I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   2   3   4   5   6   7   8   9   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 

burada  bir  zaviyə  olduğunu  da  qeyd  etmişdir.  O  həmçinin  Osman 
Qazinin də qəbrinin burda olduğunu bildirmişdir [6, s.38-40] 
Orxan  bəyin  Bursada  tikdirdiyi  məscid,  mədrəsə,  imarət,  ha-
mam bu günə qədər şəhərin ən canlı mərkəzi olaraq qalmışdır. 1340-
cı ildə Bursada Orxan Qazi məscidi tikilmişdir. 
Bursa  şəhəri  qala  və  kənar  məhəllələrdən  ibarətdir.  Bursanın 
uzunluğu  4km,  eni  1km-dir.  Uludağ  Olimpusun  qollarından  birinin 
yamacındadır. Kənar məhəllələr sağa, sola yayılmışdır. 
1399-cu ildə İldırım Bəyazid, su müalicəsinə çox önəm verilən 
Bursa xəstəxanasını tikdirmişdi. 
Bursa üslubu formalaşmışdı və 1399-cu ildə I Bəyazidin göstərişi 
ilə  Əli  Neccar  tərəfindən  Bursa  Ulu  məscidi  tikilmişdir.  12  böyük 
minarə və 20 qübbədən ibarət bəyaz rəngli bir məsciddir. 
1402-ci ildə şəhərə girən Teymur ordusu mədrəsə, məscid kimi 
binalara zərər vermiş və şəhəri yandırmışdı [17, s.21]. 
Yaşıl  məscid-Çələbi  Sultan  Mehmed  tərəfindən  1419-cu  ildə 
Hacı  Avaz  paşaya  tikdirildi.  Ön  üzü,  pəncərələri,  qapısı,  kitabəsi 
mərmər işləməsinin ən gözəl nümunələrindəndir. 
Muradiyyə  məscidi  –  II  Murad  tərəfindən  1426-1428-ci  illərdə 
tikdirilmiş və özündə Bursa üslubunu formalaşdırmışdır. 1855-ci ildə 
zəlzələ nəticəsində məscidin qübbələri və minarəsi dağılmışdı. 1902-ci 
ildə  yenidən  bərpa  edilmiş  və  bərpa  rokoko  üslubunda  idi.  Digər  bir 
məscid Əmir Sultan məscididir. 
Bursada  ticarət  də  inkişaf  etmişdi.  Uzun  bazar,  Bitbazarı,  Tavuk 
bazarı, Pirinç hanı,Tuz hanı Bursada ticarətin ən önəmli yerləri idi. 
Bursada  Bursa  və  Cumalıkızık  2014-cü  ildə  UNESKO-nun 
dünya mədəni irs siyahısına daxil olmuşdur. Bursa və ona aid Cuma-
lıkızık  vəqf  torpaqları  Osmanlının  bəylikdən  dövlətə  çevrilməsində 
əhəmiyyətli xidmətləri olan şəhər idi [4]. 
Ədirnə. 1361-ci ildən İstanbulun fəthinə qədər Osmanlı impe-
ratorluğunun  paytaxtı  olan  Ədirnə  çox  mühüm  önəmli  bir  siyasi  və 
ticarət  mərkəzi  idi.  Həm  coğrafi,  həm  də  strateji-siyasi  baxımdan 
Ədirnə (əvvəli adı Andrionopol) Osmanlı dövlətinin ən önəmli şəhər-
lərindən  biri  idi.  Bu  şəhər  Bolqarıstan,Yunanıstan  ilə  sərhəd  olub 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
10 
İstanbul və Anadolunu və bütün Yaxın Şərqi Avropa ilə əlaqələndir-
məkdədir. 
Osmanlıların Balkanlarda fəth etdikləri ilk ərazilər Gelibolu ve 
Dimetoka olub. Bununla da, onlar Balkanlarda irəliləməyə başlamış-
dılar. 
Ədirnənin nə vaxt alınmağı haqqında çoxlu fikir ayrılıqları var-
dır. Bəzi tarixçilər Ədirnənin 1361, 1362, 1363, hətta 1371-ci il Çir-
mən döyüşündən sonra alındığına dair iddialar irəli sürürlər. Son dəfə 
bu  mövzu  A.Burmov  və  İ.H.Uzunçarşılı  tərəfindən  araşdırılmışdır. 
Halil İnalçıq Burmova istinad edərək yazır ki, Ədirnə Çirmən müha-
ribəsindən  (26  sentyabr  1371-ci  il)  dərhal  sonra,yəni  1371-ci  ilin 
sentyabrında  və  ya  oktyabrın  əvvəllərində  fəth  edilmişdir [7,  s.137-
159]. 
İ.H.Uzunçarşılı da Ədirnənin fəthi tarixini 1363 və 1364-cü il-
lərdə olduğunu göstərmişdir. Həqiqətdə isə Ədirnə 1361-ci ildə şahza-
də Murad və lələsi Şahin tərəfindən fəth edilmişdir [15, s.65]. 
Murad və Lələ Şahin Çorluhisarı aldıqdan sonra,İstanbul-Ədir-
nə  yolu  üzərində  başlıca  qalalar  üzərinə  yönəlmişdilər.  Əsl  məqsəd 
Adrionopol idi. Osmanlı komandanı  Ədirnə üzərinə hücum  edərkən 
arxadan zərbə almadan və İstanbuldan gələ biləcək qoşunun qarşısını 
almaq  üçün  bu  qalaları  ələ  kecirmək  mütləq  idi.  Onlar  1361-ci  ildə 
Ədirnəni aldılar.I Murad bu fəthi şahzadəliyi dövründə bacarmışdır. 
Bununla  bərabər  şəhərin  adı  Osmanlı  dönəmində  başlanğıcda  "Əd-
rinə", daha sonralar isə  "Ədirnə"olaraq dəyişmişdir. Ədirnənin  fəthi 
ilə  bərabər  inşasına  başlanan  Ədirnə  sarayı  1365-ci  ildə  tamamlan-
mış, dövlət idarə mərkəzi və paytaxt da Bursadan Ədirnəyə köçürül-
müş və 1453-cü ilə qədər Osmanlı dövlətinin paytaxtı olmuşdur. 
Ədirnənin  qəti sürətdə dövlət  mərkəzi  olması  Çələbi  Mehmed 
və oğlu II Murad bəy zamanlarıdır. 
Sultan II Muradın dövründə şəhər bir az da böyümüşdü. Sultan 
Ədirnə və ətrafını inşa və bərpa etdirmişdi. Uzunkörpü və qəsəbəsi, 
Muradiyyə  məscidi,  3  Şərəfəli  məscid  bu  dövrdə  tikilmişdir  [16, 
s.74]. 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
11 
Ədirnə  şəhəri,  həmçinin  memarlıq  abidələri  ilə  zəngin  olmuş-
dur. Ədirnədəki türk dövrünün ilk tikililərindən biri İldırım Bəyazid 
məscididir (1397-1400). Xaç planlı  köhnə bir Bizans kilsəsinin  yal-
nızca  təməli  saxlanılaraq  onun  əsasında  yeni  bir  məscid  binası  inşa 
edilmişdi. 
Muradiyyə məscidi-1436-cı ildə sultan II Muradın tikdirdiyi bu 
məscid ən gözəllərindən biri idi.Məscid görkəmli minbəri ilə diqqəti 
çəkmişdir. 
Üç Şərəfəli məscid - 1438-1447-ci illərdə Sultan II Murad tərə-
findən tikdirilən məscid, Sultan Bəyazid Külliyəsi mühüm əhəmiyyət 
kəsb etmişdir. 
Ədirnədəki Səlimiyyə məscidi və külliyəsi 2011-ci ildə UNESKO 
ümumdünya  irs  siyahısına  daxil  edilmişdir.  Texniki  mükəmməlliyi, 
ölçüləri, estetik dəyərləri ilə Osmanlı memarlığının və insan dühasının 
şedevri hesab olunur. Memar Sinanın "ustalıq əsərim" deyə adlandırdı-
ğı  Səlimiyyə  məscidi  bu  şəhərin  tacıdır.  II  Səlim  tərəfindən  1569-
1575-ci  illər  arasında  inşa  etdirilən  məscid,  öncə  bir-birinə  bərabər 
üçer şərəfəli dörd minarəsi ilə gözə çarpır [1; 4]. 
Ədirnə sarayı - I Murad tərəfindən tikdirilmişdir. Memarlıq qu-
ruluşu ilə diqqəti çəkir. 
Ədirnə  şəhəri  körpülərlə  də  diqqəti  cəlb  edir.Saray  körpüsü, 
Meriç körpüsü, Bəyazid körpüsü ən önəmli körrpülərdir. 
Rüstəm paşa karvansarası Qanuni Sultan Süleymanın tanınmış 
sədrəzəmi Rüstəm paşa tərəfindən Memar Sinana tikdirilmişdi. 
Müasir dövrdə Ədirnə Türkiyənin ən önəmli şəhərlərindən biri-
dir. Burada Trakya Universiteti, bir neçə litsey, mədəniyyət mərkəz-
ləri yerləşir [2]. 
İstanbul. Mühüm geostrateji mərkəz olan Konstantinopol türk-
lərin tutmaq istədiyi əsas şəhər olub. Bura hücum edən ilk türk döv-
ləti  Avar  xanlığı  olub.  Sonralar  isə  şəhəri  tutmaq  və  onu  Osmanlı 
dövlətinin  paytaxtına  çevirmək  çox  sultanın  arzusu  idi.  Lakin  onu 
1453-cü ildə fəth edən II Mehmet Sultan olmuşdur. Məhz bu fəthinə 
görə o, "Fateh" titulu qazanmışdır. 


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə