I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
61 
ləti  təşkil  edən  respublikaların  yerləşdiyi  böyük  sahədə,  geopolitik 
vəziyyət  kökündən  dəyişdi.  Bu  zamandan  etibarən  bir  tərəfdən  ABŞ 
və AB, digər tərəfdən isə Rusiya, həmçinin digər bölgə dövlətləri stra-
teji əhəmiyyətə malik olan post-sovet regionunda, xüsusən də Cənubi 
Qafqazda nüfuz uğrunda mübarizəyə başladılar. Məqalədə ümumilik-
də hərbi-siyasi iştirak nədir, onun ayrı-ayrılıqda dövlətlərə, dövlətlər-
arası münasibətlərə necə təsir göstərdiyi məsələsinə aydınlıq gətirilir, 
eyni zamanda XX əsrin sonu – XXI əsrin əvvəllərində dünyada cərə-
yan  edən  hadisələr  fonunda  ABŞ  və  Rusiyanın  regionda  hərbi-siyasi 
iştirakı və s. məsələlərdən bəhs edilir. 
Гюльджаннат ГУСЕЙНЛИ 
Студентка IV курса 
Бакинского Государственного Университета
 
ВОЕННО-ПОЛИТИЧЕСКОЕ УЧАСТИЕ США И 
РОССИИ В ПОСТСОВЕТСКОМ РЕГИОНЕ ЮЖНОГО 
КАВКАЗА: НАЦИОНАЛЬНЫЕ ИНТЕРЕСЫ ИЛИ 
СОПЕРНИЧЕСТВО 
В 90-х годах ХХ века с распадом Союза Советских Социа-
листических  Республик  на  обширном  постсоветском  простран-
стве  геополитическая  ситуация  коренным  образом  изменилась. 
С  одной  стороны  США  и  ЕС,  с  другой  Россия,  а  также  другие 
региноальные  державы  начали  борьбу  за  геополитическое  гос-
подство  в  регионе.  В  рамках  данной  статьи  рассматривается 
понятие  «военно-политическое  присутствие»,  его  влияние  на 
поведение отдельно взятых государств, также на межгосударст-
венные отношения, говорится о военно-политическом присутст-
вие России и США в регионе на фоне событий конца XX  – на-
чала XXI веков. 
__________________________________ 
 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
62 
Polad RZAYEV 
Bakı Dövlət Universitetinin magistrantı 
E-mail: rzapolad@gmail.com 
 
SSRİ-nin DAĞILMASI VƏ 
POSTSOVET MƏRKƏZİ ASİYA REGİONUNUN 
DÜNYA DÖVLƏTLƏRİNİN MARAQLARI SİSTEMİNƏ 
DAXİL OLMASI 
Elmi rəhbər
Cavid ƏLİSGƏNDƏRLİ 
Bakı Dövlət Universitet
 
Açar sözlər: SSRİ-nin dağılması, dünya sosialist sistemin süqutu
yeni dünya düzəni, postsovet  Mərkəzi Asiya, dünya dövlətləri, milli 
maraqlar 
Ключевые слова: развал СССР, распад мировой социалистичес-
кой системы, новый мировый порядок, пост-советская Цент-
ральная Азия, мировые державы, национальные интересы 
Keywords: the collapse of the Soviet Union, the collapse of the world 
socialist system, the new world order, post-soviet Central Asia, 
world powers, national interests 
Sosializm  düşərgəsi  dağıldıqdan  sonra  formalaşan  beynəlxalq 
münasibətlər  sistemində  Mərkəzi  Asiya  regionu  dövlətləri  də  mühüm 
yer  tutmağa  başladılar.  Regionu  dünya  üçün  cəlbedici  edən  amillər 
sırasında onun xüsusi strateji əhəmiyyət kəsb edən geopolitik mövqeyi 
mühüm rol oynayırdı. Postsovetik məkanının bir hissəsində yeni müs-
təqil dövlətlərin meydana çıxması ilə formalaşmaqda olan siyasi siste-
mə politoloqların münasibəti heç də birmənalı deyildi. Analitiklər dün-
yanın  siyasi  xəritəsində  yeni  yaranmış  dövlətlərin  müstəqilliyə  hazır 
olmadığı  və  bu  səbəbdən  də  radikal  islam  təəmayüllərinin  dünyəvi 
dövlət quruculuğu proseslərinə ciddi təhlükə doğuracağı ehtimalından 
ehtiyatlanırdılar. Mərkəzi Asiya ilə yanaşı, yaxın qonşuluqda yerləşən 
digər dövlətləri də vahid geopolitik tam kimi götürən Amerika polito-
loqu Zbiqnev Bjezinski “Avrasiyanın Balkanları” adlandırdığı regio-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
63 
nun özündə “böyük güc vakumunu təmsil etdiyini”yazırdı. Z.Bjezinski-
yə  görə,  burada  daim  yaxınlıqda  yerləşən  müxtəlif  qonşu  dövlətlərin 
geopolitik maraqları üst-üstə düşür (1, s.161-195). 
XX əsrin 80-ci illərinin ikinci yarısı – 90-cı illərindən etibarən 
dünya sosialist sisteminin zəifliyi özünü açıq şəkildə göstərməyə baş-
lamışdı. Sosialist ölkələrindəki kommunist partiyalarının hakimiyyə-
tinə son qoyulmasına, Şərqi Avropa ölkələrində çoxpartiyalı sistemin 
yaranmasına, Polşa, Macarıstan, Rumınya, Bolqarıstan, Çexoslovaki-
ya kimi ölkələrdə demokratik prinsiplərə əsaslanan yeni cəmiyyətlər 
qurulmağa başlamışdı. Bu dövrdə SSRİ də digər sosialist ölkələrində 
baş verən hadisələrə əvvəlki vaxtlarda olduğu kimi (məsələn, 1956-cı 
ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada) müdaxilə edə bil-
mirdi.  Artıq  sosialist  ölkələrinin  kollektiv  təhlükəsizlik  təşkilatı  ol-
maq  etibarı  ilə  Qarşılıqlı  İqtisadi  Yardım  Şurası  da  özünün  əvvəlki 
əhəmiyyətini itirməkdə idi. Son olaraq, 1991-ci ilin iyununda Buda-
peştdə çağırılan müşavirədə QİYŞ-in buraxılması haqqında qərar qə-
bul  olundu.  1991-ci  il  iyulun  1-də  Varşava  Müqaviləsi  Təşkilatı  öz 
fəaliyyətini dayandırdı (2, s.37-38). Az sonra, 1991-ci ilin sonlarında 
SSRİ süqut etdi. 1991-ci il dekabrın 26-da SSRİ Ali Soveti SSRİ-nin 
buraxılması haqqında bəyannamə qəbul etdi. Bundan əvvəl isə dekab-
rın 8-də Rusiya Federasiyası, Ukrayna, Belarusiya prezidentləri Belo-
vejskdə  MDB-nin  yaradılması  haqqında  müqavilə  imzalamışdılar. 
1991-ci  il  21  dekabrında  SSRİ-yə  daxil  olan  8  respublika  Alma-Ata 
bəyannaməsini imzalayaraq MDB-yə daxil oldular. SSRİ-nin ardınca 
ÇSSR və YSFR kimi federasiyalar da parçalandılar. 1993-cü ilin so-
nunda  müstəqil  Çexiya  və  Slovakiya  respublikaları  yarandı.  Bununla 
da ümumilikdə dünya sosialist sistemi iflasa uğradı. 
SSRİ-nin dağılması, digər ittifaq respublikaları ilə birlikdə Qa-
zaxıstan,  Qırğızıstan,  Özbəkistan,  Türkmənistan  və  Tacikistanın  da 
müstəqillik əldə etməsi ilə dünyanın siyasi xəritəsində baş verən də-
yişikliklər  Mərkəzi  Asiya  regionunda  bir  qədər  əvvəlki  dövrdən  ta-
mamilə fərqli  yeni  geosiyasi vəziyyətin formalaşmasına səbəb oldu. 
Həyata keçirilməsinə XVIII əsrdən başlanmış və XIX əsrin sonunda 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə