İdmanın təbliğində


İdmanın təbliği ilə əlaqədar kitabxanaların qarşısında



Yüklə 400,69 Kb.
Pdf görüntüsü
səhifə6/13
tarix21.06.2018
ölçüsü400,69 Kb.
#50821
1   2   3   4   5   6   7   8   9   ...   13

17 

 

İdmanın təbliği ilə əlaqədar kitabxanaların qarşısında 



duran vəzifələr 

İdmanın  təbliği,  gənc  nəslin  sağlam  gələcəyinin  təmin 

edilməsi məqsədilə kitabxanalarda kütləvi tədbirlərin müxtəlif 

formalarından  istifadə  edilir.  Kitabxanalarda  5  mart  Bədən 

Tərbiyəsi  və  İdman  Günü  qeyd  edilməli,  bədən  tərbiyəsi  və 

idmanla bağlı müxtəlif səpkili tədbirlər təşkil olunmalıdır. 

 

Əgər  kitabxananın  saytı  varsa,  ilk  növbədə  Azərbaycan 



idmanını  təbliğ  etmək  məqsədilə  saytda  müxtəlif  məlumat 

bazaları, video çarxlar, elektron nəşrlər, rayonun idman şərəfini 

yüksəldən  qalib  idmançılar  haqqında  materiallar,  fotolar, 

müxtəlif  təşviqat  xarakterli  slayd  şoular  yerləşdirmək 

məqsədəuyğun olardı.  

Bu gün 


İKT-nin  ictimai  həyatımızın  bütün  sahələrinə 

nüfuz  etdiyi  bir  dövrdə  oxucularımızın  diqqətini  saytlarda 

yerləşdirilmiş elektron kitabxanalar, məlumat bazaları, elektron 

resurslar  daha çox 

cəlb  edir. Odur ki, kitabxanalarda idmanla 

bağlı  materialları  əks  etdirən  elektron  məlumat  bazası 

hazırlamaq  məqsədəuyğun  olardı.  Belə  məlumat  bazası 

idmanla  maraqlanan  gənc  və  yeniyetmələr,  idmançılar, 

məşqçilər, mütəxəssislər, ziyalılar və müxtəlif tipli oxucuların 

bu  sahədə  informasiyaya  olan  tələbatının  ödənilməsində 

müsbət rol oynayır. 



Azərbaycanda idman” adlı elektron məlumat bazasına 1 

nümunə verək: 



İdmanla bağlı rəsmi sənədlər 

 



Qanunlar 

 



F

ərman və sərəncamlar 

 

Dövl



ət proqramı 

İdmanın tarixi 

Görkəmli şəxslər idman haqqında 

Olimpiya və qeyri-olimpiya idman növləri  

 



atıcılıq 


18 

 



 

boks 


 

futbol 



 

gül



əş  

 



şahmat  

 



taekvando 

 



üzgüçülük 

 



voleybol v

ə s. 


Tan

ınmış idmançılar 

Olimpiya çempionları 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 

Milli Olimpiya Komitəsi 

Kitablar 

Məqalələr 

F

ilmlər 

Fotoqalereya 

 

Kitabxananın foyesində ümummilli lider Heydər Əliyevin 

və  dövlətimizin  başçısı  cənab  İlham  Əliyevin  Azərbaycanda 

idmanın  inkişafına  və  idmançılara  göstərdikləri  diqqət  və 

qayğını,  Olimpiya  oyunlarında  iştirak  etmiş  Azərbaycan 

idmançılarının  qələbəsini  əks  etdirən  fotostend  və  ya  guşə 

yaratmaq 

və  mütəmadi  olaraq  onu  günün  tələblərinə, 

yeniliklərinə uyğun olaraq yeniləmək məqsədəuyğun olardı. 

İdman mövzusuna həsr  olunmuş sərgi bir oyanış, çağırış, 

xarakteri daşımalı, maraqlı olmalı, bütün son yenilikləri özündə 

əks etdirməli və kitabxananın elə bir yerində təşkil olunmalıdır 

ki,  oxucuların  diqqətindən  yayınmasın.  Kitabxanada  “İdman 

sağlamlığın rəhnidir!” adlı sərgi təşkil etmək olar. Sərgi üçün 

zəngin  ədəbiyyat,  izahlı  mətnlər,  maraqlı  faktlar,  sitatlar, 

mövzuya  uyğun  fotolar  seçilməlidir.  Sərgidə  aşağıda  təqdim 

etdiyimiz sitatlardan, adları verilmiş kitablardan, eləcə də qəzet 

və  jurnal  materiallarından,  müxtəlif  fotoşəkillərdən,  statistik 

məlumatlardan,  həmçinin  internet  resurslarından  da  istifadə 

etmək olar. Sərginin məqsədi oxucuları mütaliəyə cəlb etmək, 



19 

 

idmanla bağlı kitabxananın fondunda olan ədəbiyyatı oxucular 



qarşısında açmaqdan ibarətdir. Nümunə: 

Başlıq: “İdman sağlamlığın rəhnidir!” 

I

. Bölmə: İdmanın inkişafına dövlət qayğısı 

Rəsmi sənədlər 

Az

ərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan 



edilm

əsi  haqqında:  Azərbaycan  Respublikası  Prezidentinin 

Sərəncamı,  16 yanvar 2012-ci il  [Mətn]  //Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu.-  2012.-  №  1.-S. 28-

29. 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 



paytaxtı  London  şəhərində  keçiriləcək  XXX  Yay  Olimpiya 

Oyunlarında  Azərbaycan  Respublikasının  idmançıları  və 

onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların 

müəyyən  edilməsi  haqqında:  Azərbaycan  Respublikası 

Prezidentinin  Sərəncamı,  3  iyul  2012-ci  il  [Mətn] 

//Azərbaycan.- 2012.- 4 iyul.- S. 1. 

İdmançılara  təqaüdlərin  və  digər  ödənişlərin  verilməsi 

Meyarları  və  Qaydalarının  təsdiq  edilməsi  haqqında: 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarı,  25 

yanvar 2010-

cu  il  [Mətn]  //Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu.- 2010.- 

№ 1.- S. 144-145. 

 

Sitat: 

İdman,  bədən  tərbiyəsi  xalqın  sağlamlığı  ilə  bağlı 

olan  mühüm  sosial  sahədir.  Azərbaycan  bayrağı  dünyada, 

demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət 

başçısı  hər  hansı  ölkəyə  gələrkən  və  bir  də  idmançılarımız 

beynəlxalq  yarışlarda  çempion  adını  qazanarkən  baş  verir. 

Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır. 

Heydər Əliyev, 

ümummilli lider 

 

İzahlı  mətn:  Bilirsinizmi,  idman  əhvalı  yüksəldir, 

narahatlığı  və  gərginliyi  aradan  qaldırır,  xroniki  xəstəliklərin 




Yüklə 400,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə