I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
76 
Polad RZAYEV 
Master degree of the Baku State University 
 
COLLAPSE OF THE USSR AND THE INCLUSION OF THE 
POST-SOVIET CENTRAL ASIA REGION TO THE SPHERE 
OF INTERESTS OF WORLD POWERS 
The  article  considers  questions  about  the  formation  the  new 
world  order,  the  collapce  of  the  world  socialist  system,  collapse  of 
the  Soviet  Union  and  the  inclusion  of  the  post-soviet  Central  Asia 
region to the sphere of interests of world powers. It is indicated, that 
the establishment of a new world order this region again became an 
object  of  close  attention  world  powers,  they  have  in  this  region 
common interests, as well as conflicting interests. The author agrees 
with the thesis that "Great Game" for the region, which took place in 
the 19th century between the Russian and British empires is renewed 
with the difference that the players became more. And the US is still 
a state, without knowing which, in the region nothing significant can 
not happen. 
______________________________ 
 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
77 
Sədulla NURİYEV 
Bakı Dövlət Universiteti, 
tarix fakültəsi, III kurs tələbəsi 
E-mail: Nuriyevqacar.77@gmail.com 
 
AZƏRBAYCANIN EPİQRAFİK ABİDƏLƏRİNDƏ 
TÜRK SİMVOLLARI 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Qənirə PİRQULİYEVA, 
Bakı Dövlət Universitetinin dosenti 
 
Açar sözlər: Azərbaycan, epiqrafika, Türk, simvolika, Səfəvi 
Клюцевые слова: Азербайджан, эпиграфика, Турк, символика, 
Сафавид 
Key words: Azerbaijan, epigraphy, Turk, symbolism, Safavid 
 
Zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının qədim döv-
lətçilik  ənənəsi  vardır.  Bu  ənənəni  araşdırıb-öyrənərkən  bizə  təkcə 
yazılı mənbələr deyil, həmçinin epiqrafik məlumatlar, arxeoloji təd-
qiqatlar,  simvolika  da  lazım  olur.  Epiqrafik  abidələrdə  tariximizin 
qaranlıq  səhifələrinə  işıq  sala  biləcək  xeyli  sayda  faktlar  qorunub 
saxlanılmışdır.  Quzey  Azərbaycanın  epiqrafik  abidələrinin  tədqiqi, 
düzgün  şəkildə  oxunması,  tərcümə  edilərək  elmi  ədəbiyyata  gətiril-
məsi  əsasən  M.Nemətovanın  payına  düşür.  Onun  6  cildlik  əsərində 
Quzey  Azərbaycanın  bir  çox  epiqrafik  abidələri  tədqiq  edilmişdir. 
Bununla  belə  bu  abidələr  üzərində  olan  simvollar  barədə  hələ  də 
tarixşünaslığımızda  geniş  tədqiqat  əsərləri  yazılmamışdır.  Məqalə-
mizdə biz bu epiqrafik abidələr üzərində olan simvolların izahını ver-
məyə çalışmışıq. Quzey Azərbaycanla yanaşı xarici ölkələrdə yerlə-
şən muzeylərdə də Azərbaycana aid xeyli sayda epiqrafik abidə var-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
78 
dır. Bu məqaləmizdə biz Metropolitan İncəsənət Muzeyində saxlanı-
lan bir epiqrafik məmulat haqqında da məlumat verəcəyik. 
Metropolitan İncəsənət Muzeyində saxlanılan XIX əsrə aid in-
ventar  nömrəsi  2006.523a,b  olan  qələmdan  üzərində  təsvir  edilən 
miniatürdə xeyli sayda türk simvolları yer almışdır. Üzərində harmo-
nik şəkildə qızılı və qəhvəyi rəngli fonun olduğu və lak-xüsusi parıl-
tılı  məhlul  çəkilmiş  bu  qələmdan  XIX  əsrə  aiddir.  Çox  güman  ki 
Mirzə Baba  (1780-1810) və  ya onun şagirdlərindən  birinin əl işidir. 
Yuxarı  hissədə  Qızılbaş  şahı  Xaqan  I  İsmayılın  (1501-1524)  qoşunu 
ilə  Osmanlı  ordusunun  1514-cü  ildə  Çaldıran  düzündəki  vuruşması 
təsvir edilmişdir. Qələmdanın üst hissəsində biz iki ordunun topların 
da olduğu bir döyüş meydanında təsvir edildiyini görürük. Şah I İs-
mayıl miniatürdə Malqoçoğlunun-Osmanlı sərkərdəsinin bədənini qı-
lıncı ilə ikiyə bölən halda təsvir edilmişdir. Qələmdanın yan tərəflə-
rində isə təbiət mənzərəsi fonunda ox və qılıncla silahlanmış atlıların 
itlərlə birlikdə ov səhnəsi təsvir edilmişdir. Bir tərəfdə ayı ovu, digər 
tərəfdə isə ceyran ovunu görə bilərik [20]. Qələmdanın üzərində bir 
çox türk simvolları təsvir edilmişdir. Bunlardan biri ayının ovlanma-
sıdır. Ayı türk simvolikasında özünəməxsus yeri olan heyvandır. Me-
şə tanrısı və ya meşə ruhunun simvolu olan ayının ovlanması ilə ayı-
nın gücünün və müxtəlif üstünlüklərinin insana keçdiyinə inanılırdı. 
Doğrudur  İslamın  qəbulundan  sonra  ayı  qüvvətin  və  eyni  zamanda 
pisliyin,  kobudluğun simvolu  olsa da, türk simvolikasında öz  yerini 
qoruyub saxladı [1, 140]. Ov türklərin həyatında xüsusi  yerə sahib-
dir. Dövrün mənbələrinə diqqət edilsə Xaqan I İsmayılın ova xüsusi 
həvəsli olduğunun şahidi olarıq [12,63]. Türklərdə ov dövlət və xalq 
ovları deyə iki yerə bölünürdü. Həmçinin ən məşhur ovlardan biri də 
sürətli ov idi. Bu zaman ov müxtəlif yollarla qovalanıb bir yerə top-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
79 
lanılır və ovçu, at, ovçu quş, ov üçün əhliləşdirilmiş hepardlardan və 
bəbirlərdən istifadə edirdi [1, 162]. Türklərdə ov həm də döyüş öncə-
si hərbi təlim kimi idi. Şah I İsmayıl 1503-cü il Almabulağı döyüşün-
dən  öncə,  1508-ci  il  Bağdad  fəthindən  əvvəl  ov  təşkil  etmişdi  [12, 
68; 3, 73]. Səfəvi sülaləsi zamanında əsasən qədimdən bəri türklərdə 
mövcud  olan  halqa  ovu  həyata  keçirilirdi.  Ov  mərasimində  iştirak 
edən əsgərlər ox atmaq, qılınc vurmaq, kəmənd atmaq, gürz istifadə 
etmək və mizraq atmaqla məşğul olurdurlar. Xaqan I İsmayıl isə adə-
tən ox, qılınc, mizraq, toppuz və qılıncdan istifadə edirdi [12, 63, 65, 
74].  Azərbaycan  İmperatoru  Şah  I  İsmayılın  ayı  ovlaması,  xüsusən 
cəmi  iki  oxla  ayını  yerə  sərə  bilməsi  diqqətdən  yayınmamalıdır  [3, 
49]. Eyni zamanda diqqətlə baxanda qələmdanın üzərində təsvir edil-
miş bəzi atlıların atlarının quyruğunun düyünlü təsvir edildiyini gör-
mək olar. Türk inancında yas ifadəsi olaraq vəfat etmiş şəxsin atının 
quyruğu  ya  kəsilərdi,  ya  da  düyünlənərdi.  Orta  əsr  miniatürlərində 
vəfat  etmiş  türk  şahları  təsvir  edilərkən  onların  atlarının  quyruqları 
düyünlü  olaraq  da  təsvir  edilmişdir  [1,  124].  Sultan  Səlimin  (1512-
1520)  Azərbaycan  yürüşündən  dönməsi  təsvir  edən  “Hünarnamə” 
əsərində olan miniatürə baxsaq sultanın da atının quyruğunun düyün-
lü  olduğunu  görərik  [13,  895].  Miniatürdə  Şah  I  İsmayılın  atı  boz 
rəngdə  təsvir  edilmişdir.  Maraqlıdır  ki,  bir  çox  məşhur  türk  qəhrə-
manların  boz  atı  olmuşdur.  Bunlara  misal  olaraq  aşağıdakıları  gös-
tərmək olar: Mənbələrdə Baba İlyas təsvir edilərkən onun boz atının 
olması  vurğulanılır  –  “Boz  atlı  və  nurdan  əmmaməli  şeyx”;  Əlvan 
Çələbi  Babai  üsyanında  iştirak  edən  Baba  Rəsulun  ölümünü  təsvir 
edərkən  yazır:  “Şeyx  boz  atın  üstündə  göylərə  yüksələrək,  gözdən 
itdi”;  Suriyalı  Mişel  Oğuz  Xaqanı  qoşunlarının  önündə  boz  at 
üstündə təsvir edir; Dədə Qorqud dastanında da boz at təsvirinə rast 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə