I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   25   26   27   28   29   30   31   32   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
93 
gözləyirdi.  Bismark,  Rusiyanı,  Alman  məqsədləri  üçün  müharibəyə 
təhrik  edirdi,  digər  tərəfdən  də,  Mithəd  Paşaya  dirənməyi  məsləhət 
edərək ikiüzlü siyasət yürüdürdü. Mithəd Paşa xatirələrində belə de-
yirdi:  “Bu  ikiüzlü  siyasətin  məqsədi,  Rusiyanı  zəiflədərək,  Almani-
yanın  şərqdəki  maraqlarına  mane  olmayacaq  bir  hala  gətirmək  idi. 
Lakin belə anlarda duyğular məntiqə qalib gəlir. Buna görə də çar və 
ətrafındakılar  Berlinin  həqiqi  niyyətini  başa  düşəcək  halda  deyildi-
lər.” Nəticədə Bismarkın təsiri Peterburq sarayı və siyasətçiləri üçün 
müharibəyə girməkdə önəmli rol oynadı. İkinci Aleksandr, Baş Nazir 
Qorçakova istirahət üçün getdiyi Yaltadan bu təlimatı göndərəcəkdi: 
“Müqəddəs  an  yaxınlaşır.  Əziz  atamın,  yurdumuzun  intikamını  al-
maq, 1856-cı ildə Parisdə baş tutan utanc verici və üz qızardıcı mü-
qaviləni, qələbəmizlə yox etmənin müqəddəs zamanı gəldi. Allah, İsa 
və Məryəm, Ruh-ül-Kudüs, bizi üzərimizdə Krımın utancı ile hüzu-
runa qabul etməz!” [6; 87]. 
Buradan  da  göründüyü  kimi,  üsyanların  ən  böyük  səbəbkar-
larından biri Rusiya, digəri isə Almaniya idi. Rusiya intiqam  almaq 
və  İstanbula  qədər  genişlənmək,  Bismark  isə  Rusiya  və  Osmanlını 
zəiflədərək bölgədə mövqeyini daha da gücləndirmək istəyirdi. 
Rusiyanın bu siyasəti ən çox İngiltərənin maraqlarına və şərq-
dəki  mövqelərinə  ziyan  vura  bilərdi.  Bunun  səbəbi  Hindistan  yolu-
nun təhlükəsizliyi məsələsi idi. Beləki, İngiltərə şərqdə bir müstəmlə-
kə  imperatorluğu  qurduğu  andan  etibarən,  Osmanlı  İmperatorluğu-
nun ərazi  bütünlüyü istiqamətində bir siyasət  izləyirdi. Hətta müəy-
yən  qədər  Osmanlı  dövlətinin  güclənməsini  istəyirdi.  Bu  istək  Os-
manlı dövlətinə olan istəkdən doğmayıb, İngiltərənin öz maraqların-
dan qaynaqlanırdı. İngiltərə böyük bir imperatorluğa sahib idi və bu 
imperatorluğun ən böyük parçasını Hindistan təşkil edirdi. Hindistanı 
əlində tutmaq istəyir və bu əraziyə təhlükə yaradacaq Rusiyanı Hin-
distana  yaxınlaşdırmamaq  siyasətini  izləyirdi.  Orta  və  Uzaq  şərqdə 
fəaliyyətini davam etdirən, Osmanlı dövlətinin amansız düşməni olan 
Rusiya  da  qarşısında  İngiltərəni  görürdü.  İngiltərə  sadəcə  Osmanlı 
üzərində deyil, Çinə qədər geniş bir xətt üzərində Rusiyanın cənuba 
enməsini  istəmirdi.  Ayrıca  İngiltərənin  Aralıq  dənizində  ticarət  ma-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
94 
raqları var idi və buranın təhlükəsizliyində maraqlı idi. Aralıq dəni-
zində ən geniş əraziyə sahib dövlət Osmanlı idi, İngiltərə də Avropa 
dövləti  olaraq  ən  avantajlı  vəziyyətdə  idi.  Ortaq  maraqları  Osmanlı 
və İngiltərəni bir-birinə yaxınlaşdırırdı [7, 97]. Süveyş kanalı keçişlər 
nəticəsində  böyük  gəlir  gətirməklə  yanaşı,  İngiltərə  düşüncəsində 
Hindistan  yolunun  təhlükəsizliyini  təmin  etmək  yolunda  həyati  rol 
oynayırdı. Hindistan ilə olan bağlantının qüvvətləndirilməsi yolunda 
1876-cı  ildə  kraliça  Viktoriyaya  “Hindistan  İmperatoriçəsi”  ünvanı-
nın verilməsi və şahzadə Albertin 1875-1876-cı ilin qışında Hindis-
tan səfəri İngiltərənin Hindistana verdiyi önəmi göstərirdi [8; 51]. 
Əvvəldə qeyd etdiyimiz kimi Bolqarıstandakı üsyan və bu üs-
yanla  bağlı  İngiltərə  mətbuatında  gedən  məlumatlar  eyni  zamanda 
hökümətdəki Osmanlı əleyhinə olan qüvvələr İngiltərənin siyasətində 
dəyişiklə  nəticələndi  və  müharibədə  bitərəf  mövqe  tutmasına  səbəb 
oldu. Həmin dövürdə İngiltərə baş naziri Dizraeli Rusiyanın mühari-
bəyə başlamasının İngiltərə maraqlarına qarşı olduğunu hökümətində 
bildirmişdi.  Rusiya  əleyhinə  siyasət  tərafdarlarında  biri  də  Kraliça 
Viktoriya idi. Kraliça Rus hərakatını İngiltərənin maraqlarına yönəl-
miş  ən  böyük  təhlükə  olaraq  görürdü.  Bu  səbəblə  Rusiyaya  qarşı 
kompromis mövqe göstərən Qladston və Derbidən narazı idi. Özü bir 
qadın olduğu halda bütün kişilərin zəiflik göstərməsini başa düşmür-
dü və  Baş Nazir Dizraeliyə müharibə məzmunlu  yazılar  göndərirdi. 
Müharibənin başlamasına beş gün qalmış bunları yazırdı: “Vəziyyət 
böyük bir önəmə sahibdir, soyuqqanlı, qərarlı və birlikdə hərəkəti tə-
ləb edir... Kraliça, hökümətinin bütün üzvlərinin vətənsevərlik hissi-
nə müraciət edir və hər nümayəndəsinin düşmənə qarşı ölkənin xari-
cində olduğu qədər, daxilində də yekvücud və məğrur bir cəbhə gös-
tərmək zərurətini təqdir edəcəyindən əmindir. Məsələ Türkiyəni mü-
dafiə etmək məsələsi deyil, məsələ Rus ya da İngilis üstünlüyü məsə-
ləsidir [1; 505]. Dizraeli höküməti İngilis tələblərini və siyasi maraq-
larını ortaya qoyan notasını 6 mayda Rusiyaya  bildirmişdir. Burada 
İngilis maraqları dörd nöqtədə toplanmışdır; 
1. Bunların arasında ən önə çıxanı Süvyş kanalı yolu ilə Avro-
pa və Asiya arasındakı əlaqəni təhlükədən uzaq və fasiləsiz bir şəkil-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
95 
də açıq olmasınin vacibliyi. Kanala və ətrafına müdaxilə edilməsi za-
manı Majestələri bunu Hindistan üçün bir təhdid və dünya ticarətinə 
dəymiş bir ziyan olaraq qəbul edəcəkdir. 
2. Avropa millətlərinin ticari və maliyyə çıxarları eyni zaman-
da çox geniş bir şəkildə Misirdədir. Müharibədə bu ölkəyə yönəlmiş 
bir hücumun olması və keçici də olsa işğalın meydana gəlməsi, tərəf-
siz dövlətlər tərəfindən biganə qarşılansa belə,  İngiltərənin  qəti ola-
raq belə bir mövqe içərisində olması mümkün deyildir. 
3. İstanbulun böyük önəmi: hərbi, siyasi ya da ticari baxış nöq-
təsindən  olsun  ya  da  olmasın,  izah  tələb  etdiyi  çox  açıqdır:  Bu  sə-
bəbdən şəhərin indiki sahiblərinin idarəsindən başqa bir dövlətin əli-
nə keçməsinə biganə qalmayacağına diqqət çəkmək lazımdır. Boğaz-
ların  statusunun  maddi  mənada  bir  dəyişikliyinə  İngiltərənin  ciddi 
etirazları olacaqdır. 
4. Hadisələrin gedişi Bəsrə Körfəzində olduğu kimi başqa ma-
raqları da gündəmə gətirə bilər [1; 507]. 
Göründüyü kimi 1876-cı il Hersoqovina üsyanının açdığı “Şərq 
məsələsi”, “Xəstə adamın”(Osmanlı dövləti) mirasını bölüşmək üçün 
sadəcə regional gücləri deyil, eyni zamanda Avropanın böyük dövlət-
lərini də hərəkətə keçirdi. 1876-cı ilin mayında Bolqarıstan üsyanı və 
eyni ilin iyul ayında serblərin və qaradağlıların müstəqillik məqsədilə 
Osmanlı dövlətinə qarşı müharibə etməsi uzanıb gedən Şərq məsələ-
sinin  önəmli  mərhələləri  oldu.  Nəticədə,  Osmanlı  qüvvələrinin  29 
oktyabr 1876-cı ildə Morovada Serb qüvvələrinə üstün gəlməsindən 
sonra  Rusiya  hökümətinin  Osmanlıya  verdiyi  ultimatiuma  qarşı  İn-
giltərə bir konfransın toplanmasını məsləhət gördü. 
Konfransda müzakirə ediləcək təkliflər böyük dövlət təmsilçi-
lərinin birlikdə təşkil etdikləri toplantıda qərarlaşdırılmışdır. Əslində 
alınan qərarlar Rus təmsilçisi İqnatievlə, İngiltərə təmsilçisi, “Bolqar 
vəhşiliyi”  kompaniyasının  önündə  gedənlərindən  biri  olan  Salisburi 
idi. Proqrama daxil idi: Bolqarıstanın şərq və qərb olaraq iki vilayətə 
bölünməsi, hər vilayət qarant dövlətlərin razılığı ilə sultanın təyin et-
diyi  xristian  bir  vali  tərəfindən  idarə  ediləcəkdi.  Bir  vilayət  məclisi 
valiyə idarəçilikdə kömək edəcəkdi. Türk ordusu sərhəddə və müəy-


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə