İdmanın təbliğində



Yüklə 400,69 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix21.06.2018
ölçüsü400,69 Kb.
#50821
1   2   3   4   5   6   7   8   9   ...   13

 

birinciliklərində 



və 

ümumittifaq 

spartakiadalarında 

müvəffəqiyyətlə  çıxış  etmişlər.  XX  əsirn  70-ci  illərində 

Azərbaycanın  Mingəçevir  şəhərində  beynəlxalq  akademik 

avarçəkmə  bazasının  tikilməsi  idmanın  bu  növünün 

re

spublikamızda  sürətli  inkişafında  xüsusi  rol  oynamışdır. 



Artıq  1980-ci  ildə  Olimpiya  oyunlarında  SSRİ  yığma 

komandasının  tərkibində  Azərbaycan  avarçəkənləri  də  çıxış 

etmişdilər.  1988-ci  il  Seul  Olimpiadasında  iştirak  etmiş 

Azərbaycan idmançılarından 11-i akademik avarçəkmə idmanı 

nümayəndələri  idi.  Onlar  Olimpiya  Oyunlarının  gümüş  və 

bürünc medallarını qazanmışdılar. 

Qeyd  etdiyimiz  kimi  Azərbaycanda  futbol  XX  əsrin 

əvvəllərində  təşəkkül  tapmışdır.  2011-ci  ildə  Azərbaycan 

futbolunun 100 yaşı qeyd olunmuşdur. 

Futbolla  müqayisədə  Azərbaycan  voleybolunun  uğurları 

böyükdür və bu ənənənin qorunması bu gün də davam etdirilir. 

Voleybolun vətəni uzaq Amerika sayılsa da, bu populyar oyun 

60  ildən  çoxdur  ki,  ölkəmizdə  kök  salmış  və  ildən-ilə  özünə 

daha  çox  tərəfdar  toplamışdır.  1992-1993-cü  illərdə  artıq 

qadınlardan  ibarət  komanda  müstəqil  milli  komanda  kimi 

Avropanın Top-komanda kuboku yarışlarına qatılmış və ikinci 

yerə  çıxmışdır.  Milli  Olimpiya  Komitəsinin  dəstəyi  ilə 

Azərbaycanda qadın voleybolunun  yenidən inkişaf etdirilməsi 

istiqamətində son illərdə əsaslı addımlar atılmağa başlanmışdı. 

Respublikada qadınlar və kişilər arasında həndbol idmanı 

ilə  məşğul  olanların  sayı  durmadan  artmışdır.  Bu  növdə 

Azərbaycanın qadın həndbolçuları böyük uğurlar qazanmışlar. 

XX əsrin altmışıncı illərinin ikinci  yarısında daha çox inkişaf 

edən həndbol 70-ci illərdə öz çiçəklənmə dövrünü yaşamışdır. 

Bu illərdə bakılılar SSRİ çempionatında yeddi dəfə gümüş, bir 

dəfə  bürünc  medal  qazanmışlar.  Son  illər  Azərbaycan 

həndbolunun yeni dirçəliş dövrü başlanmışdır. 

Komanda  idman  növlərindən  vaterpol,  basketbol,  otüstü 

xokkey  növləri  də  respublikamızda  populyar  olmuş,  keçmiş 



 

Sovet  İttifaqı  miqyasında  bu  növləri  təmsil  edən 



komandalarımız  layiqli  yerləri  tutmuşlar.  Azərbaycan 

vaterpolçuları  və  otüstü  xokkeyçiləri  keçmiş  SSRİ  yığma 

komandasının  tərkibində  Avropa  və  dünya  çempionatlarında, 

Olimpiya oyunlarında iştirak edərək medallar qazanmışlar. 

Yuxarıda qeyd olunanlardan  göründüyü kimi Azərbaycan 

zəngin  idman  ənənələrinə  malik  olan  bir  dövlətdir.  Bu 

ənənələrin minillik tarixi, enişli-yoxuşlu inkişaf yolu vardır. Bu 

gün  Azərbaycan  idmanı  özünün  ən  uca  zirvələrinin  fəthinə 

doğru gedir. Azərbaycanda olimpiya və qeyri-olimpiya idman 

növlərinin  coğrafiyası  getdikcə  genişlənir.  İdmanımızda 

olimpiya  yığma  komandasının  tərkibi  təkcə  paytaxt 

idmançılarından deyil, həm də regionlarda yaşayan gənclərdən 

ibarətdir.  Bu  da  onu  göstərir  ki,  regionlarda  olimpiya  idman 

kompleksləri  tikilib  istifadəyə  veriləndən  sonra  orada 

hazırlaşan 

idmançıların 

səviyyəsi 

olimpiya 

yığma 

komandasının daha geniş tərkibdə olmasına gətirib çıxarmışdır. 



Hazırda  idman  ölkəsi  kimi  tanınan  Azərbaycan  bu  gün 

beynəlxalq yarışların, təlim-məşq toplanışlarının keçirildiyi bir 

məkana  çevrilmişdir.  İndi  dünyada  Ermənistan  da  daxil 

olmaqla çox az döv

lət tapılar ki, orada himnimiz səslənməsin, 

bayrağımız ucalmasın. Bu, möhtərəm Prezidentimizin idmana, 

xüsusilə  olimpiya  hərəkatının  genişlənməsinə,  Azərbaycanda 

peşəkar  idmanın  inkişafına,  gənc  nəslin  sağlam  böyüməsinə 

böyük diqqət və qayğısının təzahürüdür. 



10 

 

İdmanın inkişafına dövlət qayğısı 

Ü

mummilli  liderimiz  Heydər  Əliyevin  Azərbaycanın 



idman  siyasətinin  həyata  keçirilməsi  sahəsindəki  xidmətləri 

əvəzsizdir.  Onun  hakimiyyəti  dövründə  idmanın  və  bədən 

tərbiyəsinin  inkişafı  dövlət  siyasətinin  əsas  istiqamətlərindən 

birinə  çevrilmiş,  bu  sahədə  yüksəlişin  əsası  qoyulmuşdu.  Bir 

çox  idman  kompleksləri,  qurğuları,  zalları  tikilmiş, 

meydançalar  salınmış,  böyük  idman-sağlamlıq  mərkəzləri 

yaradılmışdı.  Hələ  1973-cü  ildə  Bakıda  möhtəşəm  idman 

sarayının  təməli  qoyularaq  inşa  edilmiş,  1974-cü  ildə  ölkənin 

36  rayonunda  59  uşaq-gənclər  idman  məktəbi  fəaliyyət 

göstərmiş,  1975-ci  ildə  Bakıda  250  idman  meydançası  və 

şəhərciyi salınmışdı. 

Ümummilli lider 

Heydər Əliyev 1994-cü ildə respublikada 

Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyinin 

yaradılması  haqqında  fərman  imzalamış,

 

1995-



ci  ildən 

başlayaraq  ölkəmizdə  bədən  tərbiyəsi  və  idman  sahəsinə 

rəhbərlik edən Gənclər və  İdman Nazirliyi bütün imkanlarını 

səfərbər etmiş və Azərbaycan Respublikasında ilk dəfə olaraq 

Əl  Oyunları  sarayında  “İdman  oyunlarına  baxış”  adlı  tədbir 

təşkil  etmişdi.  Həmin  tədbirdə  Heydər  Əliyev  geniş  idman 

ictimaiyyəti ilə görüş keçirərək onlara həmişə dəstək olacağını 

bildirmişdir. 

1995-ci il mart 

ayının 5-də Ulu Öndərin “İdman fondunun 

yaradılması  haqqında”  yeni  fərmanına  əsasən  Azərbaycan 

Respublikası  əhalisi  arasında  sağlam  həyat  tərzinin  təbliğ 

edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf 

etdirilməsi,  bu  sahəyə  ümumxalq  yardımının  təşkil  olunması 

məqsədilə, gənclərin idmana marağını artırmaq və Azərbaycan 

idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq 

üçün 

Azərbaycan Prezidenti yanında fond yaradılmışdı. 



1997-

ci  il  Azərbaycanın  idman  aləmi  üçün  xüsusilə 

əlamətdar  olmuşdur.  Bütün  idman  mütəxəssislərinin,  idman 



Yüklə 400,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə