İCTİMAİ elmləR 2009


Tar. X  2. İlkin və ikincidərəcəli mənbələri təhlil edir



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

İctimai elmlər

2009

Tar. X  2. İlkin və ikincidərəcəli mənbələri təhlil edir.  

Nəticə əldə edilmişdir, əgər şagird:

Tarixi mənbənin müəllifi haqqında öz fikirlərini söyləyir və onun nə dərəcədə etibarlı olmağını 

(məs. həmin müəllifin hadisənin şahidi olub olmadığını, digərlərinin informasiyasından 



istifadə etməyini; mənbənin müəllifinə senzuranın təsir göstərib-göstərmədiyini araşdırır) 

tənqidi qiymətləndirir;  

Tarixi  sənədlərin  yaranmasının  tarixi  və  yeri  haqqında  öz  fikrini  bildirir;  vaxt  və  yer 

baxımından mənbəyin qiymətləndirilməsi zamanı onda verilən tarixi hadisədən nə qədər 



uzaqda olmasını nəzərə alır;

Tarixi mənbədən dəqiq məzmun əldə etmək məqsədilə tarixi hadisələrin iştirakçılarını, onun 

inkişafının vaxtı və yerini, səbəb olan amilləri və nəticələri tərtib edir;    



Tarixi mənbənin əsas məsələsini tərtib edir;

Tarixi mənbənin yaranma məqsədini tərtib edir – müəllifin motivasiyasını (məs. mənbə 



müəllifinin tarixi şəxsiyyətlə şəxsi əlaqələrini; onun xaricilərə qarşı münasibətini; onun 

dövrünün ictimai mühiti, dəyərləri və mentalitetini  nəzərə alır);         

Mənbə müəllifinin çatdırdığı informasiyanı mənbədə olan bütün informasiyadan fərqləndirir 

(məs. İakob Xutsesinin “Şuşanikin iztirabları” müəllifinin məqsədi xristianlıq üçün fədakar 



olan çariçanın həyatının təsviridir, lakin eyni zamanda, bu əsərdə biz V əsrin II yarısında 

Kartlinin siyasi, sosial və mədəni həyatı haqqında məlumatları tapırıq); 

Mənbələr üzərində iş zamanı tarixi hadisə iştirakçılarının fərqli dəyərlərini, maraqlarını, 

nəzərlərini, əsaslarını və digər insani cəhətlərini nəzərdə tutur



Tarixi mənbələr üzərində işləyən zaman səbəb-nəticə əlaqələrini təyin edir; şəxsiyyətin 

tarixdə rolunu, ideyalarının təsiri və təsadüfilik amillərini müzakirə edir; 



Tarixi mənbədən götürülən informasiyaları ictimai həyatın müxtəlif sahələrinə (siyasət, 

iqtisadiyyat, mədəniyyət, din, sosial əlaqələr) əsasən qruplaşdırır;  



Tarixi hadisənin inkişafı yerində coğrafi informasiyanı əldə etmək məqsədilə tarixi xəritəni 

oxuyur;  



Tarixi dövrü yaşayır: a) mənbələrin öyrənilməsi əsasında həmin dövrün dəyərləri, nəzərləri və 

imkanlarını formalaşdırır; həmin dövrün insanlarının öz dövrlərini necə dərk etdiklərini təsvir 



edir; b) keçmiş dövrü yalnız müasir dövrün baxışları ilə qiymətləndirməməyə çalışır.   

Tar. X  3. Tarixi tədqiqatı planlaşdırır və həyata keçirir. 

Nəticə əldə edilmişdir, əgər şagird:

Müstəqil şəkildə və ya  müəllimin köməyi ilə  onun üçün maraqlı olan tarixi məsələni 

araşdırmaq üçün seçir (şagirdin seçiminə tarixi əsərə, tarixi mövzu əsasında yazılan bədii 



ədəbiyyata, memarlıq abidələrinə, muzey eksponatları ilə tanışlığa və yaxud hər hansı bir 

siyasi hadisəyə olan maraq səbəb ola bilər);

Növbəti tədqiqatın mövzusunu konkretləşdirmək məqsədilə seçilən tarixi məsələ üzrə bir və ya iki 

ümumi xarakterli məqalələrlə tanış olur (məs.: Gürcüstan Sovet Ensikolopediyasından məqalə);  



İ.E.X. - 2


İctimai elmlər

2009

Hansı növ tədqiqat aparmaq niyyətində olduğunu müəyyən edir: onun tədqiqatı yalnız ikinci 

dərəcəli mənbələrəmi əsaslanacaq, yaxud ona həm ilkin, eləcə də ikinci dərəcəli mənbələrdən 



istifadə etmək lazım gələcəkdir; 

”İş” biblioqrafiyasını tərtib edir (məs.: a) ensiklopediya məqaləsinin sonunda verilən kitablara 

əsasən; b) müəllim tərəfindən adı çəkilən kitabların və yaxud istifadə etdiyi ədəbiyyatın 



siyahısında axtarıb iki və ya üç tədqiqatı seçir); 

Şagird kitabxanadakı kataloqun vasitəsilə lazımi ədəbiyyatı əldə edir

Kiçik zaman müddətində müəyyən edir ki, bu və ya o kitab yaxud da məqalə gələcək tədqiqat 



üçün ona faydalı olacaqmı (məs. Kitabın giriş hissəsi, ön söz, mündəricat başlıqları və 

başlıqaltları, məqalənin girişində müəllifin hipotezi ilə tanışlıq vasitəsilə); 

Tədqiqat marağından irəli gələrək, müəllimin yardımı ilə ilkin mənbələri axtarır, tanış olur 

və qiymətləndirir; 



Lazım gəldikdə vizual, bədii və musiqi mənbələrindən (fotoşəkillər, rəsmlər, freskalar, 

memarlıq əsərləri, romanlar, poetik və dramturq əsərləri, folklor, populyar və yaxud klassik 



musiqi) informasiya toplayıb istifadə edir; 

Tədqiqat  prosesində  tarixi  mənbələrdən  əldə  edilən  informasiyanın  izahatı  və  yaxud 

illustrasiyası məqsədilə müxtəlif növ diaqramlardan istifadə edir;  



Tədqiqat nəticələri ilə müəllimi müntəzəm olaraq tanış edir və onun qeydlərini nəzərə 

alır;  



Müəllimin köməkliyi ilə təsviri incəsənət əsərlərini seçir, onu vizula olaraq öyrənir və qısa 

mövzu yazır, hansında  əsərin öz dövrü haqqında söylədiklərini  və niyə belə düşündüklərini 



qeyd edir. 

  Kommunikasiya

Tar. X 4. Tarixi mövzu yazır.

Nəticə əldə edilmişdir, əgər şagird:

Tarixi mövzunu yazmaq məqsədilə onun üçün maraqlı məsələni seçir və onu yavaş-yavaş 

konkretləşdirir. Məs.:  



Tarixi məsələ

Geniş olmayan tarixi 

məsələləri

Geniş olmayan tarixi 

məsələləri

Geniş olmayan 

tarixi məsələləri

Roma İmperiyası

•  Roma memarlığı

•  Xristianlıqdan öncə 

Romada din



•  Yuli Qeysər

•  İmperator Klaudius

•  Birinci triumvirat

•  Qalliya 

müharibələri

•  Vətəndaş 

müharibələri

•  Yuli Qeysər - 

diktator

•  Britaniyanın 

fəth edilməsi

İ.E.X. - 3




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə