İdmanın təbliğində



Yüklə 400,69 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix21.06.2018
ölçüsü400,69 Kb.
#50821
1   2   3   4   5   6   7   8   9   ...   13

 

Azərbaycan  şairəsi  Xurşudbanu  Natəvanla  şahmat  oynamış, 



Natəvanın gözəl oyunundan heyran olmuşdur. 

Komanda oyun növü olan çovqan y

arışları eramızın birinci 

minilliyinin  ortalarında  formalaşmış,  yüzillər  ərzində 

Azəbaycanda,  Orta  Asiyada,  İranda,  Türkiyədə,  İraqda  və 

qonşu  ölkələrdə  məşhur  olmuşdur.  Örənqalada  aparılmış 

a

rxeoloji  qazıntılar  zamanı  tapılan  şirli  qab  üzərində  çövqan 



oyununun 

təsvir  edildiyi  rəsm  bu  oyunun  IX  əsrdə  Beyləqan 

şəhərində  yayıldığını  əyani  sübut  etmişdir.  Dahi  Nizaminin 

“Xosrov  və  Şirin”  əsərindən  və  “Kitabi-Dədə  Qorqud” 

boylarından  isə  məlum  olmuşdur  ki,  Azərbaycanda  çovqanın 

tarixi hətta VI-VII əsrlərə gedib çıxır. 

XVIII  əsrdə  Azərbaycanın  bütün  zonalarında

 

Qarabağda, 



Şuşada, Qazaxda, Tovuzda və s.  yerlərdə pəhlivanlıq məktəbi 

vardı. Əsrin sonlarında Çin, Hindistan, İran və Misirdə şöhrət 

tapmış maştağalı pəhləvan Hüseynqulu Hacı Mürsəloğlu, onun 

yetirməsi,  vaxtilə  “altıaylıq  pəhləvan”  adı  ilə  məşhur  olan 

Əbdüləli  Axundov,  yenilməz  meydan  pəhləvanı  abşeronlu 

Hüseynqulu  Mirzə  Haşım  oğlu,  balaxanılı  Sap  Pənci, bakılı 

Şobı oğlu Abdulla, Əhmədli Məmməd, Atababa, Rüstəm Zal, 

Mehdi  Bayramoğlu  bu  dövrdə  xüsusi  hörmət  qazanmış 

pəhləvanlar olmuşlar.  

XX  əsrin  əvvəllərində  Azərbaycan  pəhləvanlarından  Sali 

Süleyman  və  Rəşid  Yusifovun  adı  bütün  dünyada  məşhur 

olmuşdur. Onlar Vaşinqton, Paris, Çikaqo, London, Roma kimi 

şəhərlərdə  keçirilən  güləş  yarışlarında  böyük  məharət 

göstərmişlər. Sali Süleyman dəmir zəncirləri asanlıqla qırmış, 

dəmir  çubuqdan  düyün  bağlaya  bilmiş  dünya  pəhləvanlarının 

ən  təhlükəli  rəqibi  sayılmış, onu  “Şərqin  sevimlisi” 

“çempionların  qənimi”  adlandırmışlar.  Dünyada  məşhur  olan 

Rəşid  Yusifov  yenilməz  pəhləvanlar  Eldar  Göyçaylının, 

Məmməd 

Hüseynovun, 



Əşrəf 

Sultanovun, 

Sabir 

Məmmədovun,  İsgəndər  Hacıyevin,  Qiyas  Nuriyevin, 



Məmməd Abdullayevin ustadı olmuşdur. 


 

XX əsrin əvvələrində Bakı neft şəhəri kimi sürətlə inkişaf 



edərək dünyanın ən iri sənaye mərkəzlərindən birinə çevrilmiş, 

müxtəlif  ölkələrdən  neft  mütəxəssisləri  və  fəhlələr  Bakıya 

axışıb  gəlmişlər.  Onlar  asudə  vaxtlarını  səmərəli  keçirmək 

məqsədilə  öz  ölkələrində  populyar  olan  idman  növlərinin 

Azərbaycanda  yayılmasına  çalışmış  və  nəticədə  həmin  illərdə 

Bakıda  üzgüçülük,  yüngül  atletika,  ağır  atletika,  gimnastika, 

futbol və bir çox başqa idman növləri yayılmağa başlamışdır. 

XX  əsrin  əvvəllərində  Bakıda  futbol  daha  geniş  şöhrət 

qazan

mağa  başlamış,  qısa  müddətdə  şəhərdə  çoxlu  futbol 



komandaları  yaranmışdı.  “Balaxanı  futbolçular  dərnəyi”, 

“Stela”,  “

İdmanın  dostları”,  “İdmançı”,  “Konqres”,  “Unitas”, 

“Belaya”, “Senturion”, “

Tərəqqi” və s. belə komandalardan idi. 

İlk  illərdə  şəhər  birinciliyi,  kubok  yarışları  və  rəsmi  oyunları 

təşkil  edəcək  birlik-qurum  olmadığından  yarışlar  kortəbii 

şəkildə, kapitanlar arasındakı razılığa görə keçirilmişdi. 1912-

1913-

illərdə əvvəlcə Tiflisdə, sonra Bakıda Azərbaycanın və 



Gürcüstanın  futbol  komandaları  arasında  görüşlər  təşkil 

olunmuşdu.  1914-cü  ildə  Azərbaycanda  Futbol  ittifaqı 

yaradılmışdı.  İttifaq  rəsmi  şəhər  birinciliklərini  və  digər 

yarışların  təşkilini  öz  üzərinə  götürmüş  və  bu  dövrdən 

başlayaraq  ölkədə  müxtəlif  idman  növləri  üzrə  təşkilatların, 

cəmiyyətlərin yaranması ənənə şəklini almışdı. 

1920-

ci ildə respublika ümumhərbi təlim orqanları yanında 



Bədən  Tərbiyəsi  Şurası  təşkil  olunmuş,  şura  ölkədə  idmanın 

inkişaf  və  yayılmasına  rəhbərlik  etməyə  başlamışdı.  1921-ci 

ildən  başlayaraq  müxtəlif  idman  növləri  üzrə  şəhərlərarası 

yarışlar keçirilmişdi. 

1922-

ci ilin axırına yaxın bədən tərbiyəsi və idman işlərinə 



Azərbaycan  Həmkarlar  İttifaqları  da  qoşulmuşdu.  Bu  təşkilat 

öz xətti ilə idman cəmiyyətləri yaratmış, respublikada idmanın 

maddi-

texniki  bazasının  qurulmasına  xüsusi  yardım 



göstərmişdir.  1923-cü  ildə  Azərbaycanda  ilk  idman  qəzeti- 

“Qırmızı idmançı” çapdan çıxmağa başlamışdı. Elə həmin ildə

 



 

Bakıda  bədən  tərbiyəsi  müəllimləri  hazırlayan  məktəb  də 



açılmışdı.  Məktəbdə  idmanın  müxtəlif  növlərini  öyrədəcək 

müəllim  və  mütəxəssislər  hazırlanırdı.  Bu, respublika üçün 

idmanın  ənənəvi  olan  növləri  ilə  yanaşı  digər  növlərinin  də 

inkişafına  təkan  vermişdi.  Həmçinin  Azərbaycan  Neft  Kimya 

İnstitutunda  və  Mərkəzi  Bədən  Tərbiyəsi  Evində  boks 

dərnəkləri  yaradılmışdı.  Ölkədə  tez-tez üzgüçülük, su polosu 

və  suya  tullanma  növləri  üzrə  idman  yarışları,  bayramları 

keçirilir, g

üləş  və  ağır  atletika  klublarında  xeyli  idman 

h

əvəskarı məşq edirdi.  



Ayrı-ayrı  idman  növləri  üzrə  yarışlardan  başqa 

respublikada kompleks idman turnirləri də keçirilmişdi. 1925-

ci  ildə  Bakıda  “Olimpiya  Oyunları”  adı  altında  yarışlar  təşkil 

olunmuş, bu  olimpiadanın  proqramına  əsasən  yüngül 

atletikanın müxtəlif növləri üzrə yarışlar daxil edilmişdi.  

B

ədii gimnastika ölkəmizdə  2003-cü ildən  başlayaraq 



sıçrayışlı 

inkişaf 


et

mişdir. 


Respublikamızda 

tenis, 


qılıncoynatma,  su  idmanı  növləri  də  populyar  olmuşdur. 

İdmançılarımız  keçmiş  Sovet  İttifaqı  miqyasında  keçirilən 

yarışlarda,  ittifaqın  yığma  komandasının  tərkibində  dünya  və 

Avropa  çempionatlarında,  müxtəlif  Olimpiya  oyunlarında 

iştirak  edərək  respublikamızı  təmsil  etmiş,  çempion  adı 

qazanmışlar. 

Azərbaycan  atıcılıq  məktəbi  də  yetirmələri  ilə  şöhrət 

qazanmışdır.  Azərbaycan  atıcısı  Albert  Udaçin  SSRİ  yığma 

komandasının  heyətində  dünya  çempionu  olmuş,  SSRİ 

yığmasının  tərkibində  Olimpiya  oyunlarında  Ukraynanın 

təmsilçisi  kimi  çıxış  etmişdir.  Azərbaycan  atıcılıq  idmanını 

Olimpiya  o

yunlarında  sonralar  Sergey  Timoxin,  İradə 

Haşımova və Zemfira Meftahəddinova təmsil etmişlər. Zemfira 

Sidney Olimpiadasında olimpiya çempionu adını qazanmışdır. 

Bakı  şəhərinin  dəniz  kənarında  yerləşməsi  respublikada 

avarçəkmənin və yelkən idmanının da inkişaf etdirilməsi üçün 

əlverişli  şərait  yaratmışdır.  Avarçəkənlərimiz  SSRİ 




Yüklə 400,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə