I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
67 
olduqlarını qeyd edirlər. Amma bu məsələnin yalnız bir tərəfidir. Əs-
lində Mərkəzi Asiya dövlətləri özlərinin təhlükəsizliklərini təmin et-
mək üçün NATO ilə ''Sülh tərəfdaşlıq'' proqramı çərçivəsində, Rusi-
ya ilə kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatı çərçivəsində əmək-
daşlıq edirlər (8). Bundan başqa Rusiyanın Tacikistan və Qırğızıstan 
ərazisində hərbi bazaları mövcuddur. Rusiyanın Tacikistan ərazisində 
hərbi  bazalarıni  yerləşdirməklə  geosiyasi  maraqlarının  təmin  olun-
masında bir dövlətə önəm verdiyini açıq şəkildə nümayiş etdirir. La-
kin Rusiya bunun heç də Tacikistanın regionda həlledici dövlət oldu-
ğu mənasını vermədiyini, sadəcə regional təhlükəsizliyin təmin edil-
məsi zəncirində növbəti halqalardan biri olduğunu bildirir (10). 
Digər bir fikrə görə Rusiya, XX əsrin 90-cı illərində zəifləmiş 
olan nüfuzunu 1999-cu ildə enerji daşıyıcılarının qiymətinin yüksəl-
dilməsindən sonra yenidən bərpa edə bilib. Belə ki, XX əsrdə enerji 
daşıyıcıları geosiyasətin əsas simvoluma çevrilib. Artıq dövlətlər öz-
lərinin hərbi və siyasi güclərindən daha çox enerji daşıyıcılarına sa-
hib olmaları ilə təsir gücü qazanmış olurlar. Hazırda enerji daşıyıcı-
ları yalnız təsir vasitəsi kimi deyil, eyni zamanda ölkənin hərbi, siya-
si, iqtisadi, texniki və mədəni “güc”ünün göstəricisi olaraq qəbul edi-
lir. Bu gün Rusiyanın nəhəng neft-qaz ehtiyatlarına sahib olması so-
vet dövründə nüvə silahına sahib olması ilə eyni təsir gücünə malik-
dir. 
Asiya-Sakit okean və Cənubi  Asiya  regionlarında  əhəmiyyətli 
təsir  gücünə  malik  olan  Çin  SSRİ-in  dağılmasından  sonra  Mərkəzi 
Asiya regionuna da təsir edə bilmə imkanı əldə edib. Özünün coğrafi 
mövqeyinə  görə Çin  Mərkəzi  Asiya və Asiya-Sakit okean regionla-
rını  birləşdirən  körpü  rolunu  oynayır.  Bu  isə  başqa  sözlə  o  demək 
olur ki, Mərkəzi Asiya regionunun enerji daşıyıcılarının Asiya-Sakit 
okean regionu bazalarına çıxarılması Çinin rolunun artmasına səbəb 
olacaq. Geopolitiklər arasında Çinin regiona münasibətdə siyasəti ilə 
bağlı bir-birinə tamamilə zidd olan iki fikir mövcuddur. 
1.Bəzi  mütəxəssislərə  görə  Çin  Mərkəzi  Asiya  istiqamətində 
maraqlarını çox da açıq şəkildə göstərmir. Lakin bu heç də o demək 
deyil ki, onun belə maraqları yoxdur. Belə yanaşma hər şeydən əvvəl 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
68 
onunla bağlıdır ki, Çin üçün Asiya Sakit okean regionunda olan döv-
lətlərdən daha önəmlidir. Bundan başqa Çin dəfələrlə bəyan edib ki, 
regionun yeni müstəqil dövlətləri ilə dostluq, qonşuluq münasibətlə-
rinin qurulması ilə bərabər, həmçinin Rusiya ilə də qonşuluq əlaqələ-
rinin  olması  onun  üçün  əhəmiyyətlidir.  Çinin  SSRİ-in  dağılması  ilə 
yaranmış “boşluğu doldurmaq” kimi məqsədi yoxdur. Çinin Mərkəzi 
Asiyada  çox  da  fəal  olmamasının  daha  bir  səbəbi  kimi  Sintizyan 
Uyğur muxtar vilayətində islamçılıq və separatçılıq əhval-ruhiyyəsi-
nin yayılacağından ehtiyat etdiyi də göstərilir. Bu məsələ ilə bağlı da-
ha bir maraqlı fikir ondan ibarətdir ki, əslində Çin beynəlxalq aləmin 
diqqətinin Sintizyan Uyğur muxtar vilayətinə, orada baş verən hadi-
sələrə cəlb olunmasını istədiyindən Mərkəzi Asiya istiqamətində pas-
sivlik  göstərir.  Ola  bilsin  ki,  bu  yanaşmada  müəyyən  qədər  həqiqət 
var. Belə ki, Çində baş verən bəzi məsələlər (məsələn Tibet hadisə-
ləri,  daxili  bazarın  tənzimlənməsi  məsələsindəki  problemlər  və  s.) 
onsuz  da  onun  beynəlxalq  imicinə  kifayət  qədər  ziyan  vurur,  qərb 
dövlətlərinin ölkənin daxili işlərinə qarışması cəhdlərinə səbəb olur. 
Bu baxımdan Çinin daha bir problemlə diqqət cəlb etmək istəməməsi 
başa  düşüləndir.  Çinin  Mərkəzi  Asiya  siyasətinə  daha  bir  baxışının 
müəllifləri  olan  qazax  və  qırğız  politoloqları  onun  “passiv  siyasət 
yürütməs” ilə bağlı bir qədər fərqli fikirlər irəli sürürlər. Onlar belə 
hesab  edirlər  ki,  Çin  onların  dövlətlərinə  münasibətdə  “sürünən  iş-
ğal” siyasəti həyata keçirir. Yəni Qazaxıstan və Qırğızıstanla sərhəd 
rayonlarında Çin əhalisinin yüksək miqrasiyasiyası müşahidə olunur 
(9). Əslində bu, ölkə daxilindəki ağır vəziyyətlə bağlıdır. Dövlətin bu 
miqrasiya  ilə  əlaqəsi  yoxdur.  Lakin  son  vaxtlar  Çin  Mərkəzi  Asiya 
istiqamətində siyasətini bir qədər fəallaşdırıb. Daha çox iqtisadi əla-
qələrə üstünlük verilir ki, bunlar da investisiya qoyuluşunun artması, 
nəqliyyat  dəhlizlərinə  maraq,  bazar  münasibətlərinin  tənzimlənməsi 
şəklində özünü göstərir. 
İkinci yanaşmaya görə isə, Çinin Mərkəzi Asiya regionu ölkə-
ləri  ilə  qarşılıqlı  faydalı  əməkdaşlığa  əsaslanan  münasibətləri  möv-
cuddur və bu mənasibətlər yüksələn xətt üzrə sürətlə inkişaf edir. Re-
gionun təhlükəsizliyi məsələlərində maraqlar üst-üstə düşür. 2001-ci 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
69 
ildə  Şanxay  Əməkdaşlıq  Təşkilatının  yaranması  ilə  dövlət  və  höku-
mət  təşkilatlarının başçılarının hər il müntəzəm görüşlərinin keçiril-
diyi  qeyd  olunur.  2002-ci  ildə  Çin-Qazaxıstan  və  Çin-Qırğızıstan 
arasında mehriban dostluq, qonşuluq və əməkdaşlıq haqqında müqa-
vilələrin imzalandığı göstərilir. Həmçinin iqtisadi əməkdaşlıq, inves-
tisiya qoyuluşu, ticarət sahəsində böyük uğurlar əldə edildiyi göstəri-
lir. Bundan başqa təhlükəsizlik məsələlərində Mərkəzi Asiya dövlət-
lərinin Tayvan, Tibet və Şərqi Türküstan məsələlərində Çinlə həmrəy 
olduqları  qeyd  edilir.  Həmçinin  qeyd  olunur  ki,  Çin  Mərkəzi  Asiya 
regionu  ölkələrilə  münasibətlərini  həm  mövcud  ənənələri,  həm  də 
müasir xüsusiyyətləri nəzərə almaqla qurur. 
SSRİ-in  dağılmasına  qədər  iki  qütblü  olan  dünyanın  sonradan 
Amerikanın lider olduğu bir qütblü dünyaya çevrilməsi haqda fikirlə 
demək  olar  ki,  bütün  tədqiqatçılar  razıdırlar.  Lakin  bununla  razılaş-
mayıb,  əksinə  SSRİ-in  dağılmasından  sonrakı  dünyanın  çoxqütblü 
olduğunu iddia edənlər də var. Bu fikrin tərəfdarlarına görə Mərkəzi 
Asiya ilə həmsərhəd olan dövlətlər müxtəlif xarakterdədədirlər (10). 
Məsələn,  Asiya-Sakit  okean  regionu  çoxqütblüdür  və  bu  regionda 
Yaponiya, Çin və Rusiya ABŞ ağalığına qarşı dayanmağa çalışırlar. 
Adətən yüksək gərginliyin olduğu Yaxın və Orta Şərqdə ABŞ üstün 
mövqeyə  malikdir.  Mərkəzi  Asiya  ətrafı  regionlarda  nə  baş  verirsə 
versin, bütün məsələlərdə ABŞ aparıcı, hətta həlledici rola malik ol-
duğunu göstərir. ABŞ Mərkəzi Asiyada yaranan dövlətlərlə ilk diplo-
matik əlaqələr yaradan dövlət olmuşdur. Bu istiqamətdə dövlət katibi 
Ceyms Beykerin 1992-ci ilin yanvarında bölgəyə etdiyi səfər ilk ad-
dım  oldu.  C.Beyker  ABŞ-ın  regiona  dair  xarici  siyasətinin  prioritet 
istiqamətlərini açıqladı. 
1.Qazaxıstanın nüvə silahı problemini dərhal həll etmək, digər 
ölkələrə xüsusən də İrana nüvə silahının satılmasının yuolverilməzli-
yini  bildirməklə,  ümumiyyətlə  regionda  nüvə  problemini  aradan 
qaldırmaq. 
2.İranın  regiona  maraq  dairəsini  genişləndirməsini  nəzarətdə 
saxlamaqla,  radikal  İslamın  yayılmasının  qarşısını  almaq  və  Tür-
kiyəni regional model və güc olaraq qəbul etmək. 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə