İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   66   67   68   69   70   71   72   73   ...   96

 
211 
etdi.    Eyni  zamanda  ABŞ  hərbi hissələri  İran  körfəzi regionunda 
yerl
əşdirildi.Hərbi  əməliyyatların  2003–cü ilin yanvar və  fevra-
lında başlanması nəzərdə tutulurdu.Eyni zamanda İraqda komissiya 
qadağan  edilmiş  silahların  axtarışını  davam  etdirildi.    Missiyanın 
r
əhbəri  Hans  Blinks  şikayət  edirdi  ki,  İraq  axtarışların  keçiril-
m
əsində xoşagəlməz hallar yaradır. Gözlənilən hərbi əməliyyatlar 
bir  sıra  ölkələrin ictimai və  siyasi xadimləri, o cümlədən Fransa 
prezidenti J. 
Şirak, AFR kansleri Herhard Şröder və RF prezidenti 
V.  Putin t
ərəfindən qəti pislənilirdi.  Müxtəlif ölkələrdə müharibə 
əleyhinə kütləvi nümayişlər keçirilirdi.   
ABŞ–ın  mülki  məsuliyyət mərkəzi  jurnalistikanın  müstəqil-
liyi uğrunda Fondla birlikdə apardıqları tədqiqatın gedişində hesab-
la
mışdılar ki, 2001–ci ilin sentyabrından 2003- cü ilin sentyabrına 
q
ədər  İraq  haqqında  ABŞ  rəhbərliyi 935 məlumat  elan  etmişdir. 
Bundan  başqa,  Rusiya  kəşfiyyatı  öyrənmişdir  ki,  2001–ci ilin 11 
sentyabrından  İraq  müharibəsinə  qədər  İraq  hakimiyyət  orqanları 
ABŞ  əleyhinə  yönəldilmiş  terror  aktı  həyata keçirməyi 
planlaşdırmışdılar.  Həmçinin ABŞ da İraqda dövlət çevrilişinə və 
S.  Hüseynin q
ətlinə hazırlaşırdı.   
Bir  sıra  ölkələrdən, o cümlədən NATO xətti ilə  İngiltərə, 
İspaniya və s.  kimi müttəfiqlərdən yardım alan ABŞ 2003–cü ilin 
martın  20  də  İraqa  qarşı  müharibəyə  başladı.    Mərkəzi Kəşfiyyat 
İdarəsinin Yaxın Şərq üzrə keçmiş məsləhətçisi Kennt Pollak 2002 
ci ild
ə  nəşr  olunmuş  “  Tufanın  yaxınlaşması:  İraqa  müdaxilənin 
əsaslandırılması” adlı kitabında yazmışdı:”Əgər indi S.  Hüseynin 
kütl
əvi  qırğın  silahını  yaratmasının  qarşısı  alınmasa,  tezliklə  İraq 
əlçatmaz olacaq.  Diktatorun təhlükəsizliyi İraqın nüvə bombası və 
ya dig
ər kütləvi qırğın silahı ilə təmin ediləcək”.   
 
Aparıcı  Qərbi Avropa ölkələri  əvvəlcə  İraqa  qarşı  müha-
rib
ədə NATO xətti ilə əsas müttəfiq olan ABŞ–ın müdafiə  etmə-
dil
ər.ABŞ–ı  müdafiə  etməməsində  hər bir Avropa ölkəsinin öz 
s
əbəbləri var idi.  Lakin tədricən Avropa ölkələri ilə ABŞ arasında 
müharib
ə ilə bağlı mübahisə aradan qalxdı.   
 
ABŞ dövlət katibi K.  Pauell “İraq problemi” üzrə öz tərəf-
darlarını  “arzu  edilənlərin  koalisiyası”  (the  colaition  of  illing) 
adlan
dırmışdı.  49 ölkə ABŞ–ın İraqdakı müharibəsini müdafiə et-


 
212 
mişdi. ABŞ əhalisinin 70%-i (respublikaçıların 93%, demokratların 
50%  -  i) hökum
ətin siyasətini dəstəkləyirdi.ABŞ–ı  dəstəkləyən 
ölk
ələrdən biri Azərbaycan  Respublikası  idi.Azərbaycan həm də 
Əfqanısatndakı antiterror koalisiyasına qoşulmuşdu.   
 
S.  Hüseyn  rejimi  qısa  müddətə  və  asanlıqla  darmadağın 
edildi.  2003–cü ilin aprelin 9–
da antiterror koalisiyasının qoşunları 
Bağdada daxil oldu, mayın 1–də ABŞ prezidenti C. Buş San–Di-
yeqo rayonunda yerl
əşən “Avraam Linkoln” adlı aviasiya daşıyan 
g
əmidə  çıxış  edib  İraqda  müharibənin  əsasən  başa  çatdığını  bil-
dirdi.  İraq prezidenti S. Hüseyn həbs və edam edildi.  
İraq  müharibəsi  (2003–cü  ilin  martın  20–dən 2010–cu ilin 
sentyabrın 1–dək)ABŞ silahlı qüvvələrinin və onun müttəfiqlərinin 
S
əddam Hüseyn rejimini devirmək  üçün  İraqa  soxulması  ilə 
başlamışdır.    
İraqda hərbi əməliyyat 2003–cü ilin mart ayının 20–də baş-
ladı. “Onun kodu”, “İraqın azadlığı” adlanırdı.  Hərdən onu səhv 
ola
raq “Şok və əsmə” də adlandırırlar.  Lakin bu ad daha çox hərbi 
doktrinaya aiddir.  Bu doktrina 1996–
cı ildə İraqla bağlı olaraq ve-
ril
mişdir.  
D
əniz  piyadAları  Bağdadın  darvazasında  Səddam Hüseynin 
saraylarından birinə 2003–cü ilin aprelin 9 –da daxil oldular.   
1991–
ci  il  İran  körfəzindəki müharibədən fərqli olaraq bu 
hadis
ədən 12 il keçdikdən sonra, demək olar ki, ABŞ və onun müt-
t
əfiqləri quruda hücuma başladılar.Onlar uzunmüddətli hava kom-
pa
niyası aparmadılar. Bunun üçün plasdarm Küveyt oldu.  Koalisi-
ya komandanlığı şimal cəbhəsi də təşkil etməyi məsləhət görürdü. 
Lakin buna 
əhəmiyyətli dərəcədə Türkiyə parlamentinin etirazı da 
mane oldu. 
Parlament  ABŞ  qoşunlarının  ölkədə  yerləşdirilməsinə 
icaz
ə vermədi. ABŞ və Böyük Britaniyanın beş diviziyası İrqaın 23 
divizyası tərəfindən ciddi müqavimətlə qarşılaşdı. İraq Hərbi Hava 
Qüvv
ələri tam hərəkətsiz idi. Aprelə  yaxın  ABŞ  qüvvələri  Bağ-
dadın yaxınlığında yerləşdilər. Aprelin 9 –da İraqın paytaxtı döyüş-
süz  tutuldu.  S
əddam Hüseynin bütün heykəlləri dağıdıldı.  Bütün 
bunlar çoxlu dünya telekompaniyaları tərəfindən efirdə göstərildi. 
Şimal  istiqamətinə  hərəkət  başlandı.  Aprelin 15–də  ABŞ–ın 
qoşunları  Tiqriti  tutdular,  hərbi  əməliyyatların  aktiv  fazası  başa 


 
213 
ça
tdı. Tədricən Bağdad və İraqın digər şəhərlərini tüfeylilik dalğası 
bürüdü.  Müv
əqqəti hakimiyyətsizlik  şəraitində  çoxlu  şəxsi evlər, 
mağazalar  və  dövlət idarələri qarət edildi. Ayyarım  ərazisində 
koalisiyanın itkisi 172 nəfər oldu. Onlardan 139 nəfəri amerikalı, 
33 n
əfəri  Böyük  Britaniyalı  idi.  Bu dövrdə  İraqın  itkisi  haqqında 
d
əqiq məlumat verilmirdi.Tədqiqatçı  Karl  Konnetanın  verdiyi 
m
əlumata görə, hücum zamanı 920 İraq hərbi qulluqçusu və 7300 
mülki  şəxs həlak  olmuşdur.1991–ci ildə  verilən itkidən bu 
müharib
ədəki itki iki dəfə  çox idi.Londonda  çıxan  “Hardian” 
q
əzeti 2008–ci ildə yazırdı ki, təkcə müharibə başlayandan keçən 
10 gün 
ərzində ABŞ hərbi əməliyyatlara 5 mlrd dollar vəsait sərf 
etmişdi.    Dolayı  və  birbaşa  hərbi xərclər isə  bu müharibədə 
b
əşəriyyətə 6 mlrd. dollara başa gəlmişdir ki, onun yarısı ABŞ–ın 
payına düşür.   
2003-
cü  ilin  yazında  İraqa  hücum  zamanı  əməliyyatın 
m
ərkəzi Doxa (Qatar)şəhərində yerləşirdi.  Hərbi əməliyyat sahə-
sind
ə bütün qüvvələrə ABŞ Mərkəzi komandanlığının komandanı 
general 
Tommi  Frenks  başçılıq  edirdi.    İyulda  onu  general  Con 
Abisaid 
əvəz etdi.   
Sonra  çoxmilli  silahlı  qüvvələrə  fasiləsiz  olaraq  aşağıdakı 
şəxslər komandanlıq etmişdilər: Rikardo Sançes (2003, iyun–2004, 
iyun). 
Corc Keysi (2004, iyun–2008, fevral)  
Devid Petrues (2007, fevral–2008, sentyabr) 
Reymond Odierno (2008 sentyabrından) 
Müharib
ə  ərəfəsində  İraqda  ABŞ–ın  hərəkətlərinə  qarşı 
müxalif
ət yarandı.  2003–cü ilin yanvarın 20–də Fransanın xarici 
işlər naziri Dominik de Vilper elan edirdi ki, “Biz belə hesab edirik 
ki,  İraqa  hərbi hücum ən pis qərar  olacaqdır”.  Bu dövrdə  bütün 
dünyada İraqda müharibəyə qarşı güclü etirazlar başladı.  Fransız 
alimi  Dominik  Peinyenin  hesablamasına  görə  2003–cü ilin yan-
varın  3–dən aprelin, 12–dək müharibə  əleyhinə  çıxışlarda  36 
mi
lyon adam iştirak etmişdir.  Bütün dünya üzrə 300 iri nümayişlər 
baş vermişdir.  2003–cü ilin fevralın 15–də ən böyük nümayiçlər 
keçirilmişdir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə