I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   25   26   27   28   29   30   31   32   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
90 
inkişaf etdirmişdir. Almaniya ilə Avstriya-Macarıstan arasındakı mü-
nasibətlərin  sürətlə  inkişafını  Rusiya  narahatlıqla  izləmişdi.  Çünki, 
bu iki dövlətin yaxınlaşması Rusiyanın cənubunda güclü bir Pan-Al-
man  blokunun  qurulması  demək  idi.  Rusiyanın  buna  qarşı  bir  Pan-
Slavyan dövləti yaratması imkansız idi. Çünki, bu torpaqlar Osman-
lının hakimiyyəti altında idi. İngiltərə və Fransa ilə də bir ittifaq im-
kansız  idi.  Tək  yol  alman  bloku  ilə  yaxın  münasibətlər  qurmaq  idi. 
1872-ci il sentyabrda Almaniya, Avstriya-Macarıstan və Rusiya ara-
sında  bir  toplantı  düzənləndi  hansı  ki,  birinci  “Üç  imperator  liqası” 
adlanır. Bu toplantıda bir müqavilə  imzalandı. Bu müqavilənin  əsa-
sını bu üç dövlətin Avropada ortaq siyasət izləmək qərarı təşkil edir-
di  [3;  21-22].  Rusiya  niyyətlərini  həyata  keçirmək  üçün  digər  amil 
Balkanlarda baş verən üsyanlar oldu. 
Avstriya-Macarıstan imperatorluğu Almaniyaya məğlub olduq-
dan sonra, artıq genişlənmə ümidlərini Balkan ölkələrinə çevirmişdi. 
Bu genişlənmənin ilk addımı Çernaqoriya və Serbiyanı himayəsi al-
tına almaq və Bosniya-Hersoqovinanı  ilhaq etmək idi. Bu məsələdə 
Vyana höküməti Almaniyadan dəstək alacağına  da ümid edirdi. Al-
man  Baş  Naziri  Bismark  bununla  bağlı  Viyanaya  təminat  vermişdi. 
Çünki, Avstriyanın Balkan ölkələrinə yönəlməsində Almaniyanın da 
böyük mənfəətləri var idi. 1875-ci ildən etibarən Avstriya Balkan öl-
kələri ilə sərhəddi olan əyalətlərdə bir mədəniləşdirmə vəzifəsinə sa-
hib olduğundan danışmağa başlamışdı. 1875-ci ildə Avstriya impera-
torunun Dalmaçiya torpaqlarına bir səyahətə çıxması və bu səyahətdə 
Çernaqoriya şahzadəsini, Hersoqovinadan gələn xristian heyətləri qə-
bul  etməsi  Avstriyanın  bu  məsələdə  fəaliyyətə  keçdiyini  göstərirdi. 
Bu səyahətin sonunda Hersoqovinada üsyanın başlanması diqqət çə-
kicidir [4; 242-243]. 
ⅩⅨ  əsr  boyunca  Osmanlı  dövləti  ilə  müharibə  edən  Rusiya, 
xüsusilə  Osmanlı  dövlətinin  Balkan  torpaqlarındakı  millətçi  üsyan-
lardan  və  slavyanlar  üzərindəki  təsirindən  faydalanmışdır.  Balkan 
torpaqlarında  yaşayan slavyan əsilli millətləri təşviq edərək və milli 
duyğularının  oyanmasını  təmin  edərək  onların  Osmanlı  Dövlətinə 
qarşı üsyan etmələrinə səbəb olmuşdu. 1875-ci il Hersoqovina, 1876-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
91 
cı il Bolqarıstan ve Selanik üsyanları, 1876-cı il Çernaqoriya-Serbiya 
müharibəsi Rusiyanın bu siyasətinin nəticəsidir. Bunu edərkən sadə-
cə Panslavist agentlərin təxribatlarından yararlanmamış, eyni zaman-
da  bütün  əsr  boyu  onların  hər  cür  əqli  ve  təhsil  fəaliyyətlərinə  də 
maddi kömək etmişdir. Rusiya, ⅩⅨ əsrin əvvəllərindən etibarən Bö-
yük Slavyan Dövləti qurmaq, İstanbul və Boğazları ələ keçirərək də-
nizlərə çatmaq və Balkan ərazisində özündən aslı kiçik dövlətlər qura 
bilmək üçün bir çox planlar hazırlamışdır. Lakin bu məqsədlər Avro-
panın digər dövlətlərinin xüsusilə də İngiltərənin məqsədləri ilə qar-
şılaşmışdır.  Avropanın  heç  bir  dövləti,  güclü  bir  dövlətin  Osmanlı 
dövləti üzərində tək başına təsiri olmasını istəmirdi. Rusiya, İngiltərə 
və Fransa arasındakı Şərq siyasəti ilə bağlı rəqabəti 1856-cı il Kırım 
müharibəsinə yol açmışdır ki, bu müharibə bir qırılma nöqtəsidir. Bu 
tarixdən sonra Rusiyanın Balkan millətləri üzərindəki Panslavist fəa-
liyyətləri  artmış  ve  sistemli  bir  hala  gəlmişdir.  Panslavist  İqnatiev 
1864-cü ildə İstanbula Rus səfiri olaraq göndərildi. Beləcə İstanbul-
daki Rusiya səfiri, Balkan ərazisində komitə ve ayaklanma hərəkətlə-
rinin komanda mərkəzi  halına gəldi. Rusiya Panslavist siyasətini  və 
Balkan  ərazisindən Aralıq dənizinə  enmə arzusunu gerçəkləşdirmək 
üçün  Balkanların  hər  yerinə  Panslavist  nümayəndələr  göndərdi  [5; 
678-679]. 
Osmanlı  dövlətinin  zəifləməsi,  xarici  qüvvələrin  müdaxiləsi 
artdıqca  Hersoqoviniyadan  başlanan  üsyan  dalğası  Bolqarıstana  da 
güclü təsir göstərdi. Hansı ki, bu üsyan 1877-1878-ci illər Osmanlı-
Rus  müharibəsində  Osmanlının  tamamilə  müttəfiqsiz  qalmasına  sə-
bəb oldu. Belə ki, 1876-cı ilin mayında meydana gələn Bolqar üsyanı 
ilə  bağlı  çoxu  gerçəkdən  uzaq  olan  Bolqar  və  Amerkan  missioner 
qaynaqlı xəbərlər ingilis icimaiyyətində böyük təlaş qopardı və libe-
ralların  öncül  fəaliyyəti  ilə  müsəlman-türk  əleyhinə  kompaniyaların 
yaranmasına səbəb oldu. Nəticədə Dizraeli hökümətini Rusiya qarşı-
sında hərəkətsiz buraxdı. Baş Nazir Dizraelinin Hindistan naziri Lord 
Salisburiyə  yazdığı  3  sentyabr  tarixli  bir  məktubunda  yer  alan  bu 
sözlər  Bolqar  hadisələrinin  ingilis  siyasəti  üzərindəki  təsirini  ortaya 
qoymaq  üçün  yetərlidir:  “Əgər  bu  uğursuz  qətliamlar  olmasa  idi, 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
92 
İngiltərə üçün çox şərəfli və Avropanı məmnun  edən bir sülh etmiş 
olardıq” [1; 503]. 
Əvvəldə  də  qeyd  etdiyimiz  kimi  Rusiyanın  Osmanlı  əraziləri 
ilə bağlı yüzillər ərzində gerçəkləşdirmək istədiyi planları üçün əlve-
rişli  şərait  yaranmışdı.  Osmanlı  dövləti  ilə  bağlı  hazırlanan  tələni  o 
günün və hadisələrin şahidlərindən olan İngiltərə Xarici  İşlər Naziri 
Lord  Salböri  belə  danışır:  -  Mithəd  Paşa  mənə  dedi  ki:  “Rusiyanın 
əleyhimizə  bir  plan  hazırlamaqda  olduğunu  bərabər  dəyərləndirək. 
Bu müharibə bizim üçün ziyanlı olduğu qədər, sizin üçün də nəticələ-
ri pis olacaq. Mənim və dostlarımın əsas qayəsi, Rusiyanın irəli sür-
düyü səbəbləri, millət və vətənimizin səadət ve hüzuru alına biləcək 
tədbirlərlə  təlafi  edərək  ortadan  qaldırmaq  ve  düşmənimizin  gerçək 
üzünü insanlıq aləminin önünə qoymaqdır. Rusiya reallıqda, Balkan 
ərazisində  xristian  xalqlarının  güya  məruz  qaldığı  haqsızlıqları  irəli 
sürərək  insani  duyğuları  istismar  edərək  müharibəyə  səbəb  hazırla-
mağın ardınca, bu xalqları bəhanə edərək genişlənmək siyasətini ger-
çəkləşdirmək ve dövlətini Avropanın göbəyinə qədər uzatmaq plan-
ları hazırlamaqdadır. Rusiyanın ehtirası sonsuzdur. Nə Asyada, nə də 
Avropada onu doydurmaq imkansızdır. Dünya bir gün başa düşəcək 
ki,  türklük  və  müsəlmanlıq,  Rusiyanı  sərhədləri  içərisində  tutaraq, 
genişlənməsinin  qarşısını  alaraq  insanlığa  ən  büyük  xidməti  yerinə 
yetirməkdədir”.  “Aralıq  dənizinə  çıxmış  bir  Rusiyanın  Hind  yolu 
üzərində  nə  muazzam  təhlükə  olacağını  düşünərək  lütfən  cavab  ve-
rin” [6; 85]. 
İkinci  Aleksandrın  atası  Nikolay,  Kırım  müharibəsində,  Rus 
ordusu müttəfiq Türk-İngilis-Fransız-İtalyan orduları qarşısında məğ-
lub olduqda intihar etmiş və oğluna intiqamını almağı vəsiyyət etmiş-
dir. Qatı bir Ortodoks olan İkinci Aleksandr, hakimiyyətinin əvvəllə-
rində üzdə tətbiq etdiyi azadlıq tədbirlərindən Polonya ve Baltik üs-
yanlarından sonra əl çəkmiş, xüsusən də Macar millətçilərinin Rusiya 
ve  Avstriyaya  qarşı  iki  tərəfli,  apardıqları  azadlıq  mübarizəsi  onu 
bütünlüklə  istibdat  sisteminə  bağlamışdı.  Aleksandr,  Fransanın  Al-
maniya tərəfindan məğlub edilməsindən sonra, Kırım müharibəsinin 
qərbli  iki  müttəfiqi  İngiltərər  və  Fransadan  da  intiqam  üçün  fürsət 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə