I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
39 
də araşdırma edən elm adamları, əsasən, türklərin dinləri və inancları 
üzərində dayanmışlar.Tarixdə türklərin toplu olaraq inanıb mənimsə-
dikləri tək din İslamiyyət olmuşdur. Bəhs edəcəyimiz bir qism ibtidai 
dinlər, tamamilə bütün türk millətinin deyil, zaman-zaman və müxtə-
lif türk boylarının dinləri olmuşdur. Eyni dövrdə bütün türklərin eyni 
dinə mənsub olmasını düşünmək yalnışdır. Müxtəlif etnocoğrafi mə-
kanda yaşayan türklərin dini inanclarını və dünyagörüşlərini ümumi-
ləşdirmək  mümkün  olmadığından,  onların  əsas  xarakterik  cəhətləri 
haqqında çox sayda fikir və mülahizələr yaranmışdır. Qədim türklə-
rin,  dini  inancları  təbiət  qüvvələrinə,  atalar  kultu  və  Göy  tanrıya 
inanma nöqtəsindən toplanmışdır. Türklərin islamdan öncə qəbul et-
diyi ilkin dinlərə və inanclara nəzər salacaq olarsaq, hansısa heyva-
nın bütün qəbilənin ilkin atası-əcdadı olduğuna inanması və nəticədə 
o heyvanın onların sitayiş predmetinə çevrilməsini ehtiva edən tote-
mizm,  ruhlara  və  ya  müqəddəs  əşyalara  sitayişi  əsas  götürən  ani-
mizm, eləcə də fetişizm, ulduzpərəstlik, bütpərəstlik qeyd edilə bilər. 
Dini görüşün ibtidai şəkli olan bu inanclar ibtidai, yarımədəni qəbi-
lələrin tarix və mədəniyyətinin başlanğıc və sorakı mərhələlərindəki 
dinləri olmuşdur. 
Din  bir  inanc  sistemidir,  lakin  hər  inancı  din  adlandırmaq  ol-
maz. Hər ikisi arasındakı başlıca fərq müqəddəslik anlayışında mey-
dana  çıxır.  Dini  inanclarda  varlıqlar  arasında  müqəddəs  olan  və  ol-
mayan (məsələn, islamda halal və haram) deyə ayrı-seçkilik edilmiş-
dir. Müqəddəs olanlara toxunmaq, qarşı gəlmək qadağan edilmişdir. 
Təzim  etməklə,  hörmətli  davranmaqla,  qurbanlar  verməklə  onları 
məmnun  etməyə  çalışmaq  lazımdır.  Dini  qadağalara  riayət  etməyən 
günah  işləmiş  sayılar  və  cəzası  vicdan  əzabı  çəkmək,  ətraf  tərəfdən 
ayıblanmaqdır. 
Müqəddəslik anlayışına  dayanan bir inancın  tam iman sistemi 
halını ala bilməsi üçün üç şərt müəyyən edilmişdir: 1) etiqad (imanın 
əsasları)  2)  ritual  (xüsusi  mərasimlər)  3)  camaat  (etiqad  və  ritualın 
bir kütlə tərəfindən qəbulu  və icrası). Bu şərtləri qarşılayan din  sis-
temləri  biri  ibtidai  (və  ya  xalq  dinləri),  digəri  səmavi  dinlər  olmaq 
üzrə  ikiyə  ayrılmaqdadır.  Ibtidai  dinlərlə  səmavi  dinlər  arasındakı 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
40 
əsas fərq “tanrı” təsəvvürlərinə  görədir.  İslam, xristianlıq,  yəhudilik 
kimi səmavi dinlərdə tanrı imanın mərkəzi nöqtəsidir. Çox tanrılı bü-
tün digər inanclar xalq dinləri sayılırlar. Türklər tarix boyunca müx-
təlif növ inanclara bağlı olmuşlar. Bunların arasında ibtidai dinlər ol-
duğu kimi, səmavi dinlər də olmuşdur. 
Türk  din  tarixinin  metodik  araşdırılmasında  G.Menşinq  və 
J.Uoaç  bir-birinə  çox  yaxın  terminlərlə  ifadə  etdikləri,  böyük  əhə-
miyyət  kəsb  edən  dualist  din  təsnifini  nəzərə  almaq  lazımdır.  Men-
şinq dinləri "milli dinlər" və "universal dinlər" deyə ikiyə ayırarkən, 
J.Uoaç "Təbii dini qruplar" və "spesifik dini qruplar" şəklində bir ay-
rım  etməkdədir.  Sözü  edilən  bu  dualizmi,  "statik  din"  və  "dinamik 
din" şəklində H.Berqsonda da görmək mümkündür. Bütün bu təsnif-
ləri türk din tarixinə tətbiq etdiyimiz zaman iki dövrünə uyğun düş-
düyünü və bu dövrləri qarşıladığını görə bilərik. Beləliklə, türklərin 
din  tarixinin  ilkin  dövrünü  “ənənəvi  türk  dini”,  ikinci  dövrünü  də 
“universal  dinlər”  olaraq  qruplaşdırmaq  daha  doğru  olar.  Türklərin 
ənənəvi dinləri ilə yanaşı türklər arasında qəbul edilən universal din-
lərdən buddizm, zərdüştlük, manixeizm, xristianlıq və yəhudilik din-
lərinin adını çəkə bilərik. 
Türklərin ilk dini olaraq bilinən Göy tanrı dini, ənənəvi türk di-
ninin əsas ünsürlərini özündə birləşdirir. Qədim türkcədəki “Tenqri” 
kəlməsi  öncə  gözə  görünən  göyü  və  tədricən  tanrını  əvəz  etmişdir. 
Türklər, göy, maddi varlıq olduğundan, tenqrini də maddi varlıq kimi 
qəbul etmişlər. Qədim türkcədəki “Tenqri” kəliməsi bu günkü fərqli 
türk ləhcələrində, hər ləhcənin fonetik xüsusiyyətlərinə görə “Tenqri 
/Tenqere /Tanqrı /Tanrı /Tanqara /Ture” şəkillərilə tələffüz edilir. Bu 
günkü  şaman  türklərdə  “Tenqri”  kəliməsi  qədim  dövrlərdəki  kimi 
“Göy”  mənasında  işlənir.  “Göy”  mavidir,  “Tenqri”  isə  göy.  Ancaq 
islam  sonrasında  və  islama  girən  türklərdə  göyün  səma  mənasında, 
yerin isə mavi mənasında işlədilməsi təsbit olunmuşdur; “Tenqri” kə-
liməsi  isə  allahı  ifadə  etməyə  başlamışdır  (Tanyu,  1980:  7).  Bəzi 
mifoloji mətnlərdə yer və göyün ayrılması tanrı, allahla əlaqələndiri-
lir.  Bu  da  onu  göstərir  ki,  qədim  türklərdə  təkallahlılıq  inancı  çox 
güclü olmuşdur. Məhz buna görə də türklərdə həyatın, kainatın yara-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
41 
dılışı, əsasən, tanrı və  ya allahla əlaqələndirilir. Hikmət Tanyu, 7-ci 
əsrin ortalarından başlayaraq Orta Asiyanın şimal hissəsində yaşayan 
türklərin dininin, Tenqri (Tanrı) dini olduğunu və buna uca, ulu anal-
mını verən (Göy Tenqri/Tanrı) dini də deyilə biləcəyini ifadə etmiş-
dir.  Səma  kultu,  tenqri,  Orxon  abidələrində  də  qeyd  olunmaqdadır: 
“Öncə  yuxarıda  mavi  səma,  aşağıda  isə  qara  yer  vardı,  onların  ara-
sında insan oğulları göründülər” (Tanyu, 1080: 93). 
Hikmət Tanyunun görüşlərinə də tənqidi yanaşıla bilər. Çünki 
türklərin dininə nə Şamanizm, nə də Totemizm adının verilə bilmə-
yəcəyini, ona sadəcə Tək Tanrı dini, Göy Tanrı dini deyiləcəyini, bir 
baxımdan  Həniflik,  yəni  tək  tanrı  inancı  içində  olduqlarını  (Tanyu, 
1980:  12)  iddia  etməsi  yenə  də  qədim  dinləri  erkən  milliləşdirmə 
cəhdi kimi qiymətləndirilə bilər. Əslində türklər başqa bir çox qövm-
lərdə olduğu kimi, dini kimliklə tarix səhnəsinə çıxmamışlar. Bütün 
mənbələr türkləri əsasən milli kimlik xüsusiyyətlərilə tanımışlar. Bir 
gerçək  var  ki,  dinlər  insanın  ruhi  və  əxlaqi  durumu  ilə  sıx  bağlıdır. 
Bununla  belə,  hansı  dini  inanc  sisteminin  əhatəsində  olursa  olsun 
ibtidai  inanc  sistemindən  tutmuş  ən  mükəmməl  sistemə  malik  olan 
islama qədər dini təkamülün bütün mərhələlərini yaşamış olan türklər 
öz  din  və  iman  anlayışlarını,  dünyagörüşlərini  qoruyub  saxlaya  bil-
mişlər. 
Türk sosioloqu  Ziya Göyalp, qədim türklərin özlərinə məxsus 
milli dinləri olduğunu sezmiş, buna “Toyunizm” və ya “Nom” adını 
vermişdir.  Nom  sözünə  də,  tarixçi  Cüveyninin  “Tarixi-cihangüşa” 
adlı  əsərində  rast  gəlinir,  “türk  dinindən  olanlara  “Nomiyan”  deyil-
məsiylə əlaqələndirilir. Yenə cihangüşada qeyd edilir ki, xaqanın hü-
zurunda nomlarla kamlar imtahan olunmuş, nomlar kamları məğlub 
etmişdir (Gökalp, 1976: 40-41). 
Çin  qaynaqlarından  əldə  edilən  məlumatlara  görə,  Göy  tanrı 
dini bəzi dini mərasimləri müəyyən nizam içərisində əks etdirən bir 
sistemdir. Hunlardan sonra türk dövlətinin  başına keçən Tabqaç sü-
laləsi zamanında da, bu inanclar davam etdirilmişdir. Onlar da baha-
rın ilk ayında müqəddəs Atalar qəbristanlığında Göy tanrıya qurban-
lar təqdim etmişdilər, qurbanları təqdim etdikdən sonra qayın ağacla-


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə