İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   57   58   59   60   61   62   63   64   ...   96

 
184 
el
əcə  də  fələstinlilər,  yaranmış  vəziyyətdə  terroru mübarizənin 
yegan
ə təsir vasitəsi kimi qəbul etmiş oldu və sonrakı proseslərin 
axarında terror İsrailə qarşı mübarizədə elan olunmamış müharibə 
xarakteri aldı.  
FAT-
ın  fəaliyyətində  özünə  yer  almış  ikili  istiqamət  -  Şeyx 
Yasinin r
əhbərlik etdiyi, qanad terror fələstinlilərin mübarizə hərbi 
istiqam
əti, FAT-ın fəaliyyətində siyasi qanada rəhbərlik edən Yasir 
Ərafatın fəaliyyəti isə mübarizənin siyasi tərəfi kimi qəbul edildi.  
Bu amil f
ələstinlilərin problemə yanaşmasında vahid mövqelərinin 
olmadığını da göstərirdi.  
1993-cü ild
ə  Norveç hökumətinin vasitəçiliyi sayəsində 
bütün t
ərəflərin iştirakı ilə birgə Bəyannamə imzalandı.  Oslo pla-
nının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulurdu.  Birinci 
m
ərhələdə  İsrail  Qəzzə  bölgəsindəki  İyerixon  şəhərindən  çıxmalı 
v
ə burada idarəetmə hüquqlarını FAT-a verməli; ikinci mərhələdə 
F
ələstin hakimiyyət  orqanlarına  seçkilər keçirilməli; üçüncü 
m
ərhələdə  işğal  olunmuş  ərazilərdəki 140 yəhudi məskəninin 
g
ələcəyi və Qüdsün gələcək statusunun müzakirəsinə başlanılmalı 
idi.  
1993-cü ild
ə Oslo görüşündən sonra ərəb ölkələrinin siyasəti 
ziddiyy
ətli  xarakter  aldı.    Bunun  ən bariz nümunəsi kimi son 10 
ild
ə ərəb dövlətlərinin yalnız bir dəfə tam tərkibdə Fələstin məsə-
l
əsinə dair toplanmasını göstərmək olar.  
Vaşinqtonda 1993-cü ilin sentyabrın 13-də Klintonun iştirakı 
il
ə İsrail baş naziri Rabın ilə FAT rəhbəri Y. Ərəfat arasında görüş 
oldu.  Bu faktiki olaraq F
ələstinin özünüidarəsi üçün yol açdı.  Bu 
görüş  zamanı  imzalanan  Müvəqqəti özünüidarə  təşkilatının 
“Prinsipl
əri bəyannaməsi”.Bəyannamə  8 maddədən ibarət  idi.   
Q
ərb ölkələri tərəfindən bəyənildi.Amma Yaxın Şərqdə güclü reak-
siya  doğurdu.    İsraildə bu birmənalı  qəbul edilmədi.  Onun əley-
hin
ə “Liku” sağ bloku çıxış etdi. Fələstinlilər arasında bu sənəddən 
narazılar  da  tapıldı.  Fələstinlilər  arasında  iki  qrup  yarandı.    FAT 
r
əhbərliyi kursunun tərəfdarları,  hansı  ki,  onlar  prinsiplər 
b
əyannaməsini Yaxın Şərqdə sülhə doğru gedən yol hesab edirdilər.  
İkinci  qrup  radikal  əhval-ruhiyyədə  olan Fələstin demokratik 
qüvv
ələrinin  iştirakçıları  isə  bunu  İsrailə  növbəti  güzəşt  və 


 
185 
f
ələstinliləri təslimçiliyə aparan yol hesab edirdilər.  1993-cü ildə 
F
ələstin demokratik qüvvələri,  “HƏMAS”  (İslami  müqavimət 
h
ərəkatı təşkilatı) “İslam cihadı” və digər təşkilatlar elan etdilər ki, 
“R
ədd etmək cəbhəsi” adlı qrup yaradırlar və  bu qrup “Prinsiplər 
b
əyannaməsi”nin həyata keçirilməsinə qarşı çıxırdı.   
1993-cü ilin aprelin 30-
da İsraillə FAT arasında Paris  sazişi 
ba
ğlandı.  
1994-
cü  ilin  mayın  4-də  Misirin  paytaxtı  Qahirədə  ABŞ, 
Rusiya v
ə  Misir Xarici siyasət iarələri  başçılarının  iştirakı  ilə 
İsrailin  baş  naziri  İ.  Rabinlə  FAT sədri  Y.  Ərəfat  arasında  şərti 
olaraq “Q
əzzə-Ərinə” adlanan saziş bağlandı.  Həmin sazişə görə 
işğal  edilmiş  Qəzzə  və  Ərihə  vilayətlərində  Fələstin muxtariyyəti 
yaradıldı. ABŞ-ın vfsitəçiliyi ilə İordaniya ilə İsrail arasında 1992-
ci ild
ə dalışıqlar bağlandı və 1994-cü ilə qədər davam etdi.  1994-
cü il iyulun 25-d
ə  İsrailin  baş  naziri  İ.  Rabinlə  İordaniya  kralı 
Hüseyn arasında “Müharibə vəziyyətinin dayandırılması haqqında” 
Vaşinqton  bəyannaməsi  imzalandı.    1994-cü  ilin  oktyabrın  25-də 
is
ə hər iki dövlət arasında bağlanmış sülh müqaviləsi ilə 46 ildən 
b
əri davam edən İsrail-İordaniya  arasındakı müharibə vəziyyətinə 
son qoyuldu.   
1996-
cı  ildə  ABŞ-ın  vasitəçiliyi ilə  İsraillə  FAT  arasında 
bağlanan  Oslo  sülhünə  görə  İsrail  işğal  etdiyi  ərazilərin 30%-ni 
boşaltmağı  öhdəsinə  götürdü.  Keçid dövrü adlanan mərhələdə 
İordan  çayının  bütün  qərb sahilinin və  Qəzzə  bölgəsinin idarə 
olunması Fələstin muxtariyyətinə verildi.  Lakin İsrail 1997-ci ildə 
Qüdsün 
ərəblər  yaşayan hissəsində  yəhudi məskənləri  salmağa 
başlamaqla bütövlükdə Yaxın Şərqdə sülh prosesini təhlükə altında 
qoydu.  2000-
ci  ilin  yanvarın  31-də  Moskvada keçirilən  görüşdə 
onların fəaliyyəti yenidən bərpa edildi.  
Münaqişənin həllində  birinci mərhələ  son 50 ilə  nisbətdə 
xeyli ir
əliləyişlərlə  başa  çatdı:  Fələstin  danışıqlarda  bərabər-
hüquqlu t
ərəf  kimi  tanındı;  Fələstin  muxtariyyatının  yaranması 
üçün iqtisadi v
ə  siyasi  şərait  tam  reallaşdırıldı;  Fələstinin özünü-
idar
ə hüquqları müəyyənləşdirildi; Münaqişənin nizama salınması 
prosesi 
ərəb birliyi arasındakı ziddiyyəti üzə çıxardı.  


 
186 
Münaqişənin həlli istiqamətindəki yeni mərhələ  1994-cü il 
may  ayının  4-də  Qahirədə  FAT və  İsrail  arasında  imzalanmış 
beşillik müvəqqəti razılaşma ilə başlanmışdır.  
Qahir
ə  müqaviləsinə  əsasən Qəzzə  bölgəsi və  İyerixonda 
F
ələstinin müstəqil muxtariyyat rejimi tətbiq  olunur,  İsrail  ordu 
hiss
ələri üç həftə  ərzində  bu  ərazilərdən  çıxarılır  və  24 nəfərdən 
ibar
ət Fələstin  Şurası  yaradılırdı.    Yaradılan  administrasiya  keçid 
dövrü üçün 
ərazi məsələlərini həll etmək səlahiyyətinə  malik 
olurdu.  
İkinci  mərhələnin  əhəmiyyətli tarixi hadisələr  sırasında 
İordaniya  və  İsrail  arasında  müharibə  vəziyyətinə  son  qoyulması 
v
ə 1994-cü il oktyabrın 26-da ABŞ-ın vasitəçiliyi ilə İordaniyanın 
Akaba  limanı  rayonunda  İsrail  və  İordaniya  arasında  “Sülh  və 
Əməkdaşlıq haqqında” tam miqyaslı müqavilə imzalanması oldu.  
Madrid  konfransından  1994-cü  ilin  fevralınadək  İsrail  və 
Suriya arasında 12 raundda danışıqlar aparılmış və heç bir nəticə 
verm
əmişdir.    Lakin  buna  baxmayaraq 1994-cü  ilin  ortalarında 
Cenevr
ədə  Suriya  prezidenti  Hafiz  Əsədlə  ABŞ  prezidenti  B. 
Klinton arasında görüş keçirildi.  
1995-
ci il 28 sentyabr tarixli Vaşinqton müqaviləsi ilə İsrail 
v
ə FAT arasındakı danışıqların ikinci mərhələsi başa çatdı. Aralıq 
razılaşmasının  əsas obyekti olan Fələstinin  İordan  çayının  Qərb 
sahilind
ə  idarəçiliyinin  genişləndirilməsi nəzərdə  tutulurdu.  
Razılaşmanın  əsas hissəsinə  7  əlavə  edilmişdir.    Bunlar  aşağıda-
kılardan ibarətdir: “1- təhlükəsizlik tədbirləri, 2- seçkilər, 3- mülki 
işlər, 4-  hüquqi məsələlər, 5-  iqtisadi  əlaqələr, 6-  İsrail-Fələstin 
əməkdaşlığı, 7- Fələstin əsirlərinin buraxılması”.  
Münaqişənin həlli istiqamətində  proses 1997-ci ildə  Aralıq 
razılaşması  çərçivəsində  Xevrona  dair  imzalanmış  sazişlə  davam 
etdirildi.  Bununla da, 90-
cı  illərdə  ABŞ-ın  vasitəçilik  missiyası 
ç
ərçivəsində Uay razılaçmasınadək davam edən üçüncü mərhələnin 
sonu yaxınlaşmış oldu.  Yuxarıda sözügedən saziş 1997-ci il yan-
varın 17-də imzalandı.  Əldə olunmuş razılaşma Xevronda Fələstin 
v
ə İsrail idarəçiliyini əsaslandırırdı.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə