İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   58   59   60   61   62   63   64   65   ...   96

 
187 
Uay-
River razılaşması 
 
1996-
cı  ildə  İsrail  qoşunları  ilə  fələstinlilər  arasındakı 
toqquşma  zamanı  vəziyyətin gərginləşməsinə  əsas səbəb  yəhudi 
m
əskənlərinin tikintisinin sürətlənməsi idi.  1996-cı ilin sentyabrın 
27-29-u 
arasında Yerusəlimdə yeraltı tunel açıldı.  Bu zaman güclü 
toqquşma baş verdi.  TŞ 1996-cı ilin sentyabrın 28-də 1073 saylı 
q
ətnaməni qəbul etdi və bu məsələni mühakimə etdi.  Bütün bu ha-
dis
ələrə  baxmayaraq  Yaxın  Şərqdə  sülh prosesi davam edirdi.  
ABŞ-ın Merlend ştatında yerləşən Uay-Riverdə 1998-ci il oktyab-
rında  ABŞ-ın  təzyiqi  altında  İsraillə  Fələstin  arasında  saziş 
bağlandı  və  memorandum  imzalandı.    Memorandum  ABŞ  prezi-
denti Bil Klintonun v
ə  İordaniya  kralı  Hüseynin  iştirakı  ilə 
bağlandı və aşağıdakılardan ibarət idi: 
1)İsrail 13,1% sahəsi olan İordan çayının qərb sahili - əyalət 
A-ya,  14,2%  sah
əsi olan  qərb sahili əyalət B-yə  ayrılır.    A 
əyalətində  İsrail  öz  qoşunlarını  saxlayır  B  əyalətində  isə  Fələstin 
muxtariyyatı ilə birgə əyalət təşkil edir; 
2)Daimi  status  haqqında  dərhal hər  iki  tərəf  arasında  danı-
şıqlanr başlayır.  
3)F
ələstin qanunverici soveti terrorizmə  qarşı  mübarizə  ilə 
əlaqədar səmərəli tədbirlər görməyi qərara alır; 
4)750 F
ələstin məhbusunun  buraxılması  məsələsinə  baxılır.  
Hansı  ki,  onlar  İsrail  dövlətinə  qarşı  düşmən münasibətinə  görə 
tutulmuşdur.  
Münaqişə  tərəfləri  arasında  birbaşa  danışıqların  bərpa 
edilm
əsi məqsədilə  ABŞ  prezidenti  Bill  Klinton  tərəflərin səla-
hiyy
ətli nümayəndələrini  oktyabrın  ortalarında  ABŞ-a dəvət etdi.  
Bir h
əftə çəkən danışıqlardan sonra tarixə River (çayı) razılaşması 
kimi düşən, Uay Plantşeyn (Plantasiya) razılaşması imzalandı.  
ABŞ-ın  təklif etdiyi varianta əsasən  İsrail  İordan  çayının 
Q
ərb sahilindəki 13% ərazidən öz qoşunlarını çıxarırdı.  İsrail üç 
m
ərhələdə  öz  qoşunlarını  çıxarmalı,  bundan  sonra  Fələstin admi-
nis
trasiyası Qərb sahilinin 18% ərazisində öz nəzarətini tətbiq et-
m
əli idi.  Razılaşma noyabr ayının 2-də qüvvəyə minirdi.  


 
188 
Bütün 
əvvəlki dövrlərlə  müqayisədə  1998-ci  il  Yaxın  Şərq 
sülh prosesind
ə ən uğurlu il olmuşdur.  Bu baxımdan 1998-ci ilin 
dekabrında  Bill  Klintonun  Yaxın  Şərqə, o cümlədən  İsrailə  və 
F
ələstin  muxtariyyatına  səfəri xüsusi qeyd edilməlidir.  Həmin 
s
əfər  zamanı  ABŞ  prezidenti  Qəzzə  bölgəsində  beynəlxalq hava 
limanının  açılışında  iştirak  etmişdi.    1999-cu  il  sentyabrın  əvvəl-
l
ərində Misirin vasitəsilə Klinton administrasiyası tərəfləri yenidən 
danışıqlar masası arxasına keçməyə məcbur etməyə müvəffəq oldu.  
Sentyabrın 5-də Şarm-əş-Şeyxdə memorandum imzalandı.  Memo-
rand
umu  ABŞ  dövlət katibi Madlen Olbrayt və  İordaniya  kralı 
Hüseynin iştirakı ilə İsrail tərəfdən baş nazir Ehud Barak, Fələstin 
t
ərəfindən Yasir Ərafat imzalamışlar.  
Memoranduma 
əsasən  İsrail  öz  hərbi hissələrinin  İordan 
çayının Qərb sahilindən tamamilə çıxarılmasını 2000-ci il yanvarın 
20-n
ə  kimi  başa  çatdırmalı  idi.    Bu  istiqamətdə  birinci mərhələ 
sentyabrın 10-da başa çatdırılmalı idi 
1999-
cu  ilin  noyabrında  ABŞ  Mərkəzi Kəşfiyyat  İdarəsi 
F
ələstin rəhbərliyinin neqativ fəaliyyətinə  dair, xüsusilə  İrandan 
silah v
ə  digər  yardımlar  almasına  dair  faktları  FAT  rəhbərliyinin 
n
əzərinə  çatdırdıqdan  sonra,  onlar  razılaşmalara  əməl edəcəyinə 
İsrail  və  ABŞ  tərəflərini  əmin etdi.  Məhz bu dövrdən etibarən, 
1999-cu ild
ə  əldə  olunmuş  razılaşmaların  həyata keçirilməsi 
istiqam
ətində sonuncu hərtərəfli danışıqlar başlandı.  
Kemp-Devidd
ə aparılmış həmin danışıqlarda İsrail Fələstinə 
aşağıdakı  güzəştləri  edirdi  ki,  bunların  sırasında  1948-ci il 
qaçqınlarının İsrailə qaytarılması formulu da var idi.  
Yaxın  Şərq sülh prosesinin uzanmasına  ərəb birliyində  olan 
ziddiyy
ət və  onun bu problemə  təsiri də  az  rol  oynamamışdır.  
Əgər  İsrailə  münasibətdə  onun Fələstin  torpaqlarını  işğal  etməsi 
ir
əli sürülürdüsə, Fələstinə münasibətdə İsrailin dövlət təhlükəsiz-
liyinin t
əminatı məsələsi ön plana çəkilirdi ki, bu məsələdə də nə 
F
ələstin tərəfi, nə də ərəb dövlətləri yekdil fikirdə deyildirlər.  
 
F
ələstin müxtariyyətinə iqitsadi yardım 
F
ələstin muxtariyyətinin sosial və  iqtisadi cəhətdən  inkişaf 
etm
əsinə  kömək üçün 1993-cü  il  oktyabrın  1-də  Vaşinqtonda 


 
189 
q
ərara alındı ki, ABŞ yaxın illərdə ona 600 mln., sonrakı 5 ildə isə 
2 mlrd, dollar pul ayırsın.  
Bel
ə bir köməyi Avropa Birliyi də edirdi. Avropa Birliyinin 
t
əşəbbüsü ilə 1987-cu ildə Fələstinlilər 4 mln.  avro, 1989-ci ildə 
is
ə 9 mln.  avro vəsait ayırmışdı.  İran körfəzində müharibə qurtar-
dıqdan  sonra  Avropa  Birliyi  ölkəsi  Yaxın  Şərqdə  öz siyasətlərini 
m
ərkəzləşdirməyə  başladılar.    Bu  məqsədlə  1991-ci il aprelində 
Luksemburqda Avropa Şurasının növbədənkənar sammiti çağlırdı.  
H
əmin şurada qərara alındı ki, Yaxın Şərqdə sülh prosesini nizama 
salmaq üçün f
əallıq  gücləndirsin. 1996-cı  ilin  yanvarın  9-da 
Parisd
ə fələstinlilərə iqtisadi kömək məsələsinə həsr edilmiş konf-
rans çağırıldı. Bundan məqsəd əvvəl bağlanmış müqavilələrin real-
laşması üçün iqtisadi şərait yaratmaq idi.  Qərara alındı ki, bütün 
terror aktları pislənilsin və danışıqlar prosesi davam etdirilsin.  
Regional-iqtisadi 
əməkdaşlıq  və  inteqrasiya istiqamətində 
atılacaq  addımların  əsası  1993-cü  ilin  noyabrında  Kopenhagendə 
regional i
qtisadi inkişafın təmin edilməsi məqsədilə yaradılan İşçi 
Qrupu il
ə qoyulmuş oldu.  1994-cü il oktyabrın 30-dan noyabrın 1-
d
ək ABŞ prezidenti Bill Klinton, Rusiya prezidenti Boris Yeltsin 
v
ə  Mərakeş  kralı  II  Həsənin təşəbbüsü ilə  Kasablankada birinci 
Yaxın Şərq-Şimali Afrika İqtisadi Sammiti keçirildi. Qeyd edək ki, 
90-
cı illərdə dörd analoji sammit keçirilmişdir. “Sammitin keçiril-
m
əsində  məqsəd regionda özəl mülkiyyətin  genişləndirilməsini 
asanlaşdırmaq,  investisiya  imkanlarını  artırmaq,  özəl sektorda 
əməkdaşlığın  əlverişli  imkanlarına  inam  və  etimadı  formalaşdır-
maq, regional iqtisadi v
ə  ticarət  əlaqələrinin  genişləndirilməsinə 
stimul yaratmaqdır”.  
Sammitin  işində  ərəb dövlətləri ilə  birgə  İsrail  də  iştirak 
edirdi v
ə ona qarşı tətbiq olunmuş boykot aradan qaldırılırdı.  Bu 
onun göst
əricisi idi ki, “ərəb dövlətləri  İsrail  ilə  əməkdaşlıqda 
maraqlıdır,  lakin  ərəb birliyində  mövcud olan ziddiyyət buna 
imkan vermirdi”.  
ABŞ xarici siyasətində neft amilinin rolunun artması 
Neft  amilinin  ABŞ  xarici  siyasətində  əhəmiyyəti 70-ci 
ill
ərdən başlayaraq daha da artmışdır.  1985-ci ildən başlayaraq ar-
tan t
ələbat 90-cı  illərin  əvvəllərində  43% təşkil  edirdi.    İdxal 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə