I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə33/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   25   26   27   28   29   30   31   32   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
102 
Mədinəyə) hicrət edərkən elə həmin ildə Mədinə yaxınlığındakı Quba 
kəndində inşa etdirdiyi məscid hesab edilir (3, s.28). 
Peyğəmbər və ilk xəliflər dövründən başlayaraq dini və dünyəvi 
funksiyaların  yerinə  yetirildiyi,  bir  sıra  problemlərin  çözüldüyü  mə-
kanlar olan camelər və kiçik məscidlər islamın intibah dövründə funk-
siyaları genişlənmiş, cəmiyyətin həyatında mühüm rol oynamışlar (3, 
s.31). 
İslamın yarandığı ilk günlərdən başlayaraq məscidlər təhsil mər-
kəzləri  kimi  fəaliyyət  göstərmişlər.  Mədinə  şəhərindəki  peyğəmbər 
məscidində  süffələrdən  başlayan  təhsil  sonrakı  dövrdə  məscidlərdəki 
təhsil üçün bir təməl və  örnək olmuşdur. Türk  alimi M.Öztürk Nişa-
purdakı təhsil qrumlarından danışarkən məscidləri həm də təhsil mər-
kəzləri kimi nəzərdən keçirir və yazır ki, tələbələr Camedə müəllimin 
ətrafında halqa meydana gətirirdi. Hər halqa dərs verən müəllimin adı-
nı alır və müəllimin şöhrətinə görə tələbələrin sayından artım gözləni-
lirdi. Böyük camelərdə bəzən eyni anda müxtəlif elmlərin tədris olun-
duğu bir neçə halqa qurulurdu (3, s.32). 
“Halqa” termini Məhəmməd Peyğəmbərin (s.ə.s) sağlığında ya-
ranmışdır  (3,  s.32).  İslamın  yarandığı  ilk  vaxtlarda  məscdlərdə  təhsil 
fəaliyyəti  “Məclis”  kəlməsi  ilə  ifadə  olunurdu.  İslam  Peyğəmbərinin 
Mədinə  şəhərində  Məscidi-Həbəvidəki  dərslərinə  “Məclisül-elm”  de-
yilmişdir. Bu məclisdə peyğəmbərin ətrafına iç-içə dairə şəklində otu-
ran dinləyici qrupuna “halqa” deyilib. 
Səfəvilərin  hakimiyyəti  dönəmində  Azərbaycan  ərazisində  fəa-
liyyət  göstərən  məscidlər  də  bənzər  özəliklərə  malik  olmuş  və  tədris 
prosesi  də  demək  olar  ki,  eyni  səpkidə  həyata  keçirilmişdir.  Bunu 
XVII  əsrdə  Səfəvilər  dövlətinin  ərazisinə  müxtəlif  missiyalar  yerinə 
yetirmək  üçün  gələn  ayrı-ayrı  diplomatların,  səyyahların,  gündəliklə-
rindəki qeydləri də sübut edir. Həmin səyyahlardan biri olan Holşteyn-
li  Adam  Oleari  1636-1638-ci  illərdə  bilavasitə  Azərbaycan  torpaqla-
rından keçmiş, şəhərlərin, qəsəbə və kəndlərin siyasi, iqtisadi və mənə-
vi həyatını gözləri ilə görmüşdür. Şamaxıda olarkən məscid nəzdində-
ki ibtidai məktəbə gedən və oradakı tədris prosesini bilavasitə müşahi-
də edən səyyah yazır ki, həmin günlərdə mən başqa bir yerə - yaşadı-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
103 
ğım mehmanxananın yaxınlığında olan bir məscidə və ya məbədə get-
dim ki, görüm onlar öz cavanlarını və uşaqlarını necə və hansı üsulla 
oxudurlar. Uşaqlar divarların dibi ilə dövrə vurub oturmuşdular. Molla 
isə bir neçə  yaşlı adamla ortalıqda  geniş bir  yerdə əyləşmişdi. Molla 
gözəl hərflərlə  yazılmış Quranı əlində tutmuşdu. Orada həm də Xəlil 
Münəccim  adlı  65  yaşlı  qoca,  hicazlı  bir  ərəb  astronom  da  vardı.  O, 
bəzi şagirdlərə ərəb dilində Evkilidi öyrədirdi (4, s.209).  
Adam Olearinin qeydləri Səfəvilər dövlətinin məktəb və maarif 
sistemi  (ibtidai  məktəblərin  müəllim  kontigenti,  tədrisi  metodikası, 
dərs vəsait və ləvazimatları) barədə nisbətən dolgun təsəvvür yaradır. 
O, qeyd edirdi ki, məktəblərin vahid proqramı yox idi. Şagirdlər 
əlifbanı öyrənib Quran oxumağı və əzbərləməyi bacarmalı idilər. Qu-
ran ərəb dilində olduğu üçün onu başa düşə bilmirdilər. Hətta çox vaxt 
onların müəllimləri də Quranın mənasını bilmirdilər. Məhz buna görə 
də Quran mexaniki əzbərləmə yolu ilə öyrədilirdi. Bundan əlavə, uşaq-
lar kiçik kitabçalar, o cümlədən Ubeyd Zəkaninin “Siçan və pişik”, Fə-
ridəddin  Əttarın  “Nəsihət-namə”,  Sədinin  “Gülüstan”,  Hafizin  “Di-
van” və s. əsərlərdən parçalar öyrənirdilər. Adam Oleari belə məktəb-
lərdən bəhs edərkən yazırdı ki, hər bir məktəbdə mövlana və ya müəl-
limlə bərabər bir nəfər xəlifə tədris işi ilə məşğul idi. Xəlifə mövlana-
nın  əməkdaşı  və  ya  onu  əvəz  edən  adama  deyilirdi.  Onlar  Qurandan 
başlayır, fars dilini öyrənir, sonra Sədinin “Gülüstan” və “Büstan” ını, 
Hafizin “Divan” ını oxuyurdular (5, s.23). 
Holşteynli  səyyah Səfəvillər dönəmində ölkənin  mədəni-maarif 
ocaqlarında istifadə olunan yazı ləvazimatları barədə məlumat bir növ 
paralel müqayisə apararaq verirdi. O yazırdı ki, kağız bir kətan parça-
dan hazırlandığı kimi onlar da pambıq parçadan düzəldirlər. Hətta da-
ha keyfiyyətli ləvazimat üçün ipək parçadan da istfadə edirlər. Onlar 
parçanın üzərindəki tük və qırış yox olana qədər onu hamar daşla ütü-
ləyirlər, o parlaq lövhəyə bənzəyir. Onlar mürəkkəbi nar qabığı və ku-
porosdan hazırlayırlar. Mürəkkəbin keyfiyyətli, yəni qatı olması üçün 
ona düyü, arpa qızardılıb yaxud yandırıb əzdikdən sonra qatışdırır və 
ondan qatı kütlə düzəldirlər. Bu cür hazırlanmış keyfiyyətli mürəkkəb-
lər Hindistandan da gətirilir. Mürəkkəb lazım olduqda onun bir tikəsini 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
104 
maye halında olan ağac yapışqan ilə təmizləyib ipək lifi ilə qarışdırıb 
ondan  mürəkkəb  əldə  edirdilər.  Qələmi  bizdəki  kimi  qaz  lələyindən 
deyil, qamışdan hazırlayırlar (6, s.106-107). 
Ölkə  ərazisindəki ibtidai  təhsil sistemi haqqında daha müfəssəl 
məlumat verməklə fərqlənən Adam Oleari, birbaşa olaraq müəssisələ-
rin özləri üçün kadr hazırlanması prossesi ilə məşğul olan, bəzi məqbə-
rələrin  nəzdində  fəaliyyət  göstərən  xüsusi  məktəblərin  mövcud  oldu-
ğunu da qeyd etmşdir. Ərdəbildəki Seyid Cəbrayıl məqbərəsinin nəz-
dində  fəaliyyət  göstərən  belə  məktəblərin  biri  haqqında  o  yazırdı  ki; 
kiçik hücrələrdə hafizlər şagirdlərə yazıb oxumağı öyrədirdilər. Hücrə-
lərədə  Qurani-Kərimin  çoxlu  nüsxələrini  müşahidə  edən  səyyaha  bu 
təhsil ocağında məqbərə üçün hafizlər, qoroyucular hazırlandığını bil-
dirmişlər (6, s.104). 
Ölkə ərazisindəki tədris ocaqlarında islam dini ehkamlarını təd-
risinə geniş yer ayrıldığını və A.Olearidən yuxarıda qeyd etmiş oldu-
ğumuz informasiya üzrə dini təşkilatların nəzdində xüsusi məktəblərin 
mövcud olduğunu nəzərə alsaq; Məhəmməd Yusif Qəzvini haqlı ola-
raq məktəb müəllimlərini “Allah qanunlarının mühafizəçiləri və Allah-
dan agah olma məktəbinin müəllimləri adlandırmışdır” (5, s.23). 
Məktəblərdə təlim fərdi yanaşma üsulu ilə aparılırdı. Uşaqlar ev-
lərindən gətirdikləri palaz, xalça üzərində dizi üstündə oturub dərs ke-
çirdilər.  Müəllim  isə  məktəbin  girəcəyində  oturur,  uşaqların  yaşlışı 
(xəlifə) müəllimin göstərişi ilə dərsi digər şagirdlərə öyrədirdi. Şagird-
lər dərsləri xorla ucadan oxuyurdular. Əzbərçilik tədrisin yeganə üsulu 
idi. A.Oleari qeyd edirdi ki, şagirdlərin mətni başa düşməsi, dərsi şüur-
lu surətdə mənimsəməsi nəzərə alınmırdı. Dərsini bilməyən şagirdlərə 
cismani cəza verilirdi (5, s.23). 
İlk səfəri A.Oleari ilə təqribən eyni vaxta təsadüf olunan J.B.Ta-
vernye isə tədris prosesini belə nəql edirdi; şagird kitabından bir neçə 
sətir  oxuyur,  müəllim  isə  onu  izah  edir.  Sonra  digər  şagird  oxumağı 
davam etdirir və bu qayda ilə mətnin oxunması sona çatdırılır. Şagird 
ona  verilən  tapşırığı  yerinə  yetirdikən  sonra  hörmət  əlaməti  olaraq 
oturmaq  üçün  müəllimin  əmrini  gözləyir.  Eyni  müəllim  gün  ərzində 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
105 
bütün fənləri tədris edir (7, s.264). Şarden uşaqların dərsdən sonra ata-
larının yanına gedib, orada sənət öyrəndiklərini qeyd edir (7, s.266). 
Şagird ibtidai təhsil ocağı sayılan məktəbi bitirdikdən sonra orta 
və ali təhsil müəssisələri  sayılan mədrəsəyə daxil ola bilərdi. Adətən 
ilkin təhsil pilləsindən sonra şagirdlərin təhsilini davam etdirməsi ailə-
nin maddi- iqtisadi durumundan asılı idi. 
Orta  və  ali  təhsil  müəssisəsi  hesab  edilən  mədrəsələr  haqqında 
müəyyən bir təsəvvür yaratmaq üçün 1657-1666-ci illər aralığında ti-
kilmiş, Təbrizin ən böyük mədrəsələrindən biri olan  “Sadiqiyyə” nin 
vəqfnaməsini nəzərdən keçirək. 
İkimərtəbəli binadan ibarət olan Sadiqiyyə mədrəsəsində 53 hüc-
rə (otaq) var idi. Həmin otaqlarda həm tədris işi aparılır, həm də tələbə 
və xidmətçilər yaşayırdılar. Mədrəsənin yuxarı mərtəbəsində müdərris 
üçün  xüsusi  hücrə  ayrılmışdı.  Mədrəsənin  cari  xərcləri,  o  cümlədən 
müddərislərin maaşı və tələbələrin təqaüdü mədrəsəyə verilmiş vəqflər 
hesabına  ödənilirdi.  Müdərrisə  gündə  205  dinar  hesabı  ilə  9  tümən 
maaş  və  ildə  min  batman  taxıl  verilirdi.  Yuxarı  mərtəbədə  16  hücrə 
yuxarı  sinif  şagirdləri  üçün  ayrılmışdı.  16  tələbənin  hər  birinə  gündə 
50 dinar hesabı ilə ayda 800 dinar, ildə isə 28 tümən 8 min dinar xərc 
nəzərdə tutulmuşdu. Mədrəsənin yuxarı və aşağı mərtəbələrində yerlə-
şən otaqlardan 17-si orta sinifdə, 17-si isə aşağı sinifdə oxuyan 17 tələ-
bə  üçün  ayrılmışdı.  Yuxarı  sinifdə  oxuyan  tələbələrdən  fərqli  olaraq 
orta sinif tələbələrinin hər birinə gündə 40 dinar, aşağı sinifdə oxuyan 
tələbələrin  hər  birinə  isə  30  dinar  gündəlik  xərc  təyin  edilmişdi.  İki 
otaq xidmətçilər üçün ayrılmış, onlara gündə 50 dinar, yəni yuxarı si-
nif  tələbələri  qədər  maaş  verilirdi.  Tələbə  səfərə  çıxdıqda  gündəlik 
xərc verilmirdi. Mədrəsədə təhsil alan tələbələr orada da yaşamalı idi-
lər (5, s.24). Vəqfnamədən belə anlaşılır ki, mədrəsədə aşağı, orta və 
yuxarı  siniflərdən  ibarət  3  sinif  fəaliyyət  göstərmişdir.  Mədrəsənin 
vəqf əmlakının siyahısı barədə vəqfnamədə təfərrüatlı məlumat veril-
mişdir. 
XVI-XVII əsrlərdə ölkə ərazisində fəaliyyət göstərən orta və ali 
təhsil  ocaqları  dövlət  və  yaxud  vəqf  hesabına  maliyyələşən  və  pullu 
mədrəsələr olmaqla əsasən 2 yerə ayrılmışdır. Pullu mədrəsələrdə təh-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
106 
sil alan tələbələrin maddi şəraiti acınacaqlı idi. Fransız missioneri Ra-
fael Düman tələbələrin ağır vəziyyətindən bəhs edərək yazırdı ki; “Tə-
ləbə  oxuduğu  müddətdə  əsərlərin  üzünü  yaxşı  xətlə  köçürmək  və 
gündə yarım bisli almaqla dolanırdı” (5,s.25). 
Səfəvi dövrünün maarif sistemini (xüsusəndə mədrəsə təhsilini) 
öyrənmək baxımından Tavernye və Övliya Çələbinin qeydləri mühüm 
tarixi əhəmiyyətə malikdir. Ö.Çələbinin qeydlərinin özəliyi ondadır ki, 
Səyyah ölkə ərazisində görmüş olduğu təhsil ocaqlarının sayını digər-
lərindən  fərqli  olaraq  konkret  rəqəmlərlə  göstərmişdir.  Urmiyada  6, 
Həmədanda 9 - (6, s.109), Şamaxıda 7 - (4, s.219) mədrəsənin mövcud 
olduğunu  qeyd  edən  Ö.Çələbi  Təbriz  şəhərində  bəhs  edərkən  yazırdı 
ki, Təbrizdə 47-yə yaxın mədrəsə var. Onlar abad tədris müəssisələri-
dir, onlar müxtəlif elmlər öyrənilir və bir çox tanınmış müəllimlər işlə-
yir. Ən böyük mədrəsə Şahi Cahan mədrəsəsidir (4,s.216). 
Səyyah  şəhərdə  qeyd  etdiyi  bu  mədrəsələrlə  yanaşı  20-ə  qədər 
Darül Kurra və Darül  Hədisin də olduğunu bildirir. Onların hər ikisi 
dövrün  müxtəlif  tipli  mədrəsəsi  olub  Darül  Kurrada  Qurani  Kərimin 
oxu qaydaları, üsulu öyrədilir və Darül Hədisdə isə şəriətin əsası, yəni 
Həzrəti  Məhəmmədin  (s.ə.s)  hədisləri,  Həzrəti  Əli  və  imamların  kə-
lamları, onlar haqqında olan rəvayətlər oxunur, tədris edilirdi. Səyyah 
özünün  məzhəb  mənsubiyyətinə  uyğun  qaydada  bu  mədrəsələrdəki 
tədris üsulu haqqında da məlumat verərək yazırdı ki, amma əcəmlərə 
Qurani Kərimi düzgün tələffüzlə oxumaq müəyəssər olmamışdır. Ço-
xu oxuda səhvə yol verir. Lakin alimlər hədis elimində şöhrət tapmış-
lar. Həzrəti Əli və on iki imama inanır və Əlinin kəlamlarını bəzən düz 
şərh etmirlər. Ancaq Həzrəti Əlinin hədislərinə dair çoxlu kitabları var-
dır (6, s.109-110). Mədrəsələrdə dini dərslərlə yanaşı, hesab, həndəsə, 
cəbr, coğrafiya, ədəbiyyat, astronomiya, təbabət fənləri də tədris edilir-
di. A.Oleari və Tavernyenin qeydlərində mədrəslərdə hansı dərslikdən 
istifadə edildiyini görə bilərik. 
Tavernye yazırdı ki, mədrəsələrdə ilahi hikmət və məntiq öyrə-
dilirdi və onların çoxlu dərs kitabları vardır. Qədim dərs kitablarından 
birinin müəllifi  Xacə  Nəsirəddin Tusi  adlı şəxsdir. O,  ərəb və  yunan 
dillərinin bilicisi olmuş, hər iki dildən bir çox əsərləri fars dilinə tərcü-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
107 
mə etmişdir. Onlarda Aristotelin də  əsərləri vardır. Əqidələrinə  görə, 
qərb ölkələrinin əsərlərini əziyyət çəkməsən tapa bilməzsən. Ptolome-
yin, Evkilidin əsərləri, Arximedin əsərlərinin, kəşflərinin bəzi bölmə-
lərində və bir çox başqa ali kitablardan təlim və tədrisdə istifadə edi-
lirdi.  Onların  şerə  də  böyük  diqqət  və  maraqları  vardır.  Şerləri  məz-
munlu  və  ali  təşbehinə  görə  çox  gözəldir.  Şerlərinin  qafiyəsi  fransa 
poeziyasının qafiyəsinə bənzəyir. Təbabətə aid dərslikləri isə Əbu Əli 
ibn-Sinanın tibbi kitabı, tarix fənni üzrə isə mötəbər kitabları “Rövzət 
üs-Səfa”dır (Mirxondun əsəri). Qeyd olunan bu kitabların baha olma-
sına baxmayaraq dərs kitabları olduğuna görə onları hamı, hətta xırda 
tacirlər də, sənətkarlar da alırlar (6, s.110-111). 
Tavernyenin qeyd etmiş olduğu müəllif və dərslik adları demək 
olar ki, A.Oleari qeydlərində də öz əksini tapmışdır. A.Oleari Aristo-
telin fəlsəfi əsərlərinin nəinki tədris olunduğunu, həm də elm adamları 
olan mədrəsə müəllimlərinin, tələbələrinin ona böyük qiymət verərək 
“Dünya piyaləsi” adlandırmalarından xəbər verirdi (6, s.111). 
1684- cu ildə Azərbaycanda və İranda olmuş alman səyyah En-
gelbert Kempfer də mədrəsələrdə ayrı-ayrı fənlərin tədris olunduğunu 
qeyd etmişdir. O, tədris prosesini şərh edərkən bir sıra nöqsanları gös-
tərməsinə  baxmayaraq,  Azərbaycanda  olan  mədrəsələri  Avropadakı 
universitetlərlə  müqayisə  edərək  onların  eyniliyini  bildirmişdir  (2, 
s.75). 
Məktəb və mədrəsə təhsilinin inkişafı, elmi biliklərin inkişafına 
da səbəb olurdu. Orta əsr Azərbaycan mədrəsələri tədris müəssisələri 
olmaqla yanaşı, həm də elm ocaqları idi. Dövrün tanınmış elm xadim-
ləri, müddərisləri elm və tədris ocaqları olan bu mədrəsələrdə mülahi-
zələr söyləmişlər. XVI-XVII əsrlərin tanınmış müddərislərindən Möv-
lana  Əbdülsəmədi,  Qazi  Şeyəmini,  Təbrizli  Mirzə  Vaqini,  Mövlana 
Rəcəbli Vahidi riyaziyyatda aid gözəl əsərləri ilə ad qazanmış Mövla-
na Nəsrulla Xalxalinin xatırlamaq olar (8, s.436). 
Bir sıra Azərbaycan müəllimləri fərqli coğrafi ərazilərdə müxtə-
lif elimlərdən dərs deməklə həmin coğrafi alanda da tanınmışlar. Hə-
min müəllimlərdən Dəməşqdə çalışan Şəhüstərli Əbülfəth, Hindistan-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
108 
da  müxtəlif  elmləri  tədris  edən  Ordubadlı  Mirzə  İbrahimi  göstərmək 
olar (8, s.437). 
Bəhs  etdiyimiz  dövrün  elm  xadimləri  və  müəllimləri  haqqında 
təsəvvürü  düşünürəm  ki,  Ö.Çələbinin  Təbriz  müddərislərindən  bəhs 
edərkən  qeyd  etmiş  olduğu  ifadə  ilə  yaratmaq  daha  məqsədə  uyğun 
olardı. “Fuzəlayi dəhrdən alimlər vardır” (2, s.75). 
Prof.S.Onullahi,  J.Şardenə  istinad  edərək  yazır  ki,  XVII  əsrdə 
İranda və Azərbaycanda elm və bilik sahəsində xeyli uğurlar qazanıl-
mışdır. Onlar hətta çinlilərdən də irəli gedirlər. Onlar alim və tələbələri 
sevirlər. Bütün həyatlarını elm və biliyə sərf edirlər. Ailəli olmaq, çox-
uşaqlılıq, məqam və vəzifə hətta yoxsulluq onları elmi ilə məşğul ol-
maqdan çəkindirmir (9, s.129-130). 
Bu informasiyadan belə nəticəyə gəlmək olar ki, XVII əsrdə Sə-
fəvi hüdüdları daxilində yaşamış toplum, elm və təhsilə rəğbət hissi ilə 
yanaşmış, öyrənmək və öyrətmək hissi yüksək olmuşdur. 
Səyyahların  qeydlərində  belə  anlaşılır  ki,  Səfəvilərin  mədəni-
maarif  sistemi  daxilində  bir  sıra  boşluqlar  mövcud  olsa  da,  “Səfəvi 
mədəni-maarif sistemi” dövrün tələblərinə cavab verə biləcək durum-
da idi. 
ƏDƏBİYYAT 
1. Xeyirbəy Qasımov. Azərbaycan mədəniyyəti (XVI – XVII əsrlər)
Bakı, Nurlan, 2002. – 170s. 
2. S.M.Onullahi. Azərbaycanda Səfəvilər dövründə maarif sistemi // 
“Azərbaycan məktəbi” jurnalı, Bakı, 1974, №7. 
3. F.Səfərli. Məscidlər müsəlmanların ibadəti, zikr və təhsil yeri kimi // 
Tarix və onun problemləri, Bakı, 2004, №2. 
4. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, Çıraq, 2007. – 400 səh. 
5. S.M.Onullahi. XVI – XVII əsrlərdə Təbrizdə maarif sisteminin bəzi 
məsələlərinə dair // Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri 
TFH seriyası, 1974, №4. 
6. A.Baxşəliyev. Güney Azərbaycan şəhərlərinin mədəni həyatı səyyah 
gündəliklərində (XVI – XVII yüzilliklər). Bakı, 2003. –181s. 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
109 
7. Z.Həsənəliyev. XVII əsrdə Səfəvi dövlətinin beynəlxalq əlaqələri
Bakı, 2007. – 344s. 
8. S.Əliyarlı. Azərbaycan tarixi. Bakı, Çıraq, 2009. 
9. E.Aslanova. Azərbaycan XVII əsr Avropa Səyyahlarının təsvirində 
(J. Şarden, J.B.Tavernye, Y.Streys). Bakı, 2008. 
10. Seyidağa Onullahı. XIII-XVII əsrlərdə Təbriz şəhəri (sosial-
iqtisadi tarix). Bakı, Elm nəşriyyatı, 1982. – 284s. (Online). Mənbə: 
http://bilasuvar.cls.az/front/files/libraries/525/books/568503396.pdf 
[Baxılıb: 30.04.2017]. 
Физули РАМАЗАНОВ 
Студент IV курса гр. SABAH, 
Бакинского Государственного Университета 
ОБРАЗОВАНИЕ В СЕФЕВИДСКОМ ГОСУДАРСТВЕ 
(XVI – XVII вв.) 
В  статье,  на  основе  дневников  и  мемуаров  средневоковых 
европейских путешественников, рассказывается об образователь-
ной системе в Сефевидском государстве в XVI – XVII вв. 
 
Fizuli RAMAZANOV 
4-year student qroup of SABAH, 
Baku State University  
EDUCATİON İN THE SAVAFİD STATE 
(XVI – XVII centuries) 
The article, based on the diaries and memoirs of medieval Euro-
pean travelers, describes the educational system in the Safavid state in 
the 16th-17th centuries. 
__________________________ 
 
 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə