I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
64 
başa çatdırılmış, Rusiya tarixçilərinin bir qisminin “imperiyanın xa-
rici sərhədlərinin formalaşmasının başa catması” kimi qələmə vermə-
yə çalışdıqları hadisələr nəticəsində region Rusiyanın nüfuz dairəsinə 
daxil edilmişdi. 1917-ci ildə Rusiyada monarxiyanın devrilməsindən 
sonra hakimiyyətə gələn bolşeviklərin millətlərə “öz müqəddəratları-
nı  təyin  etmə  hüququ”  verəcəkləri  haqda  vədlərinə  baxmayaraq, 
1917-1922-ci illərdə bu dəfə də sovet Rusiyası regionun ikinci işğa-
lını gerçəkləşdirilmişdi. Və beləliklə, 1991-ci ildə SSRİ-nin dağılma-
sına qədər Mərkəzi Asiya regionu dünya dövlətləri üçün bağlı regio-
na, ümumiyyətlə hər cür geosiyasətdən uzaq bir əyalətə çevrilmişdi. 
1991-ci  ildə  SSRİ-nin  dağılması  ilə  isə  onun  bu  mahiyyətində 
dəyişikliklər baş verməyə başladı, region böyük dünya dövlətlərinin 
maraqlarının kəsişdiyi mühüm mərkəzlərdən biri oldu. Amerikalı po-
litoloq Z.Bjezinski ele hesab edir ki, bütünlükdə Avrasiya regionuna 
təsir imkanlarına görə Mərkəzi Asiya regionu Qafqaz və Əfqanıstan-
la  birlikdə  “Avrasiya  Balkanları”  hesab  oluna  bilər  (1,  s.161-195). 
Belə  ki,  əslində  bütün  dünyada  qüvvələr  balansının  necə  olmasına 
Mərkəzi Asiya dövlətlərində hadisələrin hansı istiqamətdə inkişaf et-
məsinin əhəmiyyətli dərəcədə təsiri ola bilir. Öz növbəsində, dünya-
nın aparıcı dövlətlərinin, həmçinin region dövlətlərinin xarici siyasət 
fəaliyyətləri Mərkəzi Asiyada baş verən proseslərə təsir edən mühüm 
amillərdən biridir. 
Dünya sosializm sisteminin və SSRİ-nin süqutunun beynəlxalq 
münasibətlərə təsiri böyük oldu - İkinci dünya müharibəsindən sonra 
yaranmış beynəlxalq münasibətlər sistemi dağıldı və beynəlxalq mü-
nasibətlərin  tarixində  yeni  keçid  dövrü  başlandı.  Birqütblü  beynəl-
xalq münasibətlər sistemi yarandı - Amerika Birləşmiş Ştatları yega-
nə super gücə çevrildi. Soyuq müharibədən hərbi və iqtisadi cəhətdən 
güclü dövlət kimi çıxan ABŞ yeni yaranmış geosiyasi boşluqlarda öz 
təsirini gücləndirmək, üstünluk əldə etmək istiqamətində fəaliyyətini 
genişləndirdi. ABŞ-ın bu siyasətini xarakterizə edən əsas nəzəriyyə-
lər yarandı (3; 4; 5). Bunun qarşılığında isə beynəlxalq arenada qlo-
ballaşma adlanan və Qərbin mənafeyinə cavab verən  yeni bir siyasi 
strategiyanın formalaşması mərhələsi başlandı. Həmçinin Yeni dünya 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
65 
Düzəni ABŞ-ın idarəçiliyində olan bir sıra beynəlxalq təşkilat və itti-
faqların strukturunda dəyişikliyi zəruri edirdi. Bu baxımdan BMT so-
yuq müharibədən sonra  ümumi  təhlükəsizlik  mexanizminin  yenidən 
canlandırılması  məqsədilə  1992-ci  ildə  XXI  əsrdə  sülh  və  inkişafa 
yönələn “Sülh Gündəmi strategiyasını” (6) meydana qoydu. 31 yan-
var  1992-ci  ildə  BMT  Təhlükəsizlik  Şurasının  dövlət  və  hökumət 
başçılarının keçirilən görüşündə yeni beynəlxalq şərtlərin ortaya çıx-
dığı qeyd edilərək Beynəlxalq sülh və təhlükəsizliyin davamlı inkişa-
fı yolunda razılaşma əldə edildi. 
ABŞ öz liderliyini NATO çərçivəsində də ortaya qoydu. NATO-
nun  quruluş  sənədində  deyilirdi  ki,  bu  ittifaq  yalnız  üzv  ölkələrdən 
birinə hücum  olacağı  təqdirdə hərəkətə keçə bilər. Amma SSRİ-nin 
dağılmasından sonra NATO-nun fəaliyyətində  yeni istiqamətlər for-
malaşmağa başladı. NATO-nun 1991-ci il tarixli London Deklarasi-
yası  ilə  açıqlanan  və  Yeni  Strategiya  Konsepsiyası  kimi  tanınan  bu 
konsepsiya  milli  suverenliyi  dünya  düzəninin  təməl  nöqtəsi  olmaq-
dan  çıxardı.  NATO-ya  görə  Avropanın  təhlükəsizliyinə  hədə  olaraq 
bir  sıra  yeni  ünsürlər  meydana  çıxıb:  etnik  münaqişələr,  sosial-iqti-
sadi  çatışmazlıqlar,  nüvə  silahının  yayılması,  ərazi  müdaxilələri. 
Bunlar da NATO-nun yeni müdaxilələr etməsini şərtləndirir. NATO 
1999-cu  ildə  Vaşinqtonda  keçirilən  yubiley  sammitində  Yeni  Stra-
tegiya çərçivəsində ümumi təhlükəsizliyi qlobal səviyyədə həyata ke-
çirəcəyini ehtiva etdi. 
Mərkəzi Asiyada  yeni  yaranmış dövlətlər də milli maraqların-
dan çıxış  edərək  yeni şəraitə uyğun olaraq beynəlxalq  aləmdə özlə-
rinə aid  yerlərini tutmağa çalışırdılar. SSRİ-nin dağılması ilə  yaran-
mış dövlətlər yeni bir siyasi və iqtisadi sistemə daxil olmuşlar. Ümu-
miyyətlə  SSRİ-in  dağılmasından  sonra  həm  Mərkəzi  Asiyada,  həm 
də  onun  hüdudlarından  kənarda  çoxları  belə  hesab  edirdilər  ki,  bu 
dövlətlərin  gələcək  inkişaf  yollarının  seçilməsində  İslam  amili  mü-
hüm rol oynayacaq. Belə ehtimallar eşidilməyə başlanmışdı ki, Mər-
kəzi Asiyada Türkiyənin dünyəvi İslamı ilə İranin radikal İslamı ara-
sında  kəskin  mübarizə  olacaq.  Lakin  bu  ehtimallar  özünü  doğrult-
madı. Bu isə öz növbəsində digər bir fikri bir daha təsdiq etdi; geopo-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
66 
litika  beynəlxalq  münasibətlər  sistemində  mühüm  rol  oynayır,  yəni 
ölkələrin fiziki coğrafiyası, yerləşdikləri coğrafi məkan onların digər 
dövlətlərlə siyasi, iqtisadi və digər əlaqələrin qurulmasında daha çox 
önəm verilən amillərdir, nəinki etnik, yaxud dini, mədəni yaxınlıq. 
Ümumilikdə  belə  bir  fikir  mövcuddur  ki,  region  uğrunda  XIX 
əsrdə Rusiya ilə Böyük Britaniya arasında getmiş “Böyük oyun” gü-
nümüzdə yeni aktorların əlavə olunması ilə müasir qaydada yenidən 
bərpa olunmuşdur. Hazırda region uğrunda geosiyasi mübarizə bir tə-
rəfdən ABŞ, digər tərəfdən Rusiya, Çin, qismən Türkiyə, İran, həm-
çinin  İran,  Pakistan,  Hindistan  və  Avropa  Birliyi  ölkələri  arasında 
getməkdədir.  Mərkəzi  Asiyanın  postsovet  dövlətlərinin  inkişafı  mə-
sələləri nəzərdən keçirildikdə regionalizm  prinsipi  diqqəti  cəlb  edir, 
yəni region ölkələrini özlərinin spesifik siyasi-iqtisadi siyasətləri olan 
Avrasiya materikinin əsas mərkəzləri arasında yerləşmiş vahid geosi-
yasi məkan kimi nəzərdən keçirmək mümkündür. 
Regiondakı  nüfuz  bölgüsünü  aydın  görmək  üçün  onları  ayrı-
ayrılıqda  nəzərdən  keçirmək  lazımdır. Rusiya  və  Çin  tarix  boyu  re-
gionda çox mühim təsir gücünə malik olublar (7). SSRİ-in dağılma-
sından sonrakı  ilk illərdə Rusiyanin  regiona marağının zəifləməsinə 
baxmayaraq, o, hər zamankı kimi bu dövrdə də Mərkəzi Asiyanı Av-
ropa ilə birləşdirən həlqə olmuşdur. Avropadan Mərkəzi Asiyaya və 
əksi  istiqamətdə  edilən  heç  bir  cəhd  Rusiyanın  iştirakı  olmadan 
mümkün  deyil.  Rusiya  Mərkəzi  Asiyada  özünün  prioritet  marağı 
kimi  Əfqan-İslam  amilinə  qarşı  mübarizəni  göstərir.  Bundan  başqa 
Rusiya regionun  enerji daşıyıcılarının nəqli məsələsində maraqlı ol-
duğunu  açıq  şəkildə  nümayiş  etdirir.  Bildirir  ki,  regionun  neft-qaz 
ehtiyatlarının mənimsənilməsində, boru ixrac kəmərlərinin inşa olun-
masında, istismarında, nəqlində iştirak edən digər dövlətlər kimi, re-
gionda iştirak onun üçün də iqtisadi məsələdən daha çox siyasi məsə-
lədir, daha çox regionda mövcud vəziyyətə nəzarət baxımından əhə-
miyyətlidir. Bir sıra qərb ekspertləri SSRİ dağıldıqdan sonra Ruisya-
nın  regionda  əvvəlki  nüfuza  malik  olmadığı  haqda  fikirlərini  təsdiq 
etmək  üçün  region  dövlətlərinin  1992-ci  ilin  yanvarında  ATƏT-in 
üzvü  olduqlarını,  NATO  ilə  əlaqələrini  inkişaf  etdirməkdə  maraqlı 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə