I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
80 
gəlirik [5, 77, 78, 86, 88]. Bundan əlavə boz at haqqında türk atalar 
sözləri  də vardır:  Boz atın  yanında duran  ya onun xasiyyətindən  ya 
da suyundan/tükündən götürər; Boz ata, qadına və oğula qulluq edə-
nin  üzü  ağarmaz.  Çar  Rusiyası  dövründə  işğalçılara  qarşı  mübarizə 
aparan Qaçaq Nəbinin də atının adı boz at idi [8, 209]. Şah İsmayıl 
öz  yazdığı  varsağısında  da  özünü  bu  cür  təsvir  edir:  “Qırmızı  taclı, 
boz atlı” [10, 354]. Qeyd edək ki, Xaqan I İsmayılın atlarından biri 
“badi-səba” (sabah yeli) adlanırdı. At, qurd və öküz türk inanc siste-
minin 3 təməl simvolunu təşkil edir. Türk etnosu tarixdə ən çox din-
dəyişən  etnos  olaraq  bilinir.  Məlum  məsələdir  ki,  hər  dəfə  yeni  din 
qəbul  edəndə  yeni  dini  köhnə  dinin  bilikləri  əsasında  qavrayırdılar. 
Məhz buna görə Türklərdə İslamın qəbulundan sonra da əski inanclar 
uzun müddət yaşamış və bu gün də yaşamaqdadır. Qədimdə ölən ka-
mı  (yəni  şamanı)  o  biri  dünyaya  atın  aparmasına  inanılırdı.  Zaman 
keçdikcə,  yeni dinlər qəbul edildikcə inanclar, xalq adətləri bir-biri-
nin  içinə  keçmiş  və  ayırd  edilməsi  mürəkkəb  olan  inanclar  ortaya 
çıxmışdır. Türk-İslam mistik təfəkküründə şeyxlər, müridlər, sufilər, 
övliyalar,  dərvişlər,  qələndərilər  və  qızılbaş  dədələri  kama  aid  olan 
bütün bu xüsusiyyətlərə sahib olmuşlar. Diqqəti çəkən məqamlardan 
biri də atlı döyüşçünün at çapa-çapa geri dönüb ox atması səhnəsidir. 
Bu daha çox türk döyüş sənətinə xasdır. At üstündə ox atmaq məha-
rətinə görə romalıların təfəkküründə türklər yarı at, yarı insan – ken-
tavr kimi iz qoymuşdular [4, 233; 8, 27, 203, 205, 208, 209]. Döyüş 
səhnəsində əsir düşən Osmanlı əsgərlərinə diqqətlə baxdıqda onların 
keçəl, lakin saqqallı, bığlı olduğunu görə bilərik. Dərvişlər, Abdal və 
Qələndərilər,  o  cümlədən  Osmanlı  dövlətindən  özünəməxsus  yeri 
olan  Bektaşilər  başlarını,  saqqallarını  və  qaşlarını  qırxırdılar,  lakin 
uzun bığ saxlayırdılar. Bektaşilər və Qızılbaşlar uzun bığ saxlamağı 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
81 
xoşlayırdılar. Miniatürdə Osmanlı əsgərlərinin saqqalı və qaşları ye-
rində olsa da onların keçəl olması diqqət çəkicidir. Nəzərə almaq la-
zımdır ki, yeniçərilər Hacı Bektaşı özlərinin piri sayırdı. Bektaşi sər-
puşu  sonradan  Yeniçəri  sərpuşu  olmuşdu.  Hacı  Bektaş  Türküstanda 
fəailiyyət  göstərən  Əhməd  Yəsəvi  tərəfindən  Anadoluya  göndəril-
mişdi. Şah I İsmayılın ulu babası Firuzşah da Xorasandan  gəlmişdi. 
Şeyx Səfiəddin də, Hacı Bektaş da öz şəcərəsini İmam Musa Kazıma 
bağlayırdı. Doğrudur, nəzərə almaq lazımdır ki,  təsəvvüf təriqətinin 
piri mütləq peyğəmbərə qırılmaz qohumluq əlaqələri ilə bağlı olmalı 
olduğundan  bir  çox  təriqət  rəhbərləri  özlərinin  şəcərələrini  İmam 
Musa  Kazıma  çatdırırdılar  [15,  21].  Türklərin  cəm  şəkildə  yaşadıq-
ları, Xorasan bölgəsindən çıxan müxtəlif şeyxlər tarixdə müxtəlif adlı 
təriqətlər qursalar da, bunlar hamısı bir-biri ilə bağlı idi və hər biri də 
İslam dini içərisində öz əski inanclarını mühafizə edib, onlara İslam 
donu  geyindirib  qoruyub  saxlayırdılar  [9,  19;  5,  114,  116,  126]. 
Qələmdanın üzərində Şah I İsmayılın dəbilqəsində iki quş lələyi təs-
vir  edilmişdir.  Bilgə  xaqana  ucaldılmış  kompleksdə,  Qazaxıstan  və 
Qırğızıstandakı  “Altın  tamqa  tarxan”,  “Kuli-Çur”,  “Elgene  bulaq”, 
“Anonim-4” kimi arxeoloji abidələrdə türk sərkərdələrinin dəbilqələ-
rində ovçu quş lələyi aşkar olunmuşdur [4, 132]. 
Naxçıvan  Tarix  Muzeyində  saxlanılan  Şah  I  Abbasın  (1587-
1629) bürüncdən olan iki başlı baltası da türk simvolları ilə zəngindir 
[19, 117]. Baltanın üzərindəki epiqrafik yazı t.e.d. M.Nemətova tərə-
findən  tərcümə  edilmişdir.  Baltanın  üzərində  dəstəyə  yaxın  hissədə 
qaraquş təsvir edilmişdir [19, 211] Qaraquş doğan cinsindən olan quş 
olub, güc və hakimiyyət simvoludur, eyni zamanda qoruyucu quşdur. 
Bu  quşun  adı  qədim  türk  kitabələrində  “qızıl  qanadlı  təlim  quşu” 
olaraq  keçir  və  Göytürk-uyğur  sənətində  geniş  yer  turur.  Qaşqarlı 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
82 
Mahmudun “Divan”ında qaraquşun adı 4 mənada qeyd edilir ki, bu 
mənalardan  biri  də  “Mizan”  ulduzudur.  Bu  isə  Oğuz  Xaqanın  oğlu 
Ulduz xanla əlaqədərdir. Oğuz Xaqanın oğlu Ulduz xanın soyundan 
gələn oğuz tayfalarının onqonu qaraquşdur. Türk döyüşçülərinin isti-
fadə etdikləri döyüş üzlükləri qaraquşun simvolu idi. Türklər inanırdı 
ki, Günəş və Merihin (Mars, əjdaha) nəzarətində olan silahlardan və 
zirehlərdən istifadə edərkən insan ruhunun və varlığının bu güclər tə-
rəfindən ələ keçirilməməsi üçün geyilən üzlüklər pis ruhları qorxudur 
və onların insana yaxınlaşmamasına səbəb olurdu [8, 247, 248, 251]. 
Qeyd edək ki, Səfəvi, Əfşar və Qacar sülalələrinin hakimiyyəti zama-
nında  da  döyüşçülər  üzlüklərdən  istifadə  edirdilər  və  bu  üzlüklərin 
alın  hissəsində  ay-günəş  simvolu  təsvir  edilirdi [4,  294].  Balta  üzə-
rindəki  qaraquşun  ətrafında  tuğ  işarələrinin  təsvir  edilməsi  də  onun 
hakimiyyət quşu olduğunu göstərir. Qaraquşdan bir az aşağıda ovla-
nan  quşlar  təsvir  edilmişdir.  Həmin  quşlardan  aşağıda  heyvanın  ol-
ması  bu  quşların  ovlandığına  işarədir.  Mahmud  Qaşqarlının  “Di-
van”ında quşlar bəylik, qut-xoşbəxtlik və tale simgəsi olaraq göstəril-
mişdir  [1,  153].  Baltanın  uclarında  üçbucaq  işarəsi  vardır.  Bu  “tu-
mar” adlanan simvoldur, hansı  ki,  Yer-Göy-Su üçlüyünü ifadə edir. 
Tumarın  içində  ox  ucu  təsvir  edilmişdir.  Həmin  ox  işarəsi  quşların 
belində də yer alır. Bu eyni zamanda damğa qəbul edilir və “al-dam-
ğa” adlanır ki, bir başa hökmdarlığın möhürüdür. Ümumi olaraq isə 
bu işarə “qut” şəklində oxunur [4, 159]. Baltanın ağzının hilal forma-
sında olması hakimiyyət simvolu olduğunu əks etdirir. Hilal iki buy-
nuz  formasında  olub,  ilahi  bilik,  güc  və  hakimiyyət  rəmzidir.  Eyni 
zamanda  baltada  təsvir  edilən  bəbir  simvolları  da  diqqəti  cəlb  edir. 
Bəbir  vəhşi  heyvan  olub  türk  inancında  xüsusi  yer  tutur  və  aslan, 
pələng kimi hakimiyyətə layiqlik simvoludur [1, 136]. 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə