İdmanın təbliğində



Yüklə 400,69 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix21.06.2018
ölçüsü400,69 Kb.
#50821
1   ...   5   6   7   8   9   10   11   12   13

26 

 

bəzədilməsi  əvvəlcədən  dəqiqləşdirilir.  Lazımi  stend,  sərgi, 



plakat,  fotomontajlar  əvvəlcədən  planlı  şəkildə  hazırlanır. 

Tədbirin  planı,  ssenarisi  hazırlanarkən  fəal  oxucuların 

fikirlərini  bilmək  vacibdir.  Bu  cür  tədbirdə  məktəbin 

özfəaliyyət  dərnəyinin  üzvlərinin,  kitabxananın  fəal 

oxucularının  iştirakı  ilə  bədii  gimnastikadan,  Azərbaycan 

xalqının  ən  çox  sevdiyi  milli  güləş,  daşqaldırma,  gücsınama, 

kəndirdartma  və  s.  milli  idman  növlərinin  fəndlərindən 

nömrələr  təqdim  etmək,  eləcədə  rejissor  Vaqif  Ağayevin 

“Zirvəyə  doğru”  adlı  sənədli  qısametrajlı  filmini  nümayiş 

etdirmək olar. 2007-ci ildə çəkilmiş “Zirvəyə doğru” filmində 

son  illər  respublikamızda  idmanın  inkişafı,  idmançılarımızın 

uğurları və prezident İlham Əliyevin bu sahənin inkişafı üçün 

gördüyü işlər öz əksini tapır. Bu cür təşkil olunmuş bədii hissə 

gör


üşə daha da rəng qatar.  

Kitabxanada  idman,  gənc  nəslin  sağlamlığı  mövzusunda 

sual-

cavab  gecəsi  keçirərkən  əvvəl  mövzunun  mahiyyətini, 

əhəmiyyətini  açan  kitablar  seçilməli,  gecənin  keçiriləcəyi 

auditoriya və suallar əvvəlcədən müəyyənləşdirilməli, gecənin 

keçiriləcəyi  yeri  və  vaxtı  göstərən  elan  hazırlanmalıdır. 

Tədbirin  məktəblilər,  rayonun  qalibləri,  qabaqcıl  idman 

komandaları arasında keçirilməsi məqsədəuyğun olardı. Sorğu 

keçirilərkən  uşaqların  yaş  xüsusiyyətləri  nəzərə  alınmalıdır. 

Sualların  qabaqcadan  müəyyənləşdirilməsinə  baxmayaraq, 

tədbir  zamanı  yeni  sualların  meydana  çıxması  istisna  edilmir. 

Tədbirdə  iştirakçıların  suallarını  yazılı  şəkildə  vermələrinə  də 

şərait  yaradılmalıdır.  Bu  onlara  sıxılmayaraq  maraqlandıqları 

suallara  ətraflı  cavab  tapmalarına  imkan  verər.  Qoyulan 

sualların  əhatəli  şəkildə  işıqlandırılmasını,  müzakirəsini, 

cavablandırılmasını,  tədbirin  daha  maraqlı  keçməsini  təmin 

etmək  üçün  idman  müəllimlərini,  məşqçiləri,  veteran 

idmançıları,  səhiyyə  işçilərini,  müəllim  kollektivini,  valideyn 

heyətini  də  tədbirə  dəvət  etmək  vacibdir.  Həmçinin,  verilən 

suallara daha ətraflı cavab vermək üçün sual-cavab gecələrində 




27 

 

əyani  materiallardan,  fotoşəkillərdən,  kitab  vitrin  və 



sərgilərindən  istifadə  etmək,  mövzu  ilə  bağlı  ədəbiyyatları 

dinləyicilərə tövsiyə etmək çox vacibdir. 

Sual-

cavab  gecəsində  aşağıdakı  suallar  ətrafında 



müzakirələr aparmaq olar: 

 



Siz asud

ə vaxtınızı necə keçirirsiniz? 

 

Hansı idman növü ilə məşğul olmaq istərdiniz? 



 

Siz idmanın xeyrini nədə görürsünüz? 



 

Az



ərbaycan idmançılarından kimləri tanıyırsınız 

v

ə onlar haqqında nə bilirsiniz? 



 

Qalibiyy



əti necə əldə etmək olar? 

 



M

əşhur idmançı olmaq üçün nə etmək lazımdır? 

Kitabxananın  saytında  keçiriləcək  hər  bir  tədbir  haqqında 

əvvəlcədən  ətraflı  məlumat  verilməli,  keçirilmə  tarixi,  saatı, 

yeri gö

stərilməli,  tədbirin  adı,  məqsədi,  iştirakçıların,  dəvət 



olunacaq  qonaqların  adları  açıqlanmalı,

 

istifadə  ediləcək 



ədəbiyyatların  siyahısı  öz  əksini  tapmalıdır.  Kitabxananın 

saytından istifadə edən hər bir oxucu bu məlumatla tanış olacaq 

və beləliklə, tədbirdə iştirak etmək istəyənlərin sayı artacaqdır.  

Kitabxanalar

,  həmçinin  orta  məktəblərin  yuxarı  sinif 

şagirdləri  arasında  sorğu-anketlər,  maarifləndirmə  tədbirləri, 

“Sağlam  ölkənin  sağlam  gəncləriyik”  inşa-yazı  və  rəsm 

müsabiqələri keçirə bilər.  

Azərbaycanın  dünya  ölkələri  arasında  tanınmasında 

beynəlxalq idman hərəkatı ilə müqayisə ediləcək digər bir sahə 

tapmaq qeyri-

mümkündür.  Buna  görə  də  kitabxanalar  Təhsil 

Nazirliyi,  ölkənin  müvafiq  qurumları,  xüsusən  Azərbaycan 

Respubikası  Gənclər  və  İdman  Nazirliyi  və  digər  təşkilatlarla 

əməkdaşlığı daha da genişləndirməlidir. 

Biz  yüksək  bacarıqlara  malik  olan  gənclərə  inanırıq, 

düşünürük ki, Azərbaycanın gələcəyi onlarla bağlıdır. Hər bir 

gənc başa düşməlidir ki, yüksək nəticə əldə etmək üçün səylə 

öz  üzərində  çalışmalıdır.  Hər  bir  idmançı  vətənpərvər  olmalı, 

Azərbaycana  qulluq  etməli  və  Vətəninin  parlaq  gələcəyi 




28 

 

naminə  əlindən  gələni  əsirgəməməlidir.  Biz  kitabxana  işçiləri 



üçün  önəmli  məqamlardan  biri  yeniyetmə  və  gənclərin 

uğurlarına,  qələbələrinə  sevinmək,  onun  təbliği  sahəsində  hər 

cür  imkanlardan  istifadə  etməkdir.  Kitabxanaçıların  vəzifəsi 

dövlətimizin  idmanla,  xalqımızın  sağlamlığı  ilə  bağlı  qəbul 

etdiyi dövlət sənədlərini, fərman və sərəncamları təbliğ etmək, 

kitablar,  qəzet  və  jurnallar  haqda  məlumat  vermək, 

gənclərimizin  sağlam  ruhda  böyüməsində  yaxından  iştirak 

etməkdir. O zaman daha böyük qələbələrə nail olarıq. 

 



29 

 

Əlavə 



 

Görkəmli şəxslər idman və sağlamlıq haqqında 

 

İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə 

yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil 

Azərbaycanın  adını  ucaldırlar.  Müstəqil  Azərbaycanın  himni 

çalınır,  müstəqil  Azərbaycanın  bayrağı  qaldırılır  və  müstəqil 

Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar 

ki,  idman  kimi  Azərbaycanın  müstəqilliyinin  rəmzlərini 

nümayiş etdirən ikinci bir vasitə yoxdur. 



Heydər Əliyev, 

ümummilli lider 

 

Sağlamlığın  birinci  yolu  hər  bir  insanın  öz  orqanizmini 

fiziki 

cəhətdən  inkişaf  etdirməsi,  bədən  tərbiyəsi  ilə  daim 



məşğul olması və idmanı yüksək səviyyəyə qaldırmasıdır. Ona 

görə  də  biz  idman  haqqında  danışarkən  bunu  böyük  siyasi, 

milli  problem  kimi  qəbul  edirik,  anlayırıq.  Biz  bu  nöqteyi-

nəzərdən də idmana qayğı göstəririk və göstərəcəyik. 



 

Heydər Əliyev, 

ümummilli lider 

 

Xalqımız,  millətimiz  genetik  xüsusiyyətlərinə  görə  fiziki 



cəhətdən  sağlam  insanlardan  ibarət  olan  xalqdır,  millətdir. 

Fiziki  sağlamlıq  və  fiziki  güc,  mənəvi  sağlamlıqla  bərabər 

Azərbaycan  xalqına,  millətinə  xas  olan  xüsusiyyətdir.  Amma 

bu  xüsusiyyət  həmişə  bizim  daxilimizdə  qalıbdır.  Keçmiş 

dövrlərdə  də,  əsrlərdən-əsrlərə  pəhləvanlarımız  da, 

güləşçilərimiz də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür 

oyunlarda  nümayiş  etdirənlərimiz  də  olubdur.  Ancaq  məlum 



Yüklə 400,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə