İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   63   64   65   66   67   68   69   70   ...   96

 
202 
öz mütt
əfiqlərinin köməyi ilə İraqa İraqa hücumu “Shrada tufan” 
əməliyyatı adlanır. İraq məğlub oldu. 
İraqın  Küveytdən  çıxarılmasından  sonra  Körfəzin  ərəb 
dövl
ətlərinin yeni təhlükəsizlik sistemi yaratmaq cəhdinin  boşa 
çıxması  həmin dövlətləri rəsmi  Vaşinqtonla  ikitərəfli müqavilələr 
bağlamaq variantı ilə üz-üzə qoydu ki, bu da ABŞ üçün iki cəhət-
d
ən əlverişli idi.  ABŞ bununla Avropadan çıxarılan hərbi birləş-
m
ələrinin yerləşdirilməsi və regionda möhkəmlənmək kimi məsə-
l
ələri həll etmiş oldu.  
Körf
əzin  ərəb dövlətləri  ABŞ  ilə  ikitərəfli hərbi  əməkdaşlıq 
müqavil
ələri  bağladılar  ki,  bu  halda  ABŞ-ın  regionda  mövqeləri 
daha da gücl
ənmiş oldu.  İraqa qarşı sanksiyalar tətbiq edildi.  
1992-1996-
cı illər ərzində Klinton administrasiyası İraqa mü-
nasib
ətdə yeritdiyi siyasətdə əsas etibarilə BMT TŞ-nm qətnamə-
l
ərinin həyata keçirilməsi, xüsusilə  BMT müfəttişlərinin  İraqdakı 
f
əaliyyətinə  əlverişli  şərait  yaradılması  istiqamətində  siyasi kursu 
h
əyata keçirmirdi.  
1996-
a  ilin  yanvar  ayında  Nyu-Yorkda  İraqın  YUNESKO-
dakı  nümayəndəsi  əl-Ənbərinin rəhbərliyi  altındakı  nümayəndə 
hey
əti ilə BMT nümayəndələri arasında başlanan rəsmi danışıqlar 
may ayının 20-də «Qarşılıqlı anlaşma haqqında Memorandum»un 
imzalan
ması ilə başa çatdı.  İraqa ilk üç ay ərzində 1 milyard dol-
larlıq neft satmağa icazə verilirdi.  
1998-ci ild
ə  ABŞ  İraqa  münasibətdə  bir neçə  istiqamətdə 
konkret mövqed
ən çıxış edirdi. Bunlar ABŞ prezidentinin çıxışında 
aşağıdakı kimi əhatə olunmuşdur: 
ABŞ  və  koalisiya qüvvələrinin Fars körfəzində  hərbi 
f
əaliyyəti aşağıdakılar idi: «Notern Uotç» və «Sazern Uotç» əmə-
liy
yatları;  Dəniz gəmilərinin  saxlanılması  və  yoxlanılması;  Kim-
y
əvi silahlar; Bioloji silahlar; Uzaq radiuslu raketlər; Nüvə silah-
ları; BMT-nin «neft əvəzində ərzaq» proqramı; İraqın şimalındakı 
kürd müxalif
ətinə dəstək; İraq müxalifəti ilə əməkdaşlıq; BMT-nin 
kompensasiya 
komissiyası.   
BMT-
nin  Xüsusi  Komissiyasının  məlumatlarına  əsaslanaraq 
Vaşinqton  administrasiyası  İraqın  80-ci illərdə  8 min litr sibir 


 
203 
yazvasını istehsal etdiyini, 20 min litr isə botulinus toksininə malik 
olduğunu bildirirdi.   
İraq Baş nazirinin müavini Tariq Əziz noyabrın 11-də BMT 
Baş  Katibi  Kofi  Annana  göndərdiyi məktubunda isə  yaranmış 
v
əziyyətə İraqın münasibət və mövqeyini açıqlayaraq qeyd edirdi 
ki, «İraq hökuməti Xüsusi Komissiyanın və Atom üzrə Beynəlxalq 
Nümay
əndəlikdən İraqı tərk etməyi tələb etməmişdir.  Belə ki, İraq 
hökum
ətinin 31.10.1998-ci il tarixli qərarı ilə Atom Enerjisi üzrə 
Beyn
əlxalq nümayəndəliyin nəzarət çərçivəsində  öz  işini  davam 
etdirm
əsinə icazə verilirdi.  
ABŞ «Səhrada tülkü» əməliyyatı (1998-ci 11 dekabrın 16-da 
qrinviç üzr
ə  saat  22:00  da  başlamışdı)ilə  hərbi məqsədlərinə  nail 
olsa da, siyasi m
əqsədlərinə tam nail ola bilmədi.  
Misir, Suriya, el
əcə də Fars körfəzinin altı ərəb dövləti İraqı 
onun ekspansionist siyas
ətinə görə ittiham edirdilər. Onların fikrin-
c
ə, Səddam Hüseyn regionda sabitliyi pozmaqla bərabər,  onların 
rejiml
əri üçün də  sabitliyə  potensial təhlükə  yaradırdı.    Bağdad 
ABŞ  ilə  separat  danışıqlarının  aparılmasını  məqsədəuyğun  hesab 
etdi.  1999-
cu  ilin  oktyabrında  İordaniya  kralı  Abdulla  Vaşinqton 
v
ə Bağdad arasında məxfi qasid rolunu həyata keçirdi.   
Vaşinqton administrasiyası İraq prezidentinin belə bir təkliflə 
çıxışını  soyuq  qarşıladı.  ABŞ-ın  belə  bir  separat  danışıqlara 
getm
əsi onun dövlət və milli maraqlarına zidd idi. 
«ABŞ - Misir yaxınlaşması».  ABŞ-ın hakim dairələri Misiri 
h
əmişə  ərəb dövlətləri  arasında  güc  mərkəzi kimi qəbul  etmiş  və 
bu ölk
ənin istər geostrateji, istərsə də iqtisadi potensialından mak-
simum  olaraq  yararlanmağı  rəsmi  Vaşinqtonun  milli  və  dövlət 
maraqları çərçivəsində qəbul etmişlər.  
Əsası  hələ  ötən  əsrin 70-ci illərində  Ənvər Sədat hökuməti 
t
ərəfindən  qoyulmuş  «açıq  qapılar»  siyasəti çərçivəsində  iki ölkə 
arasında iqtisadi-siyasi əlaqələr inkişaf etdirilməkdə idi.  ABŞ isə 
öz növb
əsində  Misirin  regionda  aparıcı  dövlətə  çevrilməsində 
m
ühüm rol oynamışdır.  
90-
cı illərin əvvəllərində Misir ölkə iqtisadiyyatının dirçəldil-
m
əsi istiqamətində  ABŞ  ilə  hələ  70-80-ci illərdə  bağlanmış  mü-
qavil
əni əsas götürərək 1991-ci ildən etibarən Beynəlxalq Valyuta 


 
204 
Fondu v
ə Dünya Bankının proqramı çərçivəsində makroiqtisadiy-
yatı sabitləşdirməyə başlamışdı.  
Qahir
ə ABŞ ilə münasibətlərini də daim yeniləşdirmə kursu 
mövqeyind
ən  çıxış  etmiş  və  buna müvəffəq  olmuşdur.    Bu  məq-
s
ədə nail olmaqda isə ABŞ-ın Kemp-Devid sövdələşməsi çərçivə-
sind
ə Qahirəyə hər il etdiyi 1 milyard dollar həcmindəki maliyyə 
yardımı müstəsna rol oynamaqdadır.  
ABŞ  ilə  iqtisadi və  kommersiya sahəsindəki birgə  və  sıx 
əməkdaşlıq nəticəsində Mİsir daxili sosial-iqtisadi sahələrin əksə-
riyy
ətində  mühüm  uğurlar  əldə  etmiş,  90-cı  illərin Körfəz böh-
ranından  irəli gələn maliyyə  və  iqtisadi çətinliklərə  baxmayaraq 
regionda S
əudiyyə  Ərəbistanından  sonra  əsaslı  nailiyyətlər  əldə 
ed
ən ikinci dövlət olmuşdur.  
Ök
ədaxili siyasətdə  “Müsəlman  Qardaşları”  təşkilatına  və 
hökum
ətin fundamentalistlərə  qarşı  mübarizəsi də  ABŞ-ın  daim 
d
əstəyi və nəzarəti altında idi.  
M
əhz xarici siyasət istiqaməti Misirə milyard dollarla yardım 
edilm
əsinə imkan vermişdir.  Körfəz müharibəsindən sonra Misir 
ABŞ-dan və  onun  rəhbərlik etdiyi  beynəlxalq maliyyə  qurum-
l
arından hər il 4 milyard dollar həcmində maliyyə yardımı alırdı.  
“ABŞ-Səudiyyə  Ərəbistanı  əməkdaşlığı”.    Səudiyyə  Kral-
lığını  hakimiyyəti belə  uzun müddət  əlində  saxlamasının  başlıca 
s
əbəblərindən biri məhz rəsmi  Vaşinqtonun  bu  sülalə  ilə  müna-
sib
ətlərində  müəyyən etdiyi və  qoruduğu  dövlət və  milli maraq-
larıdır.  
ABŞ-la münasibətlərini strateji tərəfdaşlıq  səviyyəsində 
quran S
əudiyyə Ərəbistanı ilk növbədə regionun ən iri neft hasil və 
ixrac ed
ən, eləcə  də  enerji  ehtiyatlarına  malik  olan  dövləti kimi 
ABŞ üçün mühüm əhəmiyyət kəsb etməkdədir.  Təkcə onu demək 
kifay
ətdir ki, XX əsrin 90-cı illəri ərzində ABŞ neft idxalının 25-
32%-ni S
əudiyyə  Ərəbistanı  nefti təşkil  etmişdir”.  90-cı  illərin 
orta
larında bu rəqəm hətta 40%-ə qədər yüksəlmişdi.  
S
əudiyyə  Ərəbistanında  60-dan  çox  neft  yatağını  kəşf  edən 
ARAMKO neft şirkəti 300 milyard barrel həcmində neft, 180 tril-
yon kubmetr is
ə  qaz  ehtiyatına  malikdir.1990-cı  ildə  bu  şirkətdə 
2600 amerikalı, 1700 nəfər isə ingilis mütəxəssisi çalışırdı.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə