I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
27 
bət  məsələlərindən  biri  olmuşdur.  Məqalədə  həmçinin  Azərbaycan 
generalları,  Qafqaz  xalqlarından  təşkil  olunmuş  Vəhşi  diviziyanın 
tərkibində döyüşən azərbaycan əsgərləri haqda məlumat verilir. Rusi-
yada 1917-ci il Fevral inqilabının Şimali Azərbaycanda vəziyyətə tə-
siri, milli-azadlıq hərəkatının yüksəlişi məsələləri araşdırılır. 
 
Аян КАРИМОВА 
Студентка II курса 
Бакинского Государственного Университета 
СЕВЕРНЫЙ АЗЕРБАЙДЖАН 
В ПЕРИОД ПЕРВОЙ МИРОВОЙ ВОЙНЫ 
В  статье  рассказывается  о  ситуации  в  Северном  Азербай-
джане в годы Первой мировой  войны. Указывается, что борьба 
за азербайджанскую нефть являлась одним из ключевых вопро-
сов  между  германскими  и  английскими  монополиями.  Затраги-
ваются  вопросы  об  азербайджанских  генералах;  также  расска-
зывается  об  участие  азербайджанских  солдат  в  составе  Дикой 
дивизии, которая была формирована из народов Кавказа. Иссле-
дуются вопросы Февральской революции 1917 года в России, о 
его влияние на ситуацию в Северном Азербайджане, о подъеме 
национально-освободительного движения. 
__________________________________ 
 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
28 
Lalə ƏSGƏROVA 
Bakı Dövlət Universiteti, 
tarix müəllimi ixtisası üzrə I kurs tələbəsi 
E-mail: laleesgerova98@gmail.com 
 
OSMANLI SULTANI II ƏBDÜLHƏMİD 
ŞƏXSİYYƏTİ HAQQINDA 
Elmi rəhbər: 
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN 
Bakı Dövlət Universiteti 
Açar  sözlər:  Osmanlı  imperiyası,  Devlet-i  Aliyye,  II  Əbdülhəmid, 
“qızıl sultan” 
Ключевые  слова:  Османская  империя,  Девлет-и  Алийе,  Абдул 
Хамид II, «кровавый султан» 
Keywords: Ottoman Empire, Devlet-i Aliye, Abdulhamid II, “bloody 
sultan” (“Red sultan”) 
 
Tarixdə  yaşadığı  dövrdə dəyəri anlaşılmayan hökmdarlar sıra-
sında Osmanlı sultanı II Əbdülhəmid xana da rast gəlirik. Çox zaman 
kitablar, məqalələr hər hansı bir dövlətin yüksəliş dövründə hakimiy-
yətdə  olmuş  sultanlar  haqqında  yazılır.  Məsələn,  Osmanlı  tarixində 
Fateh  Sultan  Mehmet,  Sultan  Süleyman  kimi  hökmdarlar  haqqında 
yazılar çoxdur və hər bir yazıda da haqlı olaraq onların böyük şəxsiy-
yət olmasından danışılır. Amma bir dövlətin çöküş dönəmində haki-
miyyətdə olan sultan çox böyük işlər görsə belə həmin sultanı ittiham 
etməkdən, baş verən hər hansı bir mənfi hadisəni belə onunla əlaqə-
ləndirməkdən çəkinməzlər. Sultan Əbdülhəmid də belə hökmdarlar-
dan biridir. 
II Əbdülhəmid Osmanlı imperiyasının 34-cü sultanı və 113-cü 
İslam xəlifəsidir. Sultan Əbdülməcidin oğludur. 1842-ci ildə anadan 
olmuşdur. 10 yaşında anası Tirimüjgan Sultan öləndə o, atasının di-
gər övladı olmayan xanımı Pirüstü Validə Sultanın himayəsinə keç-
mişdir.  O,  Əbdülhəmidi  öz  oğlu  kimi  böyütmüşdü.  Atası  öləndən 
sonra  yerinə  keçən  əmisi  Əbdüləziz  digər  şahzadələrlə  birlikdə  Əb-


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
29 
dülhəmidin  təhsili  ilə  də  yaxından  maraqlanmışdır.  Əbdülhəmidin 
güclü yaddaşı və siyasi qabiliyyəti əmisinin diqqətini çəkmişdir. Hət-
ta əmisi Misir və Avropa səyahətlərinə Əbdülhəmidi də özü ilə bəra-
bər  aparırdı.  Şahzadə  Əbdülhəmid  bu  imkanlardan  ən  yaxşı  şəkildə 
istifadə  etməyə  çalışmış,  xarici  mətbuatı  davamlı  izləyərək  xarici 
dövlətlərin niyyət  və əməllərini, məqsədlərinə çata bilmək üçün hə-
yata keçirdikləri metodları çox  yaxşı  incələmişdi.  O, həmçinin  tica-
rətlə də məşğul olmuşdu. 
1876-cı ildə Hüseyn Avni Paşa, Midhət, Rühti, Mahmud Cəla-
ləddin  və  Nuri  paşa  şeyxül-islam  Həsən  Xeyrullah  ilə  razılaşaraq 
Sultan Əbdüləzizi taxtdan saldılar və çox keçmədən öldürdülər. Yeri-
nə taxta çıxardıqları V Murad xəstəliyi iddiası ilə üç ay sonra taxtdan 
salınıb  Çırağan  sarayında  həbs  edildi.  Bundan  sonra  Sultan  Əbdül-
həmid 34 yaşında 31 avqust 1876-cı ildə taxta çıxarıldı. 
Əbdülhəmid xan taxta çıxanda dövlət ən böhranlı günlərini ya-
şayırdı. Əbdülhəmid xan 23 dekabr 1876-ci ildə ilk konstitusiya “Qa-
nuni-Əsasi”yi  (Midhət  konstitusiyası) elan etdi19 mart 1877-ci ildə 
ilk məclis açıldı. Bununla da birinci Məşrutiyət dövrü başladı. Konsti-
tusiyaya  görə  padşah  və  məclis  ölkəni  birlikdə  idarə  etməli  olsa  da 
yenə də əsas qaynaq padşah idi. 
Dövlətin qüdrətini bərpa etməsi üçün zamana ehtiyac olduğunu 
anlayan sultan müharibələrdən uzaq durmağa çalışırdı.  O qələbə ilə 
bitən savaşların belə xalqı yorduğunu düşünürdü. Hakimiyyəti müd-
dətində dövlətin bəzi xərclərini qarşılamaq üçün öz var-dövlətini sərf 
etdi. Əbdülhəmid xan ilk növbədə dövləti borclardan xilas etmək istə-
yirdi. Sultan 20 dekabr 1881-ci ildə elan edilən “Muharrem” qərarna-
məsinə əsasən borcları ödəmək üçün yeni bir yol tapdı. Bu qərarna-
məyə əsasən dövlətin tütün, duz, balıq, ipək və bəzi imtiyazlı əyalət-
lərinin vergiləri yaradılan yeni təşkilata verilirdi. Bu sayədə İngiltərə 
və Fransa başda olmaq üzrə digər dövlətlər də borclarını müntəzəm 
şəkildə ala biləcəkdilər.  Bunun qarşılığında 278  milyon borcun 161 
milyonu,  yəni  yarısından  çoxu  Osmanlı  lehinə  silinirdi.  Dövlətlər 
borclarını müəyyən şəkildə alacaqları üçün razı idilər. Məsələnin bu 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə