İdmanın təbliğində



Yüklə 400,69 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix21.06.2018
ölçüsü400,69 Kb.
#50821
1   2   3   4   5   6   7   8   9   ...   13

14 

 

seçdiyi idman növü ilə müntəzəm olaraq heç bir məhdudiyyət 



qoyulmadan məşğul ola bilər. 

İdmançılarımızın  hər  dəfə  beynəlxalq  arenalarda 

qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə 

şərəf gətirən ən böyük uğurlardandır. Ölkəmizə rəhbərlik etdiyi 

bütün dövrlərdə ulu öndər Heydər Əliyevin idmançılarımızdan 

gözlədiyi  məhz  qalib  olmaq,  dövlətimizin  adını  ucaltmaq  idi. 

Ulu  öndərin  milli  maraqlara  əsaslanmaqla  həyata  keçirdiyi 

çoxşaxəli  siyasət  strategiyası  bu  gün  onun  layiqli  varisi  - 

Prezident  cənab  İlham  Əliyev  tərəfindən  inamla  davam 

etdirilir. Təbii ki, idman da diqqət və qayğıdan kənarda deyil.  

Cənab  İlham  Əliyevin  rəhbərliyi  altında  Olimpiya 

Komitəsi  əhali  arasında  idmanın  və  Olimpiya  Hərəkatının 

təbliğinə  xidmət  edən  mətbuat  orqanlarının  nəşrinə  də 

başlamışdır. Respublikamızda nəşr olunan “Olimpiya” adlı ilk 

idman jurnalının (Azərbaycan və ingilis dillərində) birinci sayı 

1998-


ci  ildə  çapdan  çıxmışdır.  2000-ci  ildə  Milli Olimpiya 

Komitəsi  “Azərbaycan  27-ci  Olimpiya  Oyunlarında”  kitabını 

çap etdirmiş, 2001-ci ildə “Olimpiya dünyası” qəzeti işıq üzü 

görmüşdür. Komitənin özünün yubileyi ərəfəsində çap etdirdiyi 

440  səhifəlik,  nəfis  tərtibatlı  kitab  isə  sözün  əsl  mənasında 

ensiklopedik  nəşrdir.  “Heydər  Əliyev  və  Azərbaycanda 

Olimpiya Hərəkatı”, İlham Əliyevin “Azərbaycanda Olimpiya 

Hərəkatı”  kitabları  idmansevərlərimizin  sevə-sevə  oxuduqları 

kitablardır. 

2012-ci  il

də  respublikamız  daha  bir  beynəlxalq  yarışa  ev 

sahibliyi etm

işdi.  Velosiped  idmanı  üzrə  ölkəmizdə  təşkil 

olunmuş  ilk  peşəkar  yarış  Azərbaycan  Velosiped  İdmanı 

Federasiyası,  Milli  Olimpiya  Komitəsi,  Gənclər  və  İdman 

Nazirliyi  və  Almaniyanın  “Freunde  Eventlogistik”  şirkətinin 

təşkilatçılığı  ilə  keçirilmişdi.  Ulu  öndər  Heydər  Əliyevin 

anadan olmasının 89-cu ildönümünə həsr olunan bu beynəlxalq 

veloyürüş may ayının 9-da start götürmüş və mayın 13-də başa 

çatmışdır. Bu ənənə bu gün də davam etdirilir. 




15 

 

Hər il bədii gimnastika, taekvondo, güləş, boks, futbol və 



s. kimi Oli

mpiya növlərinə daxil olan idman yarışlarının məhz 

Azərbaycanda  keçirilməsi  ölkəmizin  inkişaf  səviyyəsinin  və 

qüdrətinin  göstəricisidir.  Bu  Azərbaycanın,  eyni  zamanda,  bir 

neçə beynəlxalq yarışa ev sahibliyi etmək imkanlarını nümayiş 

etdirir. 2012-ci ilin 

iyun ayında Gənclər və İdman Nazirliyinin 

dəstəyi  ilə  Bakının  mərkəzində  təşkil  edilmiş  dünya  şöhrətli 

“Formula-

1”in  hazırkı  çempionu  “Red Bull Racing” 

komandasının  canlı  əfsanəsi  Devid  Kulthardın  iştirakı  ilə 

nümayiş xarakterli avtoyürüş və nümunəvi çıxışlar şəhərimizin 

sakinləri  və  qonaqları  tərəfindən  maraq  və  sevinclə 

qarşılanmışdır.  Bunlarla  yanaşı  Azərbaycan  xalqının  ən  çox 

sevdiyi  milli  güləş,  daşqaldırma,  nərd,  gücsınama, 

kəndirdartma  və  s.  milli  idman  növlərinin  inkişaf  etdirilməsi 

sahəsində  də  böyük  işlər  görülür.  Bu  sahədə  artıq  ənənəyə 

çevrilmiş “Milli İdman Növləri üzrə Respublika Spartakiadası” 

hər  il  keçirilərək  idmanın  əhali  arasında  kütləviləşməsinə 

bilavasitə zəmin yaradır. 

Respublikamızda  idman  növləri  üzrə  seminarlar  təşkil 

olunur,  müxtəlif  xarici  dövlətlərdə  təşkil  olunan  kurslarda 

Azərbaycan  nümayəndələri  iştirak  edir,  əldə  etdikləri  bilikləri 

təlim-məşq  prosesi  zamanı  uğurla  tətbiq  edirlər.  Ölkəmizdə 

idman  növlərinin  inkişaf  etdirilməsi,  əldə  olunmuş 

nailiyyətlərin  gündən-günə  artırılması  məqsədilə  Azərbaycana 

tanınmış  basketbol  mütəxəssisi  R.Kurtinaytis,  taekvando  üzrə 

bir neçə peşəkar koreyalı mütəxəssis dəvət olunmuşdular. 

Gənc  nəslin  elmi,  mənəvi  inkişafı  ilə  yanaşı,  onların 

vətənpərvər  və  fiziki  cəhətdən  sağlam  böyüməsində  bədən 

tərbiyəsi fənni böyük əhəmiyyət kəsb edir. Bunun üçün də ilk 

növbədə təhsil müəssisələrində fiziki tərbiyə və idman işlərini 

daha  yüksək  səviyyədə  təşkil  etmək  lazımdır.  “2004-2008-ci 

illərdə  bədən  tərbiyəsi  və  idmanın  inkişafı  ilə  bağlı  Dövlət 

Proqramı”-nın,  “2005-2015-ci  illərdə  Azərbaycanda  futbolun 

inkişafı  ilə  bağlı  Dövlət  Proqramı”  -nın  icrasını  təmin  etmək 




16 

 

məqsədi ilə mütəmadi olaraq şagird və tələbələr arasında idman 



yarışları  və  kütləvi  tədbirlər  keçirilir,  universiadalar, 

spartakiadalar, birinciliklər, dövlət əhəmiyyətli bayramlara həsr 

olunan tədbirlər və xatirə turnirləri təşkil olunur. Bu tədbirlərdə 

ali, orta ixtisas, peşə məktəbləri, peşə liseyləri və ümumtəhsil 

məktəblərində  təhsil  alan  tələbə  və  şagirdlər  iştirak  edir. 

Azərbaycan, həmçinin, Avropada ilk dəfə olaraq futbol üzrə 17 

yaşadək qızlardan ibarət dünya çempionatına ev sahibliyi etdi. 

Dünyanın  ən  mötəbər  idman  yarışı  olan  Olimpiya 

oyunlarına  Azərbaycandan  ən  çox  lisenziyanı  güləşçilər 

qazanmışlar. Atlantada 8, Sidneydə isə 9 Azərbaycan güləşçisi 

Olimpiya  oyunlarının  iştirakçısı  olmuşdur.  İki  olimpiadada 

əldə  olunmuş  dörd  medaldan  ikisini  -  bir  qızıl  və  bir  gümüş 

medalı güləşçi Namiq Abdullayev qazanmışdır.  

XXX  London  Yay  Olimpiya  Oyunlarına  isə  Azərbaycan 

16 növ üzrə mübarizə aparacaq 53 idmançı ilə qatılmışdır. Bu 

Olimpiyadada  respublikamız  medal  sayına  görə  25-ci, xal 

hesabına  görə  27-ci,  qızıl  əyarına  görə  isə  medal  qazanan  85 

ölkə arasında 30-cu yeri tutmuşdur. Azərbaycan idmançılarına 

i

lk qızıl medalı sərbəst güləşçimiz Toğrul Əsgərov bəxş etmiş, 



Şərif Şərifov isə qazandığı qızıl medalla bu qələbənin sevincini 

və  təntənəsini  daha  da  artırmışdı.  Ümumiyyətlə, 

olimpiyaçılarımızın əldə etdiyi 10 medaldan ( 2 qızıl, 2 gümüş, 

6 bürünc) 7-

si  güləşçilərimizin  payına  düşür.  Bunlardan  3-nü 

isə (2 qızıl, 1 bürünc) sərbəst güləşçilərimiz qazanmışlar. 

Dövl

ət  başçımızın  idman sahəsində  əməyi Beynəlxalq 



Olimpiya Komit

əsi tərəfindən yüksək qiymətləndirilmiş, 2004-

cü ild

ə İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin ən ali 



mükafatı “Olimpiya ordeni” ilə təltif olunmuşdur.  

Doğma  Vətənində  isə  onun  ən  ali  mükafatı  xalqın,  elin 

sevgisi, m

əhəbbətidir. Azərbaycan Olimpiya Hərəkatı və idman 

h

əyatında  ən böyük və  ən nəhəng  işlər cənab  İlham  Əliyevin 



adı  ilə  bağlıdır.  Onun  adı  idman  tariximizə  qızıl  hərflərlə 

y

azılmışdır. 




Yüklə 400,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə