İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   64   65   66   67   68   69   70   71   ...   96

 
205 
ABŞ-Səudiyyə  Ərəbistanı  münasibətlərinin  dinamikasını 
izl
ədikdə iki ölkə arasında münasibətlərin kifayət qədər yüksək sə-
viyy
ədə olduğunu söyləməyə əsas yaranır.Belə ki, 1990-cı ildə İra-
qın  Küveyti  işğal  etməsi ilə  bağlı  ABŞ-ın  bütün  tələb və  tədbir-
l
ərini Səudiyyə  Ərəbistanı  dəstəkləmiş  və  strateji müttəfiq  kimi 
mövqe  nümayiş  etdirmişdi.  Bununla  yanaşı,  ABŞ-Səudiyyə 
Ərəbistanı  münasibətlərində  ticarət və  kommersiya  əlaqələri də 
əsas diqqət mərkəzində olan məsələlərdən biri idi.  
90-
cı  illərin  əvvəllərində, xüsusilə  də, 1993-1994-cü illərdə 
S
əudiyyə  Ərəbistanı  təkcə  regional məsələlərə  deyil, həm də 
beyn
əlxalq miqyasda davam edən münaqişələrə qəti şəkildə reak-
siya vermişdir.  Ər-Riyadın əsas tələblərindən biri bu idi ki, BMT 
TŞ-ı Bosniya müsəlmanlarının silah almasına qarşı çıxarmış oldu-
ğu qətnamə ilə bəyan olunan embarqonu aradan qaldırsın.  1994-cü 
ild
ə Səudiyyə Ərəbistanı rəsmilərinin ABŞ-a iki rəsmi səfərindən 
sonra, ABŞ-ın Balkanlardakı siyasətində etmiş olduğu dəyişikliklər 
qeyd  olunmalıdır:  “Vaşinqtonun  Balkan  siyasətində  etmiş  olduğu 
d
əyişiklik, həm Qərb, həm də Şərq müttəfiqlərinin ümumi maraq-
larının ortaq məxrəcidir.  Deyton razılaşması buna rəsmi sənəddir”.  
İki  dövlət  arasında  münasibətləri soyuqladan amillər də 
istisna deyildir.  Bu ilk növb
ədə  ABŞ-ın  Yaxın  Şərq sülh prose-
sind
əki vasitəçilik missiyası ilə birbaşa bağlıdır.  İstər Vaşinqton, 
ist
ərsə də Ər-Riyad bu problem ətrafında qarşılıqlı olaraq iddia və 
ittiham mövqel
ərindən çıxış edirdilər.  
90-
cı  illərdçə  Səudiyyə  Ərəbistanının  regionda  fəaliyyət 
göst
ərən terrorçu qruplaşmaları maliyyələşdirməsinə dair Ağ Ev ilə 
r
əsmi  Ər-Riyad  arasında  fikir  ziddiyyəti də  mövcud  idi.    İsrail 
r
əsmiləri iddia edirdilər ki, “Həmas” terror təşkilatının büdcəsinin 
50%-ini (bu 10 milyon dollar t
əşkil edir) hər il Səudiyyə Ərəbistanı 
t
ərəfindən ödənilən maliyyə təşkil edir.  
Ər-Riyadın Ağ Evə qarşı irəli sürdüyü ittihamlar sırasında isə 
ABŞ-ın  İsrailə  ən müasir silah və  texnikanı  göndərməsi  əsas yer 
tutur.  İki  ölkə  arasında  bu  məsələ  mübahisə  obyekti olaraq qal-
maqdadır.  Əslində ABŞ-ın Səudiyyə Ərəbistanına ən müasir tex-
nika  satmasına  qarşı  İsrail  hökumətinin də  etiraz etməsi, rəsmi 
Vaşinqtonu  bir  tərəfdən  dilemma  qarşısında  qoyurdu.  Bu  amil 


 
206 
dig
ər tərəfdən isə  faktiki  olaraq  ABŞ-a regiona münasibətdə, 
xüsusil
ə  də  bu məsələdə  ikili standart siyasətindən  çıxış  etməyə 
əlverişli şərait yaradırdı.  
ABŞ  prezidenti  Corc  Buş  administrasiyasının  “yeni  beynəl-
xalq  qaydalar”  doktrinasını  da  regionun  vahid  siyasi  mənzərəsini 
əks etdirən dörd məsələyə xüsusi diqqət edilirdi. 
Bunlar regional  münasib
ətlərdə  tam  qarşılıqlı  etimadsızlıq 
yaran
ması, regionun malik olduğu potensialdan maksimal istifadə 
olun
masının  arxa  plana  keçməsi, kollektiv sülh və  təhlükəsizliyə 
olan ehtiyac v
ə tələbatın daha da artması, zorakılıq, təzyiqin gün-
d
əlik həyatda tələbata çevrilməsi idi. Bütün bunlar ABŞ-ın Yaxın 
Şərqə diqqətini daha da artırmağa məcbur edirdi.  
Yaxın  Şərq  ABŞ-ın  xarici  siyasətində  hərbi, iqtisadi, siyasi, 
ideoloji spektrl
əri vahid bir şəkildə özündə cəm edən region kimi 
q
əbul olunur. ABŞ siyasətçi və strateqlərinin strateji təyinatına əsa-
s
ən, Yaxın Şərqin dünya sistemindən kənarda qalması beynəlxalq 
münasib
ətlərdə qüvvələr nisbətindəki balansın pozulmasına səbəb 
ola bil
ər.   
Üç qit
ənin kəsişdiyi yerdə yerləşən Yaxın Şərq, eyni zaman-
da  Vaşinqton  üçün fəal rəqabət  meydanı  kimi  də  qəbul  edilir.  
Müasir dövrd
ə  bu rəqabət  ABŞ-ın  Avropa  İttifaqı,  Asiya  tərəf-
daşları və rəqibləri arasında da gedir.  Bu da ABŞ-ın region müna-
sib
ətlərində  3 amillə  aydın  büruzə  verir: Regional-iqtisadi  əmək-
daşlıq və inteqrasiya; Neft amili; Dini amil.  
Regional-iqtisadi 
əməkdaşlıq  və  inteqrasiya istiqamətində 
atılacaq  addımların  əsası  1993-cü  ilin  noyabrında  Kopenhagendə 
regio
nal iqtisadi inkişafın təmin edilməsi məqsədilə yaradılan İşçi 
Qrupu il
ə qoyulmuş oldu.  1994-cü il oktyabrın 30-dan noyabrın 1-
d
ək ABŞ prezidenti Bill Klinton, Rusiya prezidenti Boris Yeltsin 
v
ə  Mərakeş  kralı  II  Həsənin təşəbbüsü ilə  Kasablankada birinci 
Yaxın Şərq-Şimali Afrika İqtisadi Sammiti keçirildi. Qeyd edək ki, 
90-
cı  illərdə  dörd  analoji sammit  keçirilmişdir.  Sammitin keçiril-
m
əsində  məqsəd regionda özəl mülkiyyətin  genişləndirilməsini 
asanlaşdırmaq,  investisiya  imkanlarını  artırmaq,  özəl sektorda 
əməkdaşlığın  əlverişli  imkanlarına  inam  və  etimadı  formalaşdır-


 
207 
maq, regional iqtisadi v
ə  ticarət  əlaqələrinin  genişləndirilməsinə 
stimul yaratmaq idi.  
Sammitin  işində  ərəb dövlətləri ilə  birgə  İsrailin  də  iştirakı 
ona qarşı tətbiq olunmuş boykotun aradan qaldırılırması demək idi.  
Bu onun göst
əricisi idi ki, “ərəb dövlətləri İsrail ilə əməkdaşlıqda 
maraq
lıdır,  lakin  ərəb birliyində  mövcud olan ziddiyyət buna 
imkan vermir.  
Neft amilinin ABŞ xarici siyasətində əhəmiyyəti 70-ci illər-
d
ən  başlayaraq  daha  da  artmışdır.1985-ci ildən  başlayaraq  artan 
t
ələbat 90-cı  illərin  əvvəllərində  43% təşkil  edirdi.    İdxal  olunan 
neftin 30%-
ə  qədəri isə  həmin dövrdə  münaqişə  zonalarından, 
xüsusil
ə Yaxın Şərqdən gətirilirdi. Əslində isə ABŞ-ın öz dünyanın 
ən güclü neft istehsal edən ölkələrindən biri idi.  
Körf
əz müharibəsindən sonra, əsasən monarxiya rejimli ölkə-
l
ərdən nefti idxal edən  ABŞ  üçün  İran  və  İraqdakı  rejimlərin 
d
əyişilməsi, ümumi sabitlik və beynəlxalq təhlükəsizliyin Vaşinq-
tonsayağı təminatı kimi qəbul olunurdu.  Körfəz müharibəsi ərəfə-
sind
ə və ondan sonra regionun Qətər, Oman, Bəhreyn və Səudiyyə 
Ərəbistanı  kimi  müasir  dövrün  anoxranizm  rejimləri bu sahədə 
ABŞ  və  Avropadan müasir silah, texnika və  texnologiya 
alınmasına önəm verdilər.  
Dini amil
ə gəldikdə isə qeyd edək ki, 80-ci illərin əvvəllərinə 
q
ədər isə  islam  faktoru  ABŞ  xarici  siyasətində  xüsusi yer tutma-
mışdır.  Bunun  başlıca  səbəbi  İslamın  bir  din  kimi  Yaxın  Şərq 
ölk
ələrinin xarici siyasətindən  asılı  yer  tutmaması  deyildir.  Buna 
s
əbəb islam ölkələrinin müharibədən  sonrakı  dövrdə  əsasən 
ölk
ənin sosial-iqtisadi inkişafı, milli azadlıq hərəkatı, həmçinin bu 
dövrd
ə  əsasən dövlətçiliyin dirçəldilməsi və  möhkəmləndirilməsi 
istiqam
ətindəki fəaliyyət olmuşdur ki, bu prosesdə də islam bir din 
kimi arxa plana keçmişdir.  
70-ci ill
ərin sonlarında 80-ci illərin əvvəllərində Yaxın Şərq 
ölk
ələrinin ictimai-siyasi həyatında islamın mühüm rol oynaması, 
Vaşinqtonu xarici siyasətində islam amilini nəzərə almağa və yeni 
siyasi  strategiyanı  hazırlamağa  vadar  edirdi.    Yeni  siyasi  strate-
giyaya uyğun olaraq Vaşinqton müsəlman ölkələri, xüsusilə Yaxın 
Şərqin  İslam dövlətləri ilə  münasibətlərinə  ciddi dəyişikliklər et-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə