I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə27/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
83 
Göründüyü kimi, Xaqan I Abbas öz hakimiyyəti zamanında id-
diaların əksinə farspərəst siyasət yeritməyib, o digər Səfəvi xaqanları 
kimi türk kimliyini, türk simvolikasını qoruyub saxlayıb və onun təd-
birləri dövlətimizin mahiyyətini dəyişməyib. 
Epiqrafik abidələrimizdə rast gəlinən digər bir türk simvolu ay-
para  və  ulduz  simvoludur.  Şəki  rayonunda  yerləşən  1596/97-ci  il 
tarixli  məscidin  divarı  üzərində  olan  [18,  80],  Baş  Laysk  kəndində 
Şeyx Nurullanın baş daşında [18, 162], Dağdibi məzarlığında yerlə-
şən 2№-li məzarın baş daşında [18, 167] və digər yüzlərlə epiqrafik 
abidələrimizdə aypara və ulduz simvoluna rast gəlmək mümkündür. 
Ulduz damğaları arasında ən çox yayılanlar 5, 6 və 8 guşəli ulduzlar-
dır ki, bunlar da abidələrimizdə geniş şəkildə istifadə edilmişdir. Bu 
simvol təsvir edilərkən ay üzü yuxarı təsvir edilirdi. Epiqrafik abidə-
lər, o cümlədən bir çox tarixi bayraqlarımızda, Azərbaycan hökmdarı 
Nadir şahın (1736-1747) taxtında ay-ulduz simvoluna rast gələ bilə-
rik. Əslində bu simvolda ulduz günəşi ifadə edir. İslam dininin yayıl-
masından sonra 5 və 8 guşəli ulduzlar dini ehkamlarla əlaqələndiril-
di. Bununla belə Xaqan I İsmayıl Səfəvi də öz şeirlərində bu simvolu 
ay-günəş şəklində təqdim edir. Səfəvi sülaləsinin hakimiyyəti zama-
nında  dövlət  bayraqlarının  bir  qismi  də  ay-ulduzlu  bayraqlar  idi. 
Müasir dövrümüzdə Azərbaycan ordusunun baş geyimlərində də ay-
ulduz simvolu qədimdə təsvir edildiyi kimi üzü yuxarı olaraq təsvir 
edilir [4, 141]. 
Bakıda yerləşən Azərbaycan Dövlət Tarix Muzeyində qorunan 
1285/86-ci  il  tarixli  sənduqənin  üzərində  N.Gəncəvinin  “Yeddi  gö-
zəl”  əsərindən  bir  fraqment  təsvir  edilmişdir  [17,  46].  Ceyran  ovla-
yan  atlının  atının  quyruğunun  düyünlü  olması  yas  kultuna  işarədir. 
Bu  cür  sənduqələrə  Quzey  Azərbaycan  ərazisində  çox  rast  gəlinir. 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
84 
Zəngəzur rayonunun Urud kəndində olan 1503/04 və 1555/56 tarixli 
sənduqələrdə  döyüş  səhnələri  təsvir  edilmişdir  və  burada  yer  alan 
atlılarında atlarının quyruqları kəsik olaraq təsvir edilmişdir [19, 71]. 
1871-ci il tarixli inventar nömrəsi 7355 olan mis tabaqın üzə-
rində ov prosesi təsvir edilmişdir [7, 53]. Burada qaçan və pusquda 
duran  pələnglər  və  eyni  zamanda  6  ovlanan  quş  təsvir  edilmişdir. 
Heyvanları  qutsal/müqəddəs  qəbul  edən  türklərdə  heyvan  biçiminə 
girmə inancı var idi. Türklər xüsusən vəhşi heyvanlar – aslan, pələng, 
bəbir, ayı kimi heyvanların təsvirləri olan məişət əşyalarından istifa-
də etməklə bu heyvanların gücündən yararlanmaq istəmişlər [1, 167]. 
Azərbaycan Dövlət Tarix Muzeyində Azərbaycan Qacar dövlə-
tinin  hökmdarı  olmuş  Fətəli  şah  Qacarın  (1797-1834)  şəxsi  bayrağı 
qorunur.  Bayrağın  üzərində  h.1239/m.1823/24-cü  il  tarixi  göstəril-
mişdir. Bayrağın bir üzündə Quranın Fəth surəsinin 1-ci ayəsi yazıl-
mış, digər üzündə isə aslan-günəş simvolu  təsvir edilmişdir [7, 51]. 
Diqqəti çəkən məqam budur ki, bayraq üzərində təsvir edilən aslan-
günəş simvolunda aslan əli qılınclı olaraq təsvir edilmişdir. Səlcuqlu-
lar  zamanında  da  bu  simvol  təsvir  edilərkən  aslan  əli  qılınclı  təsvir 
edilirdi.  Səfəvi  və  Əfşar  xanədanlıqları  zamanında  isə  bu  simvolda 
aslan əli qılıncsız olaraq təsvir edilmişdir. Türk hökmdarları və bəy-
ləri güc, qüdrət və hakimiyyəti ifadə etdiyi üçün şirlə bağlı titullar və 
adlar  daşıyırdılar.  Azərbaycan  hökmdarı  Qızıl  Arslan  (1186-1191), 
Anadolu Səlcuqlu dövlətində bir neçə Qılınc Arslan adlı hökmdarlar 
buna misaldır. Şir günəşi ifadə etdiyindən qızılbaş-bektaşi inancında 
İmam Əli obrazı ilə eyniləşmişdir. İmam Əli qızılbaş-bektaşilər ara-
sında  “Allahın  aslanı”  kimi  təsvir  edilmişdir [8, 223].  Türklər  üçün 
müqəddəs olan bayraqda da təsvir edilmiş simvol və bayrağın rəngi 
xüsusi  önəm  kəsb  edirdi.  Aslan  motivi  Səfəvi  xanədanı  zamanında 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
85 
Sultan  Şah  I  İsmayılla  gündəmə  gəlmişdir.  Bəzi  tədqiqatçılar  bunu 
qədim fars ənənəsi olduğunu idda etsə də, bu doğru deyildir. Səfəvi 
ailəsinin Bəlx tiqinləri ilə yaxın olması mənbələrdən bizə məlumdur. 
Səfəvilər  aslan  motivini  məhz  buradan  almışlar.  Qərbi  Göytürk  xa-
qanlığının bayrağında da aslan təsvir edilmişdir. Aslan simvolu Qəz-
nəvi, Qaraxanlı, Səlcuqlu, Məmlük, Babur, Əfşar və Qacar xanədan-
larında dövlət simvolu kimi istifadə edilmişdir [5, 123; 8, 222-224]. 
Türk  dövlətlərində  tək  bayraq  anlayışı  olmadığından  dövlətin  xeyli 
sayda  bayraqları  olurdu.  İskəndər  bəy  Münşi  Şah  I  Təhmasibin 
(1524-1576) Van yürüşündə “Bükürük” adlı bayraqdan istifadə etdi-
yini  yazırdı.  İ.Münşi  Xaqan  I  İsmayılın  əjdaha  rəsmli  bayraqlardan 
da istifadə etdiyini qeyd edirdi [6, 77, 137]. Əjdaha simvolunun daha 
çox Çinə məxsus olması düşünülsə də bu yanlışdır. Əjdaha simvolu 
eyni  zamanda  türklərdə  də  olmuşdur.  Göy-Yer-Su  üsnürlərinə  bağlı 
olan  əjdaha  simvolu  haqqında  Çin  mənbələri  məlumatlara  rast  gəl-
mək mümkündür. Şih-Çi və Hou-han-şu adlı Çin mənbələrində hun-
ların  əjdaha  festivalı  keçirməsindən  bəhs  edilir  [1,  132-133].  O.Ba-
yat, eyni zamanda bir çox Avropa səyyahları kimi M.Membre də Sə-
fəvi  xanədanın  xeyli  sayda  bayrağa  malik  olduğunu  qeyd  etmişlər 
[14, 44-45; 16, 34-35]. Şah I İsmayıl da miniatürlərdə təsvir edilər-
kən ağ, qırmızı və s. rəngli bayraqlarla təsvir edilirdi [11, 341, 343, 
347]. Bundan əlavə hər bir tayfa başçısının da öz bayrağı var idi [2, 
255]. 
Yuxarıda sadalananlardan əlavə epiqrafik abidələrimizdə xeyli 
sayda fil, dovşan, qurd, pələng, aslan, qartal və s. türk simvolikasında 
önəmli olan heyvan təsvirləri  yer almışdır. Bu simvolların  araşdırıl-
ması tarixşünaslığımızda qaranlıq qalan məqamların öyrənilməsində 
bizlərə yardımçı ola bilər. 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə