I gənc tədqiqatçı



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə4/33
tarix30.10.2018
ölçüsü2,03 Mb.
#76104
1   2   3   4   5   6   7   8   9   ...   33

Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
12 
Orxan Qazi hakimiyyət başına keçdikdən sonra ən böyük arzu-
larından  biri  böyük  iqtisadi  və  strateji  əhəmiyyəti  olan  Konstantino-
polu tutmaq idi. Çünki bu şəhər əlverişli strateji coğrafi mövqeyi, dün-
ya ticarət yollarının üstündə yerləşməsi ilə diqqəti cəlb edirdi. 1331-ci 
ildə  Nikeya,  1337-ci  ildə  Nikomediyanın  tutulması  ilə  Osmanlı  sər-
hədləri artıq Konstantinopola qədər genişləndi. Lakin Orxan Qazi ar-
zusunu gerçəkləşdirə bilməmişdi [13, s.340-342]. 
1361-ci ildə Ədirnənin fəthi ilə Osmanlılar artıq Rumelidə güc-
ləndilər və Konstantinopola daha da  yaxınlaşmışdılar. 1391 və 1394-
cü  illərdə  İldırım  Bəyazid  Konstantinopolu  mühasirəyə  alsa  da,  tam 
olaraq  istəyini  gerçəkləşdirə  bilməmişdi  [8,  s.113].  Son  mühasirə 
1400-cü ildə başlamış və 1402-ci ildə Teymur xanın Osmanlı torpaqla-
rına girməsi ilə nəticəsiz başa çatmışdı [9, s.22]. 
1422-ci  ildə  II  Murad  Konstantinopolu  mühasirəyə  almışdı.  4 
aya qədər sürən bu mühasirədə hər cür döyüş və texniki imkanlardan 
istifadə olunmuşdu. Lakin Bizans Anadoluda Osmanlıya qarşı ittifaq 
qurduğuna görə, bu mühasirəni də dayandırmağa məcbur olmuşdular. 
Uşaqlığından  etibarən  dövrün  ən  böyük  alimlərindən  mənəvi 
tərbiyə  alaraq  dini  və  milli  mədəniyyət  və  cahangirlik  təsiri  altında 
böyüdülən şahzadə Mehmet, İstanbulu fəth etmək istəyirdi.Bu səbəb-
lə 19 yaşında ikən 1451-ci ildə 2-ci dəfə taxta çıxar-çıxmaz bu böyük 
arzusunu gerçəkləşdirməyə çalışmışdı. 
Hələ taxta çıxmazdan öncə eşitdiyi Hz.Peyğəmbərin bu sözlə-
rini  həmişə  xatırlayırdı:  "Konstantinopol  hökmən  fəth  ediləcəkdir. 
Bu fəthi həyata keçirəcək hökmdar nə gözəl hökmdar və onun əsgər-
ləri nə gözəl əsgərlərdir" [14, s.41]. 
Nədən  İstanbul  bu  qədər  önəmli  idi,nə  üçün  bütün  sultanlar 
Konstantinopolu özlərinin paytaxtına çevirməyə cəhd edirdilər? Bu-
nun bir çox səbəbləri var idi: 
1)  Konstantinopol  boğazı  və  Bizans,  Osmanlı  torpaqlarından 
Anadolu və Rumelini birləşdirməkdə bir əngəl idi. Konstantinopolun 
ələ keçirilməsi 2 yerə ayrılan Osmanlı imperatorluğunu birləşdirirdi. 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
13 
2) Dünya ticarət  yollarına nəzarəti ələ keçirmək  əsas məqsəd-
lərdən  biri  idi.  Konstantinopol  da  əlverişli  ticarət  yolları  üzərində 
yerləşirdi. 
3)  Bizans  imperiyasına  son  qoymaq  və  yeganə  imperatorluq 
yaratmaq istəyi. 
4)  İslamı  dünyaya  yaymaq,qəza  vəzifəsini  həyata  keçirmək, 
müsəlmanlara  himayəçi  olmaq  və  onları  xristianların  əlindən  xilas 
etmək vəzifəsi. 
Sultan Mehmet fəthdən əvvəl ilk olaraq planını verdiyi Rumeli 
qalasının tikintisini əmr etmişdi. 
1452-1453-cü ilin qışı Ədirnədə mühasirə hazırlıqları başlamış-
dı. Sultan əlinə İstanbul xəritəsini alaraq şəhərin ətrafındakı mövqe-
lərin  şəkillərini  çəkib  topları  və  mühasirə  alətlərini  haraya  qoyması 
lazım olduğunu göstərdiyi kimi, lağım atılacaq məhəllələri də xəritə 
üzərində  işarə  edirdi,  xəndəklərin  qazılma  forması,  nərdivanların 
hansı tərəfə qoyulması planlarını göstərir və gecə-gündüz bu düşüncə 
və planlarla məşğul olmuşdu. 
Osmanlı  ordusu  1453-cü  ilin  fevral  ayında  bütün  hazırlıqlarını 
tamamlayaraq ağır topçu qrupu ilə Ədirnədən yola çıxmışdı. 5 apreldə 
İstanbul tərəfə gəlmişdi. Topqapıdan Ədirnəqapıya qədər olan mərkəzdə 
Sultan  və  sədrəzəm  Çandarlı  Xəlil  paşa,  Yaldızqapıdan  Topqapıya 
qədər uzanan sağ cinahda Anadolu bəylərbəyi İshaq paşa və Mahmud 
paşa, Ədirnəqapıdan Xaliçə qədər uzanan sol cinahda Rumeli bəylərbə-
yi Qaraca paşanın qoşunları  yerləşmişdi. Vəzir Mahmud paşanı sultan 
Mehmet Bizans imperatoru XI Konstantinin yanına göndərib sülh təklif 
etmişdi.  Lakin  təklif  rədd  edildiyindən  6  aprel  cümə  günü  Istanbula 
hücum başlanmışdı [15, s.70]. 
12-17  aprel  aralarında  gedən  döyüşlərdə  Osmanlı  piyada  qo-
şunlarının  İstanbul  divarlarına  yaxınlaşma  cəhdləri  heç  bir  nəticə 
verməmişdi. 
Şəhər Xaliç və Mərmərə tərəfdən güclü atəşə tutuldu. Konstan-
tinopol çıxılmaz vəziyyətdə idi. Mayın 23-də Sultan Mehmet impera-
torun yanına elçi göndərərək təslim olmalarını tələb etmişdi. Bizans 
imperatoru  xristianların  köməyinə  ümid  edərək  elçilərin  tələblərinə 


Türk Dünyası Gənc Tədqiqatçılar dərnəyinin Araşdırmaları 
№1(1) 2017 
 
14 
cavab olaraq bildirmişdi: "Sultan Mehmet şəhərin təslimini deyil, an-
caq vergi istəyə bilər" [13, s.367-368]. 
Sultan Mehmed döyüşün gedişində əsaslı dönüş yaratmaq üçün 
qəti addımlar atmışdı. Gəmiləri quru yolla Xaliçə keçirmişdi. 
29  may  1453-cü  ildə  Sultan  Mehmet  sübh  namazından  sonra 
"Allah, Allah!" nidaları altında "Ya cənnət, ya İstanbul" deyərək hü-
cuma keçmiş və Konstantinopol türk qoşunları tərəfindən alınmışdı. 
54 gün davam edən və 18 aprel, 6, 12, 29 mayda edilən 4 böyük hü-
cumdan sonra Şərqi Roma imperatorluğunun 1125 illik paytaxtı olan 
Konstantinopol fəth edilmişdi. Sultan Mehmet möhtəşəm bir ordu ilə 
Topqapıdan  İstanbula  girmiş  və xalq  onları  gül-çiçəklə qarşılamışdı 
[20, s. 489-490]. 
Konstantinopolun  adı  dəyişilərək  İstanbul  oldu  və  o,  Osmanlı 
imperatorluğunun  paytaxtına  çevrildi.  İlbər  Ortaylıya  görə,  1453-cü 
ildən öncə də rumlar şəhərə "İstimboli", türklər isə "Stanpol" deyirdi. 
Stanpol rumca 2 kəlimənin birləşməsindən yaranmışdır. Sözün kökü 
"şəhərə"demək olan "stan" və "şəhər" mənasında olan "polis" kəlmə-
lərinin  birləşməsindən  yarandığını  qeyd  edirlər  və  mənası  "şəhərə 
doğru" deməkdir. 
Osmanlı imperatorluğu zamanı şəhər "Konstantiniyyə",  "Stan-
polis", "Dersaadet", "Asistane", "Darülhilafe" olaraq adlandırılmış və 
Cümhuriyyət  elan  olunduqdan  sonra  "İstanbul"olaraq  qəbul  edildi 
[5]. İstanbulun fəthi Osmanlıları həqiqətən 2 qitənin sultanı və 2 də-
nizin xaqanı etdi.Sultan Mehmet Qara və Egey dənizlərinin, Rumeli 
və Anadolu bölgələrinin sahibi oldu. 
İstanbul  Fateh  Sultan  Mehmedin  başlıca  şəhəri  oldu.  Sarayla-
rın, məscidlərin, mədrəsələrin, bazarların ən böyüyü  İstanbulda inşa 
edildi. 
Sultan Mehmet ilk öncə 1459-cu ildə şəhərin daha sonra Bəya-
zid deyiləcək səmtində bir saray tikdirmişdi. Bu "Eskisaray" adlanır-
dı. Daha sonra Topqapı sarayı tikilmişdir. Saray XIX əsrdən etibarən 
Topqapı adlandırılmağa başlanmışdır. 1923-cü ildə Osmanlı imperi-
yasının süqutundan sonra, 1 aprel 1924-cü ildə verilmiş hökümət fər-
manı ilə saray imperiya dövrü muzeyi elan edilmişdir. Osmanlı im-


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə