İdmanın təbliğində



Yüklə 400,69 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix21.06.2018
ölçüsü400,69 Kb.
#50821
1   2   3   4   5   6   7   8   9   ...   13

11 

 

təşkilatlarının gözlədiyi  “Bədən tərbiyəsi və idman haqqında” 



23 dekabr 1997-ci il  Qanunu 

qüvvəyə  minmiş,  ardınca  28 

dekabr 1998-ci il  “

Bədən  tərbiyəsi  və  idman  haqqında 

Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə” 

Ulu  öndər  fərman  imzalamışdır.  Bu  dövlət  sənədləri  hazırda 

idmanımızın inkişafının hüquqi bazasının təminatçısıdır. 

Ö

lkəmizdə  idman  qurğularının  bərpası,  yeni  obyektlərin 



tikilib istifadəyə verilməsi, Olimpiya idman növləri ilə yanaşı, 

qeyri-olimpiya, 

o  cümlədən,  zehni  bacarıq  və  istedad  tələb 

edən idman növlərinin də tərəqqisinə xüsusi diqqət yetirilmişdi. 

18 dekabr 1998-

ci  ildə  ümummilli  lider  Heydər  Əliyev 

tərəfindən  imzalanmış  “Azərbaycanın  uşaq  şahmatçılarına 

dövlət  qayğısının  artırılması  haqqında”  sərəncam  hal-hazırda 

dünyanın  ən  güclü  şahmatçıları  ilə  bir  sırada  mübarizə 

aparmağa  və  qələbə  qazanmağa  qadir  idmançılar  nəslinin 

meydanda olmasına zəmin yaratmışdır.  

R

espublikamızda  bədən  tərbiyəsi  və  idman  sahəsində 



görülən işlərə rəhbərlik Gənclər və İdman Nazirliyi (nazirlik 18 

aprel  2001-

ci  il  tarixli  fərmanla  Azərbaycan  Respublikası 

Gənclər, İdman və Turizm Nazirliyi adı ilə, 30 yanvar 2006-cı 

il  fərmanı  ilə  Azərbaycan  Respublikası  Gənclər  və  İdman 

Nazirliyi  adı  ilə  fəaliyyət  göstərmiş,  hazırda  Azərbaycan 

Respublikası  Gənclər  və  İdman  Nazirliyi  adlanır)  və  Milli 

Olimpiya  Komitəsi  tərəfindən  həyata  keçirilir.  Azərbaycanın 

zəngin idman tarixində bu iki təşkilatın özünəməxsus yeri var. 

Az

ərbaycan Milli Olimpiya Komitəsi (MOK) 1992-ci ildə 



yaradılmışdı. Lakin komitənin fəaliyyətinin birinci beşilliyində 

görülmüş işlər lazımi səviyyədə qurulmamış və 1997-ci il iyul 

ayının  31-də  MKO-nun  keçirilmiş  növbəti  Baş  Məclisində 

komit


ənin yeni idarə heyəti müəyyənləşdirilmiş, Cənab  İlham 

Əliyev  Milli  Olimpiya  Komitəsinin  prezidenti  seçildikdən 

sonra 

ölkədə bədən tərbiyəsi və idman yeni inkişaf mərhələsinə 



qədəm  qoymuş,  respublika  Beynəlxalq  Olimpiya  Hərəkatına 

qoşulmuş, bu sahədə sistemli şəkildə qlobal işlər görülmüşdü. 




12 

 

Milli  Olimpiya  Komitəsi  1997-ci  ildən  başlayaraq 



yeniyetmələr  arasında  beynəlxalq  yarışların,  qitə  və  dünya 

çempionatlarının ölkəmizdə keçirilməsi üçün əhəmiyyətli işlər 

görmüşdür.  Artıq  1998-ci  ilin  yayında  cənab  İlham  Əliyevin 

t

əşəbbüsü ilə  Azərbaycanda ilk  dəfə  Yeniyetmələrin 



Respublika Oyunları keçirilmişdi.  

Milli  Olimpiya  Komitəsi 1999-cu  ildən  öz  obyektlərinin 

tikintisinə başlamış və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk 

Olimpiya  kompleksinin  açılış  mərasimi  olmuşdur. 

2001-ci il 

mart  ayının  26-da  Milli  Olimpiya  Komitəsinin  inzibati  binası 

istifadəyə  verilmişdir.  2001-ci ilin dekabrında  isə  Bakının 

Maştağa  qəsəbəsində  Milli  Olimpiya  Komitəsinin  tikdirdiyi 

daha  bir  Olimpiya  İdman  Mərkəzi  öz  qapılarını 

idmansevərlərin  üzünə  açmışdır.  2000-ci  ildən  etibarən 

Azərbaycanın  müxtəlif  bölgələrində  müasir  tipli  olimpiya 

idman kompleksləri tikilib istifadəyə verilməyə başlanmışdı. 

Milli Olimpiya Komitəsi İlham Əliyevin təşəbbüsü ilə hələ 

1997-


ci  ilin  sonunda  idmançıların  və  onların  məşqçilərinin 

sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də böyük bir 

addım  atmış,  idmanın  inkişafını  və  təbliğini,  idmançıların 

sosial  vəziyyətinin  yaxşılaşdırılmasının  zəruriliyini  əsas 

götürərək,  öz  vəsaiti  hesabına  təqaüdlər  təsis  etmişdir. Eyni 

zamanda,  Azərbaycan  idmanının  inkişafında  müstəsna 

xidmətləri ilə seçilən veteran idmançılar üçün də xüsusi təqaüd 

təyin edilmişdir. 

Bütün  bunlarla  yanaşı  Azərbaycan  Respublikası  Nazirlər 

Kabinetinin 23 mart 1999-

cu  il  tarixli  42  saylı  qərarı  ilə 

Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  İnstitutu  Azərbaycan 

Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyası 

adlandırılmışdır.  Akademiyada  ali  təhsilli  mütəxəssislərin 

buraxılışının  sayı  artmış,  2002-ci  ildə  məzunların  sayı  718-ə 

çatmışdır. 

2001-

ci  ildə  ölkədə  beynəlxalq  yarışların  keçirilməsi 



imkanlarını  genişləndirmək  və  yaxşılaşdırmaq  sahəsində  də 


13 

 

xeyli 



işlər  görülmüşdü.  Həmin  il  idman  kadrlarının 

hazırlanmasında  tarixən  müstəsna  rol  oynamış  Azərbaycan 

Dövlət  Bədən  Tərbiyəsi  və  İdman  Akademiyasının  70  illik 

yubiley mərasimi dövlət səviyyəsində qeyd edilmişdi. 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 25 mart 

2002-ci i1 tari

xli 47 saylı qərarı ilə isə Bakı Bədən Tərbiyəsi 

Texnikumu  Bakı  Bədən  Tərbiyəsi  və  Turizm  Kollecinə 

çevrilmişdir. 2003-cü ildə Kollecdə təhsil alan tələbələrin sayı 

artaraq 560 nəfər olmuşdur. 

2003-

cü il noyabr ayında BMT tərəfindən idmanın insanın 



və sağlam uşaqlığın inkişafında rolunun tanınmasına dair 58/5 

saylı “İdman - təhsil, səhiyyə, inkişaf və sülhün təşviqində bir 

vasitə  kimi”  adlı  qətnamə  qəbul  edilmişdir.  Sözügedən 

qətnaməyə  əsasən,  2005-ci il  Beynəlxalq  idman  və  bədən 

tərbiyəsi ili elan olunmuşdur. İlin ölkəmizdə qeyd olunması ilə 

əlaqədar  Azərbaycan  Respublikasının  Gənclər  və  İdman 

Nazirliyi  xüsusi  Fəaliyyət  Planı  tərtib  etmişdir.  Ona  əsasən 

nazirlik  tərəfindən  “İdman  inkişaf  və  sülh  üçün”  təşəbbüsü 

haqqında məlumatlılığın artırılmasına yönəlmiş tədbirlər, eləcə 

də  “İdman  sülhü  dəstəkləyir”  şüarı  altında  idmanın  müxtəlif 

sahələri üzrə yarışlar təşkil olunmuşdur. 

2004-


cü  ilin  avqust  ayında  Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  181  №-li  sərəncamı  ilə  “Azərbaycan 

Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və 

idmanın  inkişafının  Dövlət  Proqramı”  təsdiq  edilmişdir. 

Möhtərəm  prezidentimiz  cənab  İlham  Əliyev  2012-ci ili 

“İdman ili” elan etmişdir. 

Hal-

hazırda Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə bir 



sıra idman növləri üzrə ixtisaslaşmış idman obyektləri fəaliyyət 

göst


ərir.  Bakıda  yelkən  idmanı  üçün  nəzərdə  tutulmuş  Yaxt-

klub,  Stend  atıcılığı  Mərkəzi,  Musado taekvondo evi, Otüstü 

xokkey kompleksi, ABU-Arena h

əndbol mərkəzi  bu  sırada 

duran idman obyektl

ərindəndir. Hazırda respublikamızda 7908 

idman  obyekti 

fəaliyyət  göstərir.  Hər  bir  yeniyetmə  və  gənc 




Yüklə 400,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə