I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   25   26   27   28   29   30   31   32   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
99 
Ulviya HASANOVA 
Master student of I course 
Baku State University 
 
POSITION OF THE OTTOMAN STATE 
ON THE EVE OF RUSSIAN-TURKISH WAR 1877-1878: 
REGARDING THE POSITION OF RUSSIA 
AND EUROPEAN STATES 
The  article  portrays  some  aspects  of  the  challenges  faced  by  the 
Ottoman Empire on the eve of 1877-1878 Russian-Turkish war. The 
powers craving to size some of the territories of the Ottoman Empire, 
which had lost its strength became more active Russia not willing to 
miss  this  opportunity  was  striving  to  recover  its  territorial  losses 
suffered  during  the  Crimea  war  and  expand  its  territories  at  the 
expense  of  Ottoman  lands.  Prime  Minister  of  Germany  Bismark 
wanted to strengthen its influence in Balkans and extend its power in 
these  countries.  England  pursued  the  policy  of  preventing  the  risks 
that could  impact  its possessions in  the East  and specially those on 
the  way  to  India.  Balkan  rebellions  and  missionary  propaganda 
disturbed  the  policy  of  England  towards  the  Ottoman  Empire  and 
Istanbul conference initiated by England failed. 
_____________________________ 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
100 
Fizuli RAMAZANOV 
Bakı Dövlət Universiteti, 
SABAH qrupu IV kurs tələbəsi 
E-mail: fizuli.ramzanov.92@mail.ru 
SƏFƏVİ DÖVLƏTİNDƏ MAARİF (XVI – XVII əsrlər) 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Bəymirzə ŞABİYEV 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Səfəvi dövləti, səyyahlar, maarif, məscid, məktəb, mədrəsə 
Ключевые слова: Сефевидское государство, путешественники, 
образование, мечет, школа, медресе 
Keywords: Safavid state, trevelers, education, mosques, school, madrasa 
XVI əsrdə Azərbaycan torpaqlarının vahid bir siyasi mərkəz ət-
rafında  birləşdirilməsi  ilə  ölkənin  sosial-iqtisadi,  ictimai-siyasi  sfera-
sındakı XV əsrin sonları üçün səciyyəvi olan durğunluq dönəmi, tədri-
cən tərəqqi mərhələsinə qədəm qoydu. Mərkəzdənqaçma meyillərinin 
və siyasi pərakəndəliyin aradan qaldırılması ilə ölkənin mühüm ticari-
tranzit yolları üzərində yerləşən şəhərləri də daha sürətli inkişaf etmə-
yə başladı. Belə ki, şəhər həyatının sosial-iqtisadi durumu yaxşılaşdıq-
ca mədəni sferasında da canlanma baş verirdi. Şəhərlər abadlaşdırılır, 
dağıdılmış  ictimai  təyinatlı  binalar  bərpa  edilir,  yeni  mədəni-maarif 
ocaqları yaradılırdı. 
XVI-XVII əsrlərdə ölkə ərazisində məktəb və mədrəsələrin sayı 
artmağa başladı. Bu faktı Səfəvilər dönəmində ölkə ərazisində olmuş 
əcnəbilərin məscid, mədrəsə və məktəblərin sayı haqqında gündəliklə-
rindəki  qeydləri də sübut  edir. Məsələn,  Övliya Çələbi səyahətnamə-
sində Təbrizdə 600, Urmiyada 40, Həmədanda 40, Qəzvində bir neçə 
məktəbin olmasını qeyd etmiş, Tavrenye iri şəhərlərin hətta hər küçə-
sində  bir  neçə  abad  məktəb  binasının  mövcud  olduğunu  vurğulamış, 
Adam Oleari hər şəhərdə nə qədər küçə varsa, o qədər məscid və o qə-
dər də məktəb olmasını göstərmişdir. Bütün bunlar Səfəvi xanədanlığı 
dönəmində ölkənin təhsil sisteminə dövlət səviyyəsində qayğı ilə  ya-
naşıldığını göstərir. 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
101 
Tədris ocaqlarına belə qayğı və diqqət ayrılmasının səbəblərin-
dən  biri  qızılbaşların  hakimiyyətə  gəlməsində  və  Səfəvi  xanədanlığı-
nın  möhkəmləmisndə  yardımcı  olan  hakim  ideolagiyasının  şiəliyin 
təbliği  ilə  əlaqədar  idi.  Odur  ki,  Səfəvi  şahları  tədris  ocaqları  olan 
məktəb, mədrəsə və məscidləri himayə edirdilər (Qeyd: məktəb anla-
yışına ilk dəfə İranda təsadüf olunmuşdur və bu anlayışı ilk dəfə VIII 
əsrin əvvələrində İranda xəlifənin canişini olan Həccac ibn Yusif işlət-
mişdir) (1, s.91). Hətta Səfəvi şahlarının özləri də yetim uşaqlar üçün 
məktəblər təsis  etdirmişdilər.  Qazi Əhməd Qumi  “Xilasət-ut təvarix” 
adlı əsərində qeyd edir ki, Şah Təhmasib (1524-1576) bir sıra şəhərlər-
də, o, cümlədən Təbrizdə yetim uşaqlar üçün məktəb açdırmış, müəl-
lim və müəllimələr təyin edilmişdir. Hər il belə məktəblər üçün xəzi-
nədən külli miqdarda qızıl sərf olunurdu (2, s.72). 
Əvvələr olduğu kimi, XVI əsrdə də Azərbaycanda maarifin baş-
lıca mərkəzləri dini təşkilatlar (məscidlər) idi. Təhsilin məscidlər əsa-
sında inkişafından bəhs etmədən öncə; türk islam dünyasında ilk məs-
cidlərin harada, kimlər tərəfindən, nə vaxt salınması və hansı funksiya-
ları özündə ehtiva etdiyi nəzərdən keçirək. 
Məscidlər  orta  əsrlər  zamanı  Müsəlman  Şərqində  əhalinin  top-
laşdığı əsas sosial və ideoloji mərkəzlərdən biri idi. Əsası islamın ilk 
illərində qoyulmuş məscidlər müsəlmanların ibadət yeri idi. İslam tari-
xində məscid adladırılan ilk yer Qüds (Yerusəlim) şəhərindəki Məscid 
Əl-Əqsa (Uzaq məscidi) olmuşdur. Sözü gedən məscid əvvəl yəhudi-
lərə  məxsus  məbəd  olmuşdur.  İslam  dininin  banisi  Məhəmməd  Pey-
ğəmbər  (s.ə.s)  oradan  Meraca  getdiyi  və  müsəlman  ibadəti  ilk  dəfə 
orada  həyata  keşirildiyindən  bu  məbəd  məscid  adlandırılmışdır.  Adı 
“Qurani-Kərim”də xatırlanan bu məscid indi də müsəlman dünyasında 
Məkkə şəhərindəki Məscid əl-Həram (Toxunulmaz məscid ) və Mədi-
nə  şəhərindəki  Məscid  ən-Nəbidən  (Peyğəmbər  məscidi)  sonra  3-cü 
müqəddəs yer sayılır (3, s.28). 
Məscid  Əl-Əqsa  “Qurani-Kərim” də ilk məscid kimi xatırlansa 
da,  o  islamdan  əvvəl  olduğu  üçün  islam  tarixində  tikilən  ilk  məscid 
Məhəmməd Peyğəmbərin (s.ə.s) 622-ci ildə Məkkədən Yəsrib (indiki 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə