İCTİMAİ elmləR 2009


  Nəticə və indikatorlar  Coğrafi tədqiqat



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

İctimai elmlər

2009

  Nəticə və indikatorlar  Coğrafi tədqiqat 

Coğ. X 1.  Problemi, coğrafi tədqiqatın məqsədini, onun həlli yollarını və  

 

   

istiqamətlərini müəyyən edir.  

Nəticə əldə edilmişdir, əgər şagird:

Coğrafi tədqiqat zamanı yer, hadisələr və proseslər arasında əlaqə münasibətlərini (lokal, 

regional və qlobal səviyyədə təbii şərtlər, resurslar, əhali, təsərrüfat və ekoloji vəziyyəti 



arasında səbəb-nəticə əlaqəsini) müəyyən edir; 

Yerli mühitə diqqət yetirir və öyrənir ki, burada olan coğrafi problemləri  müəyyən etsin; 

Suallar (coğrafi) verir, hadisəni qiymətləndirir, fərziyyə irəli sürür və qrupla tutuşdurma 



nəticəsində onun üçün aktual problemi müəyyən edir (məs.: ərazini qavramaq problemi - 

ərazi niyə dəyişir, bunun səbəbi və nəticəsi nədir?);  

Müşahidə nəticələrini müzakirə edir, qoyulan problemin ətrafında müzakirələr aparır və 

onun həlli yollarının fərziyyələrini ifadə edir, hipotezləri ifadə edir, onlardan ən yaxşısını 



araşdırmaq üçün seçir;  

Seçilən  hipotezin  əsasında  coğrafi  tədqiqatın  istiqamətini  və  hazırlanma  mövzusunun 

strukturunu müəyyən edir.



Coğ.  X 2. Coğrafi tədqiqat üçün lazımi informasiyanı toplayır. 

Nəticə əldə edilmişdir, əgər şagird:

Yerinə yetirilən işlərin qrafikini tərtib edir və ardıcıllığa riayət edir; 

Tədqiqat məqsədindən irəli gələrək müvafiq elmi, hökümət və qeyri-hökümət təşkilatlarından 



lazımi informasiyanı əldə edir; 

Coğrafi tədqiqatların məqsədlərindən irəli gələrək seçir və müvafiq nəzəri və vizual materialı 

öyrənir; 



Səyyar tədqiqat üçün lazımi bəzi texnologiyaya sahib olur və tələbat olduğu halda uyğun 

şəkildə alətlərdən istifadə edir



Uyğun metodologiyanın əsasında səyyar işləri planlaşdırır; 

Adı çəkilən problemin həlli məqsədi ilə yerli mühitdə amil materialını axtarır; 



Mövzu ətrafında informasiya əsasında coğrafi göstəricilər bankını  yaradır (nəzəri materiallar, 

xəritələr,  səyyar  işlər  zamanı  əldə  edilən  materiallar,  statistik  göstəricilər,  cədvəllər, 



diaqramlar, qrafiklər). Lazımi material-texniki bazanın mövcud olduğu halda GİS analizini 

aparır. 


İ.E.X. - 8


İctimai elmlər

2009

Coğ. X 3.  Coğrafi tədqiqatı həyata keçirmək üçün əldə edilən informasiyanı  

 

   

təhlil edir və işləyir.  

Nəticə əldə edilmişdir, əgər şagird:

Elmi  mənbələrə  əsaslanaraq  araşdırılan  problemlərlə  əlaqədar  fikirləri  tənqidi 

qiymətləndirir; 



Tədqiqat  üçün  lazımi  metoddan  istifadə  edir  (kartoqrafik,  sosioloji,  riyazi,  statistik, 

müqayisəvi...), informasiyanı hazırlayır və təhlil edir



İnformasiyanı hazırlayır və müstəqil şəkildə toplayır, onun üçün lazım gəldiyi halda debat 

və konsultasiyalarda iştirak edir;  



Əldə edilən nəticələrin analizi əsasında problemi ayırır və onun tərəfindən seçilən hipotezin 

düzlüyünü yoxlayır;  



Sadə coğrafi modelləri yaradır və tanış olur (məs. geourbanistika problemləri, ticarət və 

müəssisə obyektlərinin yerlərini planlaşdırmaq və s.);



İnformasiyanın  təhlili  əsasında  coğrafi  problemin  həlli  yollarını  hazırlayır  və 

proqnozlaşdırır. 



  Kommunikasiya 

Coğ.  X 4.  Xəritələrdən və digər coğrafi vasitələrdən infomasiyanı axtarmaq  

 

   

və öz fikirlərini ifadə etmək üçün istifadə edir. 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Fotoşəkillər, illustrasiyalar, qrafiklər, cədvəllər, diaqramlar və xəritələrdən istifadə edərək 

coğrafi şərh edir (məs.: iqlim şərtlərinin xüsusiyyətlərini müəyyən edir); 



Eyni növ coğrafi vəsaitdə mövcud informasiyanı müxtəlif şəkillərlə verir (məs.: xəritədə 

verilən informasiyanı cədvəl şəklində ifadə edir);  



Beynəlxalq coğrafi dildən – xəritədən – informasiyanı əldə etmək üçün  istifadə edir və öz 

fikirlərini ifadə edir;  



Tədqiqat məqsədinə əsasən müxtəlif tematik xəritəsinin tutuşdurulması əsasında kompleks 

analiz  keçirir  (məs:  iqlim,  əhalinin,  fiziki-coğrafi  xəritələrin  əsasında  bölgənin  kurort 



təsərrüfatı);

Səyyar  şərtlərdə  əldə  edilən  material  və  mövcud  statistik  informasiyanın  hazırlanması 

əsasında şagird qrafiklər, diaqramlar, cədvəllər, xəritələr tərtib edir; öz iş materialını daha 



yaxşı ifadə etmək üçün diqqət yetirir.   

İ.E.X. - 8




İctimai elmlər

2009

Coğ. X 5.  Coğrafi tədqiqat nəticələrini göstərmək üçün lazımi vərdiş-   

 

   

bacarıqları üzərə çıxarır.  

Nəticə əldə edilmişdir, əgər şagird: 

Tədqiqat prosesində ədəbi mənbələrdə coğrafi terminlər və konsepsiyaların izahatlarını 

axtarır və müvafiq olaraq onlardan istifadə edir; 



Tədqiqat nəticəsində əldə edilən nəticələr və şəxsi nəzərini müxtəlif formalarla (şifahi, 

yazılı, qrafik və s.) ifadə edir; 



Hazırlanan informasiyanın (axtarılan elmi mənbələr və şəxsi tədqiqat) əsasında coğrafi 

mövzu yazır; 



Tədqiqatın müxtəlif mərhələlərində öz fərziyyələrini sinif yoldaşları ilə bölüşür, yaranan 

problemlərdən mümkün çıxış yollarını müzakirə edir



Tədqiqatın  müxtəlif  mərhələlərində  sinif  yoldaşları  tərəfindən  çıxarılan  problemlərin 

müzakirəsində iştirak edir (işçi qeydləri və konstruktiv cümlələr verir);



Coğrafi mövzunun yazılışından sonra rəhbəri və maraqlanan şəxslərlə tanış edir; onların 

qeydlərini nəzərə alaraq mövzuda düzəlişlər aparır;   



Müxtəlif  maraqlı  ictimai  qruplar  qarşısında  təqdimat  aparır  (sinif,  mövzu,  olimpiada, 

konfrans və s.).



Tövsiyyə edilən məzmun: 

1. Giriş 

Coğrafiyanın obyekti və məqsədləri.

Müasir coğrafi elmlər sistemi. 



 Elmlər sistemində coğrafiyanın yeri. 

Coğrafi ideyaların formalaşdırma tarixi. 



Coğrafiyanın və coğrafi biliyin əhəmiyyəti. 



2. Coğrafi tədqiqat və onun təşkili.  

Müstəqil coğrafi tədqiqat vərdiş-bacarıqlarına sahib olmaq.

Coğrafi tədqiqat metodları: ənənəvi (təsviri, müqayisəvi-coğrafi, kartoqrafik) və müasir (riyazi, 

aerokosmik, geoinformatik, modelləşmə) 

Coğrafi proqnozlaşdırma 

Problemin dərk edilməsi və seçilməsi 



Müşahidə 

Hipotezlərin irəli sürülməsi 



Coğrafi mövzunun struktur təşkilatı 

Göstəricilərin təşkilatı və analizi 



Problemin həlli 



3.  Kommunikasiya 

Xəritə və coğrafi vəsaitlər 

Mövzunun hazırlanması prosesində qrup işinin vərdiş-bacarıqlarına sahib olmaq  (işin 

bölgüsü, fərdi yerinə yetirilməsi, qrup müzakirəsi və s.).



Coğrafi mövzunun yazısı.  

Hazırlanan coğrafi mövzunun təqdimatının hazırlanması və təqdimatı. 



İ.E.X. - 9




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə