr (İnan, 1987: 421). 
Heç  şübhəsiz,  şamanizmdə  də,  sümüyün  mənası  böyük  idi.  Ruh 
ölümdən sonra varlığını sümükdə davam etdirirdi (Roux 1999: 126-
128). Beləliklə, heç bir ov heyvanının sümükləri qırılmazdı. Adət-ən-
ənələrə görə, sümüklər toplanıb bir araya gətirilər, ya torpaqda basdı-
rılar,  ya  da,  hər  hansı  ağacın  üzərinə  buraxılardı.  Heyvanın  canının 
sümüklərin  içərisində  olduğuna  inanmaqla,  sümükləri  qırmamaqla 
həyatın yenidən başlanacağına inanılırdı. Xüsusilə, insanı və heyvanı 
keçmişə  və  gələcəyə  bağlayan  sümüklərdən,  yenidən  doğuşa  ümid 
edilirdi (Eliade, 2014: 189-190). 
Falçılıq da, animizm və onun içindən doğmuş şamanizmin əsas 
ünsürlərindəndir.  Qədim  türkcədə  fal  “irq”  sözüylə  ifadə  edilmişdir. 
Qaşqarlı  Mahmud,  divanında,  irq  sözünü  "falçılıq,  kahinlik  və  bir 
kimsənin  könlündəkini  bilmək"  şəklində  təsvir  edir  (Kaşgarlı,  2007: 
42). Qədim Uyğur türkcəsindəki “irq” sözü də, falçı mənasını vermək-
dədir. Türk mədəniyyətində, falın çox qədim zamanlara gedib çıxdığı 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
47 
deyilə  bilər.  Yakut  türklərində,  şamanlarda  fal  mənasını  verən  söz 
“tölgədir”, qıpçaqlar da fala tölgə deyirlər (İnan, 1987: 196-197). Türk 
millətinin məskunlaşdığı  müxtəlif ərazilərdə,  animizmin təsiriylə  fala 
baxmaq da ön plana çıxmışdır. Bununla bərabər, bu günkü türk cəmiy-
yətinin mədəni quruluşunda meydana gələn sürətli dəyişim və inkişaf, 
bu cür qədim ritualların, geri dönülməz bir şəkildə itib batmasına sə-
bəb olmaqdadır. 
Türklərin inanc sisteminin və dini dünyagörüşünün tədqiqində 
ciddi işlər görmüş Jan Paul Rui də, türklərin dini tolerantlığına bax-
mayaraq, millilik və inancla bağlı xarakterlərində, sabit bir cizgi orta-
ya qoyduqlarını xüsusi vurğulamaqdadır: “Türklər, qarşılarına çıxan 
bütün  dinlərə  həvəs  və  maraq  göstərərək,  çəkinmədən  bu  dinlərdən 
öz zehnlərində məna verə bildikləri hər şeyi qəbul edən insanlardır” 
(Roux, 2007: 31-32). 
Bununla da, türklər, tarixdə analoqu olmayan bir tolerantlıq nü-
mayiş etdirir, ən ziddiyyətli və bir-birinə düşmən olan təlimlərin tə-
rəfdarlarını  anlayış  içində  bir  arada  yaşatmağa  cəhd  göstərirdilər. 
Türklərin iman anlayışını islamdan öncəki dini dünyagörüşlərlə elmi 
zəmində müqayisəli təhlil etmək, bizə Azərbaycan türklərinin əcdad-
larının islama qədərki dövrdə, əsas etibarilə monoteist-təktanrıçı dini 
dünyagörüşə  sahib  olduqları  haqqında  qəti  fikrə  gəlməyimizə  əsas 
verir. 
ƏDƏBİYYAT 
1. Abdülkadir İnan, «Eski Türk Dini Tarihi» // MEB Basımevi, İstan-
bul, 1976. 
2. Bahaeddin Ögel, «Dünden Bugüne Türk Kültürünün Gelişme Çağ-
ları» // Türk Dünyası Araştırmaları Vakfı Yayınları, İstanbul, 1988. 
3. Bahaeddin Ögel, «İslamiyetten Önce Türk Kültür Tarihi» // TTK, 
Ankara, 1984. 
4. Emel Esin, «İslamiyetten Önceki Türk Kültür Tarihi ve İslam’a 
Giriş» // Edebiyat Fakültesi Matbaası, İstanbul, 1978. 
5. Gumilev L.N. «Eski Türkler» // İstanbul: Selenge, 2004. 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə